Təhsil səviyyəsi: Magistr 1-ci kurs İxtisas: Geomorfologiya Müəllim: Allahverdiyeva Sahilə



Yüklə 32,17 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü32,17 Kb.
#37214
  1   2   3   4
cmp


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

COĞRAFİYA FAKULTƏSİ

Təhsil səviyyəsi:Magistr 1-ci kurs

İxtisas: Geomorfologiya

Müəllim: Allahverdiyeva Sahilə

Tələbə: Quliyeva Gülşən

Fənn: Coğrafiyanın müasir problemləri

Fərdi İş

Mövzu: Beynəlxalq terrorizm və təhlükəsizlik

Beynəlxalq terrorizm və təhlükəsizlik

"Terrorizm" anlayışı,latın sözü "terror" sözündən əmələ gəlmiş, mənası qorxu, dəhşət deməkdir. Terroristlərin hədəflərinə nail olmaq üçün əsas vasitələrdən biri hədə-qorxu,qorxu mühiti,öz və yaxınlarının həyatlarının təhlükəsizliyinə dair qeyri-müəyyənlik yaratmaqdır. Hazırda terrorizmin bir sıra tərifləri var. ABŞ FBI terrorizmi " hər hansı bir məqsədlə hökuməti, əhali və ya onların bir hissəsini qorxutmaq və yaxud nəyisə etməyə məcbur etmək üçün vətəndaşlara və ya əmlaka qarşı zorakılıq, qüvvədən qanunsuz istifadə" olaraq əsaslandırmışdır. ABŞ Müdafiə Nazirliyi terrorizmi "siyasi, dini və ya ideoloji məqsədlərə nail olmaq üçün bir vasitə kimi hökumətləri və ya cəmiyyətləri nəyəsə məcbur etmək və ya qorxutmaq niyyəti ilə zorakılıq və ya təzyiqdən qəsdən istifadəsi" kimi təyin edir. Hücumun məqsədi baxımından, terrorizm insanların həyatı, sağlamlığı, mülkiyyəti, hüququ və qanuni mənafelərinə zərər verir və ictimai həyatı disorqanizə edir. Şiddət əsasən fiziki olur və ciddi bədən xəsarətləri və hətta ölümlə müşayiət olunur. O həmçinin, psixoloji təsir və xüsusilə xarakterik olan müxtəlif faydaların qəsb edilməsi ilə də müşayiət olunur. Bu hal əsasən terroristlər fidyə tələb etdikdə baş verir. Terrorizm hər hansısa bir obyektin dağıdılmasında da özünü göstərə bilər: təyyarələr, inzibati binalar, yasayış yerləri, hərbi gəmilər, həyat təminatı müəssisələləri və s. Hətta insan həyatına zərər vermədən mülkiyyətə terror qrupları tərəfindən zərər verilməsinnə də terror aktı demək olar. Ümumiyyətlə, terrorizm-hər zaman düşünülmüş cinayətdir və terroristin düşüncəsi hər zaman, qatilin,oğrunun düşüncəsindən fərqlənir. Misal üçün,əgər qətl hadisəsi və yaxud oğurluqda 2 tərəf olursa: cinayətkar və qurban, terror 10 aktında isə üçüncü tərəf də mövcud olur-hakimiyyət orqanları və yaxud ictimaiyyət. Qurban terroristləri maraqlandırmır, çünki qurban məqsəd deyil,sadəcə məqsədə çatmaq üçün vasitədir. Ictimai diqqətin yönəlməsi, əhalinin qorxudulması,öz siyasi,dini və s.baxışlarının çatdırılması əsas məqsəddir. Qurbanlara isə əhəmiyyət verilmir,buna görədir ki, xüsusi zorakılığa, kütləvi ölümlərə çox rast gəlinir

Ümumilikdə istənilən növ terrorizmin 4 əsas fərqləndirici xüsusiyyəti var:

1.Terrorizm ümumi təhlükə yaradır

2.İcrası ictimai xarakter daşıyır

3. Qəsdən qorxu, gərginlik mühitinin yaradılması

4. Terror aktı hansısa bir qrup şəxslərə yönəlsə də, psixoloji təsiri yaradılmış qorxu nəticəsində başqa qrup şəxslərə də təsir edir.

Hazırda dünyada 500-dən çox terror təşkilatı mövcuddur. Ən məşhur terror təşkilatları aşağıdakılardır:

 “İslam azadlıq təşkilatı”-islam fundamental təşkilatdır, 1989-cu ildə yaradılmışdır. Əsas məqsəd sovet rejimini devirmək, orada tam müsəlman dövlət yaratmaqdır.

 “Kosovonun azadlığı ” seperatist terror təşkilatları Albaniya, Makedoniya, keçmiş Yuqoslaviyanın ərazisində mövcud olmuşdur. Əsas məqsədləri Kosovo və Metoxiya sərhədlərinin azadlığının təmin olunmasıdır.

 “Aum Sinrikö”- 1987-ci ildə Syoko Asaxara tərəfindən yaradılmış dini sektadır, əsas məqsədi ilk öncə Yaponiyada, daha sonra isə bütün dünyada hakimiyyəti ələ almaqdır.

 “Özbəkistanın islam hərəkatı”- mərkəzi Asiyada islam xəlifəliyinin yaradılması məqsədilə yaranmış silahlı hərəkatdır, regionda müsəlman əhalinin daxil olduğu dövlətləri birləşdirmək istəyir.

 “İrlandiya Respublika Ordusu”- İrlandiyanın Britaniyadan tam müstəqilliyini hədəf alan hərbi təşkilatdır.

 “Fələstinin azad olunması Xalq Cəbhəsi” –yəhudi cəmiyyətinin məhv edilməsi kursunu izləyən və bir sıra dünyaya səs salmış terror hasidələri həyata keçirən təşkilatdır.

 “Tamil Elamın azadlığı pələngləri” 1976-cı ildə Sinqal ksəriyyəti tərəfindənnartan diskriminasiyaya cavab olaraq yaradılmış, əsas məqsədi tamil dövlətinin müstəqil dövlət kimi yaradılmasıdır.

 “XAMAS” Fələstində İslam mübarizə təşkilatıdır, şeyx Əhməd Yasin tərəfindn yaradılıb,yəhudilərin fiziki məhvinə, İsraillə əməkdaşlıq edən xristianların, sol xadimlərin izlənməsinə çağırır.

 “Hizbulla”- 1982-ci ildə Livanda Baalbəydə yaradılmış Allah partiyasıdır. İraqdan İsrail aqressiyasına əks olaraq bir neçə min “islam inqilabı keşikçiləri” axışır. Təşkilatın məqsədi- İsrailin məhvi, yerusəlimdə islam nəzarətinin qurulması, Livanda İran nümunəsində islam dövlətinin yaradılmasıdır.

 “Vahabilərin radikal islam sektası” Çeçenistan, Dağıstan və Rusiyanın digər ərazilərində fəaliyyət göstərən , məqsəd olaraq islam xəlifətliyi yaratmağı hədəf alan təşkilatdır.

 “Əl-Qaidə” 1990-cı ildə Usama ben Laden tərəfindən yaradılmış, sovet müdaxiləsinə qarşı vuruşan ərəblərin birləşməsi məqsədilə yaradılmış təşkilatdır. Hazırda bütün dünyada “müsəlman dövlətini qurmaq” məqsədi izləyir.

Terrorizmin beynəlxalq hüquq pozuntusu kimi əsas səbəbləri aşkar edilməlidir. Ayırd etmək lazımdır ki, hansı siyasi qüvvələr beynəlxalq terrorizmə can atırlar. İstənilən sosial anlayış o zaman düz başa düşülür ki, bu və ya digər inkişaf prosesində, ən əsası isə tarixi-maddi planda nəzərdən keçirilsin. Beynəlxalq terrorizm üzrə xüsusi komitənin 1973-cü il məruzəsində deyilir ki, beynəlxalq terrorizmin səbəblərinin öyrənilməsi yalnız beynəlxalq terrorizm üzrə dəqiq anlayışın verilməsindən sonra mümkündür. 80-ci illərin ortalarınadək bir-birinin əksi olan iki nəzər nöqtəsi formalaşmışdır. ABŞ, İtaliya, İsrail və Fransa hesab edirdilər ki, beynəlxalq terrorizmin yaranmasına səbəb sosialist ölkələri tərəfindən yaradılmış şəraitdir. Onlara görə beynəlxalq terrorizm milli-azadlıq hərəkatı ilə eyniləşdirilirdi. Terrorizm yeni şimali və köhnə təhlükə olaraq qalırdı.

İnqilablar və terror arasında paralellərin aparılması düzgün deyildir. Ayrı-ayrı hallarda inqilabçılar terrordan metod kimi istifadə edir, terrora terrorla cavab verirdilər. Belə faktlar əsasən öz əksini keçmiş sovet və müasir rus ədəbiyyatında tapır. Bunun da birbaşa səbəbi Rusiyanın federativ quruluşa malik olması və bütün dövrlərdə dövlət qurumlarında azadlıq hərəkatının baş verməsidir. Beynəlxalq terrorizmin yaranması zəncirində zorakılıq, təcavüzkarlıq da öz əksini tapır. Bəşəriyyət tarixinin təcavüzsüz bir günü və ya bir ili də olmamışdır. Pol Uilkinson qeyd edir ki, terrorizmlə zorakılığı ümumilikdə eyniləşdirmək məqsədəuyğun deyil. Terrorizm zorakılığın xüsusi formasıdır. Qərb alimləri marksizm-leninizm sisteminə, ümumilikdə Sovetlər Birliyinə terrorizmin kökü kimi baxırdılar. Buna kifayət qədər əsas da vardır. Cəmiyyətdəki ictimai bərabərsizliyi qəbul etməyən sosialistlər çıxış yolunu mal-mülk sahiblərini tenora məruz qoymaqda görürdülər. Terror bolşeviklərin əslində qorxu vasitəsinə çevrilmişdi. İstənilən cəmiyyətdə cinayətkarlığın səbəbləri sosial, sosial-siyasi və dövlət-hüquq ünsür və prosesləri ilə bağlı olur. Uruqvay alimləri terror fəaliyyətinin səbəbini kasıbçılıqda, bəzi xalqların fəlakətlərində görür. BMT-nin ayrı-ayrı orqanlarında aparılan müzakirələr bir daha göstərmişdir ki, əksər dövlətlər beynəlxalq terrorizmin yaranması səbəbini xalqların aclıq, kasıb vəziyyəti ilə əlaqələndirirlər.

Beləliklə, araşdırmaçıların əksəriyyəti beynəlxalq terrorizmin əsas səbəblərini tədqiq edərkən belə qənaətə gəlmişlər ki, azadlıq hərəkatları beynəlxalq terrorizmin varolma səbəbidir. Lakin bunu əsas amil kimi götürmək də düzgün çıxış yolu deyildir. Bu, xalqların öz müqəddəratını təyin etməsi prinsipinə qəsd etmək deməkdir. Bəzi alimlər hesab edirlər ki, beynəlxalq terrorizmin yaranma səbəblərindən biri də hələ həlletmə mexanizmləri hazırlanmayan müxtəlif iqtisadi, sosial, siyasi münaqişələrdir. Sözügedən xüsusi komitənin 1973-cü il məruzəsində deyilir ki, zorakılıq aktlarının yaranma səbəbləri cinayətkarın maddi vəziyyətindən asılı olduğu qədər onu əhatə edən və ona təsir göstərən siyasi, iqtisadi, sosial şəraitlə də bağlıdır. Terrorizm öz-özünə fəaliyyət göstərmir. Dövlətlər öz hökmranlıqlarını saxlamaq və daha da gücləndirmək üçün terrorizmdən istifadə edirlər. Bu, insan hüquqlarının təmin olunması və milli azlıqların müdafiəsi ilə pərdələnir. 1986-cı ildə çap edilmiş "Diplomatik lüğət"in müəllifləri terrorizmin səbəbləri kimi müstəmləkəçiliyi, irqçiliyi, aparteid və soyqırım siyasətini, faşizmi, təcavüzü, həmçinin dövlətlərin siyasi müstəqilliklərinin, milli suverenliyinin, ərazi bütövlüyünün pozulmasını göstərirlər. Beynəlxalq arenada daimi rəqabət prosesində müəyyən qüvvələr beynəlxalq terrorizmdən şantaj və təzyiq vasitəsi kimi istifadə edirlər.



Terrorizmin sosial-siyasi anlayış kimi mürəkkəbliyi onun siyasi məqsədlər, təşkilati struktur, istifadə olunan güc və vasitələr və s. digər əlamətlərlə səciyyələndirilən çoxsaylı formalarının mövcud olmasındadır. Terrorizmin ayrı-ayrı formalarının fərqləndirilmə əsası elmi ədəbiyyatda və siyasi praktikada istifadə olunan fərqli kriteriyalardır. İstifadə olunan metodlara görə fiziki və psixoloji terrorizm, güdülən siyasi məqsədlərə görə inqilabi və əksinqilabi, obyektlərin xüsusiyyətlərinə görə seçilmiş konkret və kütləvi terrorizm fərqləndirilir. Bundan başqa subyektlərə görə dövlət və qeyri-dövlət, terrorçuların cəmiyyətdəki hakimiyyətə münasibətinə görə hökumətyönümlü və müxalifətçi aktlar fərqləndirilir. Əlavə olaraq terrorizmin başvermə arealına görə Avropa, Latın Amerikası, Yaxın Şərq formaları da qeyd edilir. Müasir bölgüdə istifadə olunan vasitələrin xarakterinə görə terrorun fərqləndirilməsi mövcuddur. İnsan və maddi obyektlərə qəsd etmək üçün istifadə olunan vasitələrin siyasi məqsədlərlə tətbiqi ənənəvi terrora aiddir. Radioaktiv və yüksək təhlükəli, zəhərli maddələrdən, kimyəvi, bioloji vasitələrdən istifadəni nəzərdə tutan terror texnoloji terror adlanır. Texnoloji terrorun fərqləndirici xüsusiyyəti onu yeni texnologiyalara əsaslanan qəsdetmə arealının daha geniş olmasıdır. Texnoloji terrorizmin ən qorxulu forması atom terrorudur ki, müasir dövrdə onun başvermə ehtimalı çox yüksək qiymətləndirilir.

Terrorun formalarının fərqləndirilməsi onun ictimai-təhlükəli təbiətinin öyrənilməsində, ona qarşı mübarizə vasitələrinin işlənib-hazırlanmasında böyük əhəmiyyətə malikdir. Lakin bölgü zamanı fərqli kriteriyaların sadalanması vahid sistemin formalaşmasına mənfi təsir edir. Sadalanan əsaslara görə bölgü ilə yanaşı, terror təşkilatlarının siyasi-ideoloji platformalarının da çox vacib elmi və təcrübi əhəmiyyəti vardır. Bu amillə bağlı ideoloji, millətçi, dini və s. digər növlər göstərilir. İdeoloji terrorizmə fərqli səviyyədə dünyanın bütün regionlarında mövcud olan sağçı və solçu terrorizm aiddirAyrı-ayrı alimlər bu formanı sosial terror kimi adlandırırlar. Əsaslandırarkən subyektlərin ara-sıra səsləndirdiyi bu və ya digər ölkənin sosioloji cəhətdən yenidən baxılmasını göstərirlər. Sağçı terrorizm platformaları hüquqi dövlətin, siyasi liberalizm institutunun, siyasi hakimiyyətin demokratik quruluşunun əksinə çıxır. Əsasən faşist və neofaşist ideologiyasına əsaslanır. Almaniyada, İtaliyada, İspaniyada, eləcə də faşist keçmişinə malik olan digər dövlətlərdə mövcuddur. Sağçı terrorçu təşkilatlarına açıq şəkildə irqçiliyi və millətçiliyi dəstəkləyənlər də aid edilir. Solçu terrorizm anarxo-kommunist, inqilabi ideologiyalara əsaslanaraq kütləvi çıxışlar və inqilabi vəziyyətin yaradılması yolu ilə kapitalizmin aradan çıxarılmasına çalışır. Alimlərin və siyasətçilərin son illərdə solçu terrorun inkişaf tendensiyasının aşağı düşməsini söyləsələr də, müasir sosial proseslər onun gələcəkdə aktivləşməsi üçün güclü potensial yaradır. Bunlara misal olaraq Asiya və Avropanın bəzi ölkələrində baş qaldıran iqtisadi böhranları göstərmək olar. Terrorizmin digər geniş yayılmış forması kimi millətçi terror böyük tələfatı ilə müşayiət olunan ekstremizmdirO, həqiqətdə olan və yaxud düşünülən hüquq və maraqların tapdanmasına qarşı qeyri-adekvat mübarizəni ifadə edir. Eyni zamanda bu tenor növündən siyasi məqsədlərə çatmaq üçün istifadə olunur. Dövlətin mövcud konstitusiya quruluşunun, inzibati-ərazi və ya milli-dövlət sisteminin hüquqi statusunun zorakılıqla dəyişdirilməsinə yönəldilmişdir. Bayaq sadaladığımız məqsədlərdən istifadə edən millətçi ekstremist təşkilatlar İspaniyada, Fransada, İngiltərədə, Belçikada, Türkiyədə nisbi fəallıqları ilə fərqlənirlər. Nisbətən tanınmış millətçi tenor təşkilatları İrland İRA-sı, bask ETA-sı və TOTİ-dir. Millətçi terror daha çox qəsdinə durduğu dəyərlər əsasında dövlətin ərazi bütövlüyünün pozulmasına, ayrı-ayrı vahidlərin dövlətdən ayrılaraq öz müstəqil dövlətlərinin yaradılmasına yönələn siyasət təşkil edir. Millətçi terrorçuların qarşıya qoyulan məqsədlərdən biri, əgər belə demək mümkündürsə, millətin təmizlənməsini təmin etməkdirGöstərilən millətçi terroru bu növü əsasən açıq mühacirət siyasəti yürüdən dövlətlərə xarakterikdir. Rusiya Federasiyası bunların arasında fərqlənir. Çoxmillətli Rusiya əhalisi arasında ekstremist əhval-ruhiyyə günü-gündən artan dinamika ilə yüksəlir. Bu, beynəlxalq sülhə və daxili təhlükəsizliyə böyük təhlükə yaradan amil kimi inkişaf edir.

Müasir dünyada beynəlxalq terrorizmin geniş yayılmış forması kimi dini terrorizmdən müəyyən siyasi məqsədlərə çatmaq üçün istifadə olunur. Adı çəkilən tenor növünün daşıyıcıları əsasən müxtəlif konsepsiyalara mənsub millətçi-ekstremist və ya dini-siyasi təşkilatlardır. Onların arasında İslam fundamentalizminə əsaslanan təşkilatların adı daha çox hallanır. Bu, yəqin ki, məlumatı dərc edən mənbələrin qeyri-obyektivliyi nəticəsində baş verir. Hansısa din adının terrorla bərabər çəkilməsi yolverilməzdir. Belə şüarları səsləndirməklə dövlətlər, ayrı-ayrı məmurlar sıravi vətəndaşları terrora sürükləmiş olur. Terrorun qarşısının alınmasının əvəzinə bu dini ədavəti daha da dərinləşdirir, düşünülməsi çox çətin olan nəticələrə gətirib çıxarır. Gəlin unutmayaq ki, terrorçular öz irqi, milli, dini, siyasi, sosial vəziyyətindən asılı olmayaraq bütün insanları özlərinə nişan seçmiş fərdlərdir.

Sadaladığım terrorizm formaları əsasən siyasi məqsədlərlə birbaşa və ya dolayısı yolla bağlıdır. Buna görə də onları siyasi terrorizm kateqoriyasına daxil etmək olar.

Terrorizmin tipologiyasında fəaliyyətin subyekt və məqsəd əlamətlərinə görə bölgüsü problemində cinayət terrorizmi mühüm mövqe tutur. Cinayət terrorizminin əsas daşıyıcıları qanunsuz biznes fəaliyyətində qarşıya çıxan rəqiblərini sıxışdırmaq, eləcə də dövlət müəssisələrində olan maraqlarını lobbiləşdirmək məqsədilə zorakılıqdan istifadə edirlər. Cinayət terrorizminin müasir dövrdə daha geniş yayılmış formaları sahibkarları sifarişlə qətlə yetirməkdən, rəqabət aparan qruplaşmalar arasındakı toqquşmalardan, qanunverici orqan nümayəndələrinə təsir göstərilməsindən ibarətdir. Cinayət terrorizmi subyektlərinin törətdiyi cinayət əməllərinin motivi kimi iqtisadi amillər meydana gəlir. Son illərin tendensiyası göstərir ki, cinayət terrorizmi müəyyən səviyyədə siyasiləşmişdir. Bunun səbəbi kimi cinayətkarların hakimiyyətə can atması göstərilir. Kolumbiya narkokartelləri uzun müddət cəmiyyətin narkomafiyalardan mühafizəsi ilə bağlı dövlət siyasətini dondurmaq üçün hökumətlə müharibə aparmışlar. İctimaiyyətin müasir inkişaf şərtləri cinayət terrorizmini müstəqil forma kimi fərqləndirməyə imkan verir. İctimai-siyasi münasibətlər sistemində terrorizmin funksional təyinatından danışarkən onun bir-birinə əks olan iki istiqamətə bölündüyünü görərik. Onlardan biri mühafizə, ikincisi hücum xarakterlidir. Bununla belə, konkret göstərilən cəmiyyətdəki siyasi qüvvələrin bölgüsündən asılı olaraq hər iki terror fəaliyyəti müxtəlif ideoloji-siyasi mövqelərdə həyata keçirilə bilər. Tarix sübut edir ki, birinci halda terrorun metod və formalarından müəyyən rejimin siyasi-hüquqi strukturunun qorunması üçün istifadə olunur. İkinci halda isə terror fəaliyyəti bu və ya digər qorunan dəyərlərin dağıdılmasına, zəiflədilməsinə yönəldilir.



Beynəlxalq terrorizmin ictimai təhlükəliliyi son onilliklər ərzində dayanmadan yüksəlir. Terrorizmin bu növünün mürəkkəbliyi ona verilən çoxsaylı və zidd anlayışların olmasındadır. Bir çox dövlətlərin, siyasətçilərin, alimlərin terrorizmin sözügedən formasının təfsirinə yanaşmalarında bir-birinə zidd və beynəlxalq həyatın müasir reallıqlarına uyğun gəlməyən fikirləri açıq-aydın sezilir. Beynəlxalq terrorizm haqqımda anlayışların inkişafı sahəsində 70-ci illərdə onun yayılmış geniş təfsirolunma cərəyanı mühüm yer tutmur. Beynəlxalq terrorizm anlayışına verilən təriflərin rəngarəngliyinə baxmayaraq, müasir dövrdə geniş yayılmış belə bir fikir mövcuddur ki, o, terrorizmin daha geniş həcmli sosial-siyasi formasıdır. Onun beynəlxalq qaydaya və münasibətlərə, beynəlxalq təhlükəsizlik və maraqlara yönəlməsində beynəlxalq siyasi təhlükəliliyi özünü göstərir. Beynəlxalq terrorizmin əsas subyektləri qismində qeyri-hökumət terror qruplaşma və təşkilatlan çıxış edirlər. Formal olaraq bu strukturlar hər hansı bir dövlətin xidmətində olmurlar. Dövlətlər isə onlara heç bir maddi və mənəvi dəstək vermirlər. Terror fəaliyyətinin həyata keçirilməsi üçün terror aktının törədiləcəyi mühit amilinin böyük əhəmiyyətini qeyd etməliyik. Bu amilə əsasən quru, hava və dəniz terrorizmi fərqləndirilir. Quru terrorizmi terror aktlarının baş verdiyi əsas mühitdir. Yeni texnologiyalardan istifadə əsasında müşayiət olunan terror aktları quruda baş verir. Bu, kütləvi ictimai-siyasi yığıncaqların quru ərazidə keçirilməsi ilə əlaqədardır. Dəniz terrorizmi bir çox xarici mütəxəssislərin qeyd etdiyi kimi, öz başlanğıcını dəniz quldurluğunun mövcud olduğu dövrdən almışdır. Bu növün subyektləri qismində həm dövlətlərin xüsusi xidmət orqanları, həm də terror təşkilatları, ekstremist qruplaşmalar çıxış edirlər. Dəniz terrorizmi müasir məhdudlaşdırıcı miqyasda dəniz gəmiçiliyi üçün təhlükə törədir. Dəniz terrorizmi çərçivəsində edilən cinayət əməlləri həm insanlara, həm də gəmilərin göyərtəsində olan mülkiyyətə yönəlmişdir. Bu növ üçün gəmilərin girov edilməsi, dəniz vasitələrinin qaçırılması və girovların götürülməsi kimi qanuna zidd əməllər xarakterikdir. Bu terror növünə qarşı mübarizə sahəsində bir sıra beynəlxalq razılaşmalar vardır. Dəniz gəmiçiliyinin təhlükəsizliyinə yönəldilmiş qanunsuz aktlarla mübarizə haqqında 1988-ci il Konvensiyası və Kontinental Şelflərdə yerləşən stasionar platformaların təhlükəsizliyinə yönəldilmiş qanunsuz aktlarla mübarizə haqqında 1988-ci il Roma protokolu bunlara misal kimi göstərilə bilər. Hava terrorizmi terrorizmin forması kimi İkinci Dünya müharibəsindən sonra yaranmış və 60-cı illərdə geniş sürət almışdır. O, ictimai təhlükəli fəaliyyətini mülki aviasiyaya yönəldir. Hava terrorizminə hava gəmilərinin girov götürülməsi, qaçırılması, aeronaviqasiyanın sıradan çıxarılması, hava məlumatı vasitələrinin işinin pozulması daxildir. Əsasən hökumətləri müəyyən güzəştlərə getməyə məcbur etmək üçün icra edilir. Hava terrorizmi insan həyatı üçün dəniz terrorizmindən daha çox təhlükə törədir. Bu sahə ilə mübarizə üçün bir sıra universal sazişlər imzalanmışdır: "Hava gəmilərində törədilən cinayətlər və bəzi digər aktlar haqqında" 1963-cü il Tokio Konvensiyası, "Hava gəmilərinin qanunsuz ələ keçirilməsinə qarşı mübarizə haqqında" 1970-ci il Haaqa Konvensiyası, "Mülki aviasiyanın təhlükəsizliyinə yönəldilmiş qanunsuz hərəkətlərə qarşı mübarizə haqqında" 1971-ci il Monreal Konvensiyası, "Girovların götürülməsinə qarşı mübarizə haqqında" 1979-cu il Konvensiyası, "Beynəlxalq mülki aviasiyaya xidmət edən təyyarə limanlarında qanunsuz zorakılıq aktlarına qarşı mübarizə haqqında" Protokol (Monreal Konvensiyasına əlavə).

Terrorizm növlərinin rəngarəngliyi, hər birinin özünəməxsus özəlliyə malik olması, inkişaf dinamikliyi onlara qarşı mübarizədə dünya birliyinin, ayrı-ayrı dövlətlərin və onların hüquq-mühafizə orqanlarının işini çətinləşdirir, antiterror əməliyyatlarını keçirmək sisteminin işlənib-hazırlanmasına ciddi çətinliklər yaradır. Bu amillər terror fəaliyyətinin bütün istiqamətlərinin daim öyrənilməsini tələb edir. 11 sentyabr 2001-ci ildə ABŞ-da törədilmiş faciəli terror aktları beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində universal hüquqi və təşkilati mexanizmlərin təkmilləşdirilməsinə təkan vermişdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası əks-terrorçuluq üzrə əməli tədbirlərin həyata keçirilməsini nəzərdə tutan bir sıra qətnamələr qəbul etmiş və BMT-nin Əks-Terrorçuluq üzrə Komitəsi yaradılmışdır. Bununla da beynəlxalq antiterror koalisiyasının formalaşması istiqamətində ilk addımlar atılmışdır. Ona üzv dövlətlərin əksəriyyətinin silahlı qüvvələrinin, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının yaxından iştirakı ilə terrorçuların zərərsizləşdirilməsi üzrə davam etdirilən genişmiqyaslı əməliyyatlara start verilmişdir. Məhz bunları əsas götürən bəzi müəlliflər 11 sentyabr hadisələrini beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində yeni eranın başlanğıcı kimi qiymətləndirirlər. Təəssüflə qeyd etmək lazımdır ki, qlobal səviyyədə görülmüş tədbirlərə baxmayaraq, 2001 - 2005-ci illər ərzində Türkiyə, Rusiya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və s. ölkələrdə həyata keçirilmiş terror aksiyaları bir tərəfdən antiterror koalisiyasının əks-terrorçuluq fəaliyyətlərinin səmərəsizliyini, digər tərəfdən isə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün zorakılıq metodlarından istifadə hallarının tendensiyaya çevrildiyini sübuta yetirir. Açıqlanan məqamlar və eyni zamanda terror aktlarının kütləvi qırğın silahları vasitəsilə törədilməsi ehtimalı bəşəriyyətin gələcəyinə qarşı yönəldilmiş təhdidlərin daha da gücləndiyini və intensivləşdiyini göstərir. Əks-terrorçuluq tədbirlərinin səmərəsizliyi ekspertlər tərəfindən müxtəlif səbəb və amilləri izah olunur. Fikrimizcə, həmin səbəb və amilləri obyektiv və subyektiv olmaqla iki qrupa bölmək mümkündür. Beynəlxalq terrorçu təşkilatların fəaliyyətində yeni tendensiyaların (terror aktlarının törədilməsində üsul və metodların köklü dəyişikliklərə məruz qalması, terrorçu şəbəkənin bir çox sahələrə nüfuz etməsi və s.) meydana çıxması obyektiv, beynəlxalq tenorluluğa qarşı mübarizə üzrə əməkdaşlıq sahəsində çatışmazlıqların (beynəlxalq hüquqi sənədlərdə və milli qanunvericilikdə boşluqların olması, "beynəlxalq terrorçuluq" anlayışına münasibətdə vahid mövqeyin formalaşması, dövlət terrorçuluğu və s.) mövcudluğu isə subyektiv amil kimi qiymətləndirilə bilər.

Beləliklə, hər cür hüquqi və təşkilati mexanizmlərə, qüvvə və vasitələrə malik antiterror koalisiyası tərəfindən həyata keçirilən tədbirlərin səmərəsizliyi ifrat destruktiv nəticələrə gətirib çıxarmaqla yanaşı, yeni və daha qlobal təhdidlərin meydana gəlməsinə səbəb ola bilər:

1. Antiterror koalisiyasının parçalanması və beynəlxalq siyasi sistemdə konfrontasiyanın dərinləşməsi;

2. Gələcəkdə antiterror əməliyyatlarının həyata keçirilməsi prosesində daha aqressiv metod və vasitələrdən istifadə olunması nəticəsində insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması;

3. Terror təşkilatlan sıralarının genişlənməsi, terror aktlarının sayının artması və nəticə etibarilə günahsız insanların kütləvi məhvi;

4. Adi vətəndaşlarda dövlətlərə inamın və mövcud hüquq qaydalarına tabeçilik reflekslərinin itməsi nəticəsində beynəlxalq xaosun yaranması.

Sadalanmaları nəzərə alaraq, bir məqamı xüsusi vurğulamalıyıq ki, beynəlxalq terrorçuluğun yaratdığı təhdidlərin qarşısını almaq məqsədilə istifadə oluna biləcək metod və vasitələr, mexanizmlər yalnız beynəlxalq hüquq (xüsusilə insan haqları və beynəlxalq humanitar hüquq sahələrində) normalarına əsaslanmalıdır. Əlbəttə, hüquq doktrinasında qanunvericilik, ədalət mühakiməsi və icra orqanları olmadan hər hansı hüquq qaydasının mövcudluğu fikrinə münasibət birmənalı deyil. Lakin təcrübə göstərir ki, II Dünya müharibəsindən sonrakı dövrdə hər hansı bir dövlət beynəlxalq münasibətləri həyata keçirərkən bu və ya digər hərəkətini beynəlxalq hüquqla əsaslandırmağa, öz fəaliyyətini beynəlxalq hüquq normaları ilə uzlaşdırmağa çalışmışdır. Müasir dövrdə dövlətin beynəlxalq hüquq normalarına zidd hərəkətləri ilə əlaqədar beynəlxalq təşkilatlar, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul edilən sənədlərin beynəlxalq hüquqi təsirlərə malik olması faktı da danılmazdır. Başqa sözlə, mövcud beynəlxalq hüquq normalarının hərtərəfli və xoş məramla tətbiqi beynəlxalq terror təhdidlərinin aradan qaldırılması işində ən əlverişli vasitə hesab edilir. Əlbəttə, bu sahədə mövcud beynəlxalq hüquqi sənədlərin müddəalarının mükəmməlliliyi barədə fikir yürütmək də yanlış olardı. Zənnimizcə, terrorçu təşkilatların fəaliyyətində son zamanlar müşahidə edilən yeni tendensiyalar, beynəlxalq əməkdaşlığa mane olan amillər, ümumiyyətlə, beynəlxalq terrorçuluğun "inkişaf dinamikası qüvvədə olan beynəlxalq hüquqi sənədlərin və milli qanunvericilik aktlarının təkmilləşdirilməsini şərtləndirir. Bu təhdidləri şərh etmək və təhlillər nəticəsində beynəlxalq hüquqda, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında mövcud boşluqlara, habelə onların aradan qaldırılması yollarına dair münasibət bildirmək istəyirik.




Yüklə 32,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin