Đqtisadi və Sosial Đnkişaf Mərkəzi
Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Đnkişafının
Qiymətləndirilməsi və Təkliflər Üzrə
Konsepsiya Layihəsi
Đ
qtisadi və Sosial Đnkişaf Mərkəzi
Dilarə Əliyeva 115,
Bakı, Az1001, Azərbaycan
Tel; (99412) 5970691 (99412) 4975684
Fax (99412) 4975684
Email;
cesd.az@gmail.com
cesd@aztelekom.net
URL;
www.cesd.az
BAKI
Mart, 2010
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
2
Giriş
Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritet sahələrdən
hesab edilir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkədə dayanaqlı iqtisadi inkişafın əsasını
formalaşdırmaqla yanaşı dövlət gəlirlərinin xarici faktorlardan asıllığını tamamılı aradan qaldıra
bilər. Bu baxımdan qeyri-neft sektorunun aparıcı istiqaməti kimi aqrar sektorun inkişaf
etdirilməsi və bu sektorun Ümumu Daxili Məhsulda (ÜDM) payının artırılması olduqca vacibdir.
Azərbaycan Respublikası Prezidenti cənab Đlham Əliyev 2009-cu ildə ölkəmizdə kənd
təsərrüfatınin inkişafı ilə mühüm addımların atıldığını və bu fəaliyyətin bu il də davam
etdirilməsinin vacibliyi ilə bağlı bəyanat vermişdir.
Neftlə zəngin ölkə kimi Azərbaycanda neft sektorunun inkişafi digər sahələrlə müqayisədə daha
öndədir. Ölkə iqtisadiyyatında neft sektorunun üstünlüyü hiss edilən səviyyədədir. Hal-hazırda
ümumi ixracın 92% ni neft və neft məhsulları təşkil edir. Dövlət büdcəsinin formalaşmasında
isə neft gəlirlərinin payı 2003-cü ildəki 35 faizdən, yaxud 450 mln. manatdan, 2006-cı ildə 65
faizə və ya 2,5 mlrd. manata çatıb. 2007-ci ildə büdcənin 61,3 faizi, 2008-ci ildə 68,3 faiz neft
gəlirlərinin hesabına formalaşıb. Ötən il neft sektorundan birbaşa daxilolmalar 7595 mln. manat,
o cümlədən 2680 mln. manat neft sektoru üzrə birbaşa vergi ödənişləri, 4915 mln. manat
ARDNF-nin transfertlər (büdcə gəlirlərin 40,4 faizi) olub. 2010-cu ilin büdcə gəlirlərinin 74
faizi məhz neft sektoru üzrə ödənişlərin hesabına proqnozlaşdırılıb. Bildirək ki, büdcənin neft
gəlirlərindən asılılığı qeyri-neft büdcə kəsirinin artımına səbəb olub. Belə ki, əgər 2007-ci ildə
dövlət büdcəsinin qeyri-neft büdcə kəsirinin qeyri-neft sektorunda formalaşan ÜDM-ə nisbəti 32
faiz təşkil edirdisə, 2009-cu ildə həmin göstərici 42,5 faizə qədər yüksəlib. Göründüyü kimi, neft
gəlirlərinin büdcədəki, ixracdakı, ÜDM-in formalaşmasındakı dominant rolu qeyri-neft
sektorunun inkişafını ertələyir.
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
3
Kənd təsərrüfatı rəqəmlərdə
Azərbaycan üçün ən mühüm məqsədlərdən biri qısa zaman kəsiyində iqtisadiyyatın neftdən
asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin
etməkdir. Ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və digər sahələrdən sonra üçüncü ən iri
sahə hesab olunur. Son illər bu sahənin inkişafı ilə bağlı böyük həcmə vəsaitlər ayrılıb,
proqramlar təsdiq edilib. Hansıki bu tədbirlərə regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23
yanvar tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul
istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta
hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi
marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin
vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir
göstərən reproduksiyalı toxum materialının satışına görə hər kq-a 30-40 faiz əlavə maliyyə
vəsaitinin ayrılması, habelə həftənin altıncı və bazar günləri kənd təsərrüfatı məhsullarının satış
yarmarkalarının təşkili daxildir.
Rəsmi statistikaya görə, bütün sadalanan tədbirlər 2008-ci ildə kənd təsərrüfatının ümumi
məhsulunun 2007-ci ildəkinə nisbətən 6,1 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 7,2 faiz,
heyvandarlıq məhsullarının 4,1 faiz artmasını təmin edib. 2008-ci ildə qarğıdalı da daxil olmaqla
904,7 min hektar sahədən ilkin çəkidə - 2498,3 min ton taxıl məhsulu toplanıb, hektarın orta
məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlməsinə gətirib çıxarıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2008-ci ildə kənd təsərrüfatına yararlı sahə
4756.7 ha təşkil edib. ,Adambaşına 0.55 ha kənd təsərrüfatına yararlı torpaq düşüb Əkin yeri
1818.4 ha, adambaşına 0.21 ha olub. Çoxillik əkmələr 227.5 , biçənək və otlaqlar 2669.0 ,
meşələr 1038.8 ha olub. (Diaqram 1. (faizlə))
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
4
Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009
Monitorinqlər göstərir ki, neft sektorunun ÜDM-də payının artmasından sonra kənd
təsərrüfatının ümumi daxili məhsulda payı azalıb. 1999-cu ildə kənd təsərrüfatının ÜDM-də payı
18,2 faiz olduğu halda 2000-ci ildə bu rəqəm müvafiq olaraq 15.9 faiz, 2001-ci ildə 14.7 faiz,
2002-ci ildə 13.8 faiz, 2003-də 12.3 faiz, 2004-cü ildə 10.8 faiz, 2005-ci ildə 8.6 faiz, 2006-cı
ildə 6.7 faiz, 2007-ci ildə isə 5.5 faiz təşkil edib. 2008-ci ildə kənd və meşə təsərrüfatının ÜDM-
də payı 2167.0 milyon manat , yaxud 5.7 faiz olub. Yəni kəskin azalmadan sonra 2008-ci ildə
ilk dəfə bu sektorun ÜDM-də payında kiçik də olsa artım müşahidə edilib. Đqtisadiyyatın sahələri
üzrə əsas kapitala yönəldilmiş investisiyaların tərkibində kənd təsərrüfatına qolulan
investisiyaların həcmi 2007-2008-ci illərdə artıb. 2007-ci ildə bu rəqəm 243.3 milyon manat,
2008-ci ildə 336.5 milyon manat olub.
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
5
Kənd təsərrüfatı ilə məşğul olanların sayı azalıb
Rəqəmlərin təhlili kənd təsərrüfatı sahəsində çalışanların sayının azaldığını göstərir. Belə ki,
2006-cı ildə bütün məşğul əhalinin 39,1%-i, kənd təsərrüfatı sektorunda işləyirdisə, 2008-ci ildə
bu rəqəm Dövlət Statistika Komitəsinin məlumatına əsasən 38,3 faiz olub. Lakin kənd təsərrüfatı
sektorunda çalışanların sayı yenə də üstünlük təşkil edib. 2008-ci ilə bu rəqəm 1553.1 nəfər
olub. (Diaqram 2. )
Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009
Məlum olduğu kimi, 1995-ci ildən sonra həyata keçirilən aqrar islahatlar nəticəsində kənd
təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş verib. Đri təsərrüfat formalarının
ə
vəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılıb, geniş miqyaslı
özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara,
istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması
fərdi (şəxsi) mülkiyyətlə əvəz edilib. 2008-ci ildə kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar
təsərrüfatlarının sayı özəl təsərrüfat 2049, dövlət təsərrüfatı 259, fərdi sahibkar 2613 olub.2000-
ci ildə özəl təsərrüfatların sayı 2500 olub. (Cədvəl 1)
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
6
Kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarların təsərrüfatlarının sayı
(ilin sonuna)
İ
llər
Сə
mi
o cümlədən
Fərdi
sahibkarlar
*
kolxozlar sovxozlar
özəl
sair
dövlət
1990
3014
983
820
-
1211
66
1991
3112
1176
752
14
1170
95
1992
2755
1196
731
134
694
320
1993
2635
1096
719
140
680
440
1994
2406
1125
720
117
444
815
1995
2487
1119
688
315
365
1999
1996
2613
982
569
746
316
4110
1997
2185
345
330
1280
230
5671
1998
5605
2
-
4847
756
3721
1999
3311
2
-
2795
514
3613
2000
2910
2
-
2500
408
3248
2001
2420
2
-
2171
247
2604
2002
1984
2
-
1663
319
2589
2003
2143
2
-
1839
302
2607
2004
2241
2
-
1937
302
2661
2005
2506
2
-
2201
303
2681
2006
2518
2
-
2242
274
2456
2007
2282
2
-
2016
264
2488
2008
2310
2
-
2049
259
2613
Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009
Кə
nd təsərrüfatı bitkilərinin əkin sahələri – bütün kənd təsərrüfatı kateqoriyaları üzrə dənli və
dənli paxlalılar üçün əkin sahələri 2008-ci ildə 897.0 ha olub. Bu da ötən dövrlərlə müqayisədə
dənli və dənli paxlalılar əkin sahələrinin artması deməkdir. Belə ki, 2007-ci ildə bu rəqəm 739.6
ha, 2006-cı ildə 784.7 ha, 2005-ci ildə 802.3ha təşkil edib.
Pambıq əkin sahələri isə müvafiq
olaraq 2008-ci ildə 48.5 ha, 2007-ci ildə 75.6 ha, 2006-cı ildə 102.8 ha, 2005-ci ildə 112.4 ha
olub
.
Bütün kateqoriyalar üzrə kartof əkin sahələri isə ötən illər ərzində genişlənib. 1985-ci ildəki 24.8
ha səviyyəsindən 2008-ci ildə 68.9 ha səviyyəsinə qalxıb. Pəsmi məlumatlara görə, bu gün dənli
və dənli paxlalıların əkin sahələrinin 35.0 hektarı, pambıq əkin sahələrinin 3.3 hektarı, kartof
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
7
ə
kin sahələrinin isə 0.2 hektarı kənd təsərrüfatı müəssisələri və sair təşkilatlarının
sərəncamındadır . Кənd təsərrüfatı bitkilərinin əkin sahələri (Diaqram 3. (faizlə))
Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009
Onu da vurğulayaq ki,
fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının sərəncamında 862.0 ha
dənli və dənli paxlalıların əkin sahələri, 45.2 ha pambıq sahələri, 68.7 ha kartof sahəsi var.
Taxılçılıq sektoruna diqqət idxalı azaltmayıb
2007-ci ildə dünya bazarında taxılın qiymətinın 2-3 qat bahalaşması Azərbaycan hökumətinin
ölkədə taxılçılıqla bağlı müəyyən qərarlar qəbul etməsinə gətirib çıxardı. Belə ki, 2007-ci ildə
hökumət taxıl əkilən hər hektar əkin sahəsinə görə təsərrüfat sahiblərinə əlavə 40 manat
subsidiya verməyə başladı (kənd təsərrüfatı sahələrinin hər hektarına 50 faizi dövlət büdcəsindən
ödənilməklə 40 manat subsidiya verilirdi, buğda əkənlər isə 80 manat subsidiya alırdılar). Qeyd
edək ki, 2007-ci ilə kimi ölkənin buğda ehtiyacının 60 faizə qədəri idxal hesabına idi. 2007-ci
ildə hökumət tərəfindən verilən qərarlar ona əsaslanırdı ki, bu qərarların icrasından sonra ölkənin
buğda ehtiyacnın yalnız 20-25 faizə qədəri idxal hesabına təmin ediləcək. Lakin bir ildən sonra
yəni 2008-ci il göstəriciləri göstərdi ki, əkin sahələrinin 203 min hektar artmasına baxmayaraq
buğda idxalı 500 min tona qədər artıb. Azərbaycan 2007-ci ildə 1 milyon ton buğda və un idxal
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
8
etmişdisə, 2008-ci ildə bu rəaqəm 1,5 milyon ton oldu. Dövlət Gömrük Komitəsinin məlumatına
görə isə 2009-cu ilin birinci rübündə xaricdən Azərbaycana 390 min buğda və un gətirilib.
Hansıki, 2008-ci ilin anoloji dövründə həmin rəqəm 257 min ton idi. 2009-cu ilin birinci
rübünün göstəricisi 2007-ci ilin eyni dövrü ilə müqayisədə 57 min ton, yaxud 18 faiz çoxdur.
Yeri gəlmişkən, 2009-cu il ərzində ölkəyə 7556,9 min ABŞ dolları dəyərində 33178,6 ton un,
194765,5 min ABŞ dolları dəyərində 931239,4 ton buğda idxal olunub. Bu da müvafiq olaraq
2008-ci ildə netto çəki nisbəti ilə 31,0 faiz, buğda idxalı isə 71,1 faiz artıb.(Dövlət Gömrük
Komitəsi). 2010-cu ilin yanvar ayında isə ölkəyə 14402,2 min ABŞ dolları dəyərində
71143,8
ton buğda idxal edilib. 2009-cu ilin yanvarına neto çəki nisbəti ilə 83,9 % faiz çoxdur.
Un idxalı
isə
12,6 ton olub.
Göründüyü kimi hökümət ölkədə rekord həcmdə buğda istehsal edildiyini
söylədiyi zamanda buğda və un idxalı artıb.
Bütün bunlara baxmayaraq rəsmi statistika keçmış MDB ölkələri üzrə Azərbaycanda son illər
taxıl istehsalının artdığını göstərir. (Cədvəl 2. Cədvəl. 3)
Тах
ıl istehsalı
( təmizlənmədən sonrakı çəkidə, bütün təsərrüfat kateqoriyaları üzrə)
2000
2005
2006
2007
2008
Cəmi min, ton
А
zərbaycan
1509
2077
2032
1965
2446
Ermənistan
225
396
213
453
415
Belarus
4856
6420
5923
7217
9015
Gürcüstan
421
703
...
...
...
Qazaxıstan
11565
13781
16512
20138
15578
Qırğızıstan
1569
1667
1562
1491
1511
Moldova
1935
2838
2290
902
3160
Rusiya
65424
77898
78242
81556
108105
Tacikistan
543
926
904
931
808
Türkmənistan
1759
3100
*
...
...
...
Özbəkistan
...
6402
...
...
...
Ukrayna
24459
38016
34258
29295
53264
*
payızlıq taxıl
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
9
2000
2005
2006
2007
2008
Adambaşına, kq.
А
zərbaycan
187
*
190
248
*
251
239
*
243
229
*
232
282
*
286
Ermənistan
70
123
66
140
129
Belarus
485
657
609
744
931
Gürcüstan
90
156
...
...
...
Qazaxıstan
777
910
1079
1301
994
Qırğızıstan
319
324
301
285
286
Moldova
531
789
639
252
890
Rusiya
446
544
549
574
761
Tacikistan
88
135
129
132
111
Türkmənistan
333
...
...
...
...
Özbəkistan
...
245
...
...
...
Ukrayna
497
807
732
630
1152
*
Yuxarı Qarabağın erməni əhalisi daxil olmaqla
Mənbə. MDB Statistika Komitəsi, 2009
Onu da vurğulayaq ki, bu il taxıl istehsalının azalması gözlənilir. Belə ki, cari ildə
Azərbaycanda payızlıq taxıl əkin sahələri ötən illə müqayisədə 16,5 faiz azalıb. 2009-cu ilin
dekabr ayının 1-dək 776 min hektar sahədə taxıl əkilib.
Kənd Təsərrüfatı Nazirliyi azalmanı
l
taxıl satışında fermerlərin üzləşdiyi problemlər və Maliyyə Nazirliyi tərəfindən subsidiyaların
vaxtında verilməməsi ilə əlaqələndirir. Bununla belə yığımda havanın əlverişli keçməsindən
asılı olaraq 2010-cu ildə 2,6, 2,7 milyon ümumi taxıl, 1,7-1,8 milyon ton buğda istehsalı
gözlənilir.
Xatırladaq ki, ötən il təqribən 3 milyon ton taxıl yığılıb ki, bunun da 2 milyon 141 min tonu
buğda olub. Ekspertlər bildirir ki, bu il ümumi taxıl istehsalı 400 min ton, buğda istehsalı isə 340
min ton az olacaq. Məhsulun azalması onun qiymətini artıra bilər
Kartof istehsalında artım qeydə alınıb. Belə ki, Azərbaycanda 2000-ci ildə kartof istehsalı 469
min ton, 2005-ci ildə 1083 min ton, 2006-cı ildə 999 min ton, 2007-ci ildə 1037 min ton və
2008-ci ildə isə 1077 min ton olmuşdur.MDB üzrə isə 2000-2008-ci illərdə ən çöx kartof
istehsalı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukraynada olub. Azərbaycan kartof
istehsalına görə 2007-ci ilə qədər MDB-də 7-ci yerdə olub. 2008-də Özbəkistanda kartof
Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi
İqtisadi və
Sosial Đnkişaf Mərkəzi
www.cesd.az
10
istehsalının kəskin azalması Azərbaycanın 6-cı sırada yer almasına səbəb olub. (Cədvəl 4.
Cədvəl 5 )
Kartof istehsalı (bütün təsərrüfat kateqoriyaları üzrə)
2000
2005
2006
2007
2008
Cəmi, min ton.
Azərbaycan
469
1083
999
1037
1077
Ermənistan
290
564
540
584
649
Belarus
8718
8185
8329
8744
8749
Gürcüstan
302
432
...
...
...
Qazaxıstan
1693
2521
2362
2415
2355
Qırğızıstan
1046
1142
1255
1374
1335
Moldava
330
378
377
199
270
Rusiya
29450
28137
28260
27195
28874
Tacikistan
303
555
574
662
649
Türkmənistan
89
...
...
...
...
Özbəkistan
731
924
1018
1188
...
Ukrayna
19838
19462
19467
19102
19545
Dostları ilə paylaş: |