Mustafa Kamal Paşa ilə ikili görüşməsində , Şeyx Sünusiyə mühüm vəzifələr verilmişdi:
İslam dünyasındakı anti-imperialist hərəkatları Ankaranın təsiri altına almaq.
Ərəb-İslam dünyasında, xüsusilə İraq və Suriyada xilafət təbliğatı apararaq, bölgədəki müsəlman ərəbləri İngiltərə və Fransaya qarşı səfərbər etmək.
Anadolu sərhədlərində, xüsusilə kürdlərin kompakt yaşadığı Şərq və Cənub-Şərq bölgələrində yerli xalqın milli hərəkatda iştirakının artırılmasına çalışmaq və separatçı kürd təbliğatına əks-təbliğatla cavab verilməsini saxlamaq.
Şeyx Əhməd Sunusi ona verilən vəzifələri yerinə yetirmək üçün əlindən gələni əsirgəməmiş və fəaliyyəti ilə həm Ankaranın, həm də türk xalqının rəğbətini qazanmışdır.
Qurtuluş müharibəsi illərində Mustafa Kamal Paşa Anadoluda mövcud olan bütün məzhəblərə qarşı tölerantlıq göstərərək, xüsusilə Süni və Bektaşı-Alevi kəsimlər arasında ayrı-seçkilik kimi başa düşüləcək davranışlardan uzaq durmuşdu. Mustafa Kamal Paşa həm süni , həm də Alevi-Bektaşı dini liderlərini ziyarət edərək , hər iki tərəfdən də milli dava üçün faydalanmağa çalışmışdı.
Qurtuluş müharibəsi illərində milli davaya müstəsna xidmətləri olan din adamlarından biri də Türkiyədə yaşayan Karamanlı xristiyan türklərin dini lideri Papa I Ethim ( Zeki Erenerol ) olmuşdu. Anadoluda milli azadlıq hərəkatı filizləndiyi sırada Fənər Rum Patriarxlığı dünya xalqlarına bir bəyanat ünvanlamışdı. Bu bəyanatda "Canavar, zalım Kamalistlərin zülmündən biz xristianları xilas etməyə gəlin ! Onların Ankaradakı zəhərli yurdunu dağıtmağa tələsin" deyilirdi. Bunun üzərinə Papa Eftim, Fənər Rum Patriarxlığına etiraz edərək, xristiyan türk camaatı adından milli mübarizəyə qoşulmağa qərar vermişdi. 23 aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisinin açılış duasını oxuyan ruhanilər arasında Papa Eftim də var idi. Fənər Rum kilisəsinin seperatçı fəaliyyətinə qarşı mübarizə apararaq , müstəqil Türk Ortodok Patrikliyini quran Papa Ethim hər zaman türklüyü ilə qürur duymuşdu: