Soğan soya-soya ağlayan nənələrə



Yüklə 13,29 Kb.
tarix02.01.2022
ölçüsü13,29 Kb.
#44674
Soğan soyan nənə


Soğan soya-soya ağlayan nənələrə...

Uşaqlığım Sumqayıtda dənizkənarı mikrarayonların birində keçib. Gözümü açandan anam-atam işləyib deyə məni nənələrim saxlayıb.

Ata nənəmgil Qərbi Azərbaycandan məcburi köçkün düşəndə beş-altı il əvvəl satıb köçdüyümüz evimizdə qərar tutmuşdular. Evimiz beşmərtəbəli binanın birinci mərtəbəsində idi. Şəhərin ortasında evimizlə üzbəüz boş yerdə bağ salmışdıq.İçində də bir sınıq-sökük koma...Nənəm barmaqlarının dərisini-dırnağını bu bağın-bağatın daşında-torpağında,yalağında qoymuşdu. Nənəmin bu bağı kənndəki bağlarına oxşatmaq istəyindənmi, ya elə nənəmin ağ saçlarının xətrinəmi bağda əlimizdən nə düşürdüsə bitirdi.Hər cür ağac,gül-çiçək vardı, hələ damıcıladan su kranının qənşərində yarpız da bitmişdi... Bir dəmir vannanı yeri qazıb yerə basdırmışdıq,içini də su ilə doldurub iyirmibirinci əsrdə şəhərin tən ortasında ördək-qaz saxlayırdıq.Pulsuz zoopark,botanika bağı... bu səbəbdən görən hamı bu bağdan ötrü sinov gedirdi.Hələ bu harasıdı,nənəm biz(mən və başqa nəvələri) balaca olanda kənddən gətirdiyi şəlləklə bizi kürəyinə şəlləyib bağa aparırdı.Qoca qarılar da bəxtəvər oxuyurdu...

Hərdən beyninə vuranda,öz sözyüylə desəm beyni qıjıldayanda qara sacı zirzəmidən çıxarıb külləyər və fətir salardı.Qonşu arvadlar,uşaqlar başımıza yığılıb tamaşa edərdi.. Oxlovun ucuyla sacın üstündəki fətiri çevirə-çevirə ötənləri-keçənləri xatırlayardılar.Bir qonşu nənə var idi.Həmişə şeir deyərdi.Hansı uşağı görsə:

Balamın balası,

Dağların lalası,

Sənə qurban olsun

Erməni balası.- deyib sinəsinə sıxar,üz-gözündən öpərdi.

Bir də yadımda nənəmin evdə soğan soyanda ağlamağı qalıb.Yox,gözü yaşarmaq yox,məhz ağlamaq,hönkürtü ilə ağlamaq.Həmişə də ağlaya-ağlaya bayatı oxuyardı:

Bir ay doğdu kənarsız,

Genə gülləm mən arsız,

Mənim ahı-zarımdan

Qaçın ellər, yanarsınız.

Sonralar başa düşdüm ki,nənəm nəyə görə ağlayır.Yurd-yuva həsrətindən,kəndlərində qalan atasının-qardaşının qəbrindən ötəri ağlayırmış.Mənim də həmişə bir yanım yarımçıq olub.Yayda uşaqlar kəndə gedəndə bizim getməyə kəndimiz olmayıb.Amma mən kəndimizi görmədən sevmişəm,nənələrimin danışdığı əhvalatlardan,rəvayətlərdən beynimdə oraların xəritəsini cızmışam.

Bağımızı köçəndə qonşu bizdın istəmişdi.Biz də əmanət etmişdik...Bu gün köhnə həyətimizə getmişdim.Getməz olaydım.Dəfələrlə hökumətin sökdürdüyü amma nənəmin gecəylə yenidən çəkdiyi,dəfələrlə buldozerin qabağına çıxıb sökülməyinə icazə vermədiyi tor çəpər darma-dağın edilmişdi.Yarpağından bütün həyətin dolma bükdüyü heyva ağacı,üzüm tənəyi qurumuşdu.Bir sözlə bağa yesxırman çəkmişdilər.Tut ağacının budaqları yerə dəyir,nar ağacının yarpaqlarına qurd düşmüşdü.Komamız uçmuş,ağaclarımız doğranmışdı.Uşaqlığım keçən həyətdə bir tanış sima tapmadım ki,hal-əhval tutam.Qocaların çoxu ölmüş,cavanlar köçmüşdülər.Məni şeir oxuyan nənəni isə keçən il torpağa tapşırmışdılar.

Barmaqlarımı tanış ağacların gövdəsində,yarpaqlarında gəzdirib əfv dilədim.Gözümə nar ağacının dibinə düşən əl boyda kal meynə dəydi.Əlimi atıb narı yerdən götürüb çantama atdım.Ordan Şəhidlər xiyabanına yollandım.Dolub-daşan şəhidlər xiyabanına şəhidlər gətirmişdilər.Əklillər,bayraqlar,qırmızı xonçalar,konfet,nar...nar....nar...

İndi torpaqlarından qovulanların çəkdiklərini bütün mənliyimlə duydum...

Qarabağ Azərbaycandır! Sonuncu soğan soya-soya ağlayan nənə gözlərini həyata yummamış,nəvələr əhvalatları,görmədikləri kəndləri,yurd yerlərini unutmamış geri dönəcəyik!



Şəhidlərin,körpələrin ruhuna!
Yüklə 13,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin