Samux, Tovuz və Hacıqabul ərazilərinə səfər barədə



Yüklə 23,67 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü23,67 Kb.
#35424
1   2   3   4
24 -25 dekabr 2020 Samux-Tovuz Haciqabula səfər barədə
24 -25 dekabr 2020 Samux-Tovuz Haciqabula səfər barədə
Hacıqabul ərazisi

23-24 dekabr tarixlərində düşən yağıntılar əraziyə normal qaydada baxış keçirilməsinə imkan vermdədi. Mütəxəssislərlə razılaşdırıldı ki, bir neçə gündən sonra əraziyə daha əsaslı şəkildə baxış keçirilsin.



Bununla yanaşı, çox çətinliklə olsa da aşağıdakı pivot sahələrinə baxış keçirildi:

  1. Pivot 3.3. Gallio sortu. 23 oktyabrda səpilib. Sahənin dağ tərəfindən pivot mərkəzinə qədər olan hissə yaxşı kimi dəyərləndirilir. Bu hissədə çıxış normaldır, qarğıdalı kütləsi çox olan hissələrdə qismən seyrəklik müşahidə edilirdi, lakin sonrakı inkişaf, seyrək əkinlərin daha güclü kollanması həmin seyrəkliyi aradan qaldırılmasını şərtləndirəcəkdir.

  2. 3.3.pivotun əsasən mərkəzdən kəndə tərəf olan hissəsi çox seyrəkdir, taxıl otu (nazik yarpaq) alaqları üstünlük təşkil edir. Burada seyrəkliyin əsas səbəbi kimi qarğıdalı kütləsinin daha çox olması, kütlənin torpaqdakı toxumun kifayət qədər nəmliklə təmin olunmasına maneə yaratması, nəticədə çıxışın çox gec alınması və yaxud toxumun nəmliklə kifayət qədər təmin olunmaması səbəbindən cücərərək torpaq səthinə çıxa bilməməsi, çürməsi, alaqların isə sürətli inkişafı qeyd edilə bilər.

Aqronomlarla birlikdə vəziyyəti və səbəblərini müzakirə edərək 2 çıxış yolu təklif edilir:

  1. Hazırki vəziyyətdə sahə kifayət qədər yaş olduğundan hər hansı texnikanın orada işləməsi mümkün düyil. İstənilən halda gözləmək lazım gələcəkdir. Məhz bu vaxtdan istifadə edərək 5-8 gündən sonra təkrar baxış keçirmək. Əgər hər hansı dəyişiklik və irəliləmə olmazsa, onda həmin hissədə Jokerlə becərmə aparmaq və təkrar səpin həyata keçirmək;

  2. Əgər səpin aparmaq imkanı olmazsa, pivot mərkəzindən kəndə tərəf olan hissədə mart ayının 25-də və yaxud bir neçə gün sonra erkən qarğıdalı əkini həyata keçirmək.


Yüklə 23,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə