Mötədil milliyyətçi şəxslərin təşkil etdiyi bu qrup məclis içində mlilət vəkilləri arasında bir həmrəylik qurulmasına səy göstərmişdilər. Muhafaza-i Mukaddesat Cəmiyyyəti
Mühafizə-i Mukaddesat Cəmiyyəti parlamentdən kənarda qurulan, mühafizəkar düşüncələrə mənsub millət vəkillərinin təşkil etdiyi bir cəmiyyətdir. Ərzurum Millət vəkili Hoca Raif Əfəndinin sədrliyi ilə qurulan bu cəmiyyət Anadoluda artan sosialist və kommunist fəaliyyətlərinə qarşı tədbir olaraq yaradılmışdı. Daha sonra səltənətin və xəlifəliyin qaldırılması və s. digər yenilikçi reformlara qarşı olmuşdu. Qısaca, Ankara hökumətinə qarşı müxalif mövqedə idi. Müdafaa-i Hüquq qrupları
Anadolu və Rumeli Müdafaa-i Hüquq qrubu ( Birinci qrup) Mustafa Kamal Paşa və inqilablarını dəstəkləyən və məclisdə çoxunluq təşkil edən bu qrupa Birinci Qrupda deyilmişdir. Daha sonralar Mustafa Kamal Paşanın istəyi üzərinə bu qrupun bazasında Xalq Firqəsi təşkil edilmiş, özü də partiyanın ilk başqanı seçilmişdi. Cümhuriyyətin elanından ( 29 oktyabr 1923 ) bir il sonra Cümhuriyyət Xalq Firqəsi adını alan bu partiya 1923-1950-ci illərdə iqtidarı əlində tutmuşdu.
İkinci qrup
Hüseyin Avni bəy ( Ulaş ) ,Ali Şükrü bəy, Hakkı Hami bəy kimi şəxslərin başını çəkdiyi bu qrupun ilk məclisdə 120-ə yaxın tərəfadrı vardı. Səltənətin qaldırılması daxil bir çox reformlara dəstək çıxsalar da, Mustafa Kamalın məclis içində səlahiyyətlərinin artırılmasına müxalifət etmişdilər. Məsələn, Sakarya zəfərindən sonra Mustafa Kamal Paşanın başkomandanlıq səlahiyyətlərinin uzadılmasına qarşı çıxan bu qrup, 1922-ci ildə seçki qanununun dəyişdirilməsini təklif etmişdilər. Bu təklifə görə, TBMM -ə millət vəkili seçilə bilmək üçün Misak-ı Milli sərhədlərində anadan olmaq və 5 il boyunca davamlı bir yerdə iqamət etmək şərti gətirilməli idi. Bu təklif qanuniləşdiyi halda, Mustafa Kamalın və onun kimi davamlı bir yerdə iqaməti olmayan bir hərbçinin , doğulduğu yerlər ölkə hüdudlarından kənarda olan digər şəxslərin seçilmə hüququnu ləğv edəcəkdi.
Anakarada Böyük Millət Məclisinin açılışı ilə Osmanlıda faktiki olaraq iki hakimiyyətlilik yaranmışdı. İstanbul hökuməti Mustafa Kamal Paşa və tərəfdarları haqqında ölüm hökmü çıxararaq, Milli Mübarizəni boğmaq üçün yerlərdə üsyanlar çıxartmış, işğalçı qüvvələrlə əməkdaşlııq etməkdən çəkinməmişdi. Müxtəlif cəbhələrdə işğalçılarla Qurtuluş MüharibəsiaparanBöyükMillətMəclisihökuməti,daxilicəbhədədəbu üsyanlara qarşı qətiyyətlə mübarizə aparmışdı. Milli Mücadiləyə qarşı İstanbul hökuməti və ingilizlərin tərtibi ilə 1919—1921 -ci il tarixləri arasında çıxarılan üsyanlar: