Programma real indd



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə1/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
  1   2   3   4   5   6   7   8   9   ...   99



RESPUBLİKAÇI 

ALTERNATİV PARTİYASININ 

PROQRAM

 

LAYİHƏSİ



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

3

Respublikaçı Alternativ Hərəkatının (REAL) amalı – ölkəmizdə 



real  cümhuriyyət  yaratmaq,  onu  parlament  respublikası  şəklində 

qurmaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycanı, keçmişə qay-

tarmadan,  tarixi  məcrasına  salmaq,  vətəndaşlarımızın  azadlığını 

və təhlükəsizliyini təmin etmək, cəmiyyətimizi müasir və mütərəqqi 

dünyagörüşlü, sağlam, bilikli, rəqabətə dayanıqlı, açıq və çevik hala 

gətirməkdir. 

Respublikaçı Alternativ Hərəkatı inanır ki: 

–  Ölkəmizin  insanları  həvəslidir,  ünsiyyətcildir,  yaradıcıdır, 

çevrələrinə  açıq  və  özlərinə  güvənəndir.  Vətəndaşlarımız  özəl 

təşəbbüsləri həmişə yüksək dəyərləndiriblər – özləri qazanıb, başqa-

ları ilə paylaşmağa üstünlük veriblər. Azərbaycanda sovetdən qal-

ma  və  ətalətlə  davam  edən  idarəetmə  təcrübəsi  insanlarımızın  bu 

təbii  keyfiyyətinə  zidd  olduğuna  görə,  cəmiyyətimizin  inkişafını 

əhəmiyyətli  dərəcədə  əngəlləyir.  Hazırkı  siyasi  sistem  və  ona  uy-

ğun  formalaşmış  ictimai  quruluş,  xalqımıza Azərbaycanın  coğrafi 

üstünlüklərindən, təbii sərvətlərindən, adət-ənənələrindən yararlan-

maq imkanı vermir. Ölkəmizdə bütün bu imkanları verəcək ən opti-

mal quruluş – Parlament Cümhuriyyətidir. 

–  Vətənimizin  ən  böyük  sərvəti  onun  insanlarıdır.  Vətən 

vətəndaşlardan  başlayır.  Vətəndaş  olmaq  –  vətənə  sahib  çıxmaq 

deməkdir. Vətənə sahiblik kimi ülvi mənəvi dəyərin siyasi, hüquqi 

və maddi təminatları olmalıdır. Bu təminatların məcmusu – REAL 

Cümhuriyyətdir. 

– Getdikcə qloballaşan dünyada gələcəyin həlledici münasibətləri 

coğrafi, hərbi, əmlak və ya başqa maddi üstünlüklər hesabına de-

yil,  ölkələrin  insan  potensialından  və  onun  rəqabətə  dayanıqlı 

keyfiyyətindən  asılı  olacaq.  Cəmiyyətimizə  bu  keyfiyyəti  gətirəsi 

gələcək – REAL Cümhuriyyətdir.

– İqtisadi inkişafın təməli insanların bilik və bacarıqlarıdır. Bi-

lik və bacarıqların insanlara faydalı olması üçün onların asanlıqla 




RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

4

mübadilə olunması gərəkir. Bilik dərd deyil, çarə olmalıdır. Saf ailə 



mühiti, sağlam təbiət çevrəsi, rahat və çatımlı mədəni təsisatlar ol-

madan, buna nail olmaq mümkün deyil. İnsanlarımızın xoşbəxtliyi 

üçün yol açacaq şərait – REAL Cümhuriyyətdir. 

– İnsanlarımızın dəyər verdikləri uğur örnəkləri, təbii və mədəni 

sərvətlər, ərazilər və sərhədlər, insani münasibətlər, gələcəyə yatı-

rımlar ictimai təşəbbüslər və vəsaitlər hesabına qorunmalıdır. Bunun 

üçün müstəqil və qərəzsiz məhkəməyə, ədalətli və səmərəli polisə, 

güclü  orduya  ehtiyac  var.  Bu  ehtiyacı  ödəyəcək  təsisat  –  REAL 

Cümhuriyyətdir.

– Heç bir ölkə özünə qapanaraq inkişaf edə bilməz. Azərbaycanın 

gələcəyi onun dünyaya açılmasındadır. Keçmişdə və hazırda müxtəlif 

rejimlərin  sınamağa  çalışdığı  “müstəsna  yol”,  “böyük  tarixi  keç-

miş”, “analoqu olmayan inkişaf” kimi şüarlara söykənən siyasətin 

nəticəsi gerilik və rəzalətdir. Tarixi təcrübə göstərir ki, insanların, 

malların, xidmətlərin, pulların və ideyaların azad hərəkətini təmin 

edən ölkələr və bölgələr davamlı tərəqqi edə bilir. Azərbaycanda da-

vamlı tərəqqini təmin edə biləcək gələcək – REAL Cümhuriyyətdir.

– Vicdan azadlığı və etnik mənsubiyyət – insaniyyətin təməlidir. 

Azərbaycanın  çoxdini  və  çoxetnik  tərkibi  –  ölkəmizin  zənginliyi, 

gələcək inkişafının zəmanətidir. Hər kəsin, təklikdə və başqaları ilə 

birlikdə, dinə münasibətini sərbəst seçmək, dəyişmək və ifadə etmək 

azadlığı, eləcə də, hər kəsin etnik kimliyini rahat bildirmək, onu in-

kişaf etdirmək imkanı olmalıdır. Bu azadlıq və imkan yalnız başqa-

larının vicdanına və kimliyinə hörmət çərçivəsində gerçəkləşə bilər. 

Bu gerçəkliyin təminatı – dünyəvi Cümhuriyyətdir. 

– İnsanların rifahı onların mülkiyyətçi, sahibkar, elmi, yaradıcı 

təşəbbüslərindən  asılıdır.  Bu  təşəbbüslərin  hamıya  faydalı  olması 

üçün, özəl mülkiyyət toxunulmazlığı və müqavilə azadlığı olmalı-

dır. Vətəndaşların  özəl  həyatına  hörmət  –  insan  ləyaqətinin  təməl 

şərtidir. Ləyaqətsiz ədalət mümkün deyil. İdrak, iştirak, dürüstlük və 

aydınlıq təcrübəsini ölkəmizə gətirəcək quruluş da məhz REAL, əsl 

Cümhuriyyətdir. 




RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

5



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə