SəRBƏst iŞ Mövzu: Azərbaycan Dillər Universitetində kitabxana-informasiya texnologiyalarının tətbiqi vəziyyəti



Yüklə 19,69 Kb.
tarix02.01.2022
ölçüsü19,69 Kb.
#47155
Azərbaycan Dillər Universitetində kitabxana-informasiya texnologiyalarının tətbiqi vəziyyəti


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ KULTUROLOGİYA FAKÜLTƏSİ
SƏRBƏST İŞ
Mövzu: Azərbaycan Dillər Universitetində kitabxana-informasiya texnologiyalarının tətbiqi vəziyyəti
Rəhbər: ADMİU-nun Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi Natiq Mürsəlov
Tələbə: Təhməzli Leyla
İxtisas: Kitabxanaçılıq və informasiya fəaliyyəti
Qrup: KTX020
Kurs: II
Şöbə: Əyani


Azərbaycan Dillər Universitetində kitabxana-informasiya texnologiyalarının tətbiqi vəziyyəti

2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət  Dillər İnstitutunun profili  genişləndirilməklə  Azərbaycan Dillər Universiteti yaradıldı. Kitabxananın yeni modelini yaratmaq məqsədilə ilkin addım kimi universitetin Təbriz küçəsindəki yeni binasında kitabxana üçün kifayət qədər yer ayrıldı və 2007-ci ildən başlayaraq kitabxana fondunun böyük əksəriyyəti geniş, işıqlı, təmiz və quru zallara köçürüldü. Binanın birinci mərtəbəsində müəllim, aspirant, magistr və tələbələr üçün yeni texnologiyalarla təchiz edilmiş, müasir standartlarına cavab verə biləcək 2 oxu zalı, biblioqrafiya-informasiya xidmətləri şöbəsi, xidmət şöbəsi və onun kitab fondu böyük zala yerləşdirildi. Kitabxananın maddi-texniki bazası gücləndirildi, müasir texniki avadanlıqlar alınmasına xüsusi diqqət verildi.

Hazırda kitabxanadakı  rəqəmsallaşma  prosesi üzərində ciddi iş aparılır. Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli məlumat bazalarının yaradılması sahəsində də iş aparılır.

Universitetimizdə hər bir ali məktəbin arzu edə biləcəyi geniş kitabxana şəbəkəsi yaranmışdır. Artıq yeddi ilə yaxındır ki, fəaliyyət göstərən Alman mənbə mərkəzinin, Avstriyanın mədəniyyət və iqtisadi məsələlər üzrə mərkəzinin oxu zalları, Fransa, Norveç, ABŞ, İtaliya, Yaxın Şərq və İsrail, Koreya, İndoneziya, Yaponiya, Hindistan və b. ölkələrin mənbə mərkəzlərinin kitabxanalarından universitetimizin professor-müəllim heyəti və tələbələri ilə yanaşı kənar şəxslər də istifadə edə bilir.

Prezident cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablarla pulsuz komplektləşdirilir. İndiyə qədər kitabxanamız bu yolla 7 000 nüsxədən çox Azərbaycan və dünya yazıçılarının əsərlərini, folklor nümunələrini hədiyyə kimi almışdır.

Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq respublika ali məktəbləri arasında ilk dəfə universitetimizdə işləyən əməkdaşların xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərinin “Biblioqrafiya”sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərləri haqqında Azərbaycan və rus dillərində 2 cilddən ibarət Biblioqrafik göstərici çap olunmuşdur.

Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq respublika ali məktəbləri arasında ilk dəfə universitetimizdə işləyən əməkdaşların xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərinin “Biblioqrafiya”sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərləri haqqında Azərbaycan və rus dillərində 2 cilddən ibarət Biblioqrafik göstərici çap olunmuşdur.

Kitabxana illər boyunca formalaşaraq  Azərbaycanda, çoxdilli, dərslik və digər materiallara görə ən  böyük universitet kitabxanasıdır.

Kitabxananın əsas və mühüm məqsədlərindən biri tədris prosesinə informasiya dəstəyi göstərməkdən ibarətdir və bu proses üç istiqmətdə həyata keçiriləcək:


  • birinci istiqamətdə, təlim-metodik vəsaitlərin tərkibinə daxil olan dərs vəsaitləri və dərsə aid elektron resursların kataloqlaşdırılması və tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur,

  • ikinci istiqamətdə ADU-nun professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin, eləcə də dərslik və dərs materiallarının universitetimizə məxsus ünvanlı DSpace elektron arxivdə yerləşdirilməsi və Sərbəst girişlə istifadəçilərin ixtiyarına verilməsi reallaşdırılıb,

  • üçüncü istiqamətdə isə təlim-tədris prosesində məlumat bazaları və qabaqcıl nəşriyyat evləri veb saytlarında yerləşdirilən elektron resurslardan geniş istifadə olunmasına imkan yaradılması,

ADU-nun  Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi tələbələrə bir çox tədris materialları ilə  yanaşı həmçinin lazımı məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinın məqsədi oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə maarifləndməni dəstəkləmək, universitetin informasiya ehtiyaclarını qarşılamaq kitabxanada toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya sisteminin yaradılması məkanının liderliyini saxlamaqdan ibarətdir.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinın strategiyası məqsədlərimizi həyata keçirtmək üçün universitet çərçivəsində və xaricində əməkdaşlıq yaratmaq, kitabxana daxilində yenilik mədəniyyəti tətbiq etmək və xidməti hədəflərimiz, peşəkar inkişafa dair öhdəliyi artırmaqdır.

EKİXM xidmətlərini, resurslarını universitet birliyi daxilində  milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması ilə yanaşı xaricdə tanıtmaq, əlaqələr yaratmaqla genişləndirir.

İctimai və beynəlxalq əlaqələr ilə tədqiqat, tədris və təlim üçün kolleksiyalarla fiziki və rəqəmsal istifadə imkanlarını genişləndirmək üçün əməkdaşlıq edir.

Təhsil və tədqiqat, eyni zamanda sosial-intellektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana imkanlarını genişləndirir.

Universitetin missiyası və tələblərinə uyğun olaraq istifadəçilərin bütün kateqoriyalarının məlumatlarını təmin etmək, universitetin təhsil və tədqiqat proqramlarını dəstəkləyib, onların istifadəsi üçün uyğun mühiti təşkil etmək, müəllim heyəti, tələbələr və işçilər tərəfindən elmi tədqiqat üçün zəruri məlumat mənbələri ilə təmin etmək, ADU-nun missiyasına uyğun, tədris və elmi tədqiqatların yayılması üçün müasir İnformasiya texnologiyalardan istifadə etmək, strateji məqsədlərimizi, hədəflərimizi dəstəkləmək, həyata keçirtmək üçün universitet çərçivəsində və xaricində əməkdaşlıqlar yaradıb, Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi daxilində yenilik mədəniyyəti tətbiq edərək  xidməti hədəflərimizi, peşəkar inkişafa dair öhdəliyi artıramaqdır.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi xidmətləri daha yüksək tələblərə cavab verən mühitlə təmin olunmuş olacaq. EKİXM hər bir fənn sahəsinə uyğun olaraq, ənənəvi və elektron resursları birləşdirərək “hibrid kitabxana” xidmətini təklif etməyi davam etdirəcək.

Elektron resursların artımı, ənənəvi kitabxana resurslarının istifadəsinin və ya nəşrlərin eyni dərəcədə azalması ilə müşayət olunmayacaq.  Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi daxili prosesləri asanlaşdırmaqla rəqəmsal resurslara girişi sürətləndirir və vaxtaşırı Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuyla əməkdaşlıq etməklə, akademik resurslara girişi təkmilləşdirir.

Kitabxana ali məktəbin aparıcı struktur qurumlarından biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini, tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

Ali məktəblərin reytinqi keyfiyyətli təhsili ilə yanaşı kitabxanası və onun xidmət səviyyəsi ilə də ölçülür. Kitabxanalarda müasir texnologiyaların tətbiqi klassik kitabxana xidmət modelinin təkmilləşməsinə və yeni mərhələyə keçməsinə səbəb olmuşdur. Azərbaycan Dillər Universiteti Kitabxanası da keçmişlə bu günü özündə cəmləşdirərək, gələcək fəaliyyətinin daha da zənginləşməsi istiqamətində çalışır. Müasir yanaşma və  geniş informasiya axınının elmi inkişafa yönəldilməsi, oxucuların mümkün qədər geniş və mütərəqqi  informasiya resurslarına çıxış imkanının təmin edilməsi məqsədilə kitabxana tərəfindən bir sıra yeniliklər həyata keçirilməkdədir.

Universitetdə mövcud olan siyasi və sosial təbiətin dəyişməsi ilə bağlı mövcud vəziyyət kitabxananı öz məqsədlərini yenidən düşünməyə, fəaliyyətinin yeni məqsəd və vəzifələrini müəyyənləşdirməyi  yenidən nəzərdən keçirməyə məcburdur.

Universitet kitabxanaları artıq təhsil və təhsil müəssisələrində fəaliyyət göstərən funksiyaları öz üzərinə götürən çoxfunksiyalı qurumlar kimi çıxış edir.

2017-/18-ci il kitabxananın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Universitet rəhbərliyinin təşəbbüsü ilə 1 saylı tədris binasında kitab verilişi məntəqəsi açıldı, 2 saylı tədris binasında açıq rəf üsulu ilə iki geniş oxu zalı istifadəyə verildi, kitabxananın  müasir tələblər səviyyəsində qurulmasına kömək məqsədilə müntəzəm şəkildə Elmi Şurada və Rektoryanı Şurada müzakirə edilərək səmərəli qərarlar qəbul edildi və s.

Kitabxanaya göstərilən diqqət və qayğıdan ruhlanan kitabxana əməkdaşları kitabxananın bütün istiqamətlər üzrə inkişafının təmin edilməsinə daha məsuliyyətlə yanaşmaq, kitabxana–oxucu münasibətlərinin yeni müstəvidə qurulmasına, xüsusən rəqəmsal arxiv fondunun yaradılmasına, elektron kitabxana vasitəsiləinformasiya xidmətinin standartlara uyğun şəkildə qurulmasına böyük həvəslə başlandı.

Kitabxanada aparılan islahatların uğurla nəticələnməsində peşəkar kitabxanaçı prinsipi ilə yanaşaraq, yeni təşəbbüslə kitabxanada elektron inventarlaşma, dünya kitabxanalarının tanıdığı avtomatlaşdırılmış kitabxana sistemində istifadə olunan RDA-in MARK21 formatına miqrasiyasının tətbiqinə, kitabxanada ciddi əmək intizamının yaradılmasına nail olunmuşdur.

Oxucular üçün kitabxana və məlumat araşdırma bacarıqları akademik uğurun ayrılmaz bir hissəsi olduğundan, tədqiqat qaynaqlarımızdan istifadə qaydaları kitabxana işçiləri ilə qarşılıqlı əlaqə və digər təlim vəsaitləri vasitəsilə mövcuddur. Kitabxana bacarıqlarının inkişafı universitetin tədris planına daxil edilmiş  tədqiqat komponentləri ilə gücləndirilir. Peşəkar kitabxanaçılar oxuculara e-poçt, canlı söhbət və görüş təyin etməklə kömək edə bilirlər.

Azərbaycan Dillər Universitetində çalışan və təhsil alan bir tələbə, təhsil mənbələri və xidmətlərindən istifadə etmə hüququna malikdir. ADU Kitabxanası tələbələrin, müəllimlərin və işçilərin təhsil məqsədlərini dəstəkləyən informasiya qaynaqları və xidmətləri saxlayır və inkişaf etdirir. Kitabxananın veb-saytı vasitəsi ilə sağlam, çoxsaylı elektron kitablar, dövri nəşrlər və digər nəşrlər toplusuna giriş tam sərbəstdir. ADU Universiteti Kitabxanası, texnologiya sayəsində bilik yaratmağı  formalaşdırır, tələbələrin öyrənmə və araşdırma tərzini dəyişdirir.

Universiteti Kitabxanası Universiteti və bütövlükdə ictimaiyyəti dəstəkləyir və gələcək nəslin qlobal liderləri kimi  yetişməsinə kömək edir. Tələbələrimizə kitab və rəqəmsal materiallarımızdan tam istifadə etmək üçün lazımi informasiya mənbələri və təlimatlar verən akademik təcrübə təqdim edirik. Günbəgün əhəmiyyətli elmi məlumat kolleksiyası hazırlanıb, tələbələrimizə, müəllim və işçilərimizə  təhsil və tədqiqat məqsədlərini yerinə yetirmək üçün lazım olan müxtəlif mənbələr ilə təmin etməyə çalışırıq.

ADU kitabxanası yenilikləri özündə əks  etdirən və tədris cəmiyyətinə  təqdim edən sərbəst girişli rəqəmsal  kitabxana kimi,  ümumi təhsil sahələrini əhatə edən artan kolleksiyalarla müxtəlif dillərdə  tədris və öyrənmə mövzularına yönəlmiş keyfiyyətli çap və elektron qaynaqlardan ən səmərəli istifadəsini təmin edir. 

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi mümkün elmi əlaqələri təmin edən strategiyaları həyata keçirməyə davam edəcək. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi ADU-nun akademik birliyi, digər universitetlər və akademik kitabxanalarla razılığa əsasən, ADU-nun elmi jurnallarına açıq girişi təmin etməklə, tədqiqat nəticələrini yaymaq üçün alternativ strategiyalar axtarmağa davam edəcək.

Elektron xidmətlərimiz və elmi ədəbiyyatın ofislərdə istifadəsinin artmağa davam etdiyi bir müddətdə bizim əyani vəsait xüsusən tələbələr tərəfindən həddən artıq istifadə olunur və yüksək dərəcədə qiymətləndirilir. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi təchizatı yeniləşdirmək, qrup halında çalışan, həm sakit, həm sosial mühiti inkişaf etdirməkl və dəyişən istifadə nümunələrinə cavab verən imkanları genişləndirməyə davam etdirəcək.



 

 
Yüklə 19,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin