Ssof haraya: MİHİ Surəti: MİAV, navş Çıxış nömrəsi



Yüklə 32,25 Kb.
tarix06.09.2017
ölçüsü32,25 Kb.
#29061
description: gerb_ag

Azərbaycan Respublikasının

Bolqarıstan Respublikasındakı Səfirliyi

Haradan: SSOF

Haraya: MİHİ Surəti: MİAV, NAVŞ

Çıxış nömrəsi: SSOF/ /16 Tarix: 26.04.2016

Sənəd necə göndərilir: Elektron poçt

Səhifələrin sayı: 6

Məhdudluğu qrifi: Adi

Təcililiyi: Adi

Vacibliyi: Adi

Məruzə üçün: Nazir E.Məmmədyarova

Nazir müavinləri M.Məmməd-Quliyev və X.Xələfova



Məlumat üçün: AR Ədliyyə Nazirliyinə

AR İnsan Hüquqları üzrə Müvəkkilin aparatı



Məsələyə dair: Bolqarıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrliyi çərçivəsində cari ilin 7 aprel tarixində Sofiyada “AŞ üzv ölkələrinin bərabərlik orqanlarının fəaliyyətləri və təcrübələrində AŞ standartları” mövzusunda keçirilmiş dəyirmi masa

Nəzərinizə çatdırırıq ki, cari ilin 7 aprel tarixində Bolqarıstanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Sofiyada BR Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyası tərəfindən “AŞ Üzv ölkələrinin bərabərlik orqanlarının fəaliyyətləri və təcrübələrində AŞ standartları” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyanın sədri Ana Cumaliyeva, BR əmək və sosial siyasət naziri İvaylo Kalfin, BR Ombudsmanın müavini Diana Kovaçeva, BR Milli Məclisinin Xarici Siyasət Komitəsinin baş mütəxəssisi Laçezar Toşev, BR Xarici İşlər Nazirliyinin Qlobal məsələlər Departamentinin Direktoru Rayko Raçev çıxış etmişlər.


Tədbirdə Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyanın bütün fəaliyyəti (ayrı-seçkilik hallarının qarşısının alınması, ayrı-seçkilik qurbanlarına dəstəyin göstərilməsi), digər qurumlarla, eləcə də beynəlxalq təşkilatlarla (AŞ) əməkdaşlığı məsələləri, Avropada siyasi və sosial-iqtisadi inkişaf kontekstində insan hüquq və azadlıqlarının həyata keçirilməsi və təşviqi məqsədilə mövcud mexanizmlər, Komissiyanın fəaliyyətində insan hüquqları sahəsində AŞ standartlarının tətbiqi məsələləri müzakirə olunmuşdur.
Tədbiri giriş sözləri açan A.Cumaliyeva müasir dövrdə insan hüquqlarının qorunması və təşviqinin vacibliyindən, ayrı-seçkiliyin hər hansı növünün qəbul edilməzliyindən bəhs etmişdir. Sədr bu sahədə qəbul olunmuş beynəlxalq sənədlərin vacibliyindən söz açaraq İnsan hüquqları üzrə Avropa Konvensiyasına istinad etmiş və Konvensiyanın 14-cü maddəsinin ayrı-seçkiliyi qadağan etdiyini bildirmişdir. Qeyri-tolerantlığın sülhə və demokratiyaya xələl gətirdiyini ifadə etmişdir.
Daha sonra çıxış edən BR əmək və sosial siyasət naziri İ.Kalfin mövzunun çox aktual olduğunu, Aİ-də neqativ təmayüllərin (xüsusilə miqrantlarla bağlı) müşahidə olunduğunu qeyd etmişdir. Miqrantlara qarşı sərt münasibətin olduğunu vurğulayan nazir bu il 5-6 aprel tarixində Sofiyada keçirilən “Avropa Şurasının 2016-2021-ci illər Uşaq hüquqları üzrə Strategiyasının təşviqi”nə dair Yüksək səviyyəli konfransda miqrant uşaqlarla bağlı məsələ qaldırıldığını və onlar üçün dəstək mexanizmlərinin yaradılması məsələsinin müzakirə olunduğunu bildirmişdir. Nazir həmçinin Əmək və Sosial Siyasət Nazirliyinin Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiya ilə yaxından əməkdaşlıq etdiyini ifadə etmişdir.
BR Ombudsmanın müavini D.Kovaçeva Ombudsman tərəfindən ayrı-seçkilik əleyhinə mübarizə ilə bağlı çoxsaylı tədbirlərin keçirildiyini bildirmiş, Bolqarıstanda bu sahədə qanunun qəbul edilməsinə baxmayaraq, problemlərin hələ də qaldığına diqqət çəkmişdir. Sonra o, ayrı-seçkiliklə mübarizədə qurumlararası əməkdaşlığın zəruriliyindən bəhs etmişdir.
BR Milli Məclisinin Xarici Siyasət Komitəsinin baş mütəxəssisi L.Toşev BR Milli Məclisinin Xarici Siyasət Komitəsinin sədri Cemma Qrozdanovanın tədbir iştirakçılarına müraciətini səsləndirmiş və 2003-cü ildə Bolqarıstanda qəbul olunan “Ayrı-seçkilik əleyhinə müdafiə Qanun”unun əhəmiyyətindən bəhs etmişdir.
BR Xarici İşlər Nazirliyinin Qlobal məsələlər Departamentinin Direktoru R.Rayçev AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Bolqarıstanın müəyyən etdiyi prioritetlərdən və bu prioritetlər üzrə nəzərdə tutulan tədbirlərdən danışmışdır:


  • Uşaq və gənclər

Bolqarıstanın sədrliyi dövründə AŞ 2016-2021-ci illər Uşaq hüquqları üzrə Strategiyası qəbul olunmuşdur. 2016-ci il 5-6 aprel tarixində Strategiyanın təşviqinə həsr olunan yüksək səviyyəli konfrans keçirilmişdir. Bundan əlavə, AŞ ilə birgə həyata keçirilən “Təhlükədə olan uşaqlar və gənclər” proqramına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

  • Media

“Medianın xarici təsirlərdən qorunması” mövzusunda beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulur.

  • Həssas qruplar

22 mart 2016-cı il tarixində "Əlilliyi olan şəxslərin insan hüquq və azadlıqlarından bərabər istifadəsi: nailiyyətlər və çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Ardınca o, Bolqarıstanın İnsan hüquqları üzrə Milli Koordinasiya Mexanizmi barədə danışmışdır. Hökumətin qərarı ilə yaradılan İnsan hüquqları üzrə Milli Koordinasiya Mexanizminin məqsədi ölkənin beynəlxalq təşkilatlar qarşısında insan hüquqları sahəsində öhdəliklərinin daha yaxşı icrasına və ümumilikdə ölkədə insan hüquqları ilə bağlı vəziyyətin təkmilləşməsinə yönəlmişdir. Mexanizmin tərkibinə insan hüquqları sahəsində milli institutların, dövlət qurumlarının və QHT-lərin nümayəndələri daxildir. Mexanizm tərkibinə daxil olan qurumlar arasında insan hüquqları sahəsində sıx əməkdaşlıq edildiyini bildirmişdir.


Daha sonra çıxış edənlər “Bolqarıstanda ayrı-seçkiliyə qarşı mübarizədə İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyasının rolu və əhəmiyyəti”, “Vətəndaşsız halları – mövcud problemlər”, “Qaçqınlara qarşı ayrı-seçkiliyə qarşı müdafiə - mövcud problemlər”, “İnsan hüquqları sahəsində AŞ standartlarının Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyanın fəaliyyətində tətbiqi” mövzularında təqdimatlar etmişlər.
İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyasının Bolqarıstana dair hesabatları


  1. İlk hesabat – 1998-ci il

Tövsiyələr:

  • Avropa Sosial Xartiyasının ratifikasiyası;

  • Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının ratifikasiyası;

  • İrqi cinayətlərə qarşı uğurlu cəza və nəzarət sisteminin yaradılması;

  • Ayrı-seçkiliyin bütün növləri əleyhinə detallı qanunvericiliyin hazırlanması;

  • İrqçilik və dözümsüzlük problemləri üzrə ixtisaslaşmış qurumun yaradılması;

  • Ayrı-seçkiliyin bütün növlərinə qarşı nəzarət sisteminin yaradılması.



Tövsiyələr əsasında hökumət tərəfindən görülən işlər:

  • Romalıların bolqar cəmiyyətinə bərabər inteqrasiyasını nəzərdə tutan Çərçivə
    Proqramının qəbulu;

  • Romalıların iqtisadi inteqrasiyasını nəzərdə tutan layihələrin həyata keçirilməsi, romalıların iştirakı ilə məşğulluq üzrə regional şuraların yaradılması və s.



  1. İkinci hesabat – 1999-cu il

Tövsiyələr:

  • Yenilənmiş Avropa Sosial Xartiyasının ratifikasiyası;

  • Həyatın bütün sahələrində ayrı-seçkiliyin qadağan olunmasının mülki və inzibati qanunvericiliyə daxil edilməsi;

  • Rasizm və ayrı-seçkiliklə mübarizə üzrə ixtisaslaşmış qurumların yaradılması;

  • Polis tərəfindən qeyri-ənənəvi dini qrupların dini azadlığına qarşı hücumlara son qoyulması;

  • Ayrı-seçkilik məsələləri üzrə polislər və hakimlər üçün təlimlərin təşkili;

  • Türklər və romalılar üçün nəzərdə tutulmuş xüsusi hərbi bölmələrin ləğv edilməsi.

Tövsiyələr əsasında hökumət tərəfindən görülən işlər:

  • Ayrı-seçkilik əleyhinə müdafiə haqqında Qanunun qəbulu (2003);

  • Qaçqınlar haqqında Qanunun qəbulu (2002);

  • Ombudsman haqqında Qanunun qəbulu (2003);

  • Türklər və romalılar üçün nəzərdə tutulmuş xüsusi hərbi bölmələrin ləğv edilməsi;

  • Etnik azlıqlara daxil olan uşaqların və şagirdlərin inteqrasiyası üçün strategiyanın hazırlanması.



  1. Üçüncü hesabat – 2003-cü il

Tövsiyələr:

  • İnsan hüquqlarına dair Avropa Konvensiyasının 12 saylı Protokolunun ratifikasiyası;

  • Miqrant işçilərin hüquqi statusu haqqında Avropa Konvensiyasının ratifikasiyası;

  • Ayrı-seçkilik əleyhinə müdafiə haqqında Qanunun icrası və monitorinqinin həyata keçirilməsi;

  • Milli azlıqlarla bağlı yerli orqanların yaradılması.

Tövsiyələr əsasında hökumət tərəfindən görülən işlər:

  • Təhsil və Elm Nazirliyində etnik azlıqlara daxil olan uşaqların və şagirdlərin təhsilə inteqrasiyası ilə bağlı Mərkəzin yaradılması;

  • Romalıların məişət şəraitinin yaxşılaşdırılmasına dair Milli Proqramın qəbulu (2005-2015-ci illər);

  • Aztəminatlı etnik azlıqlar üçün Sağlamlıq Strategiyasının hazırlanması;

  • Qaçqınların inteqrasiyası üzrə Milli Proqramın qəbulu (2005).



  1. Dördüncü hesabat – 2008-cü il

Tövsiyələr:

  • İnsan hüquqlarına dair Avropa Konvensiyasının 12 saylı Protokolunun ratifikasiyası;

  • Cinayət Məcəlləsinə nifrət zəminində törədilmiş cinayətlərə görə daha ağır cəza ilə bağlı düzəlişlərin edilməsi;

  • Romalıların evlərinin qanuniləşdirilməsi və yeni evlərin tikilməsi;

  • Türklərin təhsil standartlarının təkmilləşdirilməsi və s.

Tövsiyələr əsasında hökumət tərəfindən görülən işlər:

  • Cinayət Məcəlləsinə nifrət zəminində törədilmiş cinayətlərə görə daha ağır cəza ilə bağlı düzəlişlərin edilməsi;

  • Romalıların inteqrasiyası ilə bağlı Milli Strategiya;

  • Miqrasiya, sığınacaq və inteqrasiya sahələri üzrə Milli Strategiyanın qəbulu (2011-2020).



  1. Beşinci hesabat – 2014-cü il



  • Qısa zamanda İnsan hüquqlarına dair Avropa Konvensiyasının 12 saylı Protokolunun ratifikasiyası;

  • Komissiya tərəfindən ayrı-seçkilik halları ilə bağlı Komissiyaya müraciət prosedurları barədə ölkədə istifadə olunan müxtəlif dillərdə məlumatın hazırlanması, nəşr olunması və yayılması;

  • Tolerantlıqla bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi;

  • Bolqarıstanda LGBT şəxslərə qarşı dözümsüzlük və ayrı-seçkilik halları ilə bağlı tədqiqatın aparılması və məlumatların toplanması;

  • Cinsiyyətin dəyişdirilməsinin hüquqi tanınması ilə bağlı qanunvericiliyin hazırlanması.

Daha sonra məruzəçilər vətəndaşsızlıq və qaçqınlarla bağlı mövcud beynəlxalq sənədlər barədə məlumat vermiş və konkret faktlar barədə təqdimatlar etmişlər.
Sonda Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyanın fəaliyyəti barədə məlumat verilmişdir. Komissiya 2005-ci ildə “Ayrı-seçkilik əleyhinə müdafiə Qanun”unun qəbulundan sonra yaradılmışdır. Müstəqil ixtisaslaşmış dövlət qurumu olan Komissiya aşağıdakı funksiyaları həyata keçirir:

  • Ayrı-seçkiliyin qarşısının alınması;

  • Ayrı-seçkilik əleyhinə müdafiə və bərabər imkanların təmin edilməsi;

  • “Ayrı-seçkilik əleyhinə müdafiə Qanunu”na və bərabər rəftara dair digər qanunların icrasına və onlara riayət olunmasına nəzarət edir.

Komissiya:

  • daxil olmuş şikayətlər və məlumatlar əsasında məsələni öz nəzarətinə götürür və münaqişəni həll edir;

  • ayrı-seçkilik əleyhinə müdafiə sahəsində məlumatların təqdim edilməsinə yönəlmiş layihələri hazırlayır, həyata keçirir və layihələrdə iştirak edir.

  • regional nümayəndələri vasitəsilə maarifləndirmə kampaniyaları və “Ayrı-seçkilik əleyhinə müdafiə Qanunu”na uyğun olaraq vətəndaşların hüquqlarının təşviqini həyata keçirir.

Komissiya hüquqi öhdəlikli qanunlar verir və məcburi inzibati tədbirlər tətbiq edir – ayrı-seçkiliyin qarşısının alınması və son qoyulması və ya ilkin vəziyyətin bərpası ilə bağlı məcburi göstərişlər verir. Eyni zamanda onların icrasına nəzarət edir. Komissiya hər il öz fəaliyyəti barədə BR Milli Məclisinə hesabat təqdim edir.
Komissiya aşağıdakı hallarda konkret faktlarla bağlı məsələləri öz üzərinə götürür:

  • fərdi şikayətlər əsasında;

  • Komissiyanın öz təşəbbüsü əsasında;

  • fiziki və hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının məlumatları əsasında.

Komissiyaya daxil olmuş şikayətlərə aşağıdakı panellər üzrə baxılır:
I Panel – etnik mənsubiyyət və irqi ayrı-seçkiliklə bağlı məsələlər;

II Panel – cinsi mənsubiyyət;

III Panel – vətəndaşlıq, din, etiqad;

IV Panel – təhsil, siyasi mənsubiyyət, ictimai mövqe;

V Panel – ailə vəziyyəti, yaş, seksual oriyentasiya;

AD Hoc Panel – zəruri hallarda.

Tədbirdə Bolqarıstanın dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, QHT-lərin nümayəndələri iştirak etmişlər.

Hörmətlə,



Səfir Nərgiz Qurbanova

İcraçı:Vüsalə Sadıqova


Yüklə 32,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin