Uot 004. 65: 006. 72: 80 Əliquliyev R. M. 1, Qurbanova Ə. M



Yüklə 60,2 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü60,2 Kb.
#9762

UOT 004.65:006.72:80 

Əliquliyev R.M.

1

, Qurbanova Ə.M.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

1

rasim@science.az, 



2

afruz@iit.ab.az 



AZƏRBAYCAN TERMİNOLOJİ İNFORMASİYA SİSTEMİNİN 

YARADILMASININ KONSEPTUAL ƏSASLARI 

Məqalədə Azərbaycanda və dünyada terminologiya fəaliyyətinin tarixi haqqında qısa məlumat  

verilmiş, bu sahədə beynəlxalq standartlar və bir sıra beynəlxalq terminologiya mərkəzlərinin 

fəaliyyəti araşdırılmışdır.  İnformasiya-kommunikasiya texnologiyalarının imkanları  nəzərə 

alınmaqla Azərbaycan terminoloji informasiya sisteminin konseptual modeli  təklif edilmiş, 

sistemin yaratdığı imkanlar təhlil edilmişdir.  

Açar sözlər:  terminologiya, terminoqrafiya, terminlərin harmonikləşdirilməsi, terminlər bankı, 

verilənlərin intellektual analizi texnologiyası, terminlərin təsnifatı.  

Giriş 

Formalaşmaqda olan informasiya cəmiyyəti dövründə yeni biliklərin  əldə olunması  və 

sürətlə artması, yeni fəaliyyət sahələrinin meydana gəlməsi və inkişafı müasir dillərdə 

terminlərin rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Elm və texnikanın müxtəlif sahələrində əldə 

olunan nailiyyətlər, yeniliklər yeni terminlərin meydana gəlməsinə zəmin yaradır. Ümumiyyətlə, 

bütün dövrlərdə elm və texnikanın müxtəlif sahələrində baş verən dəyişikliklər, yeniliklər dilin 

lüğət tərkibinin terminoloji qatında üzə  çıxır. Bu qatın zənginləşməsi və sistemləşdirilməsi işi 

dilin  ən zəruri proseslərindən biri kimi daim diqqət mərkəzindədir.  İstənilən elmi sahənin 

inkişafını  həmin sahənin terminoloji bazasının zənginləşmə  səviyyəsi xarakterizə edir. Elm və 

texnikanın müxtəlif sahələrinə aid terminlərin sistemləşdirilməsində terminoloji lüğətlərin 

mühüm rolu vardır. 

Azərbaycanda terminologiyanın təşəkkülü VI-VII əsrlərə  təsadüf edir. Həmin dövrlərdən 

başlayaraq müəyyən inkişaf yolu keçən terminologiya fəaliyyəti istiqamətində XIX əsrin 20-ci 

illərindən başlayaraq əməli addımlar atılır. Belə ki, 1922-ci ildə Azərbaycan Xalq Komissarları 

Şurası yanında İstilah Komissiyası təşkil olunub və hal-hazırda AMEA Rəyasət Heyəti yanında 

Terminologiya Komissiyası  (TK)  kimi  fəaliyyətini davam etdirir. Həmin vaxtdan etibarən TK 

elmin və texnikanın müxtəlif sahələrinə aid nəşr olunan terminoloji lüğətlərə  nəzarəti həyata 

keçirir [1]. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk terminoloji lüğətin nəşri TK-nın yaradıldığı ilə 

təsadüf edir və bu günədək təxminən 300-dən artıq terminoloji lüğət nəşr olunmuşdur. Müxtəlif 

sahələrdə çalışan mütəxəssislərin terminologiya ehtiyacını ödəmək baxımından terminoloji 

lüğətlər çox əhəmiyyətlidir. Bu isə elmin və texnikanın müxtəlif sahələrinə aid terminoloji 

lüğətlərin vahid mərkəzə toplanmasını, əlyetərliyinin təmin olunmasını zəruri edir. 

Ümumiyyətlə, dünyada terminşünaslıq bir elm sahəsi kimi XX əsrin əvvəllərindən inkişaf 

etməyə başlayıb. Ötən  əsrin 70-ci illərində bu sahədə aparılan tədqiqatlar və görülən işlər 

sistemləşdirilməyə və terminologiyaya aid  məqalələr nəşr olunmağa başlanılıb [2]. 

Dünyada ilk Terminologiya Mərkəzi keçən  əsrin 30-cu illərində Viezelburqda (Avstriya) 

yaradılmış və ümumi terminologiya nəzəriyyəsinin banisi Eygen Vyuster bu mərkəzə rəhbərlik 

etmişdir. Həmin Terminologiya Mərkəzi YUNESKO və digər beynəlxalq təşkilatların layihələri 

ilə  məşğul olmuş  və dünyanın bu sahədə  fəaliyyət göstərən tanınmış ekspertləri ilə  əlaqə 

yaratmışdır.

 

E.Vyuster 1951-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatının "Terminologiya 



(prinsiplər və koordinasiya)" katibliyini təsis etmişdir. Hal-hazırda bu mərkəz, Vyuster Arxivinə 

çevrilən kitabxana kimi, Vyana Universitetinin Elmi Nəzəriyyə Arxivinin bir hissəsidir. 

1971-ci ildə YUNESKO və Elmi Əlaqələr üzrə Beynəlxalq Komitə    Beynəlxalq elm 

informasiya sisteminin (World Science Informational System) yaradılması layihəsinin elan 

edildiyi ölkələrin konfransını keçirmişdir. E.Vyusterin rəhbərliyi altında həyata keçirilən bu 

layihə standartlaşmış terminlərdən istifadə edən çoxdilli terminoloji sistemdir. Həmin il 



Terminologiya üzrə Beynəlxalq  İnformasiya Mərkəzi – İnfoterm  (International Information 

Cеntre for Terminology) yaradılmışdır [3]. 

Dünyada terminologiya sahəsində  əməkdaşlığın  əlaqələndirilməsi və  dəstəklənməsi 

məqsədilə yaradılan  İnfoterm 1977-ci ildən başlayaraq dil üzrə simpoziumlar təşkil edir, 

terminologiya sahəsində mühüm layihələr və proqramlar həyata keçirir. İnfoterm qlobal çoxdilli 

bilik cəmiyyətində biliyin ötürülməsi və informasiya təminatının həyata keçirilməsi məqsədilə 

yeni terminoloji mərkəzlərin və şəbəkələrin yaradılması ideyasını irəli sürür və dəstəkləyir. 

1976-cı ildə  İnfoterm “Terminologiyanın  şəbəkədə inkişafı” adlanan tədqiqata cəlb 

olunmuş  və  nəticədə  TermNet (Terminologiya üzrə Beynəlxalq  Şəbəkə) təşkil olunmuşdur. 



TermNet 1988-ci ildə qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçib.  Bu şəbəkənin 

hazırda  40-dan çox üzvü var [4]. 

Terminologiyanın problemləri müxtəlif bilik və  fəaliyyət sahələrinin mütəxəssisləri 

arasında böyük maraq doğurur. Sistemləşdirilmiş və yaxşı inkişaf etmiş terminologiya olmadan 

elmin tərəqqisi mümkün deyil. Bu səbəbdən terminoloji fəaliyyətin  əsasını  təşkil edən 

terminologiya yaradıcılığı  və menecmenti işinin düzgün qurulması çox vacibdir. Dünya 

təcrübəsində terminologiya fəaliyyəti aşağıdakı mərhələlərə ayrılır:  

 



elm və texnikanın anlayışlarının terminləşdirilməsi (ayrı-ayrı bilik sahələrinin 

terminlərindən ibarət sistem qurulur və onların adlandırılması üçün daha 

məqsədəuyğun leksik vahidlər seçilir);

 



 

müəyyən dildə terminlərin istifadəsinin normallaşdırılması (hər bir bilik sahəsində yeni 

terminlərin yaradılması üçün tövsiyə, rəy tərtib edilir); 

 



müəyyən sahəyə aid olan terminoloji lüğətlərin - birdilli izahlı, ikidilli tərcümə 

lüğətlərinin hazırlanması; 

 

terminoloji sistemlərin milli və beynəlxalq səviyyədə standartlaşdırılması. 



Dünya təcrübəsi göstərir ki, terminoloji sistemlərin milli və beynəlxalq səviyyədə 

standartlaşdırılması  zəruridir, çünki eyni sözlərlə ifadə edilən anlayışların həcmi müxtəlif 

dillərdə üst-üstə düşmür. Məsələn, ingilis dilində “technology” sözünə rus dilində “texnologiya” 

deyil, “texnika” uyğundur və s. [5].  

Terminologiya üzrə beynəlxalq standartın qəbul edilməsi  ənənəvi milli sistemdən imtina 

etmək demək deyil. Beynəlxalq standartlaşdırma, hər  şeydən  əvvəl, ana dili və xarici dillərin 

terminlərinin dəqiq şərhinin və birmənalı uyğunluğunun müəyyən edilməsidir.  

Ümumiyyətlə, iki tip standart mövcuddur - “sərt” (yerinə yetirilməsi məcburi olan) 

standartlar və “yumşaq” standartlar və ya tövsiyələr. Terminoloji standartlar ikinci tipə aid edilir, 

belə ki, bir terminin yerinə onun peşəkar danışıq dilində olan əvəzedicisi (sinonimi) işlədilərsə, 

həmin terminin mənası dəyişməz.  

Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/TC 37  (Terminologiya və digər dil və 

məzmun resursları) Texniki Komitəsinin altkomitələrində (TC37/SC1, TC37/SC2, TC37/SC2, 

TC37/SC4) və ISO/TC 237 Layihə Komitəsində  aşağıdakı sahələr üzrə standartlar işlənib 

hazırlanır: 

 



terminoloji prinsip və metodlar; 

 



anlayış və terminlərin beynəlxalq unifikasiyası; 

 



terminoloji fəaliyyət (nəzəri və tətbiqi); 

 



dillərin adlarının təqdimatı üçün kodların işlənməsi; 

 



lüğətlərdə məqalələrin təqdimatına dair tələb, tövsiyə və informasiya; 

 



beynəlxalq terminoqrafik standartların hazırlanması və layihələndirilməsi; 

 



latın qrafikasında təqdim olunan çoxdilli terminoloji və leksikoloji verilənlərin  əlifba 

üzrə ardıcıllığı; 

 

tərcüməyönümlü terminoqrafiya; 



 

terminoloji məhsul və xidmətlər üzrə ümumi icmal və tövsiyə; 



 

terminologiyada tətbiqi hesablama sistemləri – verilənlərin kateqoriyaları; 



 

terminologiyanın idarə edilməsi sistemlərinin işlənib hazırlanması, tətbiqi və dəstəyi; 



 

dil resursları ilə idarəetmə strukturunun təqdimatı; 



3-8 

 

və s.  



Bu komitələrdə  həm də terminoloji standartların nəşri, sərgisi, təqdimatı ilə bağlı 

standartlar, həmçinin lüğətlər və statistikanın aparılması üçün normativ qaydalar işlənilir [6]. 

Hal-hazırda 60 ölkədə standartlaşdırma ilə bağlı minlərlə ekspertin cəlb olunduğu müvafiq 

komitələr mövcuddur. 

Terminoloji fəaliyyətin  əsas istiqamətlərindən biri terminoloji bankların yaradılmasıdır. 

Müxtəlif ölkələrin terminoloji bankları  tərəfindən xidmət göstərilən “Euronet” (European 



İnformation Network) informasiya şəbəkəsi məhz bu məqsədlə yaradılıb. Buraya həmçinin 

biblioqrafiyanın tərtib edilməsi və informasiya mübadiləsi də daxildir. 

Hələ XX əsrin 60-cı illərində E.Vyuster kompyuteri lüğətlərin tərtib olunması, 

terminoqrafiya işləri, tərcümə ekvivalentlərinin təqdim edilməsi, eləcə də terminologiya işlərinin 

koordinasiyası  məqsədilə axtarış aparmaq və yaddaş üçün əvəzsiz vasitə hesab edirdi. Müasir 

dövrdə lüğətlərin tərtib edilməsində  və termin banklarının yaradılmasında müxtəlif proqram 

vasitələrindən istifadə olunur [7]. 

Terminoloji fəaliyyətin  əsas istiqamətlərindən biri də terminoloji verilənlər bazasının 

(TVB) yaradılmasıdır ki, bu da elmi, texniki, iqtisadi və digər terminlərin sayının çoxalması və 

böyük həcmli terminoloji informasiyanın əl ilə işlənməsinin qeyri-mümkünlüyü ilə bağlıdır [8]. 

TVB-nin yaradılması informasiyanın işlənməsinə  əmək sərfini aşağı salır,  informasiyanın 

işlənməsi və ötürülməsi vaxtını azaldır və  işin keyfiyyətini yüksəldir. Mütəxəssisləri və elmi 

işçiləri terminologiyanın normativ sənədləri ilə təmin etmək bu sahədə əsas yeri tutur. 

Məhz terminoloji informasiya və sənədlərin toplanması, yadda saxlanması və ötürülməsinə 

tələbat müxtəlif ölkələrdə çoxsaylı TVB-nin yaradılmasına səbəb oldu.  TVB-də terminin mənası 

təfərrüatı ilə göstərilir, yəni ona aydınlıq gətirilir, digər dillərdə terminin ekvivalentləri, qısa 

formaları göstərilir, terminin hansı  sənədlə (məs:, milli və ya beynəlxalq standartla) təsdiq 

olunduğu haqda məlumat verilir. 

Yaradılma məqsədinə görə TVB-ni iki qrupa bölmək olar: 

 



elmi-texniki ədəbiyyatın və sənədlərin tərcüməsi işinə yönəlmiş TVB; 

 



standartlaşdırılmış  və tövsiyə edilmiş terminologiya haqqında informasiya ilə  təminat 

üçün təyin edilmiş TVB. 

Dünyada terminologiya fəaliyyətinə istər nəzəri, istərsə də praktiki cəhətdən böyük diqqət 

ayrılır. Çünki elmi, texniki və iqtisadi fəaliyyətin müvəffəqiyyəti dəqiq işlənmiş 

terminologiyadan çox asılıdır.  

Beləliklə, Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyət, dilin qorunması  və 

inkişafına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarının 

genişlənməsi və bütün sahələrə nüfuz etməsi, digər tərəfdən, dünyada bu sahəyə böyük diqqətin 

ayrılması, terminologiya fəaliyyəti ilə məşğul olan bir sıra beynəlxalq mərkəzlərin yaradılması, 

bu sahədə beynəlxalq standartların işlənməsi, terminoloji bankların, verilənlər bazalarının 

yaradılması və s. terminoloji fəaliyyətin inkişaf perspektivlərini ortaya çıxarır, Azərbaycanda da      

İKT-nin imkanlarından istifadə etməklə terminoloji informasiya sisteminin işlənməsini  

zəruri edir. 

Azərbaycan terminoloji informasiya sisteminin konseptual modeli 

Təklif olunan Azərbaycan terminoloji informasiya sisteminin konseptual modelinə əsasən, (Şəkil 

1) elmin və texnikanın müxtəlif sahələri üzrə hazırlanan terminoloji lüğətlər, eləcə  də, bu 

günədək ərəb, kiril və latın qrafikasında nəşr olunan, şəxsi və ictimai kitabxanalarda olan bütün 

mövcud terminoloji lüğətlər toplanaraq TK-ya təqdim olunur. TK-ya təqdim olunan bütün 

terminoloji lüğətlər elmi istiqamətlər üzrə ekspertlər tərəfindən linqvistik ekspertizadan 

keçirilərək rəqəmləşdirilir və məlumat bazasına daxil edilir. 


  

 

Şəkil 1. Azərbaycan terminoloji informasiya sisteminin konseptual modeli 



 

Məlumdur ki, elmin və texnikanın müxtəlif sahələrinin inkişafı,  bu sahələrdə əldə olunan 

nailiyyətlər, yeniliklər həmin sahələrə aid yeni terminlərin yaranmasına zəmin yaradır. Bunun 

nəticəsi olaraq dilimizə yeni terminlər daxil olur. Terminoqraflar tərəfindən yeni terminlər dilin 

qaydalarına uyğunlaşdırılaraq linqvistik ekspertizadan keçirilir və məlumat bazasına daxil edilir. 

Terminoloji məlumat bazasına daxil edilən terminlərin Terminologiya üzrə Beynəlxalq 

İnformasiya Mərkəzi və Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uyğunlaşdırılması 

üçün TK-nın bu təşkilatlarla ikitərəfli əməkdaşlıq etməsi məqsədəuyğundur. Digər tərəfdən, TK-

nın terminologiya sahəsində milli və beynəlxalq standartların qəbul edilməsi, terminlərin bir-

birinə uyğunlaşdırılması, harmonikləşdirilməsi üzrə  işləri müvafiq dövlət qurumları ilə birgə 

həyata keçirməsi məqsədəuyğundur. 

Bütün mövcud terminoloji lüğətlər terminoloji informasiya bazasına daxil edildikdən sonra 

onların hər kəs üçün əlyetərliliyini təmin etmək, elmin və texnikanın müxtəlif sahələrində 

çalışanlara gündəlik işlərində rastlaşdıqları terminlərin izahını asanlıqla  əldə etməyə yardımçı 

olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini cəlb etmək məqsədi ilə 

veb-portalın yaradılması zəruridir.  

Azərbaycan terminoloji informasiya sisteminin Beynəlxalq Terminologiya Şəbəkəsi olan 

TermNet-ə qoşulması nəzərdə tutulur, bu da dillərarası terminoloji lüğətlərin hazırlanması işini 

avtomatlaşdırmağa, həmçinin Azərbaycan dilindən başqa dillərə keçən terminləri aşkarlamağa 

imkan verəcəkdir. 


Azərbaycan terminoloji informasiya sisteminin imkanları 

Terminoloji informasiya sisteminin yaradılması Azərbaycanda terminologiya sahəsində 

səmərəli elmi araşdırmaların aparılması üçün geniş imkanlar yaradır. Belə ki, bu sistem: 

 



terminoloji informasiya bazasına daxil edilən terminlərin statistikası, dinamikası, 

ekspertizası işlərini həyata keçirməyə; 

 

terminlərin qəbul olunmasına görə bilik sahələrinin reytinqini təyin etməyə; 



 

müəlliflik hüquqlarının qorunmasını  təmin etməyə  və bununla da, ən çox kim, hansı 



kollektiv tərəfindən termin yaradılmasını təyin etməyə; 

 



iki və çoxdilli terminoloji lüğətlərin hazırlanmasını avtomatlaşdırmağa; 

 



terminlərin omonim, sinonim və s. üzrə təsnifatına imkan yaradacaqdır.  

Terminologiya sahəsində elektron informasiya mühitinin formalaşması türkdilli  ölkələr 

arasında terminlərin unifikasiyası üçün də geniş imkanlar yaradır. 

Belə bir sistemin yaradılması ilə  Data Mining – verilənlərin intellektual analizi 

texnologiyasının imkanlarından istifadə etməklə biliklərarası, sahələrarası, fənlərarası  və s. 

münasibətlərin yeni tendensiyalarının əldə edilməsi mümkün olacaq. Belə ki, elmi sahələrarası, 

fənlərarası terminoloji çoxluqların 2-2, 3-3 və s. kəsişmələrini, beləliklə  də, elmi sahələrin, 

fənlərin yaxınlıq səviyyəsini müəyyənləşdirmək və s. mümkün olacaq. Məsələn, riyaziyyat-

fizika, riyaziyyat-fizika-kimya və s. sahələrin terminoloji çoxluqlarının kəsişməsini 

müəyyənləşdirməklə həmin sahələrin ortaq terminlərini, yaxınlıq səviyyəsini müəyyənləşdirmək 

mümkün olacaq. Terminoloji çoxluqların kəsişmələrinin dinamikasını izləməklə  fənlərarası 

differensasiya və ya inteqrasiya proseslərinin  necə getdiyini müəyyən etmək olar. 

Analoji qayda ilə türkdilli ölkələrin dillərarası (Azərbaycan-türk, Azərbaycan-türk-özbək 

və s.) terminoloji çoxluqlarının kəsişmələrinə, bu kəsişmələrin dinamikasına, bu dillərdəki 

fənlərarası kəsişmələrə (türk – riyaziyyat) və (Azərb. – riyaziyyat) və s.), onların dinamikasına 

baxmaq mümkündür. 

Belə bir sistemin yaradılması terminlərin çoxsəviyyəli (bütün bilik sahələri, bilik sahəsi 

daxili, istiqamətlər, alt istiqamətlər və s. üzrə) təsnifatına imkan verəcək.  

Terminoloji informasiya sistemində xüsusi proqram təminatının köməyi ilə terminlərin 

düzgün yazılışına nəzarət etmək mümkün olacaq. 

Təklif edilən yeni informasiya sisteminin köməyi ilə terminoloji reyestrdə olan sözlərin 

azərbaycandilli informasiya fəzasında işlənmə  səviyyəsini qiymətləndirmək, hər hansı bir 

terminin elektron informasiya resurslarında (KİV, veb-sayt və s.) istifadə olunma tezliyini, 

bununla da, terminin arxaik və ya çox işlək olmasını müəyyənləşdirmək olar. 

Sistemin yaratdığı imkanlardan biri də xarici dillərdə olan mətnin Azərbaycan dilinə 

tərcüməsi prosesində rast gəlinən terminlərin milli  terminlərə birqiymətli tərcüməsini 

asanlaşdırması ilə bağlıdır. Bu isə ölkələrarası, beynəlxalq statuslu sənədlərin Azərbaycan dilinə 

çevrilməsində  və s. bu kimi işlərdə mühüm əhəmiyyətə malikdir. 

Yaradılacaq sistemin köməyi ilə sistemə edilən müraciətlərin statistika və dinamikasını, 

həmin istifadəçilərin coğrafiyasını müəyyənləşdirmək mümkündür.  

Artıq Azərbaycan terminoloji informasiya sisteminin reallaşdırılması istiqamətində 

“Azərbaycan terminləri” veb-portalı yaradılmış və portalda terminoloji verilənlər bazasına elmin 

və texnikanın müxtəlif sahələrini  əhatə edən təxminən 25 000-ə yaxın termin daxil edilmişdir. 

Veb-portal açıq arxitektura və axtarış imkanlarına malikdir, onu daim inkişaf etdirmək 

imkanı var. 

 


Nəticə 

Beləliklə, təklif olunan konseptual sxemə  əsasən TK e-dövlətin tərkib hissəsi kimi, 

terminoloji informasiya sistemini fasiləsiz, dayanmadan istismar edəcək, onun müntəzəm olaraq 

inkişafını  təmin edəcək, beynəlxalq və xarici ölkələrin müvafiq qurumları  və sistemləri ilə 

qarşılıqlı əlaqəni dəstəkləyəcək, insanlara terminologiya sahəsində elektron informasiya xidməti 

göstərəcəkdir.  



Ədəbiyyat 

1.

 



S.Sadıqova. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişaf tarixi, Bakı,  

“Elm”, 2005. 

2.

 

Теория термина: комплексно-вариологический подход, http://www.bankrabot.com 



3.

 

 International Information Centre for Terminology, http://www.infoterm.info 



4.

 

www.termnet.org 



5.

 

www.krugosvet.ru 



6.

 

International Organization for Standartization, www.iso.org/iso/home.htm  



7.

 

Nuopponen, Anita (1996). Terminological Information and Activities in World Wide Web. 



Christian Galinski and Klaus-Dirk Schmitz, http://www.lipas.uwasa.fi 

8.

 



Аспекты практической терминологической деятельности,  

http://


www.cnit.ssau.ru/iatp/work/budilev

 

УДК 004.65:006.72:80 



Алгулиев Расим М.

1

, Гурбанова Афруз М.

2

 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 



1

rasim@science.az, 

2

afruz@iit.ab.az 



Концептуальные  основы  создания  информационно-терминологической  системы 

Азербайджана 

В статье изложена краткая история терминологической деятельности в Азербайджане и в 

мире,  исследованы  международные  стандарты  в  этой  области  и  деятельность  некоторых 

международных  терминологических  центров.  Предложена  концептуальная  модель 

азербайджанской  информационно-терминологической  системы  с  использованием 

информационных технологий, проанализированы возможности системы. 



Ключевые 

слова: 

терминология, 

терминография, 

гармонизация 

терминов, 

терминологический банк, Data Mining, классификация терминов.  

 

Rasim M. Alguliyev



1

, Afruz M. Gurbanova

Institute of Information Technology ANAS, Baku, Azerbaijan 

rasim@science.az, afruz@iit.ab.az 

Conceptual basis of creation Azerbaijan terminological information system  

In the article a brief history of terminological activities in Azerbaijan and in the world is shown. 

The international standards in this area and the activities of some international centers of 

terminology is studied. The approach to terminological activities from the point of information 

technology is investigated. 

The conceptual model of the Azerbaijan terminological information system using the potential of 

information technology is proposed. 

The possibilities of researches carried out in Azerbaijan in the field of terminology with the 



creation of terminological information system are analyzed. 

Key words: terminology, terminography, harmonization of terminology, the terms bank, Data 

Mining, classification of terminology. 

 

Yüklə 60,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin