SOLMAZ MUSTAFAYEVA
Yaşam Koçu
Access Consciousness
Şüuraltımız ilə uğurlu bir şəkildə kontakt qurmamızda
əsas olan onunla ortaq
simvol dili yarada bilməyimizə bağlıdır. Əsas
olan ona müəyyən kontak
yollarındansa, onun bizə ötürə biləcəyi cavab siqnallarını təyin etməkdir. Səninlə
paylaşacağım bu texnika bir başa mənim özümün bu yola çıxdığım zamanlarda
istifadə etdiyim və yolumu aydınladan sadə, amma təsirli bir texnikadır. Mənim
yoluma işıq olduğu kimi sənində yoluna işıq olmasını niyyət edirəm.
-Rahat bir şəkildə ya otur, ya da uzan.. Şüuraltına sual vermək üçün bədənin rahat
olması vacibdir. Sualı verdiyin zaman bədənində baş verəcək dəyişikliklərə qarşı
çox diqqətli olmalısan. Hisslərinə, gözünün qarşısına gələcək olan görüntülərə,
iç səsinə diqqət et. Qəti şəkildə şüuraltından gələn cavaba təsir etməyə çalışma..
Sadəcə yetəri qədər rahat və qəbul edici bir zehində ol. Şüuraltın sənə cavabı
vermək üçün özü yol seçəçəkdir. Amma cavabı tuta bilməyin üçün yetəri qədər
həssas olmalısan.
SUAL : ŞÜURALTIM MƏNİMLƏ ŞÜURLU BİR ŞƏKİLDƏ KONTAKT
YARATMAĞA HAZIRDIRMI?
Cavab sənin şüuraltına bağlı olaraq hər tip ola bilər. Məsələn : mədəndə bir ağrı,
qollarında karıncalanma hiss edə bilərsən. Amma bu cavabın hələ ki “HƏ” və ya
“YOX” olduğunu bilmirsən. Bu səbəblə şüuraltına
təşəkkür et və bunu de
“ŞÜURALTIM MESAJINI ALMAQ İSTƏYİRƏM.
ƏGƏR MƏDƏMDƏ
OLAN AĞRI (VƏ YA QOLUMDAKI KARINCALANMA) “HƏ, SƏNİNLƏ
KONKTAKTA
KEÇMƏK
İSTƏYİRƏM
DEMƏKDİRSƏ,
BU
TƏKRARLANSIN. ƏGƏR BU “YOX, HAZIR DEYİLƏMDİRSƏ”
O ZAMAN
BU AĞRI (KARINCALANMA) GETDİKCƏ AZALSIN”
Əgər siqnal getdikcə güclənirsə demək ki bu “HƏ” cavabıdır.
Amma cavab
“YOX”-dursa, ruhdan düşmə. Bunu davamlı şəkildə praktika etdikdən sonra artıq
Şüuraltın ilə konktak qura biləcəksən.
QEYD:Bu cavabları bədəndəki hisslər, xəyali görüntülər və iç səsin ola bilər.
Bu çalışma artıq davamlılıq təşkil etdiyi zaman vasitələri özün seçə biləcəksən.