Təzyiq. Təzyiq qüvvəsi
Səthə təsir edən qüvvənin səthin sahəsinə olan nisbəti təzyiq adlanır.
Tutaq ki sahələri müxtəlif olan səthlərə eyni qüvvə təsir edir. Bu halda:
Sahəsi kiçik olan səthə göstərilən təzyiq böyük olar.;
Sahəsi böyük olan səthə göstərilən təzyiq kiçik olar.
Tutaq ki sahələri eyni olan səthlərə müxtəlif qüvvələr təsir edirsə, onda
Böyük qüvvə təsir edən səthə göstərilən təzyiq böyük olar.
Kiçik qüvvə təsir edən səthə göstərilən təzyiq kiçik olar.
Təzyiq – səthə təsir edən qüvvə ilə düz mütənasib, səthin sahəsi ilə tərs mütənasibdir.
Eyni qüvvə müxtəlif səthə müxtəlif təzyiq göstərir
Təzyiq
(paskal).
Praktikada təzyiqin sistemdən kənar vahidləri də istifadə olunur:
1 kPa = 10³ Pa, 1MPa = 10 Pa, 1mPa=10 Pa.
Təzyiq qüvvəsi göstərilən təzyiqin səthin sahəsinə olan hasilinə bərabərdir:
Ft=p∙S.
Əgər cisim üfüqi müstəvidə sükunətdə olarsa, onda
Cismin səthə təsir etdiyi təzyiq qüvvəsi:
Ft=mg.
Cismin səthə göstərdiyi təzyiq:
Nəinki bərk cisimlər hətta qazlar və mayelər də təzyiq göstərir.
Paskal qanunu. Mayeyə və ya qaza göstərilən təzyiq maye və qazın bütün istiqamətlərinə dəyişmədən ötürülür.
Dostları ilə paylaş: |