Şəxsi keyfiyyət olan iradə



Yüklə 46,16 Kb.
səhifə1/4
tarix11.12.2022
ölçüsü46,16 Kb.
#73758
  1   2   3   4
Şəxsi keyfiyyət olan iradə


Şəxsi keyfiyyət olan iradə
Plan

  • Giriş

  • İradə haqqında olan anlayış

  • İradi işin quruluşu

  • Şəxsiyyətin iradi keyfiyyəti

  • İradi qüsurlar

  • İradənin gücünü necə inkişaf etdirmək olar?

  • Ədəbiyyat siyahısı

Giriş
İradə haqqında anlayış. İradi iş. İradi iş ixtiyari işin xüsusi növü kimi. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyət və davranışı zamanı rast gəldiyi çətinlikləri aradan qaldırma prosesi kimi. Daxili və xarici maneələr və iradi iş zamanı onların aradan qaldırılması. İradi işin funksiyaları.
İradi işin quruluşu. Sadə və mürəkkəb iradi iş. İradi işin mərhələləri.
Şəxsiyyətin iradi keyfiyyətləri. İlkin iradi keyfiyyətlər: iradi güc, təkidlilik. İkinci və ya törəmə iradi keyfiyyətlər: qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam. Üçüncü iradi keyfiyyətlər: məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi qüsurlar: təqlidçilik, təlqinə qapılmaq, qorxaqlıq, neqativizm, tərslik.
İradə haqqında anlayış İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və işləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ixtiyari şəkildə baş verir.
Qeyri-ixtiyari hərəkətlər düşünülmüş, şüurlu şəkildə deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daşıyır. Onların dəqiq planı olmur. Psixologiyada qeyri-ixtiyari hərəkətlərə insanın qorxu, çaşqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid edirlər.
İxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədə yönəlmiş hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirərkən insan öz məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri aradan qaldırmalı olur.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı insan iki cür maneələri aradan qaldırmalı olur: daxili (subyektiv) və xarici (obyektiv) maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir filmi nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.
Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur.
Mətin iradəli adamlar qarşılarına qoyduqları məqsədə nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.
İradə – ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyi ilə təşəkkül tapır.
İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə - xüsusi fəaliyyət forması kimi insandan öz davranışını qarşısına qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi, onunla rəqabətə girən başqa arzu və istəkləri ləngitməyi, boğmağı tələb edir.
İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də səciyyələndirmək olar. Çünki, hər bir iradi iş, başqa ixtiyari işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun yerinə yetirilməsi ilə nəticələnir. Məsələn: eyni otaqda qalan tələbədən A – çoxdan yatıb, B – isə yuxusu gəlsə də oturub sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda hər iki tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz. Yerinə yetirilən iş o zaman, iradi iş adlandırıla bilər ki, orada müəyyən iradi səy tələb olunsun.
Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub seminara hazırlaşması, iradi səy hesabına yerinə yetirilmişdir. Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat ixtiyari adlandırılır.
Beləliklə, işin həm motivasiya tərzinə, həm də icra mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi olmasının göstəricisidir. Beləliklə iradi iş mürəkkəb xarakter daşımaqla, ixtiyari işin xüsusi formasıdır. İradi işin motivi insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur.
İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası. İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun fəallığını ləngidir.
İradə başqa psixi hadisələr kimi, inikasın bir formasıdır. Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada əks olunur. İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.
İnsan fəaliyyətinin məzmununa, onun səmərəliliyinə müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır. Fəaliyyət motivlərinin aktuallaşdırılması, şəxsiyyətin xəyali motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir.
Xəyali motivlərin formalaşması, şəxsiyyətin inkişaf səviyyəsindən asılıdır. Bir halda tələbə gözünün qabağına gətirir ki, o beynəlxalq əhəmiyyətli konfransda, xarici qonaqların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara tərcümə edir, təşkilat komitəsi tərəfindən təşəkkürnamə alır. Tədbirdən sonra, məşhur bir şirkətin prezidenti ona yaxınlaşaraq onların şirkətində tərcüməçi işləməyi təklif edir. Başqa halda isə, o, gözlərinin qarşısında rəfiqələrinin məşhur estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan sonra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır.
Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə güclü surətdə təsir göstərir, onun səmərəsini birinci halda artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi ilə, insan gördüyü işə daha mühüm məna verməklə, özünün iradi səyini gücləndirmiş olur. Deməli, iradə həm də təxəyyüllə də bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir.
Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlər, tərbiyəçilər eləcə də valideynlər uşaqlarda görəcəkləri işlə bağlı müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.

Yüklə 46,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin