AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Fakültə:Nəqliyyat və logistika
İxtisas-Nəqliyyat mühəndisliyi
Müəllim:Rövşən Quliyev
Tələbə Tural Eyvazlı
Qurp :101a1
Fənn:Multikulturalizm
Konfutsiçilik
Konfutsiçilik Çində e.ə. V-VI əsrlərdə yaranıb. O, ən qədim fəlsəfi sistemlərdən və daosizm və buddizmlə birlikdə üç əsas dini-etik təlimdən biri hesab edilir. Çin imperiyasının müəyyən tarixi məqamlarında isə konfutsiçilik əsas din, rəsmi dövlət ideologiyası funksiyasını oynayıb. Onların ön plana çəkdiyi və ciddi-cəhdlə tətbiq etdiyi sosial etika cəmiyyət hüdudlarında fərdin mənəvi kamillyinə yönələrək qədimiliyin nüfuzu ilə təqdis edilən ciddi müəyyənləşdirilmiş normalar çərçivəsində, mahiyyət etibarilə, digər dinlərin də əsasında duran mistikaya, bəzən isə hətta ekstaza bürünmüş kortəbii etiqadın ekvivalenti idi.
Din olmasa da, konfutsiçilik sözün əsl mənasında az qala dindən də güclüdür. Konfutsiçilik həm siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə, Çin həyat tərzinin özülü idi.
2000 ildən çox bir müddətdə konfutsiçilik çinlilərin ağıl və duyğularının formalaşmasına, onların inanclarına, psixologiyalarına, düşüncələrinə, davranışlarına və məişətlərinə ciddi təsir etdi. Bu mənada konfutsiçilik dünyanın geniş yayılmış dinlərinin heç birindən geri qalmır. Bu təlim Çin milli mədəniyyətinin bütün çalarlarına, əhalinin milli xarakterinə nəzərə çarpacaq dərəcədə rəng qatdı.
Konfutsiçiliyin əsl adında (ju – ([tzya tzyao]) – "intellektual şagirdlər məktəbi") onun yaradıcısının adının olmaması da təsadüfi deyildi. Çünki Konfutsinin məqsədi yeni təlim yaratmaq yox, çox uzaq keçmişi sevmək və ona inanmaq idi. Konfutsiçilərin sələfləri əsasən məmur ailələrindən olan və rəsmi mövqelərini itirdikdən sonra müəllimlik edənlər idi. Onlar sonralar Onüçkitabçılığın bir hissəsini təşkil etmiş qədim kitabları təlim etməklə dolanırdılar. Onüçkitabçılıq təlimləri (Şi-san tzin) – konfutsiçiliyin qanun-qaydalarını təşkil edən 13 qədim Çin klassik əsərləridir. Onüçkitabçılığın tarixi isə Xan dövrünə gedib çıxır. O zaman (e.ə. 140-87-ci illər) aşağıda adı çəkilən əsərlərin daxil olduğu Beşkitabçılıq mövcud idi.
1. Şitzin (mahnı və himnlər kitabı);
2. Şutzin (tarix kitabı);
3. İtzin (dəyişikliklər kitabı);
4. Li tzı (mərasimlər haqqında qeydlər);
5. Çuntzyu (payız və yaz salnaməsi).
Tan sülaləsi dövründə (e.ə. 907-618-ci illər) Beşkitabçılığa aşağıdakılar əlavə eildi:
6. Çjou li (Çjou sülaləsinin ritualları);
7. İli (etiket və mərasimlər haqqında kitab);
8. Tzou-Çjuan (cənab Tsyuminin xronikası);
9. Qunyan-Çjuan (cənab Qunyan Qaonun xronikası);
10. Qulyan-Çjuan (cənab Qulyan Çinin xronikası).
İmperator Ven-tszuenin dövründə (e.ə. 840-827-ci illər) bu mətnlər daş plitələrə yazıldı. Bu zaman onlara daha üç kitab əlavə edildi:
11. Syao Yzsin (ehtiramlı oğullar kitabı);
12. Lun yuy (mülahizə və söhbətlər);
13. Er ya (nəfis sinonimlər lüğəti və kanon kitablarına şərhlər).
Onüçkitabçılığın formalaşması Şimali Sun dönəmində (e.ə. 1127-960-cı illər) Men-tzsı traktatı əlavə edilməklə sona çatdı. Bu kitablar Çinin tarixində mühüm rol oynayaraq iki min il ərzində ölkənin və təlim-tərbiyənin idarə olunmasının əsasını təşkil edirdilər. Konfutsi (Kun-tszı, e.ə. 551-479-cu illər) Çjou sülaləsi dönəmində Lu səltənətində (indiki Şandun əyalətinin Tsyuyfu şəhəri) O, 22 yaşında Çinin ən məşhur pedaqoqu kimi ad aldı. Kun-tszı məktəbində 4 kitab: əxlaq (Şitszin), dil (Şutszin), siyasət (Litszi) və ədəbiyyat (Yuetszin) öyrədilirdi.
Humanizm (jen) özündə təvazökarlıq, təmənnasızlıq, ləyaqət, insanlara sevgi və s. keyfiyyətləri birləşdirir. Jen – yalnız qədim insanların malik olduğu, demək olar ki, əlçatmaz bir idealdır. Konfutsi müasirlərindən humanist olaraq yalnız özünü və sevimli şagirdi Yan Xueyi hesab edirdi. Lakin əsl tzyun-tszı üçün təkcə humanizm kifayət etmirdi. O, həmçinin daha vacib bir keyfiyyət – borcluluq duyğusuna malik olmalı idi. Borc – humanist insanın öz məziyyətləri çərçivəsində üzərinə götürdüyü mənəvi öhdəlikdir.
Borcluluq duyğusu, bir qayda olaraq, öz xeyrini bilməklə yox, bilik və yüksək prinsiplərlə şərtlənir. "Xeyirxah adam borc haqqında düşünür, rəzil adam isə mənfəət haqqında düşünür" deyə Konfutsi öyrədirdi. O, həmçinin düzlük və səmimilik (çjen), ədəb, əxlaq, mərasim və ənənələrə sadiqlik (li) kimi anlayışları da təhlil edir. Konfutsi ilə təmasda olan şagirdlərin yazılarında filosof ədalətli, soyuqqanlı, təmkinli, işgüzar təsvir edilir. Həyatda praktik olan Konfutsi öz təlimində də bu cürdür. Onun bütün söhbətləri və təlimatları, həyatı müdriklik xarakteri daşıyır və adi, təbii tələbatları aşmır. Onun bütün təlimi üç əsas: dövlətin təbəələri ilə, ataların uşaqları ilə və ərlərin arvadları ilə düzgün davranmalarında tamamlanır. Bundan başqa, 5 ali məziyyət və ya öhdəliklərin tam yerinə yetirilməsi tələb olunur:
- insansevərlik, yəni özün kimi hamıya şəfqətlə yanaşmaq;
- ədalət və ya üzgörənlik etmədən hər bir kəsin layiq olduğu mükafat və cəzanın verilməsi;
- qanunlara tabeolma və hakim dinin təyin etdiyi adət-ənənələrə riayət olunması;
- həqiqətə uyğunluq, daha doğrusu hər cür yalana daim ikrah bəslənilməsi;
- hər zaman və hər yerdə düzlük və təmizlik.
Konfutsi bu qaydalara əməl olunmasının xoşbəxtlik gətirəcəyinə inanırdı və onlara əsaslanaraq öz təlimini yaratmışdı. Bu təlimin əsas prinsipi fəaliyyətdə tarazlığın qorunması və bütün anlarda sakitliyin saxlanması, heç bir vəchlə ehtirasa qapılmamadır. Konfutsiyə görə, hər bir müdrikin can atmalı olduğu mənəvi kamillik elə budur. İnsan hər zaman ortanı gözləməlidir: nə qatı nifrət, nə məhəbbət; çox kədərlənməməli, çox sevinməməli – bir sözlə, heç zaman ifrata qapılmamalıdır. Bundan başqa, digərlərinə olan münasibətlərdə də əxlaq qaydalarına əməl etməlidir, yəni özünə arzulamadığını başqlarına da arzulamamalıdır. Ədalət və düzgünlük, özünə və sözünə inam, səmimilik anlaşılmazlıqların aradan qaldırılmasına və ictimai münasibətlərə xeyirxah yanaşmanın əsasıdır. Özündən böyüklərə hörmət və ehtiram, həlimlik, dözüm və nəhayət istisnasız hər kəsə nəzakətlə yanaşmaqla ortanı və harmoniyanı gözləmək olar.
Bu prinsiplərə riayət edilməsi alicənab tzyun-tszının borcudur. Beləliklə, Konfutsinin "alicənab insanı" ibrətamiz məziyyətlərə malik mücərrəd sosial idealdır. Bu ideal bənzətmə üçün mütləq sayılırdı, ona yaxın olmaq isə sosial nüfuz və şərəf hesab olunurdu. Bu, xüsusilə, Xan dövründə (e.ə. III əsr) Çin imperiyasını idarə edən məmurlara aid idi. Bu təlim dövlət quruluşunu, xalqın mənəvi və əxlaqi durumunu, məişətini əhatə edən bütün səviyyələr üçün stimul sayılırdı. Xalqa bu təlimi daha yaxşı aşılamaq üçün Konfutsi mərasimlər adlanan bütöv bir kodeks yaratmışdır. Mərasimlər insanlara müəyyən vəziyyət və zamanda özlərini necə aparmalarını, mübahisə və toqquşmalardan qaçaraq ədəb-ərkan qaydalarına riayət etməyi öyrədir. Konfutsi deyirdi ki, mərasimlər səma ilə yerin əlaqəsini, insanlar arasında qayda-qanunu təsdiq edir və süni deyildir. O, öyrədirdi ki, mərasimlər əşyaların müxtəlifliyinə, onların aşağı və ya yüksək məziyyətlərinə, təbiətin hər yerində mövcud olan müxtəlifliyə əsaslanır. Buna görə də, nigah, dəfn, qurbankəsmə zamanı həyata keçiriləcək müxtəlif təlimatlar nəzərdə tutulmuş, eləcə də hakim və məmur, ata və övlad, ər və arvad, böyüklər və kiçiklər arasında əlaqələrin forması müəyyən edilmişdi. Beləcə, bu təlim Çinin siyasi və ailə quruluşuna tətbiq edilirdi. Hakimin demokratik təməli və qeyri-məhdud hakimiyyətinin tərəfdarı olan bu təlim eyni zamanda "qızıl orta" prinsipini də unutmurdu: – "hökmdarın yalnız həddini keçən tələblərinə riayət etməmək olar". "Qızıl orta" cəmiyyət və onun üzvlərinin ideal vəziyyəti sayılırdı. Ona nail olmaq üçün isə bütün hərəkətləri düşünərək etmək, tələsməmək və qaydalara pedantcasına əməl etmək zəruri idi.
Bunlardan başqa nifrət və sevgiyə də ölçülü yanaşılmalı idi. Konfutsi pisliyə, bədxahlığa qarşı yaxşılıqla, xeyirxahlıqla cavab verilməsinin cəfəng və mənasız olması qənaətindəydi: "Bəs onda xeyirxahlığı nə ilə cavablandıraq?", – deyə soruşurdu. O, həmçinin, mənasız qəhrəmanlığı da qəbul etmirdi. Əgər görürsən ki, insanı xilas etmək mümkün deyil, onda niyə hədər yerə risk edəsən ki? Münasibətlərin əsasında hörmət, dostluq, qayğıkeşlik dayanmalıdır. Heç vaxt Li çərçivəsindən kənara çıxmaq olmaz. Konfutsi hər zaman etiketin yalnız davranış üçün praktik orientir olduğunu xatırladırdı: "Əgər Li nə olduğu bilinmirsə, heç nəyə ümid etmək mümkün deyil".
Lao-tszı hərəkətsizlik və ibtidai sadəliyi öyrətdiyi halda, Konfutsi hadisələrin gedişinə aktiv müdaxilə olunmasını təkid edirdi. Onun fikrincə, xalqı tale yazısına buraxmaq olmaz. Cəmiyyətin həyatında təbiilik və qanunlar arasındakı harmoniya hökm sürməlidir. "Təbiət sünilikdən irəlidə olanda barbarlıq, sünilik təbiəti ötəndə isə ikiüzlülük alınır. Yalnız təbii və süninin tarazlığı xeyirxah insanı yaradır".
Dostları ilə paylaş: |