TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)


ATAYA  MÜNASİBƏT  QAYDALARI



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

ATAYA  MÜNASİBƏT  QAYDALARI 

Ata Mütləq Səcdəyə layiqdir.  

Bu səbəbdən:  

1. Atayla  mübahisə  –  günahdır,  Ata  Sözünə  şəkk  etmək  –  cinayətdir, 

Ata tapşırığı – Allah tapşırığıdır. 

2. Atanın Mütləqiliyi  təsdiq olunur, o heç kəslə müqayisə edilmir. 

3. Ata  –  Mütləq  –  Ocaq  –  bir  sözdür.  Ata  Mütləq  və  Ocaq  şəklində 

təzahür edir. 

4. Atanın  əsərləri  Müqəddəs  Kitablardır.  Onlara  and  içilir  (Ata  Sözünə 



and içirəm). 

5. İldə bir dəfə Ata Günü Ruhani, Ülvi, Şərqi şəkildə bayram edilir. 

6. Atanın  söhbətləri  əbədi  hikmət  kimi  yazılır,  toplanır,  təbliğ  olunur, 

gələcək nəsillərə çatdırılır. 

7. Ocağın  və  Ocaq  şölələrinin  toplanışları  “Ataya  Pənah  Gətirmişik” 

sözləri ilə başlanır və “Ata Ocağı sönməzdir” sözləri ilə qurtarır. 

8. Ata  ilə  görüş  mərasimində  Evladlar  ayaq  üstə,  cəm  halında  “Ata 

Mütləqimizdir”,  “Ataya  Pənah  Gətirmişik!”,  “Ata  Ruhu  sönməzdir!”, 

“Müqəddəs  Ataya  Məhəbbətimiz  sonsuzdur!”,  “Ata  İlahi  Qüdrətimizdir” 

deyirlər. Ataya baş əyirlər.  

Ata  “Məhəbbətiniz  Nurludur”  –  deyə  Evladlara  cavab  verir  və  Evladlar 

otururlar. 

9. Ataya  əl  verilmir,  baş  əyilir.  Həmin  qayda  “Müqəddəs  Ataya  Ali 

Ehtiram”  sözləri ilə müşayiət  olunur.  Ata  “Ehtiramın  Pakdır!”  –  sözləri  ilə 

cavab  verir.  Ata  ilə  vidalaşanda  “Ata  Ruhunu  Ürəyimizdə  Aparırıq”  – 

deyirlər.  

10.  Ataya Siz və Sən – deyə müraciət edilmir. Ata – deyə, üçüncü şəxs 

kimi müraciət edilir. (Atamızın tapşırığı nədir? Atamız bizdən razıdırmı?)  

    Qaydalara əməl eləmək Ruhani Borcdur. 

 

 



 

100


ÖZ  ADIMIZ 

Evladlara 

Biz  Atalılar  –  Vətənimiz  Azərbaycanı  “Atayurd”  adlandırırıq. 

Balalarımıza bu adı Amal səviyyəsində yaşatmaq ləyaqəti diləyirik. 

Sərt Ayı, 7-ci il. Bakı. 

 

ZORA  MÜNASİBƏT 



Evladlara 

1.Zor  yalan  dilində  danışır,  həqiqət  dilini  anlamır.  Zorla  yalan  dilində 

danışmaq  lazımdır.  O,  Ata  haqqında,  Hərəkatımız  haqqında  heç  nə 

bilməməlidir. 



Amalçı döyülsə də, söyülsə də, işgəncələrə məruz qalsa da – sirr 

verməməlidir. 

2.Məhkəmədə  Amalçı  qabaqcıl  hüquq  cəfəngiyyatını  ifşa  etməli, 

mənəvi eybəcərlərin hakimlik iddiasını rədd etməlidir. 

3.Həbsxanaya düşmək – Amalçı üçün adi haldır. 

O, burada da Müqəddəs fəaliyyətini davam etdirməli, Evladlarla, Atayla 

münasibət yaratmalı, özünü təzə Ruhani Əməllərə hazırlamalıdır. 

4.Amal  ölüm  tanımır,  bu  səbəbdən  də  Amalçı  ölümə  inanmır,  cismani 

yoxluqdan qorxmur və öz qorxmazlığıyla zoru sarsıdır. 



Sərt Ayı, 7-ci il. Bakı. 

 

MÜQƏDDƏS  ADLANMA 

Asif Ocağı – Ruhani, İctimai Hərəkat (Xəlqi, Şərqi, Dünyəvi). 

Yeni İnam, yeni İnsan, yeni Cəmiyyət, yeni Xalq, yeni Şərq, yeni Bəşər. 

Atayurdda başlayır, Şərqə yayılır, dünyalaşır. 

Uzun yollu, uzun ömürlü, çoxəsrli... 

Asifçilik – Mütləqçilik, Müqəddəsçilik. 

Evladlar – Atalılar, Asifçilər. 

 

AMAL  DÖVRÜ 

Beş illik yox, on illik yox, yüz illik yox – həmişəlik. 

 

QƏTİLİK 

İnamımızdan kənarda olan İnama inanmırıq! 

İdrakımızdan kənarda olan İdraka inanmırıq! 

Mənəviyyatımızdan kənarda olan Mənəviyyata inanmırıq! 

İradəmizdən kənarda olan İradəyə inanmırıq! 

Amaldan kənarda olan Həyata inanmırıq! 



Həyatımız – Amalımızdır! 

Qar Ayı, 7-ci il. 

 

101


ƏBƏDİ  OLAN 

Din yox, Ehkam yox, Partiya yox, Təşkilat yox – İNAM! 

Din  –  keçicidir,  Ehkam  –  keçicidir,  Partiya  –  keçicidir,  Təşkilat  – 

keçicidir.  

İnam  əbədidir. 

Ata  İnamı... 

  Təlimdən artıq, İdeologiyadan artıq, Fəlsəfi sistemdən artıq. 



  Əbədi Olan. 

Köçəri Ay, 7-ci il. Bakı. 

 

RUHANİ  DƏYƏRLƏNMƏ 

Varlı – Vicdanlı, Qeyrətli, Qorxmaz, Müdrik. 

Yoxsul – Vicdansız, Qeyrətsiz, Qorxaq, Naşı. 



Günəş Ayı, 8-ci il. Bakı. 

 

SƏFƏR  YETKİNLİYİ 

1. Bənzərsizlik:  Məqsəd  bənzərsizliyi,  Məna  bənzərsizliyi,  Biçim 

bənzərsizliyi. 

2. Təmizlənmə: Mütləq Qorxmazlıq. 

3. Məharət: Dəqiq vaxt, Dəqiq yer, Dəqiq söz. 

4. Dəyanət:  Mütləq  səbr,  Mütləq  ardıcıllıq,  Mütləq  dözüm,  Mütləq 

usanmazlıq. 

5. Ləyaqət:  Mütləq  məsuliyyət  –  Ata  qarşısında,  Amal  qarşısında, 

Sabah qarşısında. 



Günəş Ayının 27-si, 8-ci il. Bakı. 

 

AMALLAŞMAQ! 

Təbii İnam azdır, Amal İnamına çatmaq gərəkdir, 

Təbii İdrak azdır, Amal İdrakına çatmaq gərəkdir, 

Təbii Mənəviyyat azdır, Amal Mənəviyyatına çatmaq gərəkdir, 

Təbii İradə azdır, Amal İradəsinə çatmaq gərəkdir. 



17 Murad günü, İşıq Ayı. 8-ci il. Bakı. 

 

TƏQİB  QİSMƏTİ 

Təzyiqdən sarsılmayan – Təzyiqi sarsıdır. 

Zora əyilməyən – Zoru əyir. 

Təhlükədən qorxmayan – Təhlükəni qorxudur. 

Təqib qisməti – Ruhani Ləyaqətdir. 

Günəş Ayı, 8-ci il. Bakı. 

 

 


 

102


XEYİR  İSTİQAMƏTİ 

Xalq Şərdən İmtina Müqəddəsliyinə hazırlanır. 

Xalq Şərdən imtina edir. 

Şər  “İnam”dan imtina edir. 

Şər  “İdrak”dan imtina edir. 

Şər  “Həyat”dan imtina edir. 

Mütləq İnama Yüksəlir. 

Ruhani İdraka Yüksəlir. 

Amala Yüksəlir. 

Xeyirə çatır.                       

                                                     5 Dözüm günü, Şölə Ayı.8-ci il. Bakı. 

 

DÖYÜŞMƏK – DÖYMƏK 

Özündəki yırtıcılıqla döyüşürsən – Həyatdakı yırtıcılığı döyürsən! 

Özündəki köləliklə döyüşürsən – Həyatdakı köləliyi döyürsən! 

Özündəki qorxaqlıqla döyüşürsən – Həyatdakı qorxunu döyürsən! 

Özündəki xudbinliklə döyüşürsən – Həyatdakı xudbinliyi döyürsən! 

Özünlə döyüşürsən – özgəni döyürsən! 



10 Ümid günü, Şölə Ayı. 8-ci il. Bakı.  

 

SƏFƏR  SÖZÜ 



(Evladlar üçün) 

Şəri İnam evindən qovun! 



İdrak evindən qovun! 

Mənəviyyat evindən qovun! 

İradə evindən qovun! 

II 


İnamın qapısını Şərin üzünə bağlayın! 

İdrakın qapısını Şərin üzünə bağlayın! 

Mənəviyyatın qapısını Şərin üzünə bağlayın! 

İradənin qapısını Şərin üzünə bağlayın! 

III 

İnamın qapısını Xeyirin üzünə açın! 



İdrakın qapısını Xeyirin üzünə açın! 

Mənəviyyatın qapısını Xeyirin üzünə açın! 

İradənin qapısını Xeyirin üzünə açın! 

IV 


İnam Evini Xeyir Nuruna qərq eləyin! 

İdrak Evini Xeyir Nuruna qərq eləyin! 

Mənəviyyat Evini Xeyir Nuruna qərq eləyin! 

İradə Evini Xeyir Nuruna qərq eləyin! 



13 Qismət günü, Şölə Ayı.8-ci il. Bakı.  

 

103


İQTİSADİ   AMİL 

İqtisadi  inkişaf  yalnız  İnsaniliyə    yəni  İnama,  İdraka,  Mənəviyyata, 

İradəyə xidmət etdiyi dərəcədə gərəklidir. 

İnsaniliyə ziyan vurduğu dərəcədə gərəksizdir. 

İqtisadi inkişafın məqsədi İnsanilikdir. 

İnsaniliyə zidd olan iqtisadi inkişaf – ruhani tənəzzüldür. 



27 Qismət günü, Şölə Ayı.8-ci il. Bakı.  

 

ÇEVRİLMƏLƏR 



I.  İctimai  çevriliş 

İnsaniyyətsizlik nəticəsində yaranır.  

İnsaniyyət  bayrağı  qaldırır,  ictimai  quruluşu  dəyişir  və  nəticədə  təzə 

İnsaniyyətsizlik yaradır. 

II.  Ruhani çevriliş 

Adamı İnsanlaşdırır, cəmiyyəti Ruhaniləşdirir, Həyatı Amallaşdırır. 

 

                                         III.Münasibətlər 

İctimai  çevriliş  Ruhani  çevrilişin  hissəsi,  başlanğıcı  ola  bilər,  ancaq 



İnsaniyyətin  təsdiqi  Ruhani  çevrilişlə  bağlıdır,  ictimai  çevriliş  olsa-

olsa vasitə rolunu oynaya bilər. 

8 Qismət günü, Şölə Ayı. 8-ci il. Bakı.  

 

TƏRƏQQİ   ƏSARƏTİ 

(Şərq  faciəsi) 

Avropanın məqsədi Avropalaşdırmaq idi, Şərqin məqsədi – tərəqqi. 



Nəticədə “tərəqqi əsarəti” yarandı. 

II 


Tərəqqi avropalaşmaya bərabər sayıldı. 

Şərq tərəqqi naminə özündən keçdi. 



Tərəqqiylə buxovlandı. 

III 


Avropa özündən güc aldı, Şərq Avropadan. 

Avropa gücləndi, Şərq gücsüzləşdi. 



Nəticədə...  “Avropa Şərqi” yarandı! 

IV 


“Ya Avropalaşmaq, ya gerilik” – Şərq başqa hikmət tanımadı. 

Özündə tərəqqi aramadı. 

Özündəki tərəqqiyə inanmadı. 

Özünü qoyub qaçdı. 



 

104


İndi  əsarətdən yapışır, Cəhalətdən yapışır, Xurafatdan yapışır, 

Özünü axtarır – tapmır! 

VI 


Şərq tərəqqisi yaranmalıdır! 

Şərq müstəqilliyi yaranmalıdır! 



Avropalaşan Şərq Şərqləşməlidir! 

27 Şölə Ayı, Qismət günü. 8-ci il. Bakı.  

 

RÜTBƏSİZLİK  LƏYAQƏTİ 

Rütbə əvəzinə Ləyaqət: 

İnam Ləyaqəti. 

Ədalət Ləyaqəti.  

Həqiqət Ləyaqəti. 

Mənəviyyat Ləyaqəti. 

 

İnamlılar Səlahiyyəti! 

Ədalətlilər Səlahiyyəti! 

Həqiqətlilər Səlahiyyəti! 

Mənəviyyatlılar Səlahiyyəti! 

 

MAHİYYƏT 

Asifçilik – Mütləqə İnam deməkdir. 

   Kamil İnsan deməkdir. 

   Ruhani Cəmiyyət deməkdir. 

   Müstəqil Xalq deməkdir. 

   Özümləşən Şərq deməkdir. 

   Ləyaqətli Bəşər deməkdir. 

 

ŞƏRQLƏŞMƏ  ZƏRURİYYƏTİ 

Şər Azərbaycan vasitəsilə Şərqə iki güclü Zərbə endirir: 



Azərbaycanın  Şərqi  Mahiyyətini  öldürməyə  çalışır,  Azərbaycan 

“nümunəsiylə” Şərqə Şərlik yayır. 



Azərbaycanın Üstünü Şərqi Suvayırlar. 

İçərisini Şərqdən gizləyirlər. 



Şərqlilər Şərlə – İslam bayrağı altında döyüşürlər. 



Şəri Şərlə öldürmək istəyirlər. 

Başqa əlac tapmırlar. 

Şəri öldürmək üçün ölürlər. 

 

105


Şərq   Mütləqə İnam Bayrağına sarılmalıdır! 

Kamil İnsan Bayrağına sarılmalıdır! 

Ruhani Cəmiyyət Bayrağına sarılmalıdır! 

Müstəqil Xalq Bayrağına sarılmalıdır! 

Ləyaqətli Bəşər Bayrağına sarılmalıdır! 

Şərq – Şərqləşməlidir! 

 

MÜASİR TÜRKİYƏ 

Milli Qürurunu saxlayıb, 

Milli Dilini saxlayıb, 

Milli Dövlətini saxlayıb,  

Amalını bizdən almalıdır! 

 

QƏRB  ƏSARƏTİ 

Şərq  Qərbləşdikcə  əsarətləşir.  Qərbi  Təqlid  etdikcə  Qərb  əsarətinə 

düşür. 


Qərb əsarətindən qurtarmaq üçün Şərqləşmək gərəkdir! 

 

İSLAM  FƏLAKƏTİ 

İslam  Qəzavü-Qədər  Cəhaləti  yaradır.  İnsana  İnamı  sarsıdır,    İnsanı 

kölələşdirir. 

İslam  “o  dünya”,  Cənnət-Cəhənnəm  Xurafatı  yaradır,  huri-pəri 

şəhvətiylə İnsanı şirnikdirir, Mənən alçaldır. 

İslam tarixdə Xəlifəlik Şəri yaratdı. 

Babəklərin Qanlı Qatili kimi tanındı. 



İslamla Şərq Şərdən aralanmaz, Bir Şərdən Başqa Şərə düşər. 

Özünün  ilk  dövründə  İslam  Bütpərəstlik  zəncirini  qırdı,  Ərəbləri 

birləşdirdi,  Müqəddəsliyin  Ləyaqətini  qorumağa  çalışdı.  Sonralar  Şərq 

Mədəniyyətinin inkişafında müəyyən rol oynadısa da, Şərq ən çox İslama 

qarşı çıxan təriqətlərə (xüsusilə Sufizmə) borcludur. Bu gün İslam Şərqin 

Müstəqilliyini  yox,  Geriliyini  təsdiq  edə  bilər  və  son  nəticədə  Şərə 

yarayar, Xeyirə yaramaz! 



İslama qarşı durmalıyıq! 

5 Murad günü, Od Ayı. 8-ci il. Bakı. 

 

VAHİD  AZƏRBAYCAN  SABAHI 



Birləşmək üçün Müstəqilləşmək gərəkdir! 

Şərdən ayrılmaq, Özümləşmək, Bütövləşmək! 

 

 


 

106


DAXİLİ   İŞIQ 

(Xalqlararası Münasibət) 

1. Daxili Tərəqqi İmkanlarından Tam, Hərtərəfli Bəhrələnmək. 

2. Heç  bir  Özgə  Yeniliyini,  Müəssisəsini,  Maddi,  Mədəni,  İctimai 

hadisəni  Təqlid  etməmək,  Köçürməmək  –  Zəruri,  Təbii,  Üzvi  Şəkildə 

Mənimsəmək, yəni öz Daxili Varlığında Əritmək, Yaşatmaq. 

3. Tərəqqini,  İnkişafı  heç  bir  Xalqdan  almamaq,  Öz  Gücüylə 

Qazanmaq. 

4. Tərəqqi,  İnkişaf  naminə  Müstəqillikdən  Keçməmək,  Siyasi  Azadlığı 

Məqsəd, Maddi Təkamülü Vasitə saymaq, Öz Daxili İşığıyla İşıqlanmaq! 

6 İnam günü, Od Ayı.8-ci il. Bakı.  

 

QARŞILIQLI  TƏSİR  QANUNU 

Mənimsəmək  Ehtiyacın  olduğu  dərəcədə  Mənimsənilmək  İmkanın  da 

olmalıdır. Yoxsa əsarətə düşərsən, Özgədən Asılı qalarsan, Müstəqilliyini 

itirərsən! 

Mənimsənilmək İmkanın Yoxsa – Mənimsəmə! 

 

MÜASİR  RƏSMİ  HƏYAT 

Nə Şərqi, nə Qərbi – Şərli! 

7 Arzu günü, Od Ayı. 8-ci il. Bakı.  

 

BİRLİK  AZADLIĞI 

Azad şəkildə Birləşmək – Birlik vasitəsiylə Azad olmaq! 

Azad şəkildə Bir İnanmaq – Bir İnam əsasında Azad İnanmaq! 

Azad şəkildə Bir Düşünmək – Bir İdrak əsasında Azad Düşünmək! 

Azad şəkildə Bir Duymaq – Bir Mənəviyyat əsasında Azad Duymaq! 

Azad  şəkildə  Bir  hərəkət  etmək  –  Bir  İradə  əsasında  Azad  hərəkət 

etmək! 


Bir olmaq – Azad olmaq! 

 

YALANA  İNANMAMAQ  İNAMI! 

Şər İnam olmur, Şər Yalan olur. 

Yalana İnam yaradırlar. 

Yalana İnanmamaq İnamı yaradırıq! 

 

DƏYİŞKƏNLİK SABİTLİYİ 

Özümlük əsasında Dəyişkənlik. 



Özgəlik əsasında Dəyişkənlik. 

                Birincidə Tərəqqi yaranır, ikincidə – Təqlid. 



 

107


Dəyişkənlik əsasında Sabitlik. 

Dəyişməzlik əsasında Sabitlik. 

Birincidə Ənənə yaranır, ikincidə – Ehkam. 

İnkişaf əsasında Bütövlük. 



Ətalət əsasında Bütövlük. 

Birincidə – Birlik yaranır, ikincidə – Müstəbidlik. 

Mahiyyət Dəyişmir, Təzahür Dəyişməz qalmır. 



Təzahür Mahiyyətə çatmaq üçün daim Dəyişir. 

 

ÖZÜMLÜK HƏMİŞƏLİYİ 

Özümlüyə qarşı Özgəlik – Ölümdür. 

Sabitliyə qarşı Dəyişkənlik – Ölümdür. 

 

Özün olmursansa – Yox olursan. 



Sabitsizliyin – Sahibsizliyindir! 

 

Özün kimi Dəyiş! 

Dəyiş, ancaq Özün olaraq qal. 

Özümlüyün – Özgədən Fərqin. 

Sabitliyin – Həmişəliyin! 

 

 



DOĞMALIQ – YADLIQ 

1.  


Xalqlar bir-birinə Doğmadır. 

Çünki Bəşəri Mahiyyətləri Birdir. 

Xalqlar bir-birinə Yaddır. 

Çünki Təzahürləri müxtəlifdir. 

Xalqlar bir-birinə Doğmadır. 

Çünki İnsani Qismətləri Birdir. 

Xalqlar bir-birinə Yaddır. 

Çünki Tarixi Aqibətləri müxtəlifdir. 

 

Xalqlar bir-birinə Doğmadır. 



Çünki Dostluğa, Həmdəmliyə meyillidirlər. 

Xalqlar bir-birinə Yaddır. 

Çünki Hakimliyə, Fatehliyə meyillidirlər. 

 


 

108


2. 

“Bir”,  “Vahid”,  “Qeyri-Xəlqi”  Bəşər  yaratmaq  vasitəsiylə  “Doğmalığa” 

nail olmaq – Bəşəriliyə zidd cəhddir. Çünki Təzahür zənginliyi olmayan 

yerdə  Mahiyyət  Bütövlüyü  yoxdur.  Məqsəd  –  Müxtəlif  Təzahürləri 

Mahiyyətə Layiq Səviyyəyə qaldırmaqdır.  

Xalqlar İnsanlıq səviyyəsinə yüksəlməlidir.  

Xalqlar – İnsanlaşdıqca Doğmalaşacaq!  

Xəlqi Fərqlər Yadlığa yox, Doğmalığa xidmət edəcək! 

Xalqları  itirmək  yoluyla  Bəşəri  Doğmalıq  yaratmaq  –  əslində 

bəşəriliyin azalması, yadlığın artması deməkdir! 

Bəşəri  Doğmalıq  Xəlqi  Özümlüyün  İnsani  səviyyədə  İnkişafını 

tələb edir.  

Xəlqi  Özümlüyün  ləğvi,  məhvi,  aradan  qaldırılması  yox,  İnsanilik 

səviyyəsinə yüksəlməsi gərəkdir! 

Xalqların bir-birinə Mənəvi yaxınlığı onların fərqli Xüsusiyyətlərini 

aradan qaldırmır, həmin bənzərsizliyi İnsani səviyyəyə Yüksəldir.  

Bir  Xalq  Başqa  Xalqa  bənzəmir,  ancaq  bu  bənzərsizlik 

Düşmənçilik  yaratmır,  Dostluq  yaradır,  çünki  o,  İnsaniliyi  təsdiq 

edən Fərqdir, İnkar edən Fərq deyil! 

Bir Xalqdan, yaxud bir neçə Böyük Xalqlardan ibarət olacaq Bəşər 

ideyası – Bəşərə zidd ideyadır.  

Xəlqi Zənginlik  bahasına  yaranan  Bəşəri  Vəhdət  –  əslində  Bəşəri 

Fəlakət deməkdir! 

Müxtəlif, Zəngin,  Rəngarəng Xalqlar  Doğmalığı:  – Bəşəri  Yadlığın 

ölümü bundadır! 

 

MÜLKİYYƏT – ƏMƏKÇİ – İSTİSMAR 

1. 

“Xüsusi  mülkiyyət  istismar  yaradır,  bu  səbəbdən  də  onu  ictimai 



mülkiyyətlə əvəz etmək lazımdır” – deyirlər. 

Xüsusi  Mülkiyyət  xüsusi  vəziyyətdə  (kapitalist,  mülkədar  sahibliyində) 

istismar yaradır.  

Həmin xüsusi vəziyyəti ləğv edib xüsusi mülkiyyəti saxlamaq lazımdır.  



Əks təqdirdə İctimai Mülkiyyət İstismarı peyda olur. 

2. 


“Xüsusi İstismar” olduğu kimi, “Ümumi İstismar” da var.  

Xüsusi  İstismarda  Əməkçi  zəhmətinin  bəhrəsini  Xüsusi  Şəxs  – 

Kapitalist, Mülkədar mənimsəyir.  

Ümumi  İstismarda  Əməkçi  Zəhmətini  İctimai  Qüvvə    Dövlət 

mənimsəyir. 

8 Ümid günü, Od Ayı, 8-ci. 


 

109


MİLLƏTLƏŞMƏ – BƏŞƏRLƏŞMƏ 

1. 


Bəşər Xalqlara, Millətlərə bölünməliydi ki, heyvanilikdən ayrılsın! 

Bəşər Xalqlardan, Millətlərdən ayrılsa – heyvaniləşər! 

2. 

Millətçi olmadan – Bəşərçi olmazsan! 



Bəşərin Millət səviyyəsini sevməsən – Onun yarımvəhşi, sürü – əslində 

qeyri-bəşəri səviyyəsini sevməli olarsan! 

3. 

“Millətçi” sözündə Qəbahət yoxdur – Ləyaqət var! 



Bəşərin  Millət  Səviyyəsinin  –  yəni  Yarımvəhşilikdən,  Sürülükdən 

ayrılmaq səviyyəsinin Təsdiqi var! 

4. 

Millətlər arasında Ədavətlə Millətçiliyi qəsdən eyniləşdirirlər.  



Millətçilik – Milli Yağılıq Çağırışı yox, Milli Vəhdət Tələbidir! 

Milli  Vəhdət  naminə  Mübarizə    Zəruri  hadisədir,  ancaq  Fatehlik, 

Qəsbkarlıq, Milli Nifaq Millətçiliyin Bəşəri Məzmununa Yaddır! 

5. 


Millətçi anlayışını Əsarətçilər gözdən salıb! 

Çünki Milli vəhdət İdeyası Əsarətçiliyin Yağısıdır! 

Çünki Milli Vəhdət bərqərar olanda Əsarətçilik ölür. 

6. 


Evlad Millətçi adıyla öyünür! 

 

SİNFİ  MÜBARİZƏ  ƏFSANƏSİ 



Sinfi Mübarizə Yoxdur! 

Xalqın  Ədalət  və  Azadlıq  naminə,  Zülm  və  Köləlik  Əleyhinə 

Döyüşü  var  və  ayrı-ayrı  Şəxslərin,  Qrupların  Sinfi  Mübarizə  pərdəsi 

altında hakimiyyət uğrunda Davası var. 

 

SİNFİ  BAXIŞ YALANI 

Sinfi Baxış yoxdur! 

Bu  və  ya  digər  Şəxsin,  Qrupun,  Dövlətin  Hakimiyyətini  təsdiq  edən 

(yaxud  təsdiq  etməyə  çalışan)  Hakim  (yaxud  hakim  olmağa  can  atan) 

Baxış var ki, Həqiqətlə qanlıbıçaqdır. 

 

OLMAYANLAR 

1. 


Sinfi  İdeoloğiya olmayıb! 

Ümumbəşəri  Məqsədli  İdeologiya  olub  ki,  onu  Dövlət,  Şəxs,  Qrup  öz 

mənafeyinə tabe etməyə çalışıb. 


 

110


2. 

Burjua İnqilabı olmayıb! 

“Azadlıq, Bərabərlik, Qardaşlıq” İnqilabı olub ki, onun bəhrəsini Burjua 

götürüb. 

3. 


Fəhlə-Kəndli hakimiyyəti olmayıb! 

İctimai  çevriliş  nəticəsində  Mülkiyyət  Dövlətləşib,  cəmiyyətdə  Partiya 

hökmranlığı bərqərar olub. 

9 Dözüm günü, Od Ayı, 8-ci il. Bakı.  

 

YENİLİK TƏBİİLİYİ 

1. 

Yenilik Xalqın Daxilində Ağac kimi Bitməlidir. 



Yenilik Xalqın Ağacında Yetişməlidir. 

2. 


Xalqın Daxilində Bitməyən nə varsa – Sünidir. 

Xalq Ağacında Yetişməyən nə varsa – Sünidir. 

3. 

Kökündən Dəyişən Xalq – Süni Xalqdır. 

Kökündən Qoparılan Ağac – Quruyur. 

4. 


Ənənə – Daim Yeniləşən. 

Yenilik – Ənənənin Davamı. 

 

RUHANİ  CƏMİYYƏT 

1. Heç bir Maddi, İctimai İmtiyaza malik olmayan Başçı. 

2. Fərdi  Özünüidarə  Səlahiyyəti.  (Müstəqil  İnam,  Müstəqil  İdrak, 

Müstəqil Mənəviyyat, Müstəqil İradə). 



3. Əməkçi Mülkiyyəti (Kəndli Mülkiyyəti, Fəhlələr Mülkiyyəti). 

4. İnsanlaşma, İnsanlaşdırma Məqsədi. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə