Tələbə: Məmmədov Elmir Fakültə: Kulturologiya İxtisas



Yüklə 25,18 Kb.
tarix11.12.2022
ölçüsü25,18 Kb.
#73928
Media və cəmiyyət


A
zərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti


Tələbə: Məmmədov Elmir
Fakültə: Kulturologiya
İxtisas: Sosiologiya
Qrup: SO21
Fənn: Media və cəmiyyət
Müəllim: Rəhim Həsənov


İnternet necə tənzimlənməlidir

İnternet (lat. Internus-daxili və lat. Inter-arasında; ing. Internet – şəbəkə)-TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. Şəbəkələr daxildir. “İnternet” sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub.1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar:



  1. Hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında elek-tron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi;

  2. Kompüter rabitə kanalı;

  3. Tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elek-tron poçtu təmin edən qlobal kompüter şəbəkəsi;

  4. Bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdir-ilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. Məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, inter-net səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq.

1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ı müasir texnologi-yaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı.Bunun üçün müxtəlif məntəqələrdə, Penta-qonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək lazım idi.Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu il-də Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri va-hid sistemdə birləşdirə bildilər.Bu tarix İnternetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur.Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri va-hid şəbəkədə birləşdirmək mümkün olmuşdu.Bu sistemin adı ilk illər ARPANET ol-muşdu.1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən program yaradıldı.İlk dəfə olaraq işarəsi elektron poçt ünvanlarında işlədilmə-yə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi.1973-1974-cü illərdə TCP/İP protokolu meydana çıxdı. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub.TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir:ötürməyə nəzarət protokolu (ing. Trans-mission Control Protocol) – verilənlərin ötürülməsinə nəzarət edən protokol və internet protokolu (ing. İnternet Protocol). 1980-ci ildə DNS yaradıldı. 1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET – Milli elm fondu şəbəkəsi yaradıldı. Hə-min ildə ilk dəfə olaraq 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıl-dı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq et-mək olurdu.Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı ey-ni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə www sistemi yaradıldı. Tim Berners-Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. “Ser” titulu qazanan Tim Berners-Li 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən mil-yon avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Brita-niya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. Azərbaycanda isə İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır.Azərbaycanda internet 1993-cü ildən inki-şaf etməyə başlayıb və ilk sayt 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiya-sında yaradılıb. İlk dövlət orqanının saytı isə 1997-cı ildə yaradılan Azərbaycan Res-publikası Prezidentinin saytıdır.Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesaba-tına əsasən, Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrin göstəricisindən isə 1,2 dəfə öndədir. Bu, olduqca müsbət göstə-ricidir.Dünyada internetdən istifadəçilərinin sayı durmadan artır, ona münasibət də dəyişir. Bu gün yeni media informasiyanın əldə edilməsi və cəmiyyətə çatdırılması istiqamətində ənənəvi media ilə rəqabət aparır.Bu bir reallıqdır ki, yeni medianın in-formasiya təminatı və informasiya təhlükəsizliyinin təmin edilməsində rolu getdikcə artır.İnformasiya bolluğu jurnalistlərə geniş seçim imkanı verir. Bu seçimdən düz-gün, lazım olan seçilməlidir, hər informasiyanı, xəbəri oxucu, tamaşacı və dinləyici-lərə çatdırmağa ehtiyac yoxdur.Çünki elə informasiyalar var ki,cəmiyyət üçün fə-sadlar törədə bilər.Peşəkar jurnalist cəmiyyət, insanlar, tarix qarşısında sosial və mə-nəvi məsuliyyət daşıyır. Rus tədqiqatçısı L.Q.Svitiçin fikrincə, hər bir söz minlərlə və milyonlarla tirajlanaraq cəmiyyətin sağalması üçün dərman ola bilər və ya qorxu, ümidsizlik, düşmənçilik yaradar, təkcə adamları deyil,bütün cəmiyyəti şikəst edə bi-lər. Odur ki, belə informasiyalardan cəmiyyəti qorumaq lazımdır.Ermənistanın apar-dığı informasiya müharibəsi respublikada yaşayan bəzi insanlarda antidövlət meyli-ni formalaşdırmağa hesablanıb. Professor Qulu Məhərrəmli yazır ki, müasir psixolo-ji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi özündə vuruşan tərəflərin informasiya vasitələrindən istifadə edərək, yalan, şantaj, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə başqa dövlətin siyasətinə qarşı narazılıq, inamsız-lıq, əhalinin döyüş ruhunu sarsıdıb düşkünlük aşılamağı, hakimiyyətlə əhali arasında münasibətləri pisləşdirməyi ehtiva edir.Kommunikasiya texnologiyalarının sürətli inkişafı sayəsində cəmiyyətin informasiyalaşması insanları informasiyadan asılı və-ziyyətə salır.Belə vəziyyətdə informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilməli-dir.Qarşı tərəfin informasiya müharibəsinə lazımi cavab verib, onu ideoloji müstəvi-də susdurmaq lazımdır.İnformasiya müharibəsi – informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda, qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədilə keçirilən informasiya əməliyyatıdır.Azərbaycana qarşı apa-rılan informasiya müharibəsində əks tərəf ən çox internetdən istifadə edir. Niyə in-ternetdən? Bu, onunla bağlıdır ki, internet istifadəçilərinin sayı çoxdur. Hazırda öl-kəmizdə internetdən istifadə edənlərin sayı əhalinin 70 faizini təşkil edir. Azərba-ycanda 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursu fəaliyyət göstərir.
Yüklə 25,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin