Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü professional fəaliyyətdir.
Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir.
Tərbiyəyə Müxtəlif Baxışlar
Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı: uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi. Belə tərbiyə avtoritar tərbiyə adlanırdı. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (C.C.Russo).
Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər kimi qəbul olunur. Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.
Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər kimi qəbul olunur. Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.
1. Tərbiyə çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif amillərin təsiri ilə baş verir: məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və s. tərbiyədə mühüm rol oynayır.
2.Tərbiyə uzun sürən və fasiləsiz prosesdir. O, insanın doğulduğu gündən başlayıb, bütün ömrü boyu davam edir. Tərbiyədə fasilə yoxdur: o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn) bilavasitə olmadığı dövrdə də davam edir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir-birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir. Tərbiyə prosesində uşağın şəxsiyyəti hissə-hissə yox, bütöv proses kimi, kompleks halda formalaşır
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir-birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir. Tərbiyə prosesində uşağın şəxsiyyəti hissə-hissə yox, bütöv proses kimi, kompleks halda formalaşır
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir "xırda" məsələ şəxsiyyətə müəyyən təsir göstərir. Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir. Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir.
Tərbiyə Prosesinin Əsas Mərhələləri.
- düzgün davranış normaları və tələbləri ilə tanışlıq;
- həmin norma və tələblərə münasibətin formalaşdırılması:
-düzgün davranış motivlərinin və arzusunun aşılanması;
- ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
- düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
Əqli tərbiyə gənc nəsli biliklər sistemi ilə, elmi dünyagörüşü, ideya-mənəvi keyfiyyətlərlə silahlandırmağa, zehni qüvvələri, təfəkkürü inkişaf etdirməyə kömək göstərir.
İdeya-siyasi tərbiyə şəxsiyyətin istiqamətini təşkil edən ideyalar, siyasi baxış və əqidə yaratmağa xidmət edir.
Əxlaq tərbiyəsi insanda əxlaqi şüuru, müsbət davranış adətləri formalaşdırmağa istiqamətlənir.
Əmək tərbiyəsi əməksevərlik, əməyə məhəbbət, əmək bacarıq və vərdişləri tərbiyə edir, gənc nəsli psixoloji və əməli cəhətdən əməyə, peşə seçmə işinə hazırlayır.
Estetik tərbiyə böyüyən nəsli gözəllik ruhunda tərbiyə edir, onda estetik hisslər, zövq, bədii-estetik bacarıqları formalaşdırır
Fiziki tərbiyə şəxsiyyətin vacib keyfiyyətlərini - sağlamlığı, gümrahlığı möhkəmlədir, gənc nəsli əməyə, Vətən müdafiəsinə hazırlayır.
Hüquq, iqtisadi və ekoloji tərbiyə böyüyən nəsli hüquqi, iqtisadi və ekoloji mədəniyyət ruhunda tərbiyə etməklə, cəmiyyətdə yaşayıb fəaliyyət göstərməyə hazırlayır, vətəndaş kimi öz hüquq və vəzifələrini dərk etməyə kömək göstərir.
Təlimin prinsipləri 1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi 2. Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi 3.Təlimdə elmilik prinsipi 4. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi 5. Təlimdə əyanilik prinsipi 6. Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi 7. Təlimin optimal təşkili prinsipi 8. Təlimdə müvafiqlik prinsipi 9. Təlimdə fərdi yanaşma prinsipi 10. Təlim üçün zəruri şəraitin yaradılması prinsipi 11. Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi
1. Tərbiyənin həyatla quruculuq işi ilə əlaqələndirilməsi.