Son Osmanlı Məclis-i Mebusanı 12 yanvar 1920-ci ildə toplanmış və Türk İstiqlal Hərbinin qayəsini əks etdirən Misak-i Milli (Milli And və yaMilli Pakt)adıiləanılan"Əhd-iMilliBəyannaməsini"qəbuletmişdi.28 yanvar 1920-ci il tarixli Misak-ı Milli bəyannamənin əsas prinsipləri bu şəkildəidi: Mudros müqaviləsi nəticəsində Antanta dövlətlərinin işğalı altında qalan və əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan torpaqlarda yaşayan xalq öz müqəddəratını həll etmək hüququna sahib olmalıdır. Mudros müqaviləsi ilə türk hegemoniyasında qalan torpaqlar isə ayrılmaz bir bütündür (Hatay və Mosul daxil olmaqla).
Referendum nəticəsində anavətənə birləşdirilən Qars, Ərdəhan və Batumda lazım gəlsə yeni bir referendum keçirilməli və nəticələrinin hamı tərəfindən qəbul olunmasılazımdır.
Qərbi Trakyanın hüquqi statusu burada yaşayan insanların iştirak edəcəkləri referendum nəticəsində müəyyən edilməlidir.
Xilafətin və Osmanlı dövlətinin paytaxtı olan İstan- bulun və Mərmərə dənizinin təhlükəsizliyi çox mühümdür. Bu əhəmiyyət nəzərə alınaraq boğazların ticarət gəmiləri üçün açılması məsələsi müzakirə edilməlidir. Bu mövzuda digər dövlətlərlə birgə alınacaq qərarlarazılaşacağıq.
Bağlanacaq sülh müqaviləsində türk torpaqlarında yaşayan etnik azlıqların hüquqları qonşu ölkələrdə yaşayan müsəlman xalqlara da buna bənzər hüquqların verilməsi şərti ilə təminat altınaalınacaqdır.
İqtisadi tərəqqimizə imkan yaratmaq üçün hər birdövlət kimibizimdəazadvəmüstəqilolmaqhüququmuzvar.Busəbəblə mali, iqtisadi və hüquqi məhdudiyyətlərin əleyhinəyik. Xülasə kapitulyasiyalar qaldırılmışdır. İqtisadi inkişafımız üçün hər bir dövlətlə danışıqlarahazırıq.
Misak-ı Milli`nin elanı Antanta cəbhəsində böyük nara-hatlığa səbəb olmuşdu. 16 mart 1920-ci ildə Məclis-i Mebusan da daxil olmaqla, Bab-ı Ali və bütün hökumət idarələriylə bərabər İstanbul ingilislər tərəfindən faktiki olaraq işğal edilmişdi. Birləşmiş Krallıq qüvvələri İstanbulda olan, başda Rauf bəy olmaqlaMilliMübarizətərəfdarımillətvəkillərinihəbsetmişdilər. Bundan başqa teleqraf mərkəzləri də nəzarətə alınmış və rəsmi dairələr arasında əlaqə imkanı qalmamışdı. Bu vəziyyətə görə Anadolu, İstanbul və rəsmi məqamlarla ortaq hərəkətdən məhrum qalmışdı. İstanbuldakı bu fövqəladə hal ortaya Osmanlı dövlətinin kimin idarəsi və hansı güclərin qanunlarının keçərli olduğu sualını ortaya çıxarmışdı. Bu zaman Mustafa Kamal Paşa Təmsil Heyətinin rəhbəri olaraq bəyannaməyayımlamışdı: “Bu hərəkatın Anadoluda Osmanlı qanunlarının keçərlili- yinə maneə olmayacağından və hər nə formada olursa olsun görüləcək tədbirlərə Osmanlı millətinin sivil bacarığı xüsusilə diqqətçəkiciolduğundanqanundankənarheçbirişedilməməsivə bütün vəzifələrin xüsusi diqqətli şəkildə edilməsi həyatımızın reallığıdır.“