Rəsmi – işgüzar üslub
Ad: Yusif
Soyad: Məmmədov
Qrup: 265.20
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Vəfa Abbasova
Mövzu: Rəsmi işgüzar üslubun əsas xüsusiyyətləri
Rəsmi – işgüzar üslub. Rəsmi və işgüzar sənədlərin dil təzahürünə rəsmi – işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Bu üslub bir qədər quru görünür. Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır. Rəsmi – işgüzar üslubun lüğət tərkibi yığcam , sintaksisi məhdud olsa da, normalılığı möhkəmdir.Bu üslub tarixi təkamül prosesində formalaşmış standarty formalardan kənara çıxmır. Buna görə də bu üslubda arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mehafizə oluna bilir. Rəsmi – işgüzar üslub dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Müstəqillikdsən əvvəl ərəb, fars sonra rus dilinin təsiri bu üslubun tam fəaliyyətinə imkan verməmiş, milliliyinə xələl gətirmişdir. Indi Azərbaycan dövlətinin müstəqilliyi, ana dilinin həqiqi mənada dövlət dilinə çevrilməsi rəsmi – işgüzar üslubun funksional imkanlarını genişləndiri. Rəsmi – işgüzar üslub a) rəsmi və b) işgüzar sənədlərin dilini əhatə edir.
Rəsmi sənədlər: konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s.
İşgüzar sənədlər: tərcümeyi – hal, ərizə, bildiriş, elan, arayış və s.
Rəsmi sənədlər barədə bunları bilmək gərəkdir: *Rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s ilə təsdiq olunan sənədlərdir.
*Həmin sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir.
*Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır.
*Dövlətlərarası və dövlətdaxili münsibətlər bu sənədlərlə tənzimlənir.
*Rəsmi səınədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına, aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir.
*Rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.
*Rəsmi sənədlərdən fərqli olaraq, işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Həcmcə, adətən, rəsmi sənədlərə nisbətən kiçik olur.
*Rəsmi sənədləri, bir qayda olaraq mütəxəssilər tərtib etdiyi halda, işgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlaya bilər. Işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur.
Hazır şablonların olması ona görə vacibdir ki:
1. artıq vaxt aparmasın
2.sənəddə artıq sözlər, ifadələr işlədilməsin
3.imla xətaları və qüsurlu cümlələrə yol verilməsin.
Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur.Məktublar rəsmi – işgüzar sənədin ən sərbəst formasıdır.
Rəsmi-işgüzar üslubun formaları
Rəsmi sənədlər
İşgüzar sənədlər
Konstitusiya,qanun,fərman,sərəncam və.s
Əə
Ərizə,tərcümeyi-hal,akt,xasiyyətnamə və.s
Hər ikisndə dilin maksimum mükəmməlliyi əsasdır.
Mütəxxəssilər hazırlayır,
onlar,adətən müzakirə olunur və qəbul edilir.
Müəyyən bir hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
dilin maksimum mükəmməlliyi;
fikrin tam aydınlığı;
fikrin (sözlərin) birmənalılığı;
fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)
Dostları ilə paylaş: |