Təhsildə İKT
Laboratoriya işi №6
Mövzu: OneNote proqramı ilə tanışlıq. One Note proqramının iş prinsipi və funksional imkanlarının öyrənilməsi
İşin məqsədi: OneNote proqramı ilə tanışlıq. One Note proqramının iş prinsipi və funksional imkanlarının öyrənilməsi
Nəzəri hissə
OneNote 2010 redaktorunu işə salmaq üçün siçanı Start düyməsinin üzərinə gətirərək sol düyməni sıxın. Açılan menyudan Proqramlar (Programs) sətrini, alt menyudan isə OneNote for Windows 10 seçilir və sərlövə hissəsində Windows 10 üçün OneNote yazısı olan pəncərə ekrana açılacaq (şəkil 1).
Şəkil 1. OneNote-un proqram pəncərəsi
Sərlövhədən solda əlavənin nişanı yerləşir. Bununla biz proqramdan çıx, pəncərəni böyüt-kiçilt, həmçinin pəncərəni gizlət əmrlərini yerinə yetirə bilərik. Sərlövhədən sağda sağ (bir addım geri) və sol(bir addım irəli) istiqamətlənmiş iki ox var. Bununla biz silinmiş qeydləri geri qaytara bilərik. Belə ki, qeydləri geri qaytardıqdan sonra səhifə və ya bölmə üzərində sağ klikləyib və ya toxunub saxladıqda açılan konteks menyudan bərpa et əmrini verə bilərik. Lakin bu prosesin yerinə yetirilməsi üçün bir məhdudiyyət vardır. Bütün elementlər 60 gündən sonra birdəfəlik silinir.
Sərlövhədən altda menyu sətri yerləşir. Menyu sətrində Başlanğıc, Əlavə et, Çək, Görünüş, Kömək, Sinif qeyd dəftəri yerləşir. Qoşmanın məzmununu görmək üçün mausun oxunu onun adının üzərinə gətirib, sol düyməni sıxmaq lazımdır. Siz ilkin olaraq Başlanğıc qoşmasını görəcəksiniz (şəkil 2).
Şəkil 2. Başlanğıc qoşması
Bu qoşmada ilkin olaraq əməliyyatdan imtina etmək və əməliyyatı təkrar bərpa etmək üçün istifadə edilən düymələri yerləşir. Daha sonra mübadilə buferi (kəs, köçür, əlavə et) yerləşir (şəkil 3).
Şəkil 3. Mübadilə buferi
Şriftin formatlaşdırılması bölməsində biz şrifti seçə, onun ölçüsünü, rəngini dəyişə, həmçinin etdiymiz formatlaşdırmanı ləğv edə bilərik (şəkil 4).
Şəkil 4. Şriftin formatlaşdırılması
Abzasın formatlaşdırılması bölməsində bizə təqdim olunan makerlərdən, nömrələmə üsullarından istifadə edə və abzası müəyyənləşdirə bilərik (şəkil 5).
Şəkil 5. Abzasın formatlaşdırılması
Teqlər bölməsində biz qeydlərə teq əlavə edə bilərik. Bunun üçün bizə təqdim olunan teqlərdən hər hansı birini seçmək və ya yeni teq yaratmaq imkanımız vardır (şəkil 6).
Şəkil 6. Bu qeydə teq əlavə edin
Üslublar bölməsindən səhifə başlığının yazılış stilini seçə bilərik (şəkil 7).
Şəkil 7. Başlıq üslubu
Əlavə et alətlər panelində biz cədvəl, fayl, şəkil, video, audio, riyazi simvol və s. elementlərlə işləyə bilərik (şəkil 8).
Şəkil 8. Əlavə et qoşması
Çək qoşmasının alətlər panelində olan alətlər içşi sahəsində qeydiyatlar apararkən bizə müxtəlif tipli qələmlərdən, fiqurlardan istifadə etmək imkanı verir (şəkil 9).
Şəkil 9. Çək qoşması
Görünüş qoşmasından istifadə edərək biz yeni pəncərə aça, səhifənin rəngini, ölçüsünü dəyişə, silinmiş qeydləri geri qaytara, həmçinin səhifə üçün istiqamətləndirici, tor xətlərdən istifadə edə bilərik (şəkil 10).
Şəkil 10. Görünüş qoşması
Menyu sətrin alt hissəsində Naviqasiya bölməsi var . Hansı ki, burada bizim yazdığımız qeydlər üçün bölmələr və səhifələr var. Biz naviqasiyanı aça yaxud gizlədə bilərik (şəkil 11).
Şəkil 10. Naviqasiya
Dostları ilə paylaş: |