Iii- milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920)


Mustafa Kamal Paşa Samsuna gəldikdən sonra ilk olaraq yaxın dostu olan XV .Ordu komandanı Kazım Karabəkir Paşaya aşağıdakı məzmunda bir teleqram göndərmişdi: “



Yüklə 81 Kb.
səhifə2/16
tarix21.05.2023
ölçüsü81 Kb.
#118562
1   2   3   4   5   6   7   8   9   ...   16
MÖVZU 3

Mustafa Kamal Paşa Samsuna gəldikdən sonra ilk olaraq yaxın dostu olan XV .Ordu komandanı Kazım Karabəkir Paşaya aşağıdakı məzmunda bir teleqram göndərmişdi: “ Düşdüyümüz qorxulu vəziyyətdən çox kədərliyəm. Millət və ölkəyə borclu olduğum ən çox vicdani vəzifəni müştərək çalışmaq ilə ən yaxşı şəkildə yerinə yetirmək mümkün olacağı ümidi ilə bu son xidməti vəzifəni qəbul etdim.”
Mustafa Kamal Paşa 21 may 1919-cu ildə Osmanlı Baş Qərargah rəhbərliyinə Samsun və ətrafındakı asayiş pozğunluğunun səbəbini göstərən , nə İstanbul hökumətinin, nə də Antanta dövlətlərinin təmsilçilərinin xoşlanmadığı belə bir teleqram vurmuşdu: “ Yunanlılar bu regionda Pont hökuməti təşkili kimi bir cəfəngiyyat ətrafında toplanmış, yunan partizanları təhlükəli siyasi qüvvəyə çevtilmişlər”.
22 may 1919-cu ildə Sədarətə ( Osmanlı hökuməti) göndərdiyi hesabatda da : ” türk millətinin işğala qarşı birləşərək mübarizə əzmini açıq şəkildə ortaya qoyduğu” -bəyan olunmakda idi. Bu hesabatdan sonra həm Damat Fərid hökuməti, həm də Antanta dövlətləri təmsilçiləri bərk narahatçılıq keçirmişdi. Artıq İstanbulda “ ümüdləri doğrultamadığı “ üçün Mustafa Kamal Paşanin geri çağrılması barədə rəy formalaşmağa başlamışdı.
Samsunda bir həftə qaldıqdan sonra 25 may 1919-cu ildə Havzaya keçən Mustafa Kamal Paşa , buradan ilk dəfə türk xalqına və ordu komandanalarına səslənmişdi. Tarixə “ Havza Bəyanatı” olaraq keçən bu səslənişdə , xüsusilə İzmirin işğalının yurdun hər tərəfində mitinq və etiraz nümayişləri təşkil olunaraq prostesto edilməsi; Mudros atəşkəsinə görə ordunun tərhis edilməsnin durdurulması istənmişdi. 17 gün Havzada qalan Mustafa Kamal bu müddətdə Anadolunun və xalqın ümumi vəziyyəti haqqında məlumat alaraq milli hərəkatın ideya təməllərini yaratmışdır.Ərzurum və Ankarada olan korpuslar ilə əlaqə quran Mustafa Kamal müfəttişlik vəzifələri arasında yer alan "bölgədə yer aldığı iddia edilən türk dirəniş qruplarının dağıdılması"nı yerinə yetirmək bir kənara öz əli ilə milli dirəniş təşkilatlarının qurulmasında təşəbbüskar olmuşdur.12 iyun 1919 tarixində Amasyaya hərəkət edən Mustafa Kamal Paşa iyunun 22-də Amasya bəyannaməsi deyilən sənədi paylaşmışdı. Türkiyə Qurtuluş savaşının ilk sənədi olan bu bəyannamədə vətənin bütövlüyü və millətin müstəqilliyinin təhlükədə olduğu, İstanbul hökumətinin üzərinə götürdüyü məsuliyyəti yerinə yetirmək, bu vəziyyətin milləti yox olmuş kimi göstərdiyi izah edilmişdir. Bəyannamədə "Millətin istiqlalını yenə millətin əzm və qərarının qurtaracağı" elan edilmişdir. Anadolunun hər baxımdan etibarlı bir yeri olan Sivasda bir konqres toplanacağı ifadə edilmişdir. Bu konqresə qatılmaq üçün hər şəhər 3 nümayəndənin seçilərək göndərilməsi və nümayəndələrin səyahətlərini gizli tutmaları istənmişdir. Şərq bölgələri üçün də Ərzurumda bir konqresin toplanacağı, daha sonra Ərzurum Konqresi üzvlərinin də Sivasa qatılmaq üzrə hərəkət edəcəyi ifadə edilmişdir. O sıralar başda İstanbul olmaqla Anadolunun müxtəlif yerlərində işğalçılara qarşı müsəlman xalq tərəfindən mitinqlər keçirilməkdə idi. Xüsusilə, 15 may 1919-cu il tarixində İzmirin yunan orduları tərəfindən işğal edilməsi üzərinə İstanbul Sultan Əhməd meydanında on minlərlə insanın qatıldığı mitinqlər, türk xalqının işğalı qəbul etmədiyinin açıq təzahürü idi.

Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin