AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
“TƏSDİQ EDİRƏM”
ADNSU-nun Elm və texnika işləri
üzrə prorektoru, g.-m.e.d.
_____________ RAUF ƏLİYAROV
“______” ___________ 2017-ci il
3336.01 - “Metrologiya və metroloji təminat”
ixtisası üzrə doktoranturaya qəbul imtahanının
P R O Q R A M I
BAKI – 2017
Tərtib etdilər:
“Cihazqayırma mühəndisliyi” kafedrasının müdiri,
dosent R.İ.Nəbiyev
“Cihazqayırma mühəndisliyi” kafedrasının dosenti,
t.e.n. H.C.Cəfərov
“Cihazqayırma mühəndisliyi” kafedrasının dosenti,
t.e.n. R.Q.Hacıyev
Redaktor:
“Cihazqayırma mühəndisliyi” kafedrasının müdiri,
dosent R.İ.Nəbiyev
Rəy verənlər:
“İnformasiya
texnologiyaları
və
idarəetmə”
kafedrasının professoru S.M.Cəfərov
“İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasının
professoru, t.e.d. S.İ.Yusifov
3336.01 “Metrologiya və metroloji təminat”
ixtisası üzrə doktoronturaya qəbul üçün imtahan sualları
1. Metrologiya sahəsində əsas analayışları. Metrologiya üzrə əsas
məsələlər və anlayışlar. Metrologiyanın elmi tədqiqatlarda, istehsalatda, məhsulun
sertifikasiyasında və s. Rolu və yeri. Metrologiiyanın bütün elmi sahələr ilə
əlaqəsi. Dövlət və beynəlxalq metroloji təşkilatlar. Kursun strukturu. Metrologiya
və onun tədris planında nəzərdə tutulan digər fənlərlə əlaqəsi.
2. Fiziki kəmiyyətlər və onların ölçülüyü. Beynəlxalq vahidlər sistemi.
Əsas kəmiyyət vahidlərinin etalonları. Fiziki kəmiyyətlərin ölçülməsi.
Metrologiyanın əsas tənliyi. Fiziki kəmiyyətlərin ölçüsü və ölçülüyü. Fiziki
kəmiyyətlərin növü. Əsas kəmiyyətlər və əsas vahidlər. Kəmiyyətlər sistemi və
vahidlər sistemi. Törəmə kəmiyyətlərin və törəmə vahidlərin əmələ mexanizmi.
Ölçülər üzrə əsas anlayışlar. Fiziki kəmiyyətlərin vahidləri sistemləri. Beynəlxalq
ölçü vahidlər sistemi. Etalonlar və onların əsas xarakteristikaları.
3. Ölçmələrin təsnifatı. Ölçmələrin növləri. Birbaşa, dolayı, birgə və cəm
(müştərək) ölçmələr. Ölçmələrin prinsipi.
4. Ölçmə üsulları. Əsas ölçmə üsulları. Bilavasitə qiymətləndirmə üsulu və
ölçü ilə müqayisə üsulu. Ölçmə üsullarının həyata keçirilməsinə aid müxtəlif
misallar.
5. Ölçmə xətaları. Ölçmə xətaları və onların xarakteristikaları. Xətaların
yaranma mənbələri. Ölçmə xətaların təsnifatı. Təsadüfi və sistematik xətalar.
6. Ölçmə vasitələrinin təsnifatı. Meyarlar, ölçü cihazları və cevriciləri.
Ölçü quruluşları və sistemləri.
7. Ölçmə quruluşlarının (vasitələrinin) metroloji xarakteristikaları.
8. Ölçmə quruluşlarının (vasitələrinin) xətaları.
9. Ölçmə
quruluşlarının
metroloji
xarakteristikalarının
normallaşdırılması. Dəqiqlik sinifləri.
10. Ölçmə
sistemlərinin
struktur
sxemləri
və
metroloji
xarakteristikaları.
11. Təsadüfi kəmiyyətlərin (xətaların) əsas xarakteristikaları. Riyazi
gözləmə və dispersiyanın əsas xassələri
12. Bərabər və normal paylanma qanunları.
13. Təsadüfi səhvlərin nəzəri əsasları. Qausun dörd aksioması. Etimad
ehtimalının köməyi ilə interval qiymətləndirilməsi. Ölçməyə müşahidə
nəticələrinin bircincliyinin yoxlanması (kobud xətaların askar edilməsi). Ölçmə
nəticələrinin təkraralanması yoxlanması
14. Çoxsaylı müşahidələrlə aparılan birbaşa ölçmə nəticə və xətasının
qiymətləndirilməsi
15. Çoxsaylı müşahidələrlə aparılan dolayı ölçmə nəticə və xətasının
qiymətləndirilməsi
16. Çoxsaylı müşahidələrlə aparılan cəm və birgə ölçmə nəticə və
xətalarının qiymətləndirilməsi
17. Metrologiyanın
müasir cəmiyyətdə rolu. Ölçmələrin müasir
cəmiyyətdə oynadığı rolun əsas səbəbləri.
18. Ölçmələrin vəziyyətinin analizi. Analizin məqsədləri və obyektləri.
ölçmələrin analizi üzrə işlərin məzmunu, təşkili və nəticələrinin tərtibi və
realizasiyası.
19. Texniki və normativ sənədlərin metroloji ekspertizası. Məmulatların
istehsalının tipləri və onlara işlənilən texniki sənədlər. Metroloji ekspertizasının
məqsədi, məsələləri və məzmunu. Ölçmə vasitələrinə texniki sənədlərin metroloji
ekspertizası. Standartların layihələrinin metroloji ekspertizası. Ekspertlərin hüquq
və vəzifələri.
20. Ölçmələrin yerinə yetirilmə metodikaları. Ölçmələrin dəqiqliyi və
onların yerinə yetirilməsi metodikaları. Ölçmələrin yerinə yetirilmə
metodikalarının işlənməsi, attestasiyası və standartlaşdırılması.
21. Ölçmə vasitələrinin dövlət sınaqları. Ölçmə vasitələrinin dövlət
sınaqlarının məqsədi və məsələləri. dövlət qəbulu və nəzarət sınaqları. Qəbul
sınaqlarının tipik proqramları. Ölçmə vasitələrinin dövlət reyestri.
22. Ölçmə vasitələrinin metroloji attestasiyası. Metroloji attestasiyanln
məqsədi və məsələləri. Qeyri-standart ölçmə vasitələri və onların metroloji
attestasiyası. Yoxlama vasitələrinin attestasiyası.
23. Ölçmə vasitələrinin yoxlanılması. Ölçmə vasitələrinin yoxlanılmasının
məqsədi və məsələləri. vahidin ölçüsü haqqında informasiyanın etalondan işçi
ölçmə vasitələrinə ötürülməsi. Ölçmə vasitələrinin yoxlanılmalarının növləri,
təşkili və aparılma qaydaları. Yoxlanılma işlərinin avtomatlaşdırılması.
24. Müəssisədə metroloji fəaliyyət. Idarə metroloji xidməti. Onun təşkilatı
strukturu, baş və baza təşkilatları və onların əsas funksiyaları. Müəssisə metroloji
xidməti və onun başlıca funksiyaları. Idarə metroloji xidmətinin işlərinin
planlaşdırılması və normallaşdırılması. Əməliyyatların yerinə yetirilmə vaxtının
qiymətləndirilməsi. Ölçmə vasitələrinin yoxlamalararası intervallarının təyini.
Idarə yoxlayıcılarının sayının təyini. Ölçmə vasitələrinə təmir-texniki xidmətin
təşkili.
25. Metroloji nəzarət. Metroloji nəzarət şamil edilən fəaliyyət sahələri.
nəzarətin məqsədi və səviyyələri. Dövlət metroloji nəzarətinin formaları, dövlət
nəzarəti orqanlarının funksiyaları və dövlət nəzarətçilərinin hüquq və vəzifələri.
idarə metroloji nəzarətinin formaları, idarə nəzarət orqanlarının funksiyaları. Idarə
metroloji nəzarətinin başlıca məsələləri.
26. Qanunverici metrologiya. Ölçmə vasitələrinin eyniliyindən ölçmələrin
vəhdətinə. Beynəlxalq təşkilatların fəaliyyətində qanunverici metrologiya.
Azərbaycan Respublikasında qanunverici metrologiyanın müasir vəziyyəti.
“Cihazqayırma mühəndisliyi” kafedrasının
müdiri, dosent R.İ.Nəbiyev
ƏDƏBİYYAT
1. Fərzanə N.H., Cəfərov H.C., Abbasov S.M. Metrologiyanın əsasları. Dərs
vəsaiti, B. ADNSU, 2017.
2. Бурдун Г.Б., Марков В.Н. Основы метрологии. М., Изд-во стандартов,
1984г.
3. Шишкин И.Ф. Теоретическая метрология. Учеб. Для ВУЗов. М., Изд-
во стандартов, 1990 г.
4. Шишкин И.Ф. Прикладная метрология.-Л.: ВЗПИ,1990
5. Артемьев Б.Г., голубев СМ. Справочное пособие для работников
метрологических служб.-М.: Издательство стандартов, 1990
6. Ю.Кузнецов В.А., Ялунина Г.В. Общая метрология. –М.: ИПК
Издательство стандартов,2001
7. Крылова Г.Д. Основы стандартизации, сертификации и метрологии.-
М:ЮНИТИ,2004
8. Cəfərov H.C. tətbiqi metrologiya,- Bakı, Təhsil, 2007
3336.01 - “Metrologiya və metroloji təminat”
ixtisası üzrə doktoronturaya qəbul üçün imtahan sualları
1. Metrologiya sahəsində əsas analayışları.
2. Fiziki kəmiyyətlər və onların ölçülüyü.
3. Ölçmələrin təsnifatı.
4. Ölçmə üsulları.
5. Ölçmə xətaları.
6. Ölçmə vasitələrinin təsnifatı.
7. Ölçmə quruluşlarının (vasitələrinin) metroloji xarakteristikaları.
8. Ölçmə quruluşlarının (vasitələrinin) xətaları.
9. Ölçmə quruluşlarının metroloji xarakteristikalarının normallaşdırılması.
10. Ölçmə sistemlərinin struktur sxemləri və metroloji xarakteristikaları.
11. Təsadüfi kəmiyyətlərin (xətaların) əsas xarakteristikaları.
12. Bərabər və normal paylanma qanunları.
13. Təsadüfi səhvlərin nəzəri əsasları.
14. Çoxsaylı müşahidələrlə aparılan birbaşa ölçmə nəticə və xətasının
qiymətləndirilməsi
15. Çoxsaylı müşahidələrlə aparılan dolayı ölçmə nəticə və xətasının
qiymətləndirilməsi
16. Çoxsaylı müşahidələrlə aparılan cəm və birgə ölçmə nəticə və xətalarının
qiymətləndirilməsi
17. Metrologiyanın müasir cəmiyyətdə rolu.
18. Ölçmələrin vəziyyətinin analizi.
19. Texniki və normativ sənədlərin metroloji ekspertizası.
20. Ölçmələrin yerinə yetirilmə metodikaları.
21. Ölçmə vasitələrinin dövlət sınaqları.
22. Ölçmə vasitələrinin metroloji attestasiyası.
23. Ölçmə vasitələrinin yoxlanılması
24. Müəssisədə metroloji fəaliyyət.
25. Metroloji nəzarət.
26. Qanunverici metrologiya.
“Cihazqayırma mühəndisliyi” kafedrasının
müdiri, dosent R.İ.Nəbiyev
Dostları ilə paylaş: |