Test. ÖVladinizin diLİNİ başa düŞÜRSÜNÜzm ü? ÖVladinizin dünyasina bəLƏDSİNİZMİ?



Yüklə 26,53 Kb.
Pdf görüntüsü
tarix26.11.2016
ölçüsü26,53 Kb.
#182

TEST. ÖVLADINIZIN DİLİNİ BAŞA DÜŞÜRSÜNÜZM

Ü? 

    

ÖVLADINIZIN DÜNYASINA BƏLƏDSİNİZMİ?

 

 

Əziz analar! Bu test vasitəsilə övladınızı nə qədər tanıdığınızı, onun dünyasından nə qədər xəbərdar olduğunuzu müəyyənləşdirə 

bilərsiniz. Suallara düşünmədən, sürətlə 

cavab verin. Buyurun... 

 

 

1. Övladınız yatmazdan əvvəl ona kitab oxuyursunuzmu?

 

A. Mütləq, hər gecə



B. Çalışıram ki, müntəzəm oxuyum



C. Yox, belə adətimiz yoxdu



 

2. Övladınız yeni texnologiyalarla nə qədər bacarıqlıdır?

 

A. Marağında olduğu qədər bilir

 

B

. Pis deyil bu sahədə

 

C. O, öz yaşıdları arasında ən bacarıqlıdır

 

 

3. Sizcə hansı tərbiyə üsulu daha effektlidir?

 

A. Demokratik 

B. Avtoritet 

C. Avtoritar 

 

4. Hansı aforizm sizin ruhunuza daha yaxındır?

 

A. " İnanıram ki, başa düşüm" (Avqustin)

 

B. " Əgər həddini aşsan, ən yaxşı ən pisə çevriləcək" (Demokrit)

 

C. " Ən yaxşı qərarların üzərində ən dəhşət bir şey hökmranlıq edir: bu qərarlar həmişə gec qəbul edilir" (O. Uayld)

 

 

5. Sizin iş rejiminiz:

 

A. Yüngüldür 

B. Rahatdır

 

C. Gərgindir

 

 

6. Bütün 

ailəniz birlikdə son dəfə nə vaxt toplanmısınız?

 

A. Birgə yığılmaq ənənə halındadır

 

B. Çalışırsız hər həftə yığışasınız

 

C. Birimizin ad günündə yığışmışıq

 

 

7. Əgər uşaq sizə seks və ya SPİD haqqında sual verərsə, nə cavab verərsiniz?

 

A. Çalışarsız mümkün qədər açıq izah verəsiniz

 

B. Əvvəlcədən psixoloqla məsləhətləşərsiz

 

C. Öz bildiklərinizi uşaqla bölüşərsiniz

 

 

8. Siz uşağa nə etməyə icazə verərsiniz: tatuaj və ya pirsinq?

 

A. Öz seçiminə buraxaram, öz bədənidi və bununla özü yaşayacaq

 

B. Ola bilsin, kiçik 

bir pirsiqə icazə verərəm

 

C. Müzakirəsiz heç birinə

 

 

9. Bilirsiz övladınız ad günü və ya yeni il üçün nə hədiyyə istəyir?

 

A. Bəli, özü mənə deyib

 

B. Sizin bir neçə ehtimalınız var

 

C. Siz bilirsiz ki, ona nə lazımdı

 

 

10. İstirahət yerini seçərkən:

 

A. Bütün 

ailənin istəyi nəzərə alınır

 

B. Maddi və digər imkanlar nəzərə alınır

 

C. Valideynlərin iş rejimi nəzərə alınır

 

 

11. Əlavə məşğələ və dərnəklər:

 

A. Uşağın maraqları üçündür

 

B. Uşağın bacarıq və marağını təyin etmək üçündür

 

C. Gələcək həyat üçündür

 

 

12. Siz

in valideynlərinizlə münasibətiniz necə olub?

 

A. Dost münasibəti

 

B. Əksər insanlarda olduğu kimi adi

 

C. Yaxşı olmayıb, siz yaxın olmamısınız

 

 

13. Çalışın yadınıza salın ki, neçə hadisə olub ki, siz ona görə övladınızı tərifləmisiz və hörmət etməyə başlamısız?

 

A. 10dan çox hal 

B. 5-

10 hal ola bilər

 

C. 5-

dən az

 

Cavablar: 



çoxluq təşkil edirsə, görünür ki, sizin övladınızla münasibətləriniz yaxşıdır. Çətin vəziyyətdə siz ona dayaq və dost olacaqsınız. 

Övladınızla ünsiyətdə yaş sərhəddiniz yoxdur, siz öz təcrübənizlə ona istənilən vəziyyətdə düzgün çıxış yolunu göstərə bilərsiniz. Lakin 

bu cür münasibətin də

  

çatışmayan cəhəti vardır. Belə ki, fikir ayrılığı yarandığı vəziyyətlərdə sizin qərarınız onun xeyrinə olsa belə



qəbul 

etdirə bilməyəcəksiniz. Çalışın ki, münasibətləriniz sərhədlərini keçməsin, əks halda valideyn mövqeyinizi birdəfəlik itirə bilərsiniz.

 

 



variantı üstünlük təşkil edirsə, övladınızı narahat edən məsələni asanlıqla həll edəcəksiniz. Ancaq sonra düşünəcəksiniz ki, 

siz 

həqiqətən hər şeyi bilirsinizmi? Bu o deməkdir ki, siz övladınızın həm dostu, həm valideynisiniz. Demək olar ki, siz qızıl ortanı tapmısınız. 

Böyük ehtimalla övladınız çətin vəziyyətdə sizə kömək üçün müraciət edəcək. Çünki o bilir ki, siz hisslərlə deyil, həyat təcrübənizə 

əsasən problemi həll edəcəksiniz. Siz həm də valideyn mövqeyinizi də saxlamısınız. Bu isə uşaq üçün çox vacibdir. Beləcə o özünü

 daha 

müdafiə olunmuş hiss edir.

 

C 

variantı çoxluq təşkil edirsə, belə məlum olur ki, siz övladınızla tamam başqa dünyalarda yaşayırsınız. Sizi birləşdirən yalnız evin 

divarlarıdır.

  

Hərənin öz həyatı, düşüncələri var və heç kim heç kimlə onları bölüşmür.

  

Hazırda texnikanın inkişafı ilə əlaqədar olaraq ailə 

üzvləri bir

-

birindən kifayət qədər uzaqlaşır, təbii ünsiyyəti azalır. Bu isə zəif uşaq psixologiyasında iz buraxmaya bilməz. Bir qədər 

düşünməyə dəyər. Bəlkə bu vəziyyəti dəyişmək üçün nə isə edə bilərsiniz?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                                                                                                                                                  

 

Yüklə 26,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin