III- Milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920) Mustafa Kamal Paşanın Samsuna çıxışı və Milli Mücadilə dövründə konqreslər
Mustafa Kamal Paşa padişahla 15 may 1919-cu ildəki görüşməsindən sonra özü üçün hazırlanan və onu Samsuna aparacaq Bandırma gəmisinin kapitanı İsmail Haqqı Bəyi otağına çağıraraq səfər haqqında məlumat almış ve ertəsi gün günorta hərəkət edəcəklərini bildirmişdir. Səfər günü gəmi, Sirkəçi stansiya sahillərində ingilislər tərəfindən axtarış işlərinin aparılmasına və nəzarətə tabe tutulmuş və Mustafa Kamal, Beşiktaş körpüsündən Qız qülləsi (İstanbul) sahillərində gəmiyə minmişdir. Gəmi hərəkət etməzdən öncə Rauf Bəy Mustafa Kamala gəminin işgalçı qüvvələrə mənsub bir torpedo tərəfindən təqib ediləcəyini və batırılacağını xəbər aldığını bildirmiş, fəqət o, səfərin planlanşdırıldığı kimi davam edəcəyini söyləmişdir. Hazırlıqlar tamamlandıqdan sonra Bandırma gəmisi Mustafa Kamal Paşa başqanlığında , 23 zabit və 25 personaldan ibarət şəxsi heyətlə bərabər 16 may 1919-cu il tarixində günorta İstanbuldan Samsuna doğru yola çıxmışdır. Rauf Bəyin gördüyü ingilis gəmisi Bandırma gəmisini izləməyə başlamış ancaq Qara dənizə açıldıqdan sonra fırtınalı havada izlərini itirmişdir. Mustafa Kamal Paşa, İsmail Haqqı Bəyə sahilə yaxın bir xətt ilə irəliləməsini və düşmənin hücumu olduğu halda gəmini ən yaxın sahilə çəkməsini əmr etmişdir. Sərt havada, dalğalı bir dənizdə irəliləyən gəmi 17 may tarixində gecə saat 23:00 radələrində İnebolu Limanına girmiş, 18 may tarixində günorta saat 12:00-da Sinop Limanına yaxınlaşmışdır. Baş leytenant Hikmət Bəy qayıq ilə sahilə çıxmış və yolda olduqlarını Samsun Bölmə Komandirliyinə teleqraf ilə xəbər vermişdir. Bandırma Gəmisi, bu teleqrafdan bir gün sonra, 19 may 1919-cu ildə Samsuna çatmışdır. O tarixdən etibaren “ya istiqlal ya ölüm” şüarı ilə milli müstəqillik mübarizəsini başlatmışdı. 19 may 1919 tarixi milli azadlıq, müasirləşmə və demokratikləşməyə gedən yolun ilk addımıdır. Bu gün Mustafa Kamal Paşanın çox əhəmiyyət verdiyi bir gündür. Mustafa Kamal Paşa cümhuriyyət qurulduqdan sonra 19 may tarixinin əhəmiyyətini, bu günü doğum günü kimi qəbul edərək göstərmişdir.Bundansavayı19maytarixi,1938-ciildənbəriTürkiyədəmilli bayram olaraq qeyd edilir.