Rəssam Vasif Səftərov



Yüklə 17,68 Kb.
tarix25.11.2022
ölçüsü17,68 Kb.
#70460
1244 ressam


Rəssam Vasif Səftərov
44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması yeni-yeni işlərin görülməsi, mövzuların yaranması, layihələrin icrası üçün bir mənbə oldu. Azərbaycanın qəhrəmanlıq tarixini gələcək nəsillərə ötürmək üçün artıq müxtəlif layihələrə başlanılıb. Bu layihələr sırasıda uşaqlar üçün müharibə, qələbə mövzusunda çəkilən illustrasiyalar da yer alıb.
Artıq illərdir ki, çəkdiyi rəsmlər, karikaturalar və illustrasiyalarla məşhurlaşan Vasif Səftərovdur. 32 yaşı olan V.Səftərov Qazaxın Daş Salahlı kəndində doğulub. 9-cu sinifdən Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə daxil olan V.Səftərov hazırda "Hədəf" liseyində təsviri-incəsənət müəllimi olaraq fəaliyyət göstərir. O, liseydə həmçinin öz emalatxanasını quraraq yaradıcı gənclərə dəstək olur. Hazırda onu işini əsas istiqaməti yetişməkdə olan nəslə Azərbaycanın qələbə tarixini çatdırmaqdır.
Yaradıcılığa başladığından bu vaxta qədər Vasif bir çox rəsm yarışlarında uğurla çıxış edib. Gənc rəs­sam ilk dəfə gücünü 2000-ci il­də Sabunçu rayonunda uşaqlar ara­sında­ ke­çiri­lən rəs­samlıq sər­­gisində sınayıb. Bu yarışmada o, müsabiqənin birinci mükafatını qazanıb.
2002ci ildə vətənpərvərliyə həsr olunmuş müsabiqədə "Ana və oğul" kompozisiyası ilə iş-tirak edən gənc rəssam bütün rəqiblərini üstələyərək müsabiqənin birinci yerinə layiq görülüb. 
Daha sonra rəssam narkomaniyaya qarşı mubarizəyə həsr olunmuş sərgidə ilk on mü­ka­fat­çı sı­ra­sın­da nə yer al­ıb­. 2004-cü il­də Sa­bun­çu ra­yo­nun­da mək­təb­li­lər ara­sın­da ke­çi­ri­lən rəsm sərgisində 2ci yeri qazanan gənc rassamın ölkə daxilindəki uğurları qeyd etdiklərimizlə məhdudlaşmır. O, hələ adını çəkmədiyimiz bir çox müsabiqələrdə də qaliblər sırasında olub.
Vasif bir çox beynəlxalq yarışmalardan da kənarda qalmayıb. Beynəlxalq müsabiqələrdə gücünü ilk dəfə 2001ci ildə Turkiyədə təşkil olunan Ümumdünya Uşaq Gününə həsr olunan rəsm yarışmasında sınayan Vasifin də iştirakçısı olduğu uç nəfərlik komanda uğurlarını yeniləyərək mükafatçılar sırasında birinciliyi qazanıb. Daha sonra onun "Dünya uşaqların gözü ilə" adlı kompozisiyası YUNESKO xətti ilə ABŞ da ke­çi­ri­lən bey­nəl­xalq sər­giyə göndərilib. Burada da Vasifin əl işi müsabiqəyə təqdim olunmuş əsərlər içərisində bi­rinci yera layiq görülüb.
İllustrator kimi ilk fəaliyyətinə "Hədəf" və "Xan" nəşriyyatında başlamışdır. Öncələr daha çox Şamil Sadiqin ssenarisi əsasında illustrasiyalar çəkmiş, sonradan müxtəlif kitablara da illustrasiyalar çəkməyə davam etmişdir. Adıçəkilən nəşriyyatlarda "Xatirə Ədəbiyyatı" silsiləsində mənim də gördüyü çox işlər işlər olub. Uşaqlar üçün "Dədə Qorqud" boylarını, tarixi abidələr, sənətkarlar, sərkərdələrlə bağlı maraqlı işləri olub. Maraqlı layihələrdən biri də 12 kitabdan ibarət dəst hesab edilən "Böyük adam olmuş uşaqlar" layihəsi olub.
Mübariz İbrahimov haqda olan cizgi-romanı Azərbaycanda bir ilk hesab edilən işdir. Bu işin ideya müəllifi və ssenaristi Şamil Sadiq, rəssamı isə Vasif Səftərovdur.
Təkcə Azərbaycanda deyil, bir çox xarici dövlətlərdə də əl işləri ilə kifayət qədər populyarlaşmış rəssam bu günədək həm respublikamızda, həm də xarici ölkələrdə keçirilən sərgilərə qatılıb. Onun əl işləri ən yüksək mükafatlara layiq görülüb. O, indiyədək əl işlərini təqdim etdiyi müsabiqə və sərgilərdən 40 mükafat alıb. Onlardan 18-i birinci, 1-i ikinci dərəcəli diplomlar, yerdə qalanları isə təşəkkürnamələrdir. Vasifin indiyədək yalnız 2011-ci ildə Adil İsgəndərov adına Mədəniyyət Sarayında fərdi sərgisini keçirib. Rəssamlığı dəlilik adlandıran Vasif Səftərov bu sənətin qurban tələb etdiyini deyir. O, özünü də bu qurbanlardan biri hesab edir: «Çünki mən bədənimin bəzi yerlərini cızıram və oradan çıxan qanla şəkil çəkirəm. Qanın rəngi daha şəffaf olur. Düzdür, qan çıxan yerlərdə ağrılar olur. Amma qanımla çəkərək ərsəyə gətirdiyim əl işləri mənim çox xoşuma gəlir».
Vasif həmçinin ayağı ilə rəsm çəkməyi çox xoşlayır. Bildirir ki, ayaqla rəsm çəkməyə uşaqlıqdan başlayıb: «Uşaqlıq illərimdə rəsmləri həm sol, həm də sağ əlimlə çəkməyi öyrənmişdim. Amma bir dəfə televiziya kanallarından birində istedadlarla bağlı yayımlanan verilişdə əlil rəssamın ayağı ilə şəkil çəkməsini gördüm və insanın nələrə qadir olacağını uşaqkən düşünərək ayağımla rəsm çəkməyi məşq elədim. Hazırda həm hər iki əlimlə, həm də hər iki ayağımla eyni vaxtda müxtəlif rəsmləri çəkirəm».
Vasif Natiq adlı bir tanışının rəsmini ayağı ilə çəkə biləcəyini deyib və onun mərcə girib. Rəsmi çəkdikdən sonra Natiq portretini bəyənib: «Əl işimi çox bəyəndi. Xahiş etdi ki, ayağımla və əlimlə ora imza qoyum. Mən də onun xahişini yerinə yetirdim və portreti Natiqə bağışladım».
Yüklə 17,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin