Təhsildə sosial psixoloji xidmət Qrup: tsp2204b fənn: Uşaq anatomiyası



Yüklə 95,32 Kb.
tarix14.11.2022
ölçüsü95,32 Kb.
#68949
11 İLAHƏ Ali sinir fəaliyyətinin tipləri


Sərbəst iş


Fakültə: Məktəbəqədər
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Qrup: TSP2204B
Fənn: Uşaq anatomiyası
Mövzu: Ali sinir fəaliyyətinin tipləri
Müəllim: İbrahimova Könül
Tələbə: Məmmədova İlahə

İ.P. Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri,onların arasındakı qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir.Buraya mərkəzi sinir sisteminin gücü,oyanma ilə ləngiməninmüvazinəti (oyanma və ləngimənin gücü arasındakı münasibət)və əsas sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.


Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur,yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyıyr,məsələn, bu bir itdə çox tez,başqasında nisbətən gec baş verə bilər.Bu onu göstərir ki,heyvanın birində oyanma cox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur.
İ.P. Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölünür.Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara müvazinətli tip deyilir.Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə,buna müvazinətsiz sinir tipi deyilir.
Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur.Şəraitin dəyişməsi ilə əlaqədar olaraq,çox vaxt tezliklə oyanmanın və ləngiməyə və əksinə,ləngimənin oyanmaya keçməsi baş verir.Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır.Tədqiqatlar göstərir ki,sinir sisteminin bu tipi iki cür ola bilər:1)mütəhərrik (cəld) tiplər-bunlarda bir hadisədigərinə çox tez keçir, 2) durğun tiplər-bunlarda oyanma və ləngimə bir-birinə çox gec və çətinliklə keçir.
4 yerə ayırmışdır: 1) güclü və müvazinətsiz tip;bunlarda oyanma və ləngimədən üstündür;2) güclü və müvazinətli tip;bu tipdə sinir hadisələri çox mütəhərrik olur(diribaş tip) ; 3) güclü müvazinətli,lakin qeyri-mütəhərrik-durğun tip (sakit tip); 4)zəif tip,bunlarda oyanma və ləngimə çox zəif cərəyan edir.
Xarici amillərin təsiri sayəsində sinir sisteminin tipini dəyişdirmək və onları bir tipdən digərinə cevirmək mümkündür.Məsəslən,məktəb şəraitində müəllim sinir sisteminin tipində zəiflik hiss olunan şagirdlərə icrası xeyli cəsarat tələb edən tapşırıqlar verməklə onların sinir sistemini güclü edə bilər.
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, onların sinir sistemi tiplərinə uyğun gəlir.İnsanda aşağıdakı sinir tipləri ayir edilir:
1. Sanqvinik – bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.
Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.

2. Melanxolik tip (zəif tip). Bu tipin əsas xüsusiyyəti qabığı hüceyrələrinin işgörmə qabiliyyətinin zəif olmasından ibarətdir,bunlarda hüdudxarici ləngimə çox tez əmələ gəlir, oyanma və ləngimə hadisələri zəif cərəyan edir,beyin qabığı fəaliyyətində ləngimə üstündür.


Melanxoliya — dərin bir kədərin içində hüznlü, əziyyət çəkən, tənha, ümidsiz bir insanın olduğu vəziyyətdir. Melanxolik insanlar xoşbəxt deyillər. Tənhalığı, cəmiyyətdən uzaqlaşmağı və insanlarla soyuq münasibətdə olmağı seçirlər. Digər insanlarla yaxın münasibətdə olmağdan qaçarlar. Həyatı boş və mənasiz görürlər. Kədər, qəm, narazılıq və dəyərsizlik duyğuları içində olurlar. Melanxoliya depressiyaya çevrilə bilər və ağır depressiyanın nəticəsində özünə qəsdlə də nəticələnə bilər.

Melanxolik insan dinc ola bilmək üçün, sakit bir həyat keçirə bilmək üçün təkliyi seçir. Ancaq tək olanda da həyatla və insanlarla olan münasibətlərini hər zaman düşünmək və analiz etmək, özünü günahlandırmaq, varlığının səbəbini axtarmaq kimi səbəblərə görə heç vaxt dincliyi tapa bilmir. Darıxmaqları, sıxılmaqları heç vaxt bitməz.


Mövcud olduğu dünyaya və cəmiyyətə ayaq uydura bilmədiyini hiss edər. Bu vəziyyət bəzən onu hüzünləndirir, bəzən isə məmnunluq hissi verir. Hadisələrin, həyatın içində olmaqdansa heç bir çıxarsız, heç bir məqsədsiz bir tamaşaçı və nəzarətçi kimi kənarda qalmağı üstün tutur. Bitməyən sıxıntısı, həmişə boşluqda olmağı və hüznü onu heç çıxa bilməyəcəyi kədərə boğa bilər. Kədərini bəzən gülərək (Demokritos), bəzən ağlayaraq (Heraklitos), bəzən də susaraq (Hölderlin) üzə vururlar. Melanxolik insan həssasdır. İnsanlarla yaxşı münasibətlər qurmaq istəyə bilər.

Ancaq təbii olmayan, süni münasibətlər, "saxta" kimliklər, maskalar, kobud, düşüncəsiz davranışlarla rastlaşanda qurmaq istədiyi münasibətdən əl çəkib, "öz qabığına" çəkilə bilər. Nə vaxtsa təbii, səmimi, ruhunu oxşayıb, onu "qabığından" çıxardacaq insanlarla qarşılaşmağı ümid etmək istər, amma ümidsizdir, çünki insan yaşadığı cəmiyyətdə belə insanların varlığından şübhəlidir. Düşünür ki, bir-birinə güvənməyən insanlardan ibarət bir cəmiyyətdə maskalar taxılmasa, rahat yaşamaq olmaz.


Melanxolik insan hər zaman "get-gəl" içindədir, qərarsızdır. İnsanlarla münasibətlərində hər zaman bir problem vardır. Özlərinə hormeti, "mənəm"lik əsas əlamətlərindəndir. Melanxolik insanıarda həyata qarşı maraqsızlıq, bezginlik ola bilər. Çökmüş, "sönmüş" vəziyyətdə görünə bilərlər. Gələcəyə ümidsiz olmaqla yanaşı çarəsiz və yazıq olduqlarını da düşünə bilərlər. Həyatı öz əlində tuta bilməmə, varlığın mənasını tapa bilməmə, özünü yetişdirə bilməmə qorxusu melanxoliyaya səbəb ola bilər. Özünü yetişdirmədikdə, daha doğrusu yetişdirə bilmədikdə çarəsizliyə düşürlər. Hansısa bir varlığın onunla oynadığı, ona rahatlıq vermədiyi hissi keçirib, özü belə bilmədiyi şeylərə hirslənə bilər. Ölümün qaçınılmazlığı, var olmağın, yaşamağın əksi olan "yox olamanın" olduğunu bilirlər. Ölüm, heçlik hissi yaradır. "Ölüm düşüncəsi melanxolikləri heç vaxt tərk etməz, məhz buna görə də dünyanı ən yaxşı "oxumağı" bacaranlar melanxoliklərdir".

Melanxolik insan hər çağda içində olduğu cəmiyyətin şərtlərindən razı olmadığını, razı ola bilmədiyini, həyatda bir məna görmədiyini, cəmiyyətlə ayaqlaşa bilmədiyini, ünsiyyət qura bilmədiyini və buna görə də hər hansı (özünə məxsus) yolla öz "qabığına" çəkilərək, heç olmasa ruhunun bir hissəsi də olsa xilas etməyə çalışdığını demişdir.

3. Xolerik tip (hövsələsiz tip). Bu tipə aid olan adamlar güclü sinir sisteminə malikdirlər.Bunlarda oyanma və ləngimə hadisələri öz ağır dinamizmi ilə seçilir,bu proseslər bir-birinə çətinliklə keçir. Möhkəm iradəli,ehtiraslarını boğa bilən adamalardır.
Xolerik — son dərəcə coşğun xarakter. Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.
4. Fleqmatik tip (sakit,durğun tip). Bu tip adamların əsas xüsusiyyəti az müütəhərrik olmalarındandır.Belə adamların güclü və müvazinətli sinir sistemində çox vaxt oyanma və ləngimə hadisələri ağır cərəyan edir və çətinliklə biri digəri ilə əvəz olunur.
Fleqmatik – bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara "yerəbaxan" deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir.
Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar

İ.P. Pavlov insan və heyvan orqanizminin xarici mühitlə əlaqəsinin qanuanuyğunluqlarını araşdırıb ali sinir fəaliyyətinin tərkib hissələri kimi siqnal sistemi haqqında təlim yarstmışdır.


ƏDƏBİYYAT SİYAHISI


1. http://ldhk.edu.az/e-ldhk/uploads/Uşaq%20anatomiyası,fiziologiyası%20və%20gigiyenası%20(Mühazirələr).pdf
2. https://www.wiki.az-az.nina.az/Ali_sinir_fəaliyyəti.html
Yüklə 95,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin