89
UOT 338.49
İSTEHSAL FƏALİYYƏTİ VƏ ƏSAS İSTEHSAL AMİLLƏRİ
XƏLİLBƏYLİ ALİYƏ ELMAR qızı
Sumqayıt Dövlət Universiteti, metodist
alia_xalilova1975@mail.ru
Açar sözlər : istehsal fəaliyyəti, istehsal ünsürləri, sahibkar, bazar, işçi qüvvəsi
Müasir insanın fəaliyyət sahələri özünün çoxmüxtəlifliyi ilə fərqlənir: təhsil, elm, mədəniyyət,
idman və s. Çoxsaylı insan fəaliyyəti növləri arasında onun iqtisadi fəaliyyəti,
yəni maddi
nemətlərin əldə edilməsi ilə bağlı olan istehsal fəaliyyəti aparıcı yer tutur. Belə ki, iqtisadi fəaliyyət
insanın digər fəaliyyət növlərini mümkün edir. Çünki, ilk növbədə, öz maddi təlabatlarını ödəmiş
olan insan digər fəaliyyət növləri ilə məşğul ola bilər. Odur ki, yarandığı ən qədim dövrlərdən
başlayaraq insanlar, ilk növbədə, iqtisadi fəaliyyətlə məşğul olmuş müxtəlif maddi nemətlər istehsal
etməyə çalışmışlar. Hal-hazırda isə bizə məlum olan maddi nemətlər əldə olunma üsulundan asılı
olaraq aşağıdakı 2 əsas qrupa ayrılır:
1. Təbiətin insanlara bəxş etdiyi hazır məhsullar;
2. İnsan əməyinin nəticəsi olan məhsullar.
1-ci qrupa daxil olan hazır məhsulların (hava, günəş işığı, dəniz suyu və s.) əldə edilməsi üçün
insanlar heç bir əmək sərf etmirlər. Onlar sadəcə təbiətin bəxş etdiyi hazır
nemətlərdən
yararlanırlar. İnsan əməyinin nəticəsi olan məhsullar, məsələn, müxtəlif ərzaq məhsulları, geyim
şeyləri, məişət əşyaları və s. isə istehsal olunmalı, müəyyən emal proseslərindən keçməlidir, onların
istehsalı daim artırılmalı, keyfiyyət xüsusiyyətləri yaxşılaşdırılmalıdır. İstehsal fəaliyyəti,
ümumiyyətlə, iqtisadiyyatın maddi əsasını təşkil edir. [1, s.376]
Maddi nemətlərin əldə edilməsi üçün istehsal prosesi baş verməlidir. İstehsal prosesində
müvafiq istehsal ünsürlərindən istifadə olunur. Bu zaman istehsal ünsürləri və istehsal resursları
anlayışlarını bir-birindən fərqləndirmək tələb olunur. Belə ki, istehsal resursları istehsal ünsürləri ilə
müqayisədə daha geniş anlayışdır. İstehsal resursları maddi nemətlərin istehsal edilməsində istifadə
edilə bilən istehsal vasitələridir – potensial istehsal ünsürləridir. İstehsal amilləri isə istehsal
prosesinə cəlb edilmiş istehsal resurslarıdır. İstehsal amilləri öz tərkibinə görə çox müxtəlifdir.
İqtisadi məzmunundan və ya təyinatından asılı olaraq istehsal ünsürlərini klassik siyasi iqtisadçılar
2 əsas qrupa ayırmışlar: istehsalın maddi amilləri və istehsalın əmək amilləri.
Klassik
iqtisadçılardan fərqli olaraq müasir iqtisad elmi isə istehsal ünsürlərini 4 qrupa ayırır. İstehsal
amillərinin bu cür təsnifatını ilk olaraq ingilis iqtisadçısı Alfred Marşal vermişdir. A.Marşala görə
istehsal ünsürləri aşağıdaki növlərə ayrılır [2, s.127] :
1. İstehsalın torpaq amili;
2. İstehsalın kapital amili;
3. İstehsalın
əmək amili;
4. Sahibkarlıq bacarıqı.
İstehsalın torpaq amili istehsalın təbii amili də hesab olunur. İstehsalın torpaq amili keyfiyyət
xüsusiyyətlərinə, yaralılığına görə fərqlənir. Kənd təsərrüfatı məhsullarının istehsalından başlayaraq
hər cür istehsalın əsasında torpaq sahəsinin olması tələb olunur. İstehsalın kapital amili daha geniş
anlayışdır. Kapital amilinin tərkibinə xammal, materiallar,
texnika və texnologiya, bütün əmək
alətləri və s. daxildir. İstehsalın kapital amilləri elm və texnikanın inkişafı ilə əlaqədar daim
takmilləşir və yeniləşir. [3, s.167]
Sumqayıt Dövlət Universiteti –
“ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi