Əhməd Anzavur üsyanı
I və II Bozkır üsyanları
I və II Yozqat üsyanları
Koçqiri üsyanı
Afyon Çopur Mustafa üsyanı
Milli Aşirət ( Urfa ) üsyanı
Şeyx Əşrəf , Şeyx Rəcəb , Cemil Çeto və Əli Batı üsyanları
Bolu-Düzcə-Xəndək-Adapazarı üsyanları
Bu üsyanların bəzisində kürd və çərkəz seperatçı qüvvələrindən də istifadə olunmuşdur. Ayrıca Damat Fəridin xüsusi əmri üzərinə Kuvati-İnzibatiyyə ( xəlifənin ordusu ) adında cəza birliyi təşkil olunaraq , çiçəyi burnundakı millli hökumətə qarşı yönləndirilmişdir. Bundan başqa xüsusilə ingilizlərin də dəstəyi ilə Şərqi Anadaluda ermənilər , Qaradəniz bölgəsində isə rumlar özbaşnalıq edərək müsəlmanlara qarşı qətliam həyata keçirmişdilər. Bu üsyanlar Kuvayi-Milliyyə birlikləri tərəfindən yatırılmışdır. Ankara hökumətinin almış olduğu tədbirlərlə Kazım Karabəkir Paşaya bağlı birliklər erməniləri, Nurəddin Paşaya bağlı miili qüvvətlər isə rumları bərtəraf etmişdilər.
Türk milli hökumətinə qarşı tərtib olunan iki üsyanı isə digərlərindən ayrı tutmaq lazımdır: Dəmirçi Mehmed Efe və Çərkəz Ethəm üsyanları. Adları zikr olunan hər iki şəxs, əvvəllər Kuvayi-Milliiyyə komandirləri olub bir çox üsyanın yatırılmasında mühüm rol oynamışdılar. Xüsusilə Kuvayi-İnzibatiyyə ordusunun dağıdılmasında Çərkəz Ethəmə bağlı “ Kuva-yi Səyyarə” birliyinin göstərmiş olduğu şücaət , Ankarada böyük təqdir görümüş, bir anda hər kəsin gözündə Çərkəz Ethəm “ bir qəhrəman “ olmuşdur. Fəqət bir müddət sonra Çərkəz Ethəmin qardaşları yüzbaşı Tofiq bəy və o sıralar Milli Məclisdə Saruhan millətvəkili olan Rəşid bəyin də qızışdırmları ilə, Çərkəz Ethəm Ankara hökuməti ilə müəyyən məsələlərdə tərs düşməyə başlamışdı. Xüsusilə , yeni təşkil olunan qərb cəbhəsi vahid komandanlığının əmrinə girməyi rədd edən Çerkəz Ethəm, Böyük Millət Məclisinin almış olduğu qərarları ciddiyə almayaraq, başda Mustafa Kamal Paşa olmaq üzrə ətrafındakıları hədələməkdən belə çəkinməmişdi. Vəziyyət həqiqətən də çox incə idi. Min bir əziyyət və fədakarlıqla yaradılan nizami orduda rəhbərlik və komandanlıq birliyini təmin etmək baxımından bu problemi qəti şəkildə həll etmək lazım idi. Belə ki Ethəmin dəstəsi ordu içində qaldıqca düşmənə qarşı ciddi bir müvəffəqiyyət qazanmaq olmazdı, əksinə qiyamçı qüvvələr hər bir işdə orduya maneçilik törədəcəkdi. Buna görə də Ankara hökuməti, Çərkəz Ethəm qüvvələrinin ləğv olunması haqqında qərar çıxarmışdı. Qərb cəbhəsi komandanı İsmət bəyin təslim olması haqqında xəbardarlığına Çərkəz Ethem bu cavabı vermişdi:
“ Masum millet ve asker kardeşleri! Ankara hükûmeti rezilesine 29 Kânunievvel 336 tarihli keşide ettiğim selameti memlekete taalluk eden telgrafın matbuatla ilân edilmesini isteyiniz. Ey Askerler! Şerre alet olmayınız, uhrevî ve dünyevî mes'uliyetten korkunuz. Ey millet; siz de maziyden intibah alarak her dürlü felâketi ve ihtilası vatanı, menfeatı harisanelerine kurban etmek isteyen erazile karşı hakkınızı müdafeada tereddüt göstermeyiniz ki muaveneti ilahiyeye mazhar olasınız. Ben sizi müdafaai memleket için davet ve icbar ettim, şerre, ihtirasatı şahsiyeye alet olmak için değil. Ey zabit arkadaşlar! Emir kulu olmaktan sarfınazar edilniz; Allah'ın kulu olunuz, aksi halde geliyorum ha son peşimanlık fâide vermez." Umum Kuvâ-yi Milliye Kumandanı Ethem
Bu arada milli qüvvətlər arasında yaranan bu böhrandan istifadə edən yunan birlikləri, 1921-ci ilin yanvarında həm Bursa-Uşaq cəbhələrində sürətlə irəliləyərək İnönü mövqeyinə qədər gəlmişdilər. Məqsədləri türk qüvvələrinin zəifləmiş mövqelərinə qəfildən hücum edərək , Əskişehir və Afyonu ələ keçirmək, nəticədə Ankara yolunu özləri üçün açmaq idi. Bu plan həyata keçdiyi təqdirdə , 8 aylıq milli hökumət guya doğulduğu yerdəcə boğulacaq , asanlıqla aradan qaldırılacaqdı. Düşmən hücumu nəticəsində daha da artan böhranlı vəziyyətlə əlaqədar , Ankara hökuməti Çərkəz Ethem və birliyinin təqib olunmasına ara verməyi , ordunun əsas gücünü yunanlılara qarşı yönəltməyi qərarlaşdırmışdı. 10 yanvar 1921-ci ildə yunanlıların İnönüdə durdurulması, Ankara hökumətinin həm daxildə, həm xaricdə mövqeyinə müsbət təsir etmişdi. “ Artıq Çerkəz Ethəm olmadan da düşmənə qarşı zəfər əldə edilcəyi” fikri , bir müddət Anadoluda yayqın olan “ qəhrəman Çerkəz Ethəm” imicinə böyük zərbə olmuşdu. Etiraf etmək lazmdır ki,artıq Çərkəz Ethəm də həm ağır xəstəliyi ilə əlaqədar, həm də boşuna müsəlman qanı tökülməsini istəmədiyindən müqavimət göstərməyin mənasız olduğunu anlamışdı. Əmri altındakı ordu birliklərinin dağılmasını əmr edərək, özü də bir yolunu tapıb , vaxtilə Təşkilatı Mahsusa da tanış olmaq fürsətini yaxalayan Ənvər Paşanın Türkistanda başlatmış olduğu mübarizəyə qatılmaq arzusunda idi. Fəqət qardaşlarının da təsiri ilə çox səhv bir addım ataraq düşmən olan yunanlılara sığınmış oldu. Ankara İstiqlal Məhkəməsi tərəfindən 1921-ci ilin mayın 9-da qiyabi olaraq edam hökmü çıxarılan Ethem və qardaşları üçün, nə qəribədir ki, 1938-ci ildə əfv fərmanı verilmişdi. Ethəmin qardaşları vətənə geri dönərkən, özünü heç vaxt xain saymayan Çərkəz Ethəm isə qürbətdə ( Amman-İordaniya ) 1948-ci ildə dünyasını dəyişmişdi. Fikrimizcə, Ethəm haqqında Türkiyəli tarixçi Əkrəm Buğra Əkincinin dəyərləndirməsini ən məntiqə uyğun hesab etmək mümkündür:
“ Ethem, Kemalistlere göre, hain; anti-Kemalistlere göre isyana zorlandığı için çaresiz kalmış, haksızlığa uğramış bir kahraman; komünistlere göre, Kemalist provokatör; İngilizlere göre, Alman ajanı; Almanlara göre, İngiliz ajanı; kimine göre, Turancı, kimine göre başıbozuk çetecidir. Kendisi, “Belki çok hatalarım oldu; fakat asla vatan haini olmadım” der. Hainlik, bazen nereden bakıldığına göre değişir.”
Ankara hökumətinin tədbirləri
Dostları ilə paylaş: |