Tarix və onun problemləri, № 4 2014
17
ƏSMƏD MUXTAROVA
Bakı Dövlət Universitetinin professoru,
Türk xalqları tarixi kafedrasının müdiri
E-mail: TarixVeOnunProblemleri@gmail.com
BAKI DÖVLƏT UNİVERSİTETİ
“TÜRK XALQLARI TARİXİ” TƏDRİSİNİN MƏRKƏZİDİR
Açar sözlər: Bakı Dövlət Universiteti, Türk xalqları tarixi, Tük xalqları tarixi kafedrası,
Müstəqil Azərbaycan, milli kimlik
Ключевые слова: Бакинский Государственный Университет, История тюркских
народов, Кафедра истории тюркских народов, Независимый Азербайджан, националь-
ная идентичность
Keywords: Baku State University, The history of Turkic peoples, Department of
History of the Turkic peoples, İndependent Azerbaijan, National identity
Tarix elminin lazımlılığı haqda mübahisələr hər zaman və bütün cəmiyyətlərdə aktual
müzakirə mövzularından biri olmuş, tarixə yanaşmada müxtəlif, bir-birinə tamamilə zidd
fikirlər irəli sürülmüşdür. Məsələn, XIX – XX əsrlərdə yaşamış fransız filosofu Pol
Valeritarixi“ alimlərin intellektual fəaliyyətinin ən təhlükəli məhsulu”hesab edirdi(1). XVIII –
Tarix və onun problemləri, № 4 2014
18
XIX əsrlərdə yaşamış Rusiya tarixçisi N.M.Karamzinin fikirlərində isə, bunun tamamilə
əksini görürük. N.M.Karamzinə görə: “Tarix xalqların məişətinin və fəaliyyətinin aynası;
onların adət-ənənələrin məcmusu; əcdadların gələcək nəsillərə tövsiyəsi; bu günün izahı,
gələcəyin təxminidir. Başqa sözlə, tarixi müəyyən mənada xalqların müqəddəs, əsas və zəruri
kitabı hesab etmək mümkündür” (2). Müasir dövrdə tarixə yanaşmada daha bir fikir
mövcuddur: tarix milli kimliyin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bu baxımdan,
uzun illər ərzində əvvəlcə çar Rusiyasının, sonra isə SSRİ-nin tərkibində olduğu zaman
kəsimində milli kimliyinin unutdurulmasına cəhd edilmiş türk xalqlarının tarixinin tədqiqi,
təbliği və tədrisi mühüm əhəmiyyətə malikdir.
SSRİ-nin ittifaq respublikalarından biri olmuş Azərbaycanda türk xalqlarının tarixi
ümumilikdə “SSRİ tarixi” fənni çərçivəsində, çox səthi olaraq keçilirdi. Həm də qeyd
edilməlidir ki, türk xalqları öz adları ilə (yəni, “türk xalqları” olaraq) deyil, azərbaycanlı,
qazax, qırğız, özbək, türkmən, tatar və s. adı ilə təqdim olunurdular. Sovet dövlətinin türk
xalqlarının milli kimliyinin unutdurulması istiqamətindəki siyasətinin nəticəsidir ki, yeri
gəldi-gəlmədi türk xalqlarına “türkdilli xalqlar” deyilmişdir. Bu siyasətin nəticəsidir ki,
günümüzdə də “türkoloq” deyərkən, yalnız dilçilik sahəsində alimlər, onların tədqiqatları
anlaşılır. Maraqlıdır ki, hətta günümüzdə də dövlətlərarası səviyyədə, ümumilikdə dil
məsələsinin xatırlanmasına ehtiyac belə hiss edilmədiyi yerlərdə “türkdilli dövlətlər” sözü
işlədilir.
1992-ci ilin may ayında postsovet məkanda ilklərdən biri olaraq, Azərbaycanda Bakı
Dövlət Universitetinin Tarix fakültəsində “Türk xalqları tarixi”nin müstəqil fənn kimi tədris
olunması haqda qərar qəbul edildi (3, s.4-5). Bu məqsədlə fakültə Elmi Şurasının qərarı ilə
“Türk və Qafqaz xalqları tarixi” (2012-ci ildən “Türk xalqları tarixi”) kafedrası yaradıldı.
Hazırda həmin kafedranın müdiri türk xalqlarının qədim dövr - orta əsrlər tarixi və dövlətçilik
tarixi problemləri üzrə araşdırmaçı, tarix elmləri doktoru, professor Əsməd Muxtarovadır.
Kafedranın 8 nəfərlik professor-müəllim heyəti tərəfindən türk xalqları tarixi dövrlər və
müxtəlif problemlər üzrə tədris edilir (4).
“Türk xalqları tarixi” fənni Tarix fakültəsində - “tarix”, “tarix müəllimi”,
“Qafqazşünaslıq”, “Amerikaşünaslıq” ixtisaslarında; Beynəlxalq Münasibətlər və İqtisadiyyat
fakültəsində “Beynəlxalq münasibətlər” ixtisasında; Kitabxanaçılıq və İnformatika
fakültəsində “Kitabxanaşünaslıq” ixtisasında tədris olunur.
Fənn çərçivəsində hazırda müstəqil olan türk dövlətləri (müstəqil fənn kimi tədris
olunan “Azərbaycan tarixi” istisna olmaqla) ilə bərabər, digər dövlətlərin türk subyektləri,
həmçinin dövlət qurumu olmayan türk xalqlarının tarixi, başqa sözlə desək, bütünlükdə türk
dünyasının tarixi tədris edilir. Aşağıdakı məsələlərə xüsusi önəm verilir:
Müasir türk dünyası anlayışı – müstəqil türk dövlətləri (6+1: Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti);
Rusiya Federasiyası (Volqaboyu, Şimali Qafqaz və Sibirdə) və Çin Xalq Respublikasının
(Sintzyan Uyğur Muxtar Vilayəti) türk subyektləri; digər dövlətlərin tərkibində yaşayan
türk xalqları; türk diasporası. Türk dünyasının problemləri (krım tatarları, ahısxa
türkləri, uyğurların problemləri; mövcud münaqişələr, təhlükəsizlik problemləri və s.)
Türk xalqlarının dünya tarixində yeri və rolu – türk xalqlarının dünya tarixinə, elminə,
mədəniyyətinə verdiyi töhfələr; tarixi abidələri; tarixdə və günümüzdə tanınmış, gör-
kəmli insanların, elm xadimlərinin türklər haqda fikirləri, onlara verdikləri dəyər və s.
Tarix və onun problemləri, № 4 2014
19
Tarix elmində türk xalqlarının anayurdu ilə bağlı nəzəriyyələr; türk xalqlarının tarixini
saxtalaşdırmaq cəhdləri və onların ifşası; türk xalqlarının tarixi üzrə mənbələr;
Türk xalqlarının dövlətçilik tarixi; tarixdə mövcud olmuş türk dövlətləri; onlar arasında
əlaqələr, problemlər; türk dövlətlərinin qonşu dövlətlərlə münasibətləri;
Türk xalqlarının islamaqədərki dini inancları; İslamın türk xalqlarının ictimai-siyasi
həyatında yeri və rolu məsələləri;
Türk xalqlarının çar Rusiyasının və SSRİ-nin tərkibində olduğu dönəm tarixi;
Türk xalqlarının hərb tarixi; dünya müharibələrində iştirakları məsələləri;
Türk xalqlarında ictimai-siyasi fikrin inkişafı, milli mətbuat, milli ideologiyanın
formalaşması; milli hərəkat tarixi;
Türk xalqlarının mədəniyyət tarixi;
Türk xalqlarının postsovet dönəm durumu. Türk dünyasının müasir beynəlxalq
münasibətlər sistemində yeri, ümumdünya proseslərdə iştirakı və s.
Mövcud olduğu 22 il ərzində kafedra əməkdaşları tərəfindən Azərbaycanda türk
xalqları tarixinin tədqiqi, təbliği və tədrisi istiqamətində bir sıra mühüm işlər görülmüş, bu
işlər nəticəsində kafedra sözün həqiqi mənasında Respublikada türk tarixinin tədqiqi və
tədrisinin mühüm mərkəzinə çevrilmişdir. Bunlardan əhəmiyyətinə görə xüsusi seçilən bir
neçəsini qeyd etməyi məqsədəuyğun hesab edirik.
Kafedranın professoru Əsməd Muxtarova 1999-cu ildə postsovet məkanda ilk olaraq
ümumiləşmiş “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyini hazırlayaraq nəşr
etdirmişdir (5). Sonrakı illərdə dərslik düzəliş, əlavə və dəyişikliklərlə təkrar nəşr edilmişdir.
Müəllif dərsliyin nəşrinə görə “Sara Xatun” mükafatına layiq görlmüşdür.
Tarix və onun problemləri, № 4 2014
20
2003-cü ildə kafedranın digər professoru Nisbət Mehdiyeva “Türk xalqlarının
tarixi.Yeni dövr (XIX – XX əsrin əvvəlləri)” dərsliyini hazırlayaraq nəşr etdirmişdir (6).
Professor N.Mehdiyevanın həmçinin Türkmənistan və Özbəkistanda türkmən, özbək,
rus və ingilis dillərində məqalələri nəşr olunmuşdur:
1.Достлук гатнашыклары. Совет эдебияты. Туркменистан Языжылар Союзынын
органы, 1988, №4, с.173-175 (türkmən dilində)
2.ХХ асрнинг 60-80-йилларида Озарбайджан-узбек маданий алокалари.
MOZİDAN SADO (Эхо истории). Daşkənd, 2010, №2-3, s.74-75 (özbək, rus, ingilis
dillərində).
Prof.N.Mehdiyeva 2011-ci ildə Bakıda “Türk dünyası: dünəni və bu günü”
mövzusunda keçirilən beynəlxalq konfransda “XIX əsrin birinci yarısında qazax xalqının
milli-azadlıq hərəkatı” adlı məruzə ilə iştirak edib:
XIX əsrin birinci yarısında qazax xalqının milli-azadlıq hərəkatı. “Türk dünyası:
dünəni və bu günü”. 23-24 may 2011-ci il. Beynəlxalq elmi konfransın materialları. I c. B.,
VİKTORİ, 2012, s.105-110.
Ümumilikdə, 1992-ci ildən bu günə qədər kafedra əməkdaşları tərəfindən türk xalqları
tarixinin müxtəlif istiqamətləri üzrə 13 proqram (7), 7 metodik vəsait (8), 3 dərs vəsaiti (9), 2
dərslik, 2 monoqrafiya (10) hazırlanaraq nəşr etdirilmişdir. (Diqqətə çatdıraq ki, qeyd
edilənlər kafedra əməkdaşlarının birbaşa türk xalqları tarixinə aid olan işləridir. Bunlardan
əlavə, kafedra əməkdaşları tərəfindən Azərbaycan tarixi ilə bağlı çoxsaylı məqalələr, dərslikvə
monoqrafiyalar hazırlanır – müəl. (11)).
Tədris, elmi-tədqiqat işləri ilə bərabər Türk xalqları tarixi kafedrasında gənc
mütəxəssislərin hazırlanması istiqamətində də mühüm işlər görülür. Magistratura təhsil
pilləsində “Türk dünyası tarixi” və “Regionşünas: Türkiyəşünaslıq” istiqamətləri üzrə magistr
hazırlığı həyata keçirilir; fəlsəfə üzrə elmlər doktoru hazırlanması məqsədilə doktorantura və
dissertantura mərhələlərində iş davam etdirilir. Həmçinin tarix elmləri doktoru elmi dərəcəsi
almaq məqsədilə elmi tədqiqatlar davam etdirilir.
1992-ci ildən bu günə qədər kafedrada yerinə yetirilərək müdafiə edilmiş bir neçə
namizədlik və doktorluq dissertasiyalarının adlarını qeyd etmək istərdik:
1.“Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində Heydər
Əliyevin rolu” - İ.M.Hüseynova (2004, doktorluq dissertasiyası)
2.“XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı” -
Q.Ə.Əliyev (2003, doktorluq dissertasiyası)
3.“Orta Asiyada müstəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələr
(XX əsrin 90-cı illəri)” - N.A.Məmmədli (2005, namizədlik dissertasiyası)
4.“Skif problemi rus və sovet tarixşünaslığında (tarixi-arxeoloji tədqiqat)” -
A.Q.Hüseynova (2005, namizədlik dissertasiyası)
5.“Azərbaycanın müstəqil türk dövlətləri ilə siyasi münasibətləri (XX əsrin 90-cı
illəri)” - S.F.Ruintən (2007, namizədlik dissertasiyası)
6.“XX əsrin sonu - XXI əsrin əvvəllərində Cənubi Qafqazda separatizm” –
R.Ş.Hüseynov (2009, namizədlik dissertasiyası)
7.“Türkiyə - ABŞ münasidətləri (1991-2007-ci illər)”- G.S.Əliyeva-Məmmədova
(2009, namizədlik dissertasiyası)
8.“Azərbaycan - Türkiyə idman-turizm əlaqələri (1991-2008-ci illər)” – E.C.İsmayılova
(2014, namizədlik dissertasiyası)
Tarix və onun problemləri, № 4 2014
21
Kafedra əməkdaşları tərəfindən həmçinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb
olunması istiqamətində mühüm işlər görülür. Tələbələr elmi-təqiqat işlərinə cəlb edilir,
məqalələr yazır, məruzələrlə Universitet, Respublika və beynəlxalq səviyyəli konfranslarda
çıxış edirlər. Kafedrada magistrantlarin açıq elmi seminarlari keçirilir. Eyni zamanda kafedra
əməkdaşlarının tələbələrlə birlikdə tarixi yerlərə ekskursiyaları təşkil olunur.
Kafedra əməkdaşları müxtəlif səviyyəli beynəlxalq konfrans, simpozium, seminar,
proqram və layihələrdə iştirak edirlər. Dosent A.R.Göyüşov müxtəlif proqram və layihələrdə
fəal iştirak edir: 2001-2004-cü illərdə Boxum Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən
həyata keçirilən «SSRİ və MDB-də İslam maarifçiliyi tarixi» adlı proqramın Azərbaycan üzrə
tədqiqat qrupunun rəhbəri, 2005-2007-ci illərdə Fransız Anadolu Araşdırmalar Mərkəzinin
Azərbaycan üzrə tədqiqatçısı olmuşdur. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və
Fransa Xarici İşlər Nazirliyinin Parisdə ingilis dilində nəşr etdirdiyi "Mərkəzi Avrasiya
Xrestomatiyası" adlı tənqidi biblioqrafiya və epistomologiya jurnalının Redaksiya
Komitəsinin üzvüdür. Jurnalın baş redaktoru məşhur fransız alimi Stefan Dudoignondur.
2008-2011-ci illərdə Kaliforniya ştatının Los-Anceles Universitetinin (UCLA) dəvəti ilə ABŞ-
a ezam olunmuşdur və burada "Qonaq Professor" vəzifəsində çalışaraq "Azərbaycan dili,
ədəbiyyatı, tarixi" və həmçinin "Türk xalqlarının müasir dövr tarixi" fənlərindən mühazirələr
oxumuşdur.
Kafedranın digər dosenti S.Ruintən 2012/2013-cü tədris ilində Türkiyənin Uludağ
Universitetində (Bursa) stajkeçmədə olub. Həmin vaxt ərzində Uludağ Universitetinin İqtisadi
və İdari Bilimlər Fakültəsi Beynəlxalq münasibətlər bölümünun “Siyasi tarix” kafedrası ilə
Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrası arasında əməkdaşlığa başlanmışdır.
Uludağ Universitetinin “Siyasi tarix” kafedrasının müdiri dosent Barış Özdal2013/2014-cü
tədris ilində Türk xalqları tarixi kafedrasının dəvəti ilə Bakı Dövlət Universitetində olmuş,
Tarix fakültəsinin bakalavr və magistratura təhsil pilləsinin tələbələri üçün mühazirələr
oxumuşdur. Hazırda kafedralar arasında əməkdaşlıq davam etdirilir.
Tarix və onun problemləri, № 4 2014
22
Tarix və onun problemləri, № 4 2014
23
Kafedranın dosenti S.Ruintən həmçinin 2009-cu ilin dekabr ayında Azərbaycanın
Özbəkistandakı səfirliyinin dəvəti ilə Daşkənddə diplomatiyamızın 90 illiyi münasibətilə
keçirilən tədbirdə “Müstəqillik illərində Azərbaycan – Özbəkistan münasibətləri” mövzusunda
məruzə ilə çıxış etmişdir. Bundan başqa 11-13 iyun 2013-cü ildə Qırğızıstan – Türkiyə Manas
Universiteti “Türk Uyarlığıve Araştırma Merkezi”ndə (Bişkek, Qırğızıstan) “Azərbaycan
Cümhuriyyətinin müstəqil türk dövlətləri ilə münasibətləri” mövzusunda seminar keçirmiş;
2009-cu
ildən Türkiyədə keçirilməsinə başlanmış “Uluslararası Tarih Eğitimi
Sempozyumu”nda məruzələrlə iştirak etmişdir (“Günümüzdə “Türk tarixi”nin tədrisi
problemləri” məruzəsi ilə, 2009-Ərzurum, Türkiyə; “Tarih derslerinin milli kimliyimizin
oluşmasında rolü” məruzəsi ilə, 2012 - Trabzon, Türkiyə).
2014-cü ildə kafedranın dosentləri I Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş
elmi konfrans və simpoziumlarda məruzələrlə iştirak etmişlər. A.Göyüşov iştirak etdiyi
konfransın eyni zamanda Elmi Komitəsinin üzvü olmuşdur:
1.Göyüşov A. - Roma La_Sapienza Universitetində, “Azərbaycan Respublikası:
müharibə və inqilablar arasında gözlənilməz müstəqillik” məruzəsi ilə;
2.Ruintən S. – Akdeniz Universitetində (Antalya, Türkiyə), “I Dünya müharibəsi və
Rusiya müsəlmanları” məruzəsi ilə.
Kafedranın əməkdaşları, aspirant və dissertantları, magistrantları dəfələrlə
Universitetdaxili qrant layihəsində qalib olublar. Hazırda həmin layihə çərçivəsində Tarix
fakültəsində “Türk xalqları tarixi fənninin tədris kabineti”nin yaradılması istiqamətində işlər
görülür.
Tarix və onun problemləri, № 4 2014
24
Son olaraq qeyd etmək istərdik ki, yuxarıda dediklərimiz Bakı Dövlət Universitetinin
Türk xalqları tarixi kafedrasının Respublikada türk tarixi tədrisinin mərkəzi olması haqda
fikrimizi əyani şəkildə təsdiq edir. Kafedranın əməkdaşları tədrislə yanaşı həmçinin türk
xalqlarının tarixi üzrə elmi araşdırmaları da davam etdirir, bu sahədə müəyyən diqqətəlayiq
uğurlara imza atırlar. Bu haqda gələcək məqalələrimizdə bəhs edəyəcəyik. Hazırki məqalədə
isə xüsusi olaraq qeyd etmək istərdik ki, Respublikada türk xalqları tarixi tədrisinin
mərkəzinin hazırda 95 illik yubileyini qeyd etdiyimiz Bakı Dövlət Universitetində olması,
fikrimizcə, təsadüfi deyil. Cümhuriyyətimizin əvəzsiz yadigarı, zəngin elmi-tədris ənənələrinə
malik Universitetimiz onu yaradanların, həmçinin fəaliyyət göstərdiyi dönəmdə rastlaşdığı heç
bir çətinliyə baxmayaraq onu yaşatmağı bacaranların adına layiq tədris və elm ocağı olaraq
qalmaqdadır.Universitetimizin bundan sonra da fəxr edilə biləcək tədris və elm mərkəzi olaraq
qalması isə bu gün Universitetdə çalışan və təhsil alan hər kəsdən, yəni hər birimizdən asılıdır.
Bu vəzifənin öhdəsindən gəlmək üçün isə hər birimizin 95 yaşımıza uyğun müdriklik nümayiş
etdirməsinin kifayət olacağını hesab edirik. YUBİLEYİMİZ MÜBARƏK!
ƏDƏBİYYAT:
1.Брандт М., Ляшенко Л. Введение в историю. Mənbə:
http://www.gumer.info/bibliotek_Buks/History/Brandt/01.php(Baxılıb: 05.12.2014)
2. КарамзинН.М.История государства Российского. Том 1. Mənbə:
http://lib.ru/LITRA/KARAMZIN/karamz01.txt_with-big-pictures.html (Baxılıb: 05.12.2014)
3.Azərbaycanın mühüm tədris və tədqiqat mərkəzi. Türk və Qafqaz xalqları tarixi kafedrasının
10 illik yubileyinə həsr olunmuş məqalələr toplusu. Bakı, 2002.
4.Türk xalqları tarixi kafedrası. Mənbə:
http://history.bsu.edu.az/az/content/trk_v_qafqaz_xalqlari_tarx_kafedrasi_21 (Baxılıb:
05.12.2014)
5.Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər). Ali məktəb üçün dərslik.
Bakı: 1999; Bakı: 2013.
Tarix və onun problemləri, № 4 2014
25
6. Mehdiyeva N. Türk xalqlarının tarixi. Yeni dövr (XIX – XX əsrin əvvəlləri). Ali məktəb
üçün dərslik. Bakı: 2003.
7.Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim və orta əsrlər). Bakı, 1993; Mehdiyeva N.
Rusiya imperiyası tərkibindəki türk xalqlarının tarixi. Yeni dövr. 1800-1917-ci illər. Bakı,
1993; Məmmədov İ. Hunlar. İxtisas kursunun proqramı. Bakı, 1995; Усейнова Г.
Программа курса истории тюркских народов (1917-1996). Баку, 1998; Göyüşov A. 1917
– 1920-ci illərdə Rusiya imperiyası ərazisində yaşayan türk-müsəlman xalqlarının milli-
azadlıq hərəkatı.Seçmə kurs proqramı. Bakı, 1999; Исмайлова С. Культура народов
Средней Азии в средневековье (V-XVIIIвв.). Баку, 2000; Muxtarova Ə., Mehdiyeva N.,
Göyüşov A. Türk xalqları tarixi (qədim dövrlərdən müasir dövrə qədər). BDU-nun Tarix
fakültəsində tədris edilmək üçün Vahid proqram. Bakı, 2002; Muxtarova Ə. Türk xalqlarının
dövlətçilik tarixi (qədim dövr və orta əsrlər). Magistratura təhsil pilləsi üçün proqram.Bakı,
2002; Mehdiyeva N. Türk xalqlarının mədəniyyəti (XIX – XX əsrin əvvəlləri). Magistratura
təhsil pilləsi üçün proqram.Bakı, 2002; Ruintən S. Türk xalqları tarixi. Kənar fakültələrdə
tədris edilmək üçün proqram. Bakı, 2008; Muxtarova Ə. Qafqaza türk axınları. Magistratura
təhsil pilləsi üçün proqram.Bakı, 2008; Mehdiyeva N. Mərkəzi Asiya və Qazaxıstan,
Volqaboyu, Sibir və Krımda ictimai-siyasi vəziyyət (XIX – XX əsrin əvvəlləri). Magistratura
təhsil pilləsi üçün proqram.Bakı, 2009; Mehdiyeva N. Mərkəzi Asiya – Rusiya münasibətləri
(XIX – XX əsrin əvvəlləri). Bakalavr hazlrlığı üçün ixtisas kursunun proqram.Bakı, 2013.
8.Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim və orta əsrlər). 2 cilddə. Bakı, 1994;
Mehdiyeva N. Rusiya imperiyası tərkibindəki türk xalqlarının tarixi. Yeni dövr. 1800-1917-ci
illər. Bakı, 1994; Mehdiyeva N. Türk xalqlarının tarixinə dair metodik materiallar (metodik
tövsiyələr). Bakı, 1994; Məmmədov İ. Hunlar. İxtisas kursuna aid metodik vəsait. Bakı, 1995;
Сеидова Т. История тюркских народов. Новое время. 1800-1917 гг. Баку, 1998; Göyüşov
A. Rusiyada monarxiyanın süqutundan SSRİ-nin yaranmasına qədər olan dövrdə türk-
müsəlman xalqlarının milli-azadlıq mübarizəsi. Metodik vəsait. Bakı, 2002; Ruintən S. Türk
xalqları tarixi (yeni və müasir dövrlər). Bakalavr təhsil pilləsində tədris üçün. Bakı, 2012.
9.Muxtarova Ə. Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər). Magistratura
təhsil pilləsi üçün dərs vəsaiti. Bakı, 2002; Məmmədov İ. Hunlar. Magistratura təhsil pilləsi
üçün dərs vəsaiti. Bakı, 2002; Ruintən S. XX əsrin sonu – XXI əsrin əvvəllərində Mərkəzi
Asiyanın türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində.“Türk dünyası tarixi”
ixtisası üzrə magistratura təhsil pilləsində tədris üçün dərs vəsaiti. Bakı, 2014.
10. Ruintən S. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı illəri).
Bakı, 2005; Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə (XX əsrin 90-cı illəri).
Bakı, 2005.
11.Mehdiyeva N. Azərbaycan Yaradıcılıq İttifaqlarının mədəniyyətin inkişafı sahəsində
fəaliyyəti (1960-1980-ci illər). Bakı, 2014 (monoqrafiya); İsmail bey Zardabli. The history of
Azerbaijan (from ancient times to the present day) London, 2014 (textbook for the higher
educational institutions); Göyüşov A. Azərbaycanda ittihadçılıq. Bakı, 1997; yenə onun.
1917-1920-ci illərdə Şimali Qafqaz Dağlılarının azadlıq uğrunda mübarizəsi. Bakı, 2000.
Tarix və onun problemləri, № 4 2014
26
АСМАД МУХТАРОВА
профессор Бакинского Государственного Университета,
заведующая кафедрой Истории тюркских народов
БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ -
ЦЕНТР ОБУЧЕНИЯ «ИСТОРИИ ТЮРКСКИХ НАРОДОВ»
В статье указывается, что после распада СССР в Азербайджане, одним из первых
в Бакинском Государственном Университете была создана кафедра Истории тюркских
народов. За годы существования сотрудниками кафедры были подготовлены и изданы
программы, методические и учебные пособия, учебники по различным периодам и
проблемам тюркских народов; выполнены кандидатские и докторские диссертации. На
кафедре также ведется работа по подготовке кадров по истории тюркских народов.
Подводя итог всей проделанной работы, можно с уверенностью утвердить, что кафедра
Истории тюркских народов Бакинского Государственного Университета является
центром обучения истории тюркских народов в Республике и, по мнению автора, это не
случайно.
ASMED MUKHTAROVA
Professorof Baku State University,
Head of the Departmentof Historyof the Turkic peoples
BAKU STATE UNIVERSITY İS A
"HISTORY OF TURKIC NATIONS" FOR TRAINING CENTER
After the collapse ofthe Soviet Unionin Azerbaijan, one of the
firstin theBaku State
University wasestablished the Department of History ofthe Turkic peoples. For years of
existence the staff of the Department have been prepared and published programs, teaching
and learning aids, text books for various periods and problems of the Turkic peoples; made
candidate and doctoral dissertations.At the departmentwork is also underway on the
preparation frames on the history ofthe Turkic peoples. To summarizeall this work, we can
confidently affirmed thatthe Department of Historyof the Turkic peoplesof Baku State
Universityisa center of learningthe history ofthe Turkic peoplesin the country and according to
the author, this is not accidental.
Rəyçilər: t.ü.f.d. S.Ruintən, t.e.d. Q.Əliyev
BDU-nun Tarix fakültəsi “Türk xalqlarının tarixi” kafedrasının 3 dekabr 2014-cü il
tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3).
Dostları ilə paylaş: |