V sinif üçün “Təbiət” dərsliyi əsasında tədrisin təşkili Oxu materialı



Yüklə 235,86 Kb.
səhifə1/13
tarix27.09.2022
ölçüsü235,86 Kb.
#64218
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13
Təbiət fənninin tədrisi metodikası oxu materialı


V sinif üçün “Təbiət” dərsliyi əsasında tədrisin təşkili


Oxu materialı



MÜNDƏRİCAT



Giriş........................................................................................................................


1. Elmin və elm təliminin vacibliyi .........................................................................
2. Elmin tarixi inkişafı.............................................................................................
3. Təbiət elmləri və təbiət fənlərinin tədrisinin qısa tarixi........................................
4. Azərbaycan Respublikasının Dövlət orqanlarının müvafiq sənədləri. Azərbaycan Respublikasının təhsil strategiyasının əsas istiqamətləri....................................................
5. TN və ARTİ mütəxəssisləri ilə Sinqapur mütəxəssislərinin Təbiət fənləri üzrə birgə əməkdaşlığı..................................................................................................................
6. Müəllimin Təbiət fənninin tədrisində müasir təlim metodunun tətbiqi zamanı qarşılaşa biləcəkləri çətinliklər....................................................................................
7. Öyrənmə prosesinin psixoloji modeli, konstruktivizmlə biheyverizmin müqayisəsi, XXI əsr bacarıqları............................................................................................
8. Təbiət fənninin öyrənilməsində tədqiqat əsaslı təlimin əsas komponentləri...........








Giriş



Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən tərtib olunan Təbiət dərsliyi tədqiqat əsaslı öyrənməyə və təbiət fənlərinin (fizika, kimya, biologiya, coğrafiya) inteqrasiyasına əsaslanır.
“Təbiət -5 ” dərslik komplekti 2021/2022-ci tədris ilində ölkə üzrə 132 məktəbdə pilot sınağına təqdim edilib.
5-ci siniflər üçün təbiət dərsliyinin hazırlanması Nazirlər kabinetinin müvafiq sərəncamına əsasən həyata keçirilir. Təbiət dərsliyinin hazırlanması prinsipləri ənənəvi dərsliklərə verilən prinsiplərdən fərqləndiyi üçün dərslik komplektlərin təlim konsepsiyası ilə müəllimləri tanış etmək ehtiyacı yaranır. Bu məqsədlə təbiət fənnini tədris edəcək müəllimlər üçün ixtisas artırma təlimlərinin keçirilməsinə start verilmişdir. Təbiət dərsliyinin hazırlanması istiqamətində dünya təhsilində qəbul olunmuş yanaşmalar təhlil edildikdən sonra qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedoqoji prinsipləri araşdırılmışdır. Nəticədə yaradılan dərsliyin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilərək xüsusi sənəd formasında hazırlanmışdır. Buna görə dərslikdə beynəlxalq qiymətləndirmədə nəzərə alınan bacarıqların, XXI əsr bacarıqlarının inkişaf etdirilməsinə qoyulan tələblər nəzərə alınmışdır.
Təbiət dərsliyinin layihəsi tədris resursları hazırlanması sahəsində ölkədə indiyə qədər əldə olunmuş təcrübələr əsasında həyata keçirilən və tamamilə yeni prinsiplərlə icra olunan bir layihədir.



Yüklə 235,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin