Sem (Search Engine Marketing) yoxsa seo



Yüklə 203,74 Kb.
tarix02.01.2022
ölçüsü203,74 Kb.
#39273
M10-03 SEM və SEO kimi axtarış sistemləri

SEM yoxsa SEO?



SEM (Search Engine Marketing) yoxsa SEO (Search Engine Optimization) ?


SEM (Axtarış sistemi marketinqi) SEO kimi axtarış sistemlərində veb-saytınızın ön sıralarda görünməsinə xidmət edir. SEM və SEO bir-birinə çox yaxın 2 termindir. Lakin SEO-nun SEM-dən fərqi ondan ibarətdir ki, SEO ilə veb-saytınızın axtarış sistemlərində ön sıralarda görünməsini ödənişsiz olaraq həyata keçirə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı “SEO Optimizasiya xidmətimizdən yararlanın” adlı məqaləmizi oxuyaraq ala bilərsiniz. SEM isə axtarış sistemlərinin reklam platformasında kampaniya başladır və daxil etdiyi açar sözlərə müvafiq ödəmələr etməklə saytın axtarış zamanı ilk sıralarda görüntülənməsinə nail olur.

SEM ilə SEO arasında digər bir fərq isə ondan ibarətdir ki, SEM marketoloqun, SEO isə İT mütəxəssisin fəaliyyət sahəsidir. Belə ki, SEO saytın axtarış zamanı ön sıralarda çıxması üçün açar sözlərinin mətnlə uyğunluq təşkil etməsini tələb edir. SEM-də isə belə bir tələb yoxdur. Search Engine Marketing yolunu seçən şirkətlər az büdcə ilə çox tez bir zamanda nəticə əldə edir. Bu da SEM-in üstün cəhətlərindən biridir.

SEM ilə reklamını etmək istədiyiniz məhsul və ya xidmətlə bağlı edilən axtarışlar zamanı ən çox hansı açar sözlərin və ifadələrin işlədildiyini müəyyənləşdirməklə siz veb-saytınızın reklamlarının axtarış sistemlərində ilk sıralarda çıxmasını təmin edə bilərsiniz.

SEO Optimizasiya xidmətimizdən yararlanın


Əgər sizin şəxsi veb-saytınız varsa, o zaman siz SEO-nun nə olduğunu bilməlisiniz. Bu sizin biznesiniz üçün olduqca əhəmiyyətlidir. Belə ki, şirkətinizin məhsullarını və ya xidmətlərinizi internet vasitəsilə daha çox insana göstərmək və veb-saytınıza daha çox ziyarətçi cəlb etmək istəyirsinizsə, o zaman SEO optimizasiya xidmətimizdən yararlana bilərsiniz. Bu xidmətdən istifadə etməklə, siz daha çox gəlir əldə edə bilərsiniz.


SEO nədir?


İngilis dilindəki “Search Engine Optimization” sözlərinin qısaltması olaraq, dilimizdə “Axtarış sistemi optimizasiyası” kimi tərcümə olunur. Adından da göründüyü kimi SEO-nun əsas məqsədi veb-saytınızın axtarış sistemlərində axtarılan zaman ön sıralarda çıxmasıdır. Buradan da aydın olur ki, axtarış sistemi optimizasiyası veb-saytınızda yer alan bilgilərinizin, məqalələrinizin, məhsullarınızın, xidmətlərinizin, satışlarınızın və s. daha çox insan tərəfindən görülməsində böyük əhəmiyyət kəsb edir.

SEO Optimizasiya xidməti


Seven Services şirkəti olaraq 2006-cı ildən bəri müasir veb-saytların yaradılması sahəsində peşəkar olaraq fəaliyyət göstəririk. Bununla yanaşı həm də veb-saytların SEO optimizasiyası xidmətini əməkdaşlarımıza təqdim edirik. Nəticədə isə sizin saytınız heç bir ödəniş etmədən axtarış sistemlərində ilk sıralarda görünür. Bu da öz növbəsində sizin fəaliyyət sahənizdə rəqiblərinizdən bir addım öndə olmağınıza, daha çox müştəri qazanmağınıza və veb-saytınıza baxışın maksimum səviyyədə olmasına şərait yaradır. Qeyd edək ki, hazırda tanınmış bir çox saytlar da vaxtilə bu üsuldan istifadə ediblər.
Yüklə 203,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin