Yazıçı-publisist, fəlsəfə doktoru



Yüklə 44,33 Kb.
tarix31.01.2017
ölçüsü44,33 Kb.
#7215
AKTUAL

SÖZ VƏ ƏMƏL BİRLİYİ



d:\akif ali doc\depo\aa-press+foto\aa-portret\aa-20 02 2009+.jpg
Akif ƏLİ,

yazıçı-publisist,

fəlsəfə doktoru.

---------------------------

...Bu gün yaşadığımız dünyada nələr baş verir? Sonsuzluq içində tək-tənha üzən və beş milyard insanı bu sonsuz kainatda öz üzərində bəsləyib-gəzdirən qos-qoca planetin mənzərəsi necədir?

Təbii ki, o beş min il, üç min il, yaxud beş yüz il, üç yüz il əvvəlki dünya ola bilməz. Hər şey axır, hər şey dəyişir, İnsan daha yaxşı yaşamaq, yer üzündə müvəqqəti ömrünü daha firavan keçirmək istəyi ilə daim və mütəmadi qurur, yaradır, həyatı inkişaf etdirir. Və inkişaf o dərəcədə sürətlə gedir ki, dünya heç əlli il, otuz il əvvəlki dünya da deyi.

İnsanın şüuru, təfəfkkür tərzi dəyişdikcə ətraf mühiti də öz ideallarına uyğun dəyişdirir. İndi dünyanı “qloballaşdırmaq” istəyi geniş yayılıb. Lakin bu proses xoş niyyətlərlə yanaşı həm də təzadlar gətirir. Dünya qloballaşdıqca dəyərlər dəyişir, stereotiplər dağılır, əski təsəvvürlər yeniləşir. Müxtəlif inkişaf səviyyəsində olan sivilizasiyalar arasında qarşılıqlı anlaşma çətinləşir və... inamsızlıq toqquşmalara səbəb olur.

***


Yaşadığımız belə bir tarixi məqamda ambisiyalı güclərin müxtəlif maddi, mədəni, siyasi, iqtisadi istəkləri ucbatından bəşəriyyəti düçar olduğu faciəvi toqquşmalardan, əzablar girdabından qurtulmaq, minillərlə qazanılan ən yaxşı mənəvi-mədəni dəyərləri qoruyub saxlamaq üçün mütərəqqi düşüncə adamları çıxış yolları axtarır. Dünyanın dinc yaşayışını təmin etmək, gələcək həyatını qoruyub saxlamaq üçün müxtəlif mədəniyyətlər, dinlər, sivilizasiyalar arasında dialoqa necə nail olmaq, birgəyaşayış mexanizmlərini hansı istiqamətdə axtarmaq... Ölkələrin və xalqların haqq-ədalət, tolerantlıq, həmrəylik və qarşılıqlı hörmət əsasında birləşərək əmin-amanlıq şəraitində davamlı inkişafına nail olmaq üçün necə bir zəmin tapmaq... Bəşəriyyətin qarşısında həllini gözləyən belə suallar çoxdur.
***
Bu qlobal axtarışlar fonunda qədim Odlar Yurdu min illərlə qoruyub saxladığı, əsrlər boyu sınaqdan çıxmış dayanıqlı dəyərlər sistemini dünyaya xoş niyyət olaraq təqdim edir. Bu yurdda insanlar sövq-təbii, qan yaddaşı və Tanrı istəyincə o cür yaşadıqları uzun zamanlarda özəl həyat tərzinə xüsusi ad verməyə, tərif deməyə, elmi-nəzəri formula müəyyənləşdirməyə ehtiyac duymayıb. Sadəcə müxtəlif dinlərə tapınan müxtəlif millətlərə, etnik qruplara mənsub adamlar bir ölkənin çətiri altında, bir xalq kimi birləşib bir olaraq mehriban, şad-xürrəm yaşayıb, yaradıb, mübarizə aparıb...

Bu gün siyasətşünaslar və mədəniyyətşünaslar, filosoflar və sosioloq alimlər belə birgəyaşayış modelini Multikulturalizm nəzəriyyəsi əsasında axtarırlar. Vətənimizdə isə müasir dövrə məxsus Multikulturalizm termini istifadə olunmasa da onun ehtiva etdiyi dəyərlər sistemi normal həyat tərzi kimi sadəcə yaşanıb. Burada milli mənsubiyyətə, yaxud başqa dinə ibadət etdiyinə görə kiməsə qarşı kobud, mədəniyyətsiz davranış heç təsəvvürdə olmayıb. Əsrlər boyu milli-mədəni rəngarənglik mühiti formalaşıb, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıb. Və bu gün ölkəmiz təkcə maddi nemətləri, təbii sərvətləri ilə deyil, həm də multikulturalizm və tolerantlıq kimi mənəvi-mədəni sərvətləri ilə də güclüdür, qüdrətlidir, sarsılmazdır.

***

Bütün bu düşüncələr fonunda 25-27 aprel tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi barədə qərarın əlbəttə, heç də təsadüfi olmadığı qənaətindəyik. Çünki bəşəriyyətin dincliyi üçün çox vacib ehtiyac duyulan multikultural dəyərlər və tolerantlıq mühiti məhz bizim ölkəmizdə bərqərardır. Məhz Azərbaycan nümunəsi bu anlayışlar haqqında ucadan, şəstlə və inamla danışıb söz demək, həm də əməldə onun əksini göstərmək imkanına malikdir. Belə bir söz və əməl birliyinin reallığa çevrildiyini tarix də dönə-dönə sübut edib.



Dünyanın yüzlərlə ölkəsindən iki mindən yuxarı nüfuzlu dövlət və hökumət başçılarının, yüksək səviyyəli dövlət xadimlərinin, beynəlxalq qurumların rəhbərlərinin, tanınmış beyin mərkəzlərinin təmsilçilərinin, diplomatların, elm adamlarınınn qatıldığı mötəbər Forumda müasir dünyanı narahat edən ən aktual məsələlər müzakirə mövzusdur. Ekstermizmə və terrorizmə qarşı mübarizə, qlobal miqrasiya problemləri, təhsil, din, idman və gənclər mövzusu, inklüziv cəmiyyətlərin qurulması, multikultural dəyərlərin optimal modeli və digər məsələlərin müzakirə materialları dünyanı xilasa aparan yolu tapmaq üçün zəruri elmi-nəzəri baza kimi hələ uzun zaman öyrəniləcəkdir.

Dolayısı ilə, Azərbaycan xalqı öz sözü və əməli ilə, düşüncə və həyat tərzi ilə münaqişə, müharibə, kataklizmlər içində çaxnaşan dünyaya xilas modelini təqdim edir.

***

Azərbaycan modelinin real qaynaqları, o cümlədən ədəbi-bədii müstəvidə saysız-hesabsız nümunələri mövcuddur. Hələ qədim yazılı abidəmiz "Kitab-i Dədə Qorqud" eposunda, dahi Nizami Gəncəvinin əsərlərində, şair Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasında, Seyid Əzim Şirvaninin, dahi Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin, Hüseyn Cavidin və digər bir çox aydınlarımızın əsərlərində multikultural görüşlər əksini tapıb. Bu əsərlər ilk növbədə xaqlın düşüncəsini, həyat tərzini, dünyaya baxışını özündə ehtiva edən bariz nümunələrdir.



Yeri gəlmişkən, tədbirə qatılan qonaqlar Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələrinin, hətta erməni apostol kilsəsinin, yəhudi, gürcü, malakan, protestant, krişna, atəşpərəst və s. dini cəmiyyətlərin fəaliyyət göstərdiyini, üstəlik Konstitusiyaya görə din dövlətdən ayrı olsa da, dövlətin onlara müəyyən yardımlar göstərdiyini eşidincə heyrətlərini gizlətmir, Azərbaycan diyarının unikallığını ehtiramla təqdir edirdilər.

***

Son olaraq deyək ki, müstəqil Azərbaycan dövləti ən mötəbər beynəlxalq tədbirlərə, idman və musiqi yarışlarına, müxtəlif zirvə toplantılarına ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malikdir. Bütün bu tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərməklə yanaşı, həm də mədəniyyətimizin tanıdılması, milli maraqlarımızın təmin edilməsi istiqamətində səmərəli nəticələr verir. Azərbaycanda keçirilən dünyamiqyaslı böyük tədbirlər sırasında “Eurovision” musiqi yarışmasını, Qəbələ Beynəlxalq Musiqi Festivallarını, I Avropa Oyunlarını, Beynəlxalq Humanitar və Mədəniyyətlərarası Dialoq Forumlarını xatırlatmaq deyilən fikrin təsdiqi üçün kifayətdir. Belə tədbirlərdə mövzudan asılı olmayaraq, ilk növbədə dövlət maraqlarımız əsas götürülür. Xalqımızın qarşısında duran ən ağır problem kimi erməni təcavüzkarlığı, işğal edilmiş Qarabağ ərazisi barədə həqiqətlərin dünya ictimai fikrinə çatdırılması, aktual məsələlər ətrafında diskussiyaların aparılması, informasiya materiallarının təqdimatı milli və dövlət maraqlarımızın müdafiəsi baxımından çox önəmlidir.


-------------------------------------

26 aprel 2016
Yüklə 44,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin