İşgüzar yazışmalar prossesində tərtib olunan və idarəetmə orqanlarında, bank, maliyyə, vergi, kommersiya sahəsində, məhkəmə və hüquq mühafuzə orqanlarında və sair sahələrdə tərtib olunan sənədlər qeyd olunan sahələrdə müvafiq hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitam olunması üçün hüquqi baza rolunu oynayır. Buna görə də tənzimlədiyi ictimai münasıbətlərin xarakter və xüsusiyyətlərindən, habelə dogurduğu hüquqi nəticələrdən asılı olaraq işgüzar yazışmaların sənədləri müxtəlif növlərə bölünür. Ədəbiyyyatda qeyd olunduğu kimi işgüzar sənədlər yuxarıdakı əlamətlərinə görə beş əsas qrupa bölünür:
- Təşkilati - sərəncamverici sənədlər;
- Maliyyə - hesabat əməliyyatları üzrə sənədlər;
- Kommersiya sənədləri; - Kadr sənədləri;
- Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə sənədlər.
Təşkilati - sərəncamverici sənədlər xüsusi əhəmiyyətə malikdir. Bunlarda nümumi rəhbərliyə dair məsələlər əks olunur. Bu sənədlər idarə yə təşkilatın bütün şöbələri tərəfindən tərtib edilir.
Maliyyə - hesabat əməliyyatları üzrə sənədləri əsasən maliyyə və mühasibat işləri ilə məşğul olan işçilər tərtib edir və hazırlayırlar. Düzgün tərtib olunmuş maliyyə-hesabat sənədləri pul kütləsinin xərclənməsinə nəzarət etməni rəsmiləşdirir. Bunun üçün Maliyyə və Vergilər nazirlikləri tərəfindən müxtəlif növlü birtipli sənəd formaları hazırlanaraq təsdiq edilmişdir.
Kommersiya sənədləri, kommersiya sahəsində istifadə olunan bütün sənədlərdir ki, onlar sırf kommersiya xarakteri daşıyır.
Kadr sənədləri müəssisədə çalışan işçilər üçün hazırlanılan sənədlərdir ki, bunlara şəxsi işə daxil olan sənədlər, şəxsi vərəqələr daxildir.
Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə sənədlərə isə vətəndaşların dövlət orqanlarına, müəssisələrə yazılı formada etdiyi müraciətlər aiddir.
Sənədlər adlarına görə təsnif edilirlər. Ancaq idarə və təşkilatın sənələrinin tərkibini onun şöbələrinin adlarına görə müəyyənləşdirmək düzgün deyil. Çünki şöbələrin adlarının ümumi olmasına baxmayaraq, oradakı sənədlər müxtəlif ola bilər. Mənşəcə sənədlər xidməti və şəxsi sənədlərə bölünür.
Xidməti sənədlər idarənin fəaliyyətini əks etdirir, bir qrup işçinin mənafeyindən bəhs edir, şəxsi sənədlər isə konkret şəxsə aid olan sənədlərdir.
Təyinatı üzrə sənədlər sənədin əslinə, surətinə, sənəddən çıxarışa, dublikata ayrılır.!Sənədin əsli birinci dəfə lazımi qaydada tərtib olunan, imzalanan sənəddir. Sənədin surəti bu sənədin eyni ilə təkrar olunmuş əslidir. Bu zaman sənəd üzərində mütləq "surət" sözü qeyd olunmalı, idarə rəhbəri və ya notarius tərəfindən lazımi qaydada təsdiq edilməlidir.
Sənədin əsli idarə, təşkilat və ayrıayrı şəxslərə göndərilən zaman onun surəti göndərən təşkilatın işində saxlanılmalıdır. Xidməti sənədlərin üzərində mütləq idarə rəhbərinin möhürü və imzası olmalıdır. Lazımi hallarda sənədlərdən çıxarış tələb olunur. Çıxarışı tərtib edən zaman onun hansı sənəddən edildiyi mütləq göstərilməlidir. Çıxarışın düzgünlüyü isə vəzifəli şəxsin imza və möhürü ilə təsdiq olunmalıdır. Sənədin əsli olmayan hallarda (itirildikdə, məhv edildikdə) idarə və təşkilata icazə verilir ki, üzərində "dublikat" yazılmış, əslin qüvvəsinə malik olan sənəd versin.
ƏDƏBİYYAT SİYAHISI
Abdullayev Nadir Nitq mədəniyyətinin əsasları, Bakı, 2013
Fətəliyeva Vəfa Ana dilində ünsiyyət, Bakı, 2019
Şiriyev Fikrət Azərbaycan dilinin nitq mədniyyəti və ritorika, Bakı, 2014
Buludxan Xəlilov.Azərbaycan dilində işgüzar və akademik kommuniasiya. Bakı 2021