«Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 43,89 Kb.
səhifə1/5
tarix21.12.2023
ölçüsü43,89 Kb.
#187531
növüQaydalar
  1   2   3   4   5
qerar 348


 «Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq qərara alıram:
1. «Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti mürəkkəb-texniki obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 17 noyabr 2014-cü il
348
«Respublika» qəzetində dərc edilmişdir (18 noyabr 2014-cü il, № 251) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (19 noyabr 2014-cü il, № 252) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 30 noyabr 2014-cü il, № 11, maddə 1388) («LegalActs» LLC).
7 noyabr 2016-cı il tarixli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 17 noyabr tarixli
348 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra — Məcəllə) 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (bundan sonra — Agentlik) nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (bundan sonra — ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir.
1.2. Tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir.

Yüklə 43,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin