Iii- milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920)



Yüklə 81 Kb.
səhifə3/16
tarix21.05.2023
ölçüsü81 Kb.
#118562
1   2   3   4   5   6   7   8   9   ...   16
MÖVZU 3

Mustafa Kamal Paşa da Amasya bəyannaməsi ilə Türk xalqını istiqlalları üçün milli mübarizəyə səsləmişdi.Amasya bəyannaməsi İstanbulda olan işğal güclərinin reaksiyasını çəkmiş və ingilislər Mustafa Kamalı İstanbula geri gətirmək üçün İstanbul hökuməti üzərindəki təzyiqlərini artırmışdır. Bu sırada Daxili İşlər naziri olan Əli Kamal bəy bir bəyanat yayınlayaraq Mustafa Kamalın yaxşı bir əsgər olduğunu ancaq ingilis təzyiqi nəticəsində vəzifəsindən alındığını ifadə etmişdir. Bunun üzərinə Mustafa Kamal Paşa da qətiyyətli bir addım ataraq : “ biz də sine-i millətə dönəriz” -deyə, tutmuş olduğu hərbi vəzifəsindən istefa etdiyini açıqlamışdı. Əslində bu risqli bir addım idi. Çünkü heç bir hüqquqi və hərbi səlahiyyəti qalmayan Mustafa Kamal Paşanın almış olduğu qərarlara artıq nə sivil idarəcilər , nə də ordu komandanları uymaya da bilərdi. O günlərdə çox kədərli olan Mustafa Kamalın beynində bir sual dolaşırdı :” Əcaba, başlatmış olduğu milli mübarizə yarım da qala bilərmiydi ? “ Bu sıxıntılı günlərdə başda Kazım Karabəkir Paşa olmaqla silahdaşları Mustafa Kamalı yalnız buraxmamışdı. Kazım Karabəkir onu ziyarət edərək: “ Paşam, ordum və mən hər zaman əmrinizdəyik”-deyə sonuna qədər bu mübarizədə bərabər olacaqlarını nümayiş etdirmişdi. Əlbəttə, artıq bir sivil olaraq Milli Mübarizəyə davam edən Mustafa Kamal Paşa üçün bu dəstəyin əhəmiyyyəti böyük olmuşdu.
Ərzurum Konqesi


Şərqi Anadolu Müdafa-i Hüquq Cəmiyyətinin təşəbbüsü ilə Ərzurumda 23 iyul- 7 avqust 1919 tarixlərində bir regional konqres təşkil olunmuşdu. Konqresin toplanmasında əsas məqsəd Şərqi Anadolu və Şərqi Qaradənizdə rum, erməni və gürcü seperatçı birliklərin təcavüzünün qarşısının alınması məsələsi idi. Mustafa Kamal Paşanın da bu konqresdə iştirakı planlanmışdı. Fəqət tutmuş olduğu vəzifədən istefa etməsi üzərinə bəzi nümayəndələr onun qatılmasına müxalifət etmişdilər. Bunun üzərinə Kazım Karabəkir Paşanın müdaxiləsi ilə konqresdə iştirak edən nümayəndələrdən Kazım Yurdalan və Cevad Dursunoğlu istefa edərək yerlərini Mustafa Kamal və Rauf Orbaya buraxmışdılar. Mustafa Kamal Paşanın sədrliyi altında keçirilən Ərzurum Konqresində çox mühüm qərarlar alınmışdır:


  1. Yüklə 81 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin