Tərtib edən: c



Yüklə 320,5 Kb.
səhifə1/4
tarix23.03.2023
ölçüsü320,5 Kb.
#89343
  1   2   3   4
Statistikaproqramemr677






AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL MƏRKƏZİ
QAFQAZ UNİVERSİTETİ


İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ
DÜNYA İQTİSADİYYATI BÖLMƏSİ
STATİSTİKA
fənninin
PROQRAMI


Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 03.06.2014 tarixli
677 saylı əmri ilə təsdiq edilmişdir
Bakı – 2014

Statistika (iqtisadiyyat istiqamətli ixtisaslar üçün)”


fənni üzrə bakalavr pilləsi üçün
P R O Q R A M
TƏRTİB EDƏNLƏR:
Fuad Nəcəf oğlu Əliyev
Ceyhun İsmayıl oğlu Mikayılov
texniki elmlər üzrə fəlsəfə doktoru
Yaqub Nəcəf oğlu Əliyev
riyaziyyat elmlər üzrə fəlsəfə doktoru
ELMİ REDAKTOR:
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
F. C. Həsənov
Qafqaz Universiteti “Dünya iqtisadiyyatı” kafedrası


RƏYÇİLƏR:
Fizika-riyaziyyat elmləri doktoru, professor
F.H.Rəhimov
Bakı Dövlət Universitetinin
Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika” kafedrası
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
A.H.İsmayilov
Qafqaz Universiteti “Dünya iqtisadiyyatı” kafedrası
s. G.Həmzəyev
İZAHAT VƏRƏQƏSİ

Azərbaycan Respublikasının ali məktəblərində həyata keçirilən təhsil islahatları Boloniya sisteminin tələblərinə uyğun olaraq dünyanın inkişaf etmiş ölkələrinin ictimai-siyasi, sosial-iqtisadi həyatında önəmli rol oynayan universitetlərin iş prinsiplərindən də faydalanaraq təkmilləşdirilməkdədir. Azərbaycan Respublikasının ali təhsil sistemində əksər sahələrdə nəzəri məsələlər inkişaf etdirilsə də, əldə edilən bu nəticələrin istehsalata tətbiqində, həmçinin məşğələlərdə əyani vəsaitlərin kütləvi istifadəsində dövrün tələblərinə uyğun təkmilləşməyə ehtiyac vardır. Mövcud olan nəzəri biliklər potensialından səmərəli istifadə etmək üçün davamlı “dəyişən” və ya “təkmilləşdirilən” dərs sistemi tətbiq edilməlidir. Bu isə ali təhsildə Boloniya sisteminin əsas atributlarından sayılan kreditli təhsil sisteminin tətbiqində informasiya kommunikasiya sistemlərinin imkanlarından geniş və səmərəli istifadə etməklə mümkündür.


Müasir dövrdə iqtisadiyyatın idarə edilməsində statistika mühüm rola malikdir. Statistika kütləvi hadisələrin kəmiyyət tərəflərini onun keyfiyyət tərəflərindən ayırmadan müəyyən məkan və zaman şəraitində öyrənir. O, kütləvi hadisələr haqqında məlumatları toplayır, sistemləşdirir və təhlil edir, ölkə iqtisadiyyatının inkişafını, əhalinin həyat səviyyəsini xarakterizə edir. Nəticədə iqtisadiyyatda qarşılıqlı əlaqə və asılılıqlar müəyyən olunur, onun inkişaf dinamikası öyrənilir, müqayisəlilik təmin edilir və ən nəhayət region və respublika miqyasında mühüm iqtisadi qərarlar qəbul edilir. Bu fənni öyrənmək nəticəsində tələbələr statistik məlumatlarının toplanması prinsiplərini, onların işlənməsi qaydalarını, sosial-iqtisadi hadisə və proseslərin tədqiqatının aparılması, ümumiləşdirici göstəricilərin hesablanması üsullarını öyrənir, nəzəri biliklərə yiyələnməklə sərbəst tədqiqat işləri aparmaq vərdişləri əldə edirlər.
Proqramda hər semestrə 45 saat ayrılmaqla iki semestr üçün cəmi 90 saatlıq dərs üçün nəzərdə tutulmuşdur.
Bütün bunları nəzərə alaraq bu proqram ali məktəblər üçün tərtib edilmişdir. Proqram orta məktəblərin riyaziyyat proqramı, aşağı kurslarda tədris olunan iqtisadiyyat və riyaziyyat proqramları, eləcə də fakultativ kursun proqramı nəzərə alınaraq hazırlanmışdır.



Yüklə 320,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin