Iii- milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920)


— Kânûn-i Esâsî’nin bu maddelere aykırı düşmeyen hükümleri eskisi gibi yürürlüktedir



Yüklə 81 Kb.
səhifə9/16
tarix21.05.2023
ölçüsü81 Kb.
#118562
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
MÖVZU 3

10 — Kânûn-i Esâsî’nin bu maddelere aykırı düşmeyen hükümleri eskisi gibi yürürlüktedir.

Böyük Millət Məclisində təşkil olunan fraksiyalar


Yaşıl Orducular


Osmanlı torpaqlarının qərb imperialistləri tərəfindən işğala uğraması üzərinə bəzi Osmanlı aydınları sosyalizmə meyl göstərərək, Anadoluda Bolşevik Rusiyanın da yardımı ilə bir inqilab etməyi xəyal etmişdilər. Hakkı Behiç öndərliyində təşkilatlanan Yaşıl Orducular sosyalizmlə islami dəyərlər arasında bir bənzərlik olduğunu müdafiə edərək Anadoluda xüsussilə yoxsul müsəlmanlar arasında nüfuz etməyə çalışmışdılar. Ankarada toplanan ilk məclisdə 14 millətvəkili ilə təmsil olunan bu qrupun gizlicə qurduğu Yaşıl Ordu Cəmiyyəti, “ İslam Bolşevik qəzeti”, “ Səyyarə Yeni Dünya “ kimi mətbu orqanları da vardı. Yaşıl Orducuların o dövrdə böyük populyarlığa sahib Kuvayi-Milliyyə komandirlərindən Çerkez Ethəm ilə də yaxın əlaqələri olmuşdu. O sıralar Mustafa Kamal Paşa və Çerkez Ethem arasında soyuq hava əsdiyindən, bu yaxınlığı Mustafa Kamal Paşa yaxşı qarşılamamışdı. Anadoluda o dövrdə yayılan komunıst -bolşevik təbliğatının qarşısını almaq üçün Mustafa Kamal öz nəzarəti altında olacaq Türkiyə Komunist Firqəsini qurdurmuş və Yaşıl Orduculardan bir qisminini öz tərəfinə çəkərək parçalanmasını saxlamışdı. Yunus Nadi, Muhittin Baki kimi bir qrup əski Yaşıl Orducular isə , “Halq Zümrəsi “adı altında yenidən təşkilatlanaraq ittihatçı- islamcı-sosyalist qarışımı bir siyasi görüşü mənimsəyərək , məclisdə fəaliyyətini sürdürmüşdülər. Yaşıl Orducuların aşırı sol qanadı bir müddət sonra Türkiyə Xalq İştirakiyun Firqəsini quraraq , III İnternasyonala bağlılıqlarını elan etmişdi. Bəzi üzvlərinin Çerkez Ethem üsyanı ilə əlaqədar olması, ayrıca aşırı bolşevik təbliğat aparması, Ankara hökumətini narahat etdiyindən, 1922-ci ildə firqəninin fəaliyyəti qadağan edilmişdi.
Türkiyə Komunist Firqəsi


Anadoluda o dövrdə yayılan komunıst -bolşevik təbliğatının qarşısını almaq , həmçinin imperializmə qarşı mübarizədə işbirliyinə girdikləri Sovet Rusiyaya “ xoş “ görünmək üçün Mustafa Kamal öz nəzarəti altında olacaq Türkiyə Komunist Firqəsini qurdurmuşdu. Bu firqənin “ Yeni gün “ adlı nəşr orqanı da vardı. Ən yaxın silahdaşları olan Fevzi Çaxmaq Paşa, Kazım Karabekir Paşa, Ali Fuad Cebesoy, Refet Belenin də bu firqəyə üzv olmasını istəmişdi.Mustafa Kamal Paşa , o sıralar Bakıda Mustafa Süphi öndərliyində təşkil olunan Türkiyə Kommunist Partiyasının nüfuzunun artmasından da ehtiyat etmiş və tədbirli davranmaya çalışmışdı: "Millətin birliyini və müqavimətini qıra biləcək vaxtsız, lüzumsuz çıxışların qarşısını almaq lazımdır” . Mustafa Kamalın Komunist firqəsinin məqsədi, heç vaxt Rusiyada olduğu kimi proletariat diktaturasına dayanan bir komunizm qurmaq olmamımşdı. Qısa müddətli fəaliyyətindən sonra , elə Mustafa Kamal Paşanın göstərişi ilə 1921-ci ildə TKF-nin fəaliyyəti dayandırılmışdı.


İslahat - İstiklal qrupları


Bu qruplar Ankara hökumətini fəaliiyətinə, həyata keçirməyə çalışdığı reformlara dəstək verən, Mustafa Kamal Paşaya heyranlıq duyan millətvəkilllərindən təşkil olunmuşdu.
Təsanüd qrupu



Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin