Təsadüfi kəmiyyət. Paylanma və sıxlıq funksiyaları Plan



Yüklə 184,8 Kb.
səhifə1/6
tarix21.04.2022
ölçüsü184,8 Kb.
#55996
  1   2   3   4   5   6
IX təsadüfi kəmiyyət


Təsadüfi kəmiyyət. Paylanma və sıxlıq funksiyaları

Plan:

  1. Təsadüfi kəmiyyət, diskret və kəsilməz təsadüfi kəmiyyətlər

  2. Təsadüfi kəmiyyətin paylanma funksiyası və onun xassələri

  3. Diskret paylanma

  4. Təsadüfi kəmiyyətin sıxlıq funksiyası

  5. Kəsilməz paylanma


Təsadüfi kəmiyyət, diskret və kəsilməz təsadüfi kəmiyyətlər. Hadisə və onun ehtimalı kimi təsadüfü kəmiyyət anlayışı da ehtimal nəzəriyyəsinin əsas anlayışlarından biridir. Təsadüfü kəmiyyət, baxılan hadisəni kəmiyyətcə xarakterizə edən və təsadüfü amillərin təsiri ilə bu və ya digər şəkildə müxtəlif qiymətlər ala bilən kəmiyyətlərdir. Təsadüfü kəmiyyətin hansı qiymət alacağını qabaqcadan qəti demək mümkün deyildir.Onun hər bir sınaqda aldığı qiymətlər müxtəlif səbəb və təsadüflərdən asılı olaraq dəyişir. Sınağın nəticəsini keyfiyyətcə xarakterizə etmək o deməkdir ki, sınaq zamanı konkret əlamət, fakt qeyd olunur və onun nəticəsinin əlamətə malik olub- olmadığı müəyyənləşdirilir. Qeydə alınan bu əlamət hadisə adlanır və deyirlər: “hadisə baş verdi”, ya da “hadisə baş vermədi”. Sınağın nəticəsini kəmiyyətcə xarakterizə etmək o deməkdir ki, sınaq zamanı hər hansı kəmiyyətin ala biləcəyi qiymətlər müəyyən olunur, belə ki, həmin qiymətləri sınağa qədər təyin etmək mümkün deyildir. Belə kəmiyyətlər təsadüfi adlanır. Deməli, təsadüfü kəmiyyət sınaq nəticəsində bu və ya digər qiymət ala biləcək dəyişən kəmiyyətdir.

Misal 1. Bir zəri bir dəfə atmaqdan ibarət olan sınaqda yuxarı düşən üzdəki xallar sayını X ilə işarə edək. X– təsadüfü kəmiyyətdir. Bu kəmiyyət 1,2,3,4,5,6 qiymətlərinin birini ala bilər, lakin hansı qiyməti alacağını qabaqcadan demək mümkün deyildir.


Yüklə 184,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin