Tələbə: İxtisas: Rabitə qovşaqları və kommunikasiya sistemləri Qrup: RQ310A Kurs: lll Müəllim: Hüseynova Gülüş Fənn: Kommutasiya sistemləri Mövzu: Mobil telefon aparatları. Terminallar. BAKU-2022
Mobil rabitə sisteminin əsas elementlərindən biri hərəkət edən stansiya və ya mobil telefon aparatıdır. Belə aparatlara radio telefonda deyilir. Adi telefon aparatlarından fərqli olaraq radio telefon aparatları bir sıra əlavə funksiyaları da yerinə yetirir. Belə funksiyalara radio telefon aparatının baza stansiyaları ilə daimi olaraq müvafiq siqnallar vasitəsilə qarşılıqlı əlaqədə olmasıdır ki, buna əsasən onların koordinatları yəni hansı coğrafi ərazidə yer dəyişmələri baza stansiyaları tərəfindən müəyyən edilir. Mobil telefon aparatının tərkibinə daxildir:
1.Qəbuledici, verici blok;
2.Antena bloku;
3.İdarəetmə bloku;
Tərkibinə görə ən sadəsi antena blokudur. Bu bloka antena və qəbuledici, verici kommutator aiddir.
Elektron stansiyalarda elektor-kommutatordan istifadə edilir ki, oda antena gah vericinin çıxışına gah da qəbuledicinin girişinə qoşur. Çünki elektron sistemli mobil aparatlar eyni vaxtda həm veriliş, həm də qəbul rejimində işləyirlər.
İdarəetmə blokunun tərkibinə telefon, mikrofon, displey daxildir.
Displey stansiyanın iş rejimlərini və onun qurğuları vasitəsi ilə verilən informasiyaları ekranda əks etdirməyə xidmət edir.
Qəbuledici verici blok özü də bir neçə kiçik blokdan ibarətdir. Onun tərkibinə verici blok, qəbuledici blok, məntiq bloku və tezlik sintezatoru daxildir.
Ayrı-ayrı blokların funksiyasına nəzər yetirək:
Analoq rəqəm çeviricisi(ARÇ)- mikrofonda yaranan bütün analoq siqnallarını rəqəm formasına çevirir və onların sonrakı emalını təmin edir.
Nitq koderi - danışıq siqnallarını kodlaşdırır ki, bunun sayəsində rabitə kanalı ilə veriləcək informasiyanı ümumi həcmini azaldır.
Kanal koderi - nitq koderinin çıxışında alınan rəqəm siqnallarına artıq siqnallar əlavə edir ki, buda siqnalların rabitə kanalı ilə ötürülməsi zamanı səhvlərdən mühafizəni təmin etmək üçündür.
Modulyator – kodlaşdırılmış danışıq siqnalını aparıcı tezliyə yetirirlər.
Demodulyator – modullanmış radio siqnallardan kodlaşdırılmış danışıq siqnallarını ayırır.
Danışıq dekoderi- kanal koderindən ona daxil olan danışıq siqnalların bərpa edib təbii formaya gətirir. Bundan sonra rəqəm formasında olan siqnallar rəqəm –analoq çeviricisinə ötürülür.
Rəqəm –analoq çeviricisi qəbul edilmiş rəqəm formalı siqnalları danışıq siqnallarına çevirir və telin girişinə ötürür.
Ekvalazer – çox şüalı yayım nəticəsində yaranan təhrifləri qismən aradan götürməyə xidmət edir.
Məntiq bloku – özünün operativ və dəyişmiş yaddaşdan kompleksi olub hərəkət edən stansiyanın işini idarə edir.
Tezlik sintezatoru - aparıcı tezlik mənbəyi olub radiokanal vasitəsilə veriləcək danışıq siqnallarını aparıcı tezliyə çevirir.
Terminallar: Müasir terminal şəbəkələrində bir sıra funksiyaları yerinə yetirə bilən son qurğular terminal adlanır.
Çap və səs qurğusu ilə təmin edilmiş kompüterlər həm mətn, həm də səs informasiyalarını qəbul etməklə bərabər belə informasiyaları ötürmək də mümkündür.
Ən sadə kompüterlər əsas 4 hissədən ibarətdir.
1.sistem bloku
2.manitor yəni displey
3.klaviatura və siçan
4.daxili və xarici qurğular
Sistem bloku özü aşağıdakı hissələrdən ibarətdir.
1.mərkəzi prosessor
2.əməli yəni operativ yaddaş
3.anaplata
4.videokarta
5.diskovoldlar
6.enerji bloku
7.işəsalıcı düymələr və işıqlar
8.əlavə qurğuların qoşulma yeri
9.daimi yaddaş və diskovadların qoşulma yeri
Mərkəzi prosessor əsas hesablama qurğusu olub kompüterin beyni adlanır. Daimi yaddaş həcmcə ən böyük yaddaş olub özündə olan məlumatların enerji kəsildikdə belə saxlaya bilər.
Əməli yəni operativ yaddaş daimi yaddaşa nisbətən az həcmli və daha sürətli yaddaşdır. Enerji olmadıqda əməli yaddaşın məlumatları pozulur.
Ana plata daxili və xarici qurğular arasında əlaqə vasitəçisi rolunu oynayır.
Mərkəzi prosessora faks, printer, skayner kimi xarici qurğularda qoşmaq mümkündür. Paket şəbəkəsində işləyən abunəçilərə səs və multimediaya rabitə xidmətləri təqdim edilən qurğulara terminal avadanlıqlar deyilir.