Təkərlər üzərində ölümün



Yüklə 36,47 Kb.
səhifə1/16
tarix28.12.2016
ölçüsü36,47 Kb.
#3730
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   16




Təkərlər üzərində ölümün” qarşısının alınması
Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin artırılması
Sakit epidemiya ilə mübarizə üçün sahələrarası tərəfdaşlığın yaradılması



Xülasə


“Təkər üstündə ölüm” müsbət hisslər yaratmasa da, Dünya Bankının Avropa və Mərkəzi Asiya (AMA) regionunda çalışdığı ölkələrə üçün çox aktualdır.1 Yol təhlükəsizliyinin idarə edilməsi sahəsində zəif potensial, yolların pis vəziyyətdə olması, sürücülərin sərbəst davranışı, nəqliyyatın qeyri-qənaətbəxş texniki vəziyyəti və yol hərəkəti təhlükəsizliyi qanunvericiliyinin pərakəndə şəkildə tətbiq edilməsi, üstəgəl nəqliyyat vasitəsinin sayının həndəsi silsilə ilə artması yol hərəkəti nəticəsində yetirilən xəsarətlərin və bədbəxt hadisələrin sayının sürətlə artmasına böyük töhfə vermişdir.

Bu hesabatda AMA regionunda yol hərəkəti təhlükəsizliyi ilə əlaqəli məsələlərin həlli yolunda olan duran çətinliklərin və imkanların təhlili təqdim olunur. Burada problemlərin həcmi, xüsusiyyətləri və səbəbləri göstərilmiş; yol təhlükəsizliyinin təkmilləşdirilməsi sahəsində dünyanın müxtəlif ölkələrində görülən tədbirlərin effektivliyinə dair dəlillər gətirilmiş; hazırkı beynəlxalq yol hərəkəti təhlükəsizliyi siyasəti qısaca təsvir edilmiş və Dünya Bankı tərəfindən Dünya Səhiyyə Təşkilatı, çoxtərəfli inkişaf bankları, digər beynəlxalq təşkilatlar və donorlar, habelə özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları ilə birgə əlaqələndirmə və əməkdaşlıq şəkildə görülə biləcək tədbirlər və həyata keçirilə biləcək strategiyalar müzakirə edilmişdir.



Hesabat ilk növbədə daxili auditoriya — xüsusilə də Dünya Bankının nəqliyyat, səhiyyə, təhsil və idarəçilik sahəsində çalışan menecerləri və işçiləri, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində sektorlar-arası çətinliklər və onların həlli üçün effektiv variantlar barədə agahlığın artırılması üçün nəzərdə tutulmuşdur. Burada Dünya Bankının digər beynəlxalq agentliklər və donorlarla əməkdaşlıq şəraitində AMA regionu ölkələrində həmin məsələlərin həlli üçün daha yaxından necə işləyə biləcəyinə dair təkliflər irəli sürülür. İkinci auditoriyaya kənar oxucular aiddir — siyasətçilər, analitiklər, dövlət rəsmiləri, proqram menecerləri və onların AMA ölkələrin hökumətlərində olan müşavirləri, özəl sektor nümayəndələri, vətəndaş cəmiyyəti və bu sahədə çalışan beynəlxalq təşkilatlar. Məqsəd yol hərəkəti təhlükəsizi gündəliyinin qısa və orta müddət baxımından ən prioritetli inkişaf məsələsi kimi irəliləməsində istifadə oluna biləcək münasib seçim və alətlərin müzakirə edilməsinin dəstəklənməsindən ibarətdir.

Yol hərəkəti zamanı baş verən xəsarət və ölüm halları probleminin həll edilməsinə başlanması üçün milli orqanlar, Dünya Bankı və beynəlxalq təşkilatlar aşağıdakıları həyata keçirilməlidir (Saghir 2009):



  • Aşağı və orta gəlir səviyyəsinə malik ölkələrdə (AOGÖ) yol hərəkəti nəticəsində ortaya çıxan ictimai səhiyyə böhranının miqyasının qəbul olunmaz olmasının tanınması.

  • Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə (a) uzun müddətli, davamlı və ardıcıllıq tələb edən; b) sektorlar-arası və sahələr-arası əlaqələrin yaradılmasını tələb edən kompleks və c) ölkənin inkişaf məqsədlərini nəzərə alan hərtərəfli və yoxsulların və yol hərəkəti qəzaları nəticəsində yoxsulluğa düçar olanların müdafiə olunma hüquqlarına malik olduğunun tanınmasını nəzərdə tutan tədbirləri həyata keçirmək öhdəliyinin götürülməsi:

  • İnkişaf üçün təhlükəsiz, təmiz və maddi baxımdan əl çatıla bilinən nəqliyyatın prioritet kimi götürülməsi

  • Biliklərin mənimsənilməsinin tezləşdirilməsi və yol təhlükəsizliyi fəaliyyətinin və investisiyalarının miqyasının genişləndirilməsi.

  • Hökumət tərəfindən yol hərəkəti təhlükəsizliyi məsələlərinin inkişaf prioriteti kimi siyasi əhəmiyyətinin qaldırılmasında və orta müddət ərzində yol hərəkəti təhlükəsizliyi sahəsində qarşıya qoyulan məqsədlərə nail olmağa kömək edən layihə və proqramların hazırlanmasında və icra edilməsində Dünya Bankının digər beynəlxalq institutlarla birlikdə əhəmiyyətli rol oynaya biləcəyinin qəbul edilməsi. Bu isə, nəticə etibarı ilə, yol hərəkəti təhlükəsizliyinin ölkədə əhəmiyyətinin artırılmasında və beynəlxalq təşkilatların və digər donor ictimaiyyətinin regional yardım gündəliklərinə cəlb edilməsinə kömək edəcəkdir.


Yüklə 36,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin