SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix31.01.2017
ölçüsü1,47 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

IV FƏSĠL 
 
ġAMAXI KƏNDLƏRĠNDƏ TÖRƏDĠLƏN  SOYQIRIMI 
 
1918-ci ildə Şamaxı qəzasına indiki Ağsu, İsmayıllı, Hacıqabul, Kürdəmir, 
Qobustan  rayonunun  bir  çox  əraziləri  də  daxil  idi.  Erməni  daşnak-bolşevik 
birləşmələri tərəfindən ərazilərdə  ağlasığmaz faciələr törədilmiş, şəhər və  kəndlər 
xarabalığa  çevrilmiş,  uzaq  əsrlərdən  həmin  dövrə  qədər  salamat  qalmış  minlərlə 
memarlıq abidələri yox edilmiş, xalqın var-dövləti talanmış, mənimsənilmişdir. 
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  Demokratik  Cümhuriyyəti  hakimiyyəti 
ələ  alandan  az  sonra  bu  soyqırımını  araşdırmaqdan  ötrü  Fövqalədə  İstintaq 
Komissiyası  yaradılması  haqqında  Xarici  İşlər  Naziri  M.Hacinski  hökumətə 
müraciət etdi: “Artıq dörd aydır ki, Azəbaycan ərazisinin bəzi yerlərində bolşevik 
adı altında, özbaşına erməni hərbi dəstələri dinc müsəlman əhalisinin başına misli 
görünməmiş  vəhşiliklər  açır.  Belə  ki,  bu  dəstələrin  təşkilatçıları  verilən 
məlumatları  -  Avropaya  yalan  çatdırırlar  və  ya  onları  yalana  inandırırlar. 
Ümumdövlət  və  zərərçəkən  əhalinin  bir  qrupunun  marağını  nəzərə  alaraq  təcili 
olaraq, aşağıdakı işləri həyata keçirmək üçün təşkilat yaranmalıdır: 1) Zor gücümə 
edilmiş  bütün  hadisələrin  dəqiq  qeydiyyata  alınması;  2)  Zor  işlədilmiş  yerin 
şəraitini  təyin  etmək;  3)  Günahkarların  üzə  çıxarılması  və  dəymiş  ziyanın  təyin 
edilməsi. 
Yaradılmış  təşkilat  Fövqalədə  İstintaq  Komissiyası  xarakteri  daşımalıdır. 
Komissiyanın məlumatları əsas Avropa dillərində (rus, fransız, alman və əlbəttə ki, 
türk  dillərində)  yazılmalı  və  geniş  yayılmalıdır.  Əgər,  hökumət  razılaşarsa,  mən 
xahiş edərdim ki, bu Komissiya yaradılandan sonra Nazirliyin hesabına müvəqətti 
istifadə üçün 50.000 manat vəsait köçürüm”.
82
 
Nəhayət,  1918-ci  ilin  iyul  ayının  15-də  Fövqalədə  İstintaq  Komissiyası 
yaradıldı.  Həmin  komissiyanın  sədri  Ələkbər  bəy  Xasməmmədov  təyin  edildi. 
Komissiyanın  üzvləri  isə  İsmayıl  bəy  Şahmalıyev,  Andrey  Fomiç  Novatsk, 
Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Qubvil, Mirzə Cavad  Axundzadə 
                                                           
82
 ARDA. f. 1061, s. iş. 95, və. 1. 

73 
 
seçildi.  Komissiya  respublikamızın  başqa  bölgələri  ilə  yanaşı,  Şamaxı  və  onun 
kəndlərində törədilən dəhşətli qırğınlar barədə  məlumat əldə etmək üçün yerlərdə 
olmuş, faciənin iştirakçıları, şahidləri - ziyalılar, dövlət adamları, mülk sahibləri ilə 
görüşmüş  və  əldə  etdikləri  məlumatları  rəsmiləşdirmişdir.  Hadisələrdən  84  ildən 
artıq vaxt ötməsinə baxmayaraq, həmin sənədlərin bir qismi Azərbaycan Mərkəzi 
Dövlət  Arxivində  saxlanılmışdır.  Amma  onu  da  etiraf  etmək  lazımdır  ki,  bir  çox 
sənədlər  Sovetlər  Birliyi  zamanı  hansı  yollarlasa  ermənilər  tərəfindən  aradan 
çıxarılmış və ya məhv edilmişdir. 
Haşiyə:  Bu  da  həqiqətdir  ki,  soyqırımı  barədə  dövri  mətbuatda  1920-ci  il 
aprel  ayının  28-nə  kimi  müxtəlif  yazılar  çap  olunmuşdur.  Belə  ki,  “Müsavat” 
yönümlü  qəzetlər  hadisələri  olduğu  kimi,  qələmə  aldığı  halda,  bolşevik-daşnak 
əqidəli qəzet və jurnallarda isə hadisələr onların baxışı kimi - səhv şəkildə əhalinin 
nəzərinə çatdırılırdı. Bu illərdə Bakıda çap olunan qəzetlərdən biri də “Бакинский 
рабочии”  idi.  Qəzetə  S.Şaumyanın  “sağ  əli”  -  A.Əmiryan  redaktorluq  edirdi.  Bu 
qəzet  vasitəsi ilə, onlar  müsavat  partiyasının  ünvanına  yalanlar söyləyir, bolşevik 
adı altında öz siyasətlərini həmfikirlərinə çatdırırdılar. 
Şaumyan  Bakıda  güclü  bir  ordu  yarada  bilmişdi.  “Bakı  Kommunası 
ordusunun  70  faizi  ermənilərdən  ibarət  idi.  Onlar,  guya,  bolşeviklərin  yaratdığı 
Qızıl Ordunu təşkil edirdilər. Ümumiyyətlə isə, bu orduda 18 min nəfər silahlı var 
idi ki, onlar Şaumyanın əmrini gözləyirdilər. Lakin bu dövrdə Şaumyanın qarşısını 
bir  məsələ  kəsirdi.  Lənkəranda  yaradılmış  müsəlman  diviziyasını  tərki-silah 
etmədən əməliyyata başlamaq olmazdı”.
83
 
Bu  ordunun  köməyi  ilə  qanlar  tökən  daşnaklar  Bakıda  “Novruz”,  “Kaspi”, 
“Turan”  mətbəələrini  qəsdən  yandırmışdı.  Bunun  nəticəsi  idi  ki,  bir  çox  mətbuat 
orqanlarının  nəşri  dayandırılmışdı.  Amma  qələm  sahibləri  hadisələrə  biganə  də 
qalmırdılar. Faciələr barədə məqalələr, şerlər, məlumatlar hazırlayır, çap etdirmək 
üçün  məqam  gözləyirdilər.  1918-ci  il  soyqırımı  ilə  bağlı  yazılan  əsərlərin  bir 
qismini Azərbaycan Xalq Cümhuriyyəti məğlubiyyətə uğradıqdan sonra müəlliflər 
özləri  qorxudan  məhv  etmişlər.  Bəzilərini  də  1920-ci  ildə  müxtəlif  vəzifələrdə 
çalışan erməni məmurları məhv etmişdir. 
Haşiyə:  1918-ci  il  soyqırımı  hadisələrini  işıqlandıran  əsərlərdən  biri  də 
Seyid  Ağa  Axundzadənin  “Mart  hadisəsi  1918  və  yaxud  Nuru  Paşa  Ordusu 
tərəfindən  Bakının  işğalı”  kitabı  olmuşdur.  Kitab  1919-cu  ildə  “Turan” 
mətbəəsində çap olunmuşdur. 1992-ci ildə mərhum professor Əhməd Cəfərzadə ilə 
“Şamaxı”  kitabını  hazırlayırdıq.  O,  Hacıqabulda  yaşayan  bir  nəfər  axund 
dostundan həmin əsəri götürdü. İstifadə edəndən sonra kitabı sahibinə qaytardıq. 
Şamaxı  soyqırımı  ilə  bağlı  bu  əsəri  hazırlayanda  da  Bakıdakı  bir  çox 
kitabxanalara  müraciət  etdik.  Seyid  Ağa  Axundzadənin  həmin  əsərini  tapa 
                                                           
83
 V.  Həbiboğlu.  Azərbaycanda  1918-ci  il  soyqırımının  əsas  təşkilatçısı  S.Şaumyan  olmuşdur. 
“Respublika” qəzeti, 31.III. N 65. 

74 
 
bilmədik. Ən nəhayət, M.F.Axundov adına kitabxanadan həmin əsərin yarı hissəsi 
cırılmış  bir  nüsxəsini  əldə  etdik.  Məlum  oldu  ki,  “maraqlı  şəxslər"  tərəfindən 
haçansa həmin kitabın əsas hissələri bilərəkdən məhv edilmişdir. Bizə belə gəlir ki, 
məhv  edilən  səhifələrdə  bu  milli  faciəmiz  ilə  bağlı  daha  ciddi  məlumatlar 
olmuşdur.  Seyid  Ağa  Axundzadə  kitabın  müqəddiməsində  əsəri  yazmaqda 
məqsədini  belə  açıqlayır:  Başqa  məmləkət  və  şəhərlərdə  Avropa  müharibəsi 
növbənöv  rənglər  aldısa  da,  lakin  heç  bərabərdə  milli  rəng  almamışdır.  Qafqaz 
islamlarının sadəqəlbliyi nəticələrindən olaraq, hər bir neçəsinə zərfində bir fəlakət 
və  bir  bədbəxtliklərə  giriftar  olduğu  kimi  bu  sənə  də  Bakı  şəhərində,  xain 
qonşularının uydurmalarına aldanıb, tarixi bir fəlakətə düçar oldular. 
Bakı  müsəlmanlan  yüzünə  xain  “daşnaq”  firqəsi  tərəfindən  açılan  həmin 
pərdə,  nəhayət,  vəhşiyanə  bir  surətdə  icra  edildi  ki,  həmin  tarixdə  həqiqət  üzrə 
göstərilib və yeddi ay bir müddətdə Bakı İslamlarına qurulan həqarət və zülmlərə 
xətmə  çəkən  Nuru  Paşanın  ordusunun  Bakı  şəhərini  işğal  etməsi  bir  vəsilə 
xodadadı  fəvlindən  olub,  naməlum  Qafqaz  və  biləxsus  Bakı  İslamlarını,  xain 
“daşnak”  fitnələrinə  məruz  olmadan,  təxmis  etməsini  təfsilatı  həmin  tarixdə 
göstərilmişdir”.
84
 
Əsər  “18  mart  -  15  sentyabr  1918”  başlığı  ilə  açılır.  Müəllif  əsərin  bu 
hissəsində daşnakların şəhərdə törətdikləri ağlasığmaz faciələrdən söz açaraq yazır: 
“Daşnaq”  firqəsi  əllərinə  düşən  müsəlman  övrət  və  uşaqlarından  heç  bir  zülmü 
əsirgəməyib,  insanlığa  yaraşmayan  böylə  qəbahətlərin  icrasına  qərar  vermişlər. 
Hamilə övrətlərin bətnində olan məsum səbtinləri böylə çıxarılıb tüfəng cədələrinə 
taxmışlar.  Xırda  balaları  divarlara  mıxla  mıxlamışlar.  Pojarnı  komanda  tərəfində 
vaqe  bir  məscidin  divarlarında  neçə  uşağın  mıxlandığını  barışıqdan  sonra 
görmüşlər  və  o  tərəfdə  yaşayan  müsəlmanların  həyatına  birdəfəlik  qələm 
çəkilmişdir. Böylə, bir zülüm və həyasızlığı icra edən daşnaq “igidləri” mart ayının 
21-də avtomobillərə minib müsəlman məhəllələrinə barışıq üçün gələndə əllərində 
on  beş  yaylıq  ilə  ağlayırlar  ki,  vallah-billah,  biz  heç  vəqt  razı  qeyilik  ki,  biz  ilə 
qardaş  olan  müsəlman  əhalisinin  ayağına  bir  tikan  böylə  batsın.  Allah  şeytana 
lənətlər  eləsin.  Bizi  də  və  sizi  də  yoldan  çıxardıb  iki  qardaşın  arasına  ziddilik 
saldı.
85
  
Çox  əfsuslar  olsun  ki,  erməni  daşnak  cəlladlarının  törətdikləri  qırğını 
gözləri  ilə  görmüş,  onu  ətraflı  qələmə  almış  Seyid  Ağa  Axundzadənin  adını 
çəkdiyimiz  əsərinin  tam  nüsxəni  əldə  edə  bilmədik.  Bizcə,  arximizə, 
kitabxanalarımıza bizdən yaxşı bələd olan erməni millətçiləri törətdikləri soyqırımı 
ört-basdır etməkdən ötrü belə əsərləri kitabxanalardan “əkə bilmişlər”. 
 
 
                                                           
84
 S.A.Axundzadə - Göstərilən əsərlər. səh. 2. 
85
 S.A.Axundzadə - Göstərilən əsərlər. səh. 15-16. 
 

75 
 
*** 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Fövqəladə  İstintaq  Komissiyası  o  vaxtkı 
Şamaxı  qəzasının  bütün  kəndlərində  olmuş,  əhali  ilə  görüşmüş,  soyqırımı  barədə 
şahidlərin  dilindən  məlumatlar,  ifadələr  toplamışdır.  Vaxtilə,  “Şamaxı  uyezdinin 
rəisi” erməni millətçilərinin bu bölgədə dağıdıb viranə, xaraba qoyduqları kənd və 
yaşayış sahələri barədə belə bir protokol da tərtib etmişlər: 
“Azərbaycan  hökuməti  nəzdindəki  Fövqaladə  İstintaq  Komissiyasının, 
erməni  qəsbkarlarının  ağır  nəticələri  və  dəymiş  ziyan  barədə  materiallarının 
siyahısı haqqında 3-16 aprel 1919-cu il tarixli 
 
Protokolu 
 
Fövqaladə  İstintaq  Komissiyasına,  Komissiyasının  tələbi  ilə,  dağıdılmış 
kənd və yaşayış sahələrinin siyahısını göndəririk. 
1)
 
Qəbristan (Qobustan-müəllifləri) zonası üzrə; Mərəzəli, Şıxlar, Çuxanlı, 
Sündi,  Mərzəndiyə,  Nabur,  Təklə  -  Hacı  Məmməd  Hüseyn,  Yekəxana  Talıb, 
Qurbançı, Ərəbşahverdi, Ərəbşalbaş, Çıxzərli, Cəm-cəmli, Qaracüzlü, Təsi, Təklə-
Mirzəbaba, Bəklə, Cəyirli, Ərəbqədim. 
2)
 
Mədrəsə  sahəsi  üzrə:  Güyzi,  Çaylı,  Mirikənd,  Muğanlı,  Mırtı,  Talış-
Məlik-Umud,  Şərədil,  Qaravəlli-Vahidbəy,  Məlcək,  Xınıslı,  Ağabəyli,  Avtahi, 
Bico,  Alpout,  Osmanbəyli,  Ləngəbiz,  Qəşəd,  Keçdiməz,  Çarhan,  Nüydü,  Boyat, 
Adnalı,  Kürdəmic,  Qonaqkənd,  Həmiyə,  Çabanı  -  müsəlman,  Çaylı-Baxış  bəy, 
Avaxıl,  Yuxarı  Çağan,  Dədəgünəş,  Aşağı  Çağan,  Əngəxaran,  Gəgəli,  Cavanşir, 
Ağsu, Şeyməzid, Gorus-Çaparlı, Bortor-Navahı, Bağırlı, Ovculu, Göylər”.
86
 
3)
 
Bundan əlavə, Şamaxı uyezdinin Abdulyan qəzasında da bir çox kəndlər 
və yaşayış məntəqələri yandırılmışdır. Şamaxı pristavı Hacıbəyov həmin kəndlərin 
siyahısında  Fövqəladə  İstintaq  Komissiyasına  təqdim  etmişdir:  Qovlar,  Qazimi, 
Quruzma,  Qaraqaşlı,  Abdulyan,  Kolanı-Turanı,  Dağ  Kolanı,  Talış,  Meyniman, 
Rəncbər,  Qubalı-Baloğlan,  Pasalı,  Şorbaçı,  Təzə  Cəyirli,  Xilə,  Padar,  Qaraqaşlı, 
Arat Bozavənd, Rəhmanlı, Rəhimli”.
87
 
Fövqalədə  İstintaq  Komissiyası  əldə  etdiyi  məlumat  əsasında  Şamaxı 
uyezdində  qətlə  yetirilmiş,  yaralanmış  insanlar  barədə  məlumatı  aşağıdakı  kimi 
ümumilələşdirmişdir
88

 
                                                           
86
 ARDA. f. 1061, s. 1. iş. 3. və. 1-4.  
87
 ARDA. fon. 1061. siy. 3, vər. 1. 
88
 ARDA. fon. 1061. siy. 1, vər. 85. 
 

76 
 
Sıra  Kənd 
Kişi 
Qadın 
Uşaq 
Yaralı 

Cəyirli 
40 
20 
15 


Ərəbqədim 
200 
100 
78 
yox 

Cəmcəmli 
15 


Yox 

Mırtı 





Talış-Məlik 
11 




Mirikənd 



Yox 

Şərədil 
10 


Yox 

Quşçu 
192 
115 
25 
Yox 

Şıxməzid 
10 


Yox 
10 
Yuxarı çağan 




11 
Ağabəyli 



Yox 
12 
Qaravəlli 
40 
50 
30 
Yox 
13 
Barbar Navahı 
15 
10 

Yox 
14 
Gorus-Çaparlı 
10 
15 
10 

15 
Kürdəmir 
25 



16 
Qonaqkənd 
25 


Yox 
17 
Ovculu 

10 
12 
Yox 
18 
Bağırlı 
80 
150 
140 
Yox 
19 
Təkəli 
360 
412 
150 
Yox 
20 
Hacılı 
40 
60 
30 
Yox 
21 
Dilman 
300 
235 
50 
Yox 
22 
Kalva 
250 
150 
100 

23 
Xatman 
60 
40 
20 
Yox 
24 
Suraxanı 
11 


Yox 
25 
Xəsiqara 
46 
20 
16 
Yox 
26 
Tirğan 
300 
40 
20 
Yox 
27 
Talışnuru 
20 



28 
Sərdakar 

12 

Yox 
29 
Zərqəva 
40 


Yox 
30 
Xankəndi 
12 


Yox 
31 
Təbiyə 
12 


Yox 
32 
Makahı 



Yox 
33 
Tağlabiyan 

22 

Yox 
34 
Gürcüvan 
10 


Yox 
35 
Kələrağ 




36 
Bizlən 
50 
30 
20 
Yox 
37 
Müci 
150 
50 
25 
Yox 
38 
Qıratan 
30 
20 
21 
yox 

77 
 
39 
Pir qaraçuxa 



Yox 
40 
Sulut 
38 

47 

41 
Zeyvə 
30 
20 
32 
Yox 
42 
Nuran 
30 
50 
37 
Yox 
43 
Nüydi 
40 

10 
Yox 
44 
Qəşəd 
50 
40 
27 
Yox 
45 
Sündi 
250 



46 
Şıxlar 




47 
Bəlkə 
16 



48 
Ağsu 
200 



49 
Qəməli 
99 
18 
16 

50 
Məlikçobanı

10 



51 
Çuxanlı 
52 



52 
Qurbançı 
93 



53 
Mərəzə 
300 



54 
Nabur 
60 



55 
Qaradüzlü 




56 
Ərəbşahverdi 
22 



57 
Çaylı Vahidbəyli 




58 
Şıxzərli 




5

 
363

177

956 

 
Qeyd: F.İ.K. - nın protokolu rus dilində yazılmışdır. Ona görə siyahıda bir 
çox kəndlərin adı rus tələfüzünə uyğun verilmişdir. Həmin siyahı bir çox mətbuat 
orqanlarında, eləcə də soyqırımı ilə bağlı yazılmış kitablarda səhv getmişdir. Odur 
ki,  siyahılarda  təhrif  olunmuş  kəndlərilə  adının  düzgün  formasını  burada  qeyd 
etməyi  lazım  bildik  (Murta-Mırtı,  Şoradil-Şərədil,  Yuxarı  Çoğan-Yuxarı  Çağan, 
Tarğan-Tircan, Kilva-Kalva, Kaşad-Qəşəde və s.). 
 
ƏNGƏXARAN SOYQIRIMI 
 
Mənbələrdən: “Martın 18-də sübh çağı Şamaxıdan 3-4 verst aralıda yerləşən 
Əngəxaran  kəndinə  hücum  edilir.  Əngəxaran  camaatı  sübh  çağı  top  atəşi  səsinə 
ayılaraq  topun  haradan  atıldığını  öyrənmək  üçün  evlərindən  çıxdıqda  görürlər  ki, 
kəndi  Şamaxı  qəzasının  malakanları  mühasirəyə  alıb  səngərlərdə  oturmuşlar, 
müsəlmanlar  görünən  kimi,  onlara  atəş  açırlar.  Qarışıqlıq  yaranır,  malakanlar 
kəndə  soxularaq,  kişiləri,  qadınları,  qalanını  mühasirəyə  alın  kənddən  kənara 
çıxarırlar.  Malakanların  bir  hissəsi  əngəxaranlıların  əmlakı  və  mal-qarasını 
oğurlamağa, kəndin ən yaxşı evlərini yandırmağa başlayırlar. Talan edilmiş əmlakı 

78 
 
və  mal-qaranı  öz  kəndlərinə  aparırlar.  Kəndin  qazmalardan  başqa  bütün  evlərini 
yandırır  və  uşaqları  müsəlman  kəndi  Məlhəmə  aparıb  orada  saxlayırlar.  88  nəfər 
kişini isə, malakan  kəndi Çuxuryurda gətirirlər. Kəndə çatmış malakanlar əsirləri 
bağlarda  saxlayıb,  bir  neçə  nəfəri  öldürülür.  Özü  də  bədbəxtləri  arxa-arxaya 
söykəyərək, öz tüfənglərinin atəş gücünü yoxlayırmışlar. Qalan 76 nəfər əsir kişini 
Mədrəsə  erməni  kəndinə  göndərirlər.  Yolda  iki  nəfər  öldürülür.  Mədrəsə  kəndinə 
ancaq  74  nəfər  gətirirlər.  Onlardan  ikisi  –  erməni  tərəfindən  Şamaxı  şəhərinə 
müsəlmanlara hansısa tapşırıqları çatdırmaq üçün göndərilənlər qaçıb xilas olurlar. 
Qalanları  əsir  qalırlar.  Şamaxıya  müsəlman  qoşunları  gəldikdən  və  ermənilər 
Mədrəsə  kəndindən  getdikdən  sonra,  əngəxaranlı  əsrilərin  qohumları  və 
həmkəndliləri  onların  taleyini  öyrənmək  üçün  Mədrəsə  kəndinə  gedirlər.  Kəndin 
arxasında onların hamısının meyitlərini tapırlar. Görürlər ki, meyitlər eybəcər hala 
salınmışdır,  qulaqları  və  burunları,  habelə  əlləri  və  ayaqları  kəsilmişdir.  Bir  sıra 
meyitlərin  döşlərində  yanıq  izləri  varmış.  Görünür,  sağ  ikən  onların  döşləri 
üzərində  ocaq  qalanmışdır  (seçmələr  bizimdir  –  S.Q.).  bundan  başqa  çoxlu 
əngəxaranlı  aclıqdan,  soyuqdan  və  xəstəlikdən  ölmüşdür.  Hal-hazırda  Əngəxaran 
əhalisinin yarıdan çoxu azalmışdır”.
89
 
Azərbaycan  Dövlət  Arxivində  Əngərxan  faciəsi,  soyqırımı  haqqında  daha 
geniş  məlumat  vardır.  Dindirmə  protokollarından  aydın  olur  ki,  bu  kənddəki 
faciəni  təkcə  ermənilər  törətməmişdir.  Xaç  qardaşlarının  cinayətlərinə,  terroruna 
tərəfdar  çıxan  Çuxuryurd,  Kirovka  malakanları  bu  işdə  daha  fəal  olmuşlar.  Bu 
baxımdan FİK-nın üzvü A.F.Novitskinin məruzəsi əhəmiyyətlidir. 
 
ġamaxı qəzasının Əngəxaran kəndində törədilmiĢ faciə  
haqqında F.Ġ.K.-nın üzvü A.F.Novitskinin məruzəsi 
 
“1918-ci  ilin  18  martında  sübh  tezdən,  malakanlar  yaşayan  kəndlərdən  – 
Çuxuryurddan, Cabanıdan (rus), Marevkadan və Astraxanovkadan toplaşmış silahlı 
malakan  dəstələri  zəbt  olunmuş  kəndlərə  od  vurmuşlar.  Müsəlmanlar  işə 
müdafiyəyə  hazır  deyildilər.  Çünki,  bir  gün  əvvəl  erməni  və  malakan 
nümayəndələri  and  içmiş  və  söz  vermişlər  ki,  sülh  şəraitində  yaşayacağıq  və 
qonşuluq  münasibətimizi  pozmayacağıq.  Əngəxaranlılar  da  inanmışdılar.  Kənd 
əhalisi özünü itirmişdi. Bilmirdilər ki, hansı istiqamətə qaçsınlar. Dörd tərəfdən də 
atəş  açılırdı.  Küçələr  meyidlərlə  dolmuşdu.  Uşaq,  qadın,  kişi  meyidi  bir-birinə 
qarışmışdı.  Malakanlar  kəndə  doluşdular.  Heç  kəsə  aman  vermədən,  güllədən 
keçirirdilər.  Kəndin  mollası  Ağababa  Hacı Molla Qəhrəman oğlu  əlində  “Quran” 
onların  qarşısına  çıxdı  və  yalvardı  ki,  atəşi  kəssinlər.  Lakin  malakanlar,  ona  atəş 
açdılar. Bir neçə saatdan sonra Molla Ağababa vəfat etdi. 
                                                           
89
 ARDA. f. 1061, s. 1, iş. 110, vər. 114-115. 

79 
 
Yüz  nəfərə  yaxın  uşaq,  qadın,  kişi  öldürüldükdən  sonra  kənddə  qalan 
əhalini  Məlhəm  istiqamətində  apardılar.  102  nəfər  kişini  isə,  Çuxuryurd  kəndinə 
doğru  apardılar.  Əhalini  kənddən  çıxardıqdan  sonra,  malakanlar  evləri  qarət  və 
talan  etməyə  başladılar.  Ən  yaxşı  evləri  və  məscidi  tamamilə  yandırıldılar. 
Çuxuryurda  aparılan  kişilərin  arasından  ən  hörmətlilərini  elə  yoldaca  öldürdülər. 
Malakanlar  onları  bir-birinə  bağlayıb,  ikisini  bir  güllə  ilə  öldürürdülər,  istehza  ilə 
öz  tüfənglərini  sınayırdılar.  Bu  vəhşiliklərin  başçısı  Çuxuryurd  sakini  Vasili 
Borisoviç Polovinkin idi. Nəticədə 102 kişidən 78 kişi qaldı ki, onları da Mədrəsə 
kəndinə  apardılar.  Yolda  onlardan  üçünü  də  güllələdilər.  Mədrəsəyə  75  adam 
çatdırıldı.  75  nəfərdən  yalnız  iki  nəfəri  –  Ağacan  Mehdi  oğlu  və  Cabbar 
Əliməmməd oğlu qaçıb canını xilas edə bilmişdi. Qalanlarını isə, vəhşicəsinə qətlə 
yetirmişlər.  Onların  meyitləri  eybəcər  hala  salınmışdı.  Qulaqları  və  burunları 
kəsilmiş,  gözləri  çıxarılmış,  başları  bədənlərindən  ayrılmış,  meyitləri  tikə-tikə 
doğranmış, sinələrində yanıq yerləri qalmışdı. Belə vəziyyətlərdə tapılan insanlar  
bunlardır: Əliməmməd Xalid oğlu, Babacan Əliməmməd oğlu, Zahid 
Yengibar oğlu və onun qardaşı Vahab, Şahbaz Mehdi oğlu, Molla Həmzə Əhməd 
Əfəndi oğlu, Nəsrəddin İbrahim oğlu, Nağdiyə Bəhtəkar oğlu, Heydər Adıgözəl 
oğlu və qeyriləri. 
Əngəxarana hücum zamanı 169 nəfər kişi, qadın və uşaq öldürülmüş, evlər 
qarət olunmuş, 186 evdən 180-i yandırılmışdır. Bundan əlavə, kəndin məscidi də 
külə döndərilmişdir. Dəymiş ziyanın ümumi miqdarı 4.969.200 manat təşkil 
etmişdir. 
Starşina  Məşədi  Qədim  Məşədi  Qədir  oğlu,  Cabbar  Əli  Məmməd  oğlu, 
Ağacan  Mehdi  oğlu,  Ağaşərif  Molla  Soltan  oğlu,  Saday  Adıgözəl  oğlu,  Ağasən 
Məmməd  oğlu,  İbrahim  (atasının  adı  pozulmuşdur  və  Fərzəli  Gəray  oğlunun 
ifadələrindən,  həmçinin  tərtib  edilmiş  protokollara  əsasən,  foto-şəkillərdən,  və 
Əngərxan  kəndinin  digər  salamat  qalmış  sakinləri  tərəfindən  tərtib  olunmuş 
protokollardan törədilmiş faciə ilə bağlı müəyyən təsəvvürə gəlmək olar”. 
Sonralar Çuxuryurd kənd sakinləri Malakanlar arasından faciəni törədənləri 
müəyyən etmişlər. Həmin siyahını da olduğu kimi veririk: 
1.  Polovinkin  Boris  İvanoviç:  1)  Məşhədi  Qədim  Məşhədi  Qədir  oğlu  (1-4);  2) 
Əvəz  Məmməd  oğlu  (1-23);  3)  Ağa  Şərif  Molla  Soltan  oğlu  (1-25);  4)  Fərzah 
Gəray oğlu (1-26); 
2.
 
Polovinkin  Vasili  Borisoviç:  1)  Məşhədi  Qədim  Məşədi  Qədir  oğlu  (1-4);  2) 
Cabbar Əliməmməd oğlu (1-13); 3) Fərzalı Gəray oğlu (1-28); 
3.
 
Polovinkin Nikolay Borşoviç: - Məşhədi Qədim Məşədi Qədir oğlu (1-4); 
4.
 
Polovinkin  Yakov:  1)  Məşədi  Qədim  Məşhədi  Qədir  oğlu  (1-4);  2)  Əvəz 
Məmməd oğlu (1-23); 3) Ağaşərif Molla Soltan (1-25); 4) Fərzalı Gəray oğlu (1-
28); 
5.
 
Polovinkin  Aleksey  Alekseyeviçin: Məşhədi Qədim Məşhədi Qədir oğlu (1-4. 
42); 2) Nəsrəddin İbrahim oğlu (1-22); 

80 
 
6.
 
Polovinkin  İvan  Alekseyeviç:  1)  Məşhədi  Qədim  Məşhədi  Qədir  (1-4);  2) 
Nəsrəddin İbrahim oğlu (1-22); 3) Fərzəli Gəray oğlu (1-28); 
7.
 
Polovinkin Semyon: 1) Saday Adıgözəl oğlu (1-22); 2) Fərzallı Gəray oğlu (1-
28); 
8.
 
Çərkəzov  Yefim:  l)  Məşhədi  Qədim  Məşhədi  Qədir  oğlu  (1-4);  2)  Cabbar 
Əliməmməd oğlu (1-13); 3) Ağacan Mehdi oğlu (1-16); 4) Nəsrəddin İbrahim oğlu 
(1-22);  5)  Saday  Adıgözəl  oğlu  (1-22);  6)  Ağaşərif  Molla  Soltan  oğlu  (1-25);  7) 
Fərzalı Gəray oğlu (1-28); 
9.
 
Yurin  İvan  Mixayiloviç:  1)  Məşədi  Qədim  Məşədi  Qədir  oğlu  (1-4)  və  2) 
Fərzalı Gəray oğlu (1-28); 
10.
 
Yurin Nikita - Məşhədi Qədim Məşhədi Qədir oğlu (1 -i). 
11.
 
Yurin Pyotr - 1) Məşədi Qədim Məşədi Qədir oğlu (1-4); 2) Fərzalı Gəray oğlu 
(1-28); 
12.
 
Yurin  Kosma  İvanoviç  -  1)  Ağacan  Mehdi  oğlu  (1-16);  2) Nəsrəddin  İbrahim 
oğlu (1-22); 
13.
 
Yurin Semyon - Əvəz Məmməd oğlu (1-23); 
14.
 
Kastrlyun Andrey - 1) Məşədi - Qədim Qədir oğlu (1-4); 2) Fərzalı Gəray oğlu 
(1-28) 
15.
 
Lanin İvan - Cabbar Əli Məmməd oğlu (1-13); 
16.
 
Solomatin  Matvey  -  1)  Məşədi  Qədim  Məşədi  Qədir  oğlu  (1-4);  2)  Fərzalı 
Gəray oğlu (1-28); 
17.
 
Lanin Moisey - Ağacan Mehdi oğlu (1-16); 
18.
 
Kojin Mixail İvanoviç - 1) Cabbar Əliməmməd (1-13); 2) Ağacan Mehdi oğlu 
(1-6); 3) Nəsrəddin İbrahim (1-22); 4) Fərzalı Gəray oğlu (1-28); 
19.
 
Kajin Semyon - 1) Ağacan Mehdi oğlu (1-16); 2) Fərzalı Gəray oğlu (1-28); 
20.
 
Kojin Yakov - Fərzalı Gəray oğlu (1-28); 
21.
 
Darılev İvan - Ağacan Mehdi oğlu (1-16); 
22.
 
Polov Semyon - Ağacan Mehdi oğlu (1-16); 
23.
 
Pyotr İvanoviç (atası onun gözətçi olmuşdur) - Ağacan Mehdioğlu (l-16); 
24.
 
Pyotor İosifoviç - Ağacan Mehdi oğlu (1-16); 
25.
 
Gerasimov Boris - Məşədi Qədim Məşədi Qədir oğlu (l-4); 
 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə