Yht – nin Əsas İstiqamətləri MİNGƏÇEVİR 2019 Giriş. Avtomobilləşmə səviyyəsinin hərəkət təhlükəsizliyinə təsiri



Yüklə 314,99 Kb.
səhifə1/3
tarix16.01.2020
ölçüsü314,99 Kb.
#30199
  1   2   3
Yol Hərəkətinin Təhlükəsizliyinin Əsas İstiqamətləri (Dərslik)12.12.2017

YHT – nin Əsas İstiqamətləri

MİNGƏÇEVİR 2019



Giriş. Avtomobilləşmə səviyyəsinin hərəkət təhlükəsizliyinə təsiri

Nəqliyyat və piyada axınlarının intensivliyinin artması hərəkət təhlükəsizliyinə də təsir göstərir. Yol nəqliyyat hadisələrinin 60%dən çoxu şəhərlərdə və digər yaşayış məntəqələrində baş verir. Bunlarında 30%- dən çoxu bilavasitə yol ayrıclarının payına düşür. Avtomobilləşmənin kəmiyyət göstəricisi olaraq hər min nəfər əhaliyə düşən avtomobillərin sayı götürülür. 1990-cı ilin məlumatlarına görə Respublikamızın avtomobil parkındas 490 301 ədəd avtomobili olmuşdur ki, bunların da 69 685-i yük avtomobilləri, 306 993- ü sərnişin minik avtomobilləri ,14 941 isə avtobuslar idi. Bu dövr üzrə respublikada hər 100 ailəyə düşən səxsi minik avtomobillərin sayı 27, Bakı şəhərində isə 43 olmuşdur. İlbəil avtomobillər nəinki təsərüfat məqsədləri həmçinin şəxsi məqsədlər üçündə daha geniş sürətdə istifadə olunurlar. Ona görə də, bütün dünyada avtomobil həvəskarlarının sayı durmadan artır.

Avtomobilləşmənin inkişafı müsbət keyfiyyətlərlə yanaşı mənfi keyfiyyətlərdə yaradır. Bu mənfi keyfiyyətlər aşağıdakılardır:

1.İnsan ölümü və yaralanması;

2.Yol nəqliyyat hadisələri nəticəsində yaranan külli miqdarda maddi zərər;

3.Nəqliyyat səsi;

4.Şəhər havasının zərərli qazlarla çirklənməsi;

5.Küçələrin dayanmış avtomobillərlə tutulması;

6.Nəqliyyat tıxacları və hərəkət sürətinin azalması.

Böyük şəhər magistrallarında səsin səviyyəsi 100dB, bu magistrallar ətrafındakı evlərdə isə 80 dB-a çatır. Normaya görə bu rəqəmlər uyğun olaraa 50 və 40 db-a olmalıdır. Bu insanların sağlamlığına mənfi təsir göstərir, işdə yorğunluğunu kəskin sürətdə artırır. Şəhər havasında karbon oksidlərinin miqdarı normaya görə 1mq/m3 olduğu halda bu qiymət 10 və 100 dəfələrlə çoxalır.

Böyük şəhərlərin bəzi küçələrində “pik” saatlarında hərəkət sürəti 8-10 km/saat aşağı düşürki buda avtomobillərdən şəxsi məqsədlər üçün istifadəni səmərəsiz edir.

Yol tikintisinin avtomobil parkının inkişafından geri qalması praktiki olaraq dünyanın bütün ölkələri üçün xarakterikdir. Küçə və yollar nəqliyyat vasıtələri ilə çox yükləndikdə avtomobilləşmənin mənfi xüsusiyyətləri özünü daha qabarıq şəkildə biruzə verir. Müasir avtomobilləşmə səviyyəsi şəraitində sürücü fəaliyyətinin etibarlığı hərəkətinin təhlükəsizliyinin əsas amilinə çevrilir.

Yol hərəkətinin özünə məxsus xüsusiyyətləri və problemləri hər şeydən əvvəl SAYM sistemi ilə əlaqədardır.

Yol hərəkəti SAYM sisteminin fəaliyyətindəki imtinalarla xarekterizə olunur.



Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis fəaliyyətinin əsas istiqamətləri

Küçə-yol şəbəkəsinin böyük sıxlığı hərəkət intensivliyi tələblərinə cavab vermir. Ona görə də, yol tikintisinin indiki inkişaf tempi səviyyəsində hər il yoların yüklənmə dərəcəsi artmaqda davam edir. Yeni yolların tikintisi ilə paralel mövcud yollar da mürəkkəb yol şəraitlərində hərəkətin təhlükəsizliyinin və yolların buraxma qabiliyyətinin artırılması məsələsi diqqət mərkəzində olmalıdır.

Yol tikintisi qarşısında duran əsas məsələlər aşağıdakılardır:

- böyük məsafələrdə intensiv sürətli daşımalar üçün yeni yolların tikintisi;

- yeni sənaye və kənd təsərrüfatı rayonlarında yeni yolların tikintisi;

- kənd təsərrüfatı rayonlarında yolların tikintisi,mövcud küçə və yolların hərəkət intensivliyinin artım sürətinə uyğun olaraq təkmilləşdirilməsi.

Magistralın bir istiqamətdə buraxma qabiliyyətini aşağıdakı düsturla hesablamaq olar:

NM=NB · γn , ədəd/saat

burada, γn – çox zolaqlılıq əmsalı olub, qiymətləri aşağıdakı kimidir:

n=1 olduqda γn= 1.0

n=2 olduqda γn= 1.85

n=3 olduqda γn= 2.65

n=4 olduqda γn= 3.5

n=5 olduqda γn= 4.0



NB –bir hərəkət zolağının buraxma qabiliyyəti olub, qarşıdan hərəkət olmadıqda aşağıdakı düsturla müəyyən edilə bilər:

NB= ədəd/saat

Üsul və vasitələrin geniş tətbiqi tələb olunur. Bu cür tələblərin əmək tutumu mövcud küçə və yollarda yenidən qurulmasının əmək tutumundan az olduğu üçün ilkin mərhələdə onlardan istifadə səmərəli olur.

Yeni tikilmiş yollarda yol hərəkətinin təşkili vasitələrinin tətbiqi ilə yol layihələndirilməsində buraxılmış səhvləri aradan qaldırmaq və yolun hərəkət hissəsindən istifadə səmərəliliyini yüksəltmək mümkündür.

Yollarda avtomobillərin hərəkətini təqdim etməklə müəyyən edilmişdir ki, yolun müxtəlif sahələrində hərəkət sürətlərinin faktiki paylanması müntəzəm-likdən çox-çox uzaqdır və bu zaman sürücülər avtomobillərin dinamiki keyfiyyətlərindən tam istifadə edə bilmirlər. Əgər hərəkət hissəsinin xətti dəyişmə qrafikinə nəzər salsaq görərik ki, hərəkət sürətinin azaldığı yol sahələri YNH ocaqları ilə üst-üstə düşür. Çünki, sürücülərin bir hissəsində real hərəkət rejimləri haqqında yanlış təsəvvür vardır.



Mövcud avtomobil yollarında nəqliyyat istismarı xarakteristikalarının yüksəldilməsi və hərəkət təhlükəsizliyinin yüksəldilməsi üçün yol hərəkətinin təşkili tədbirləri yolun yüklənmə dərəcəsinin 0,62 və çox qiymətlərində :

NB= ,ədəd/saat

burada, Va-nəqliyyat axınının hərəkət sürəti; km/saat;

t=1,0 - sürücünün şərti reaksiya vaxtı,san;

ke- tormozlanmanın istismar şəraitini nəzərə alan əmsal, ke=1,3 minik avtomobilləri üçün

φ=0.5...0.7-quru, təmiz asfalt-beton örtükləri üçün təkərlə yol arasında uzununa ilişmə əmsalının qiymətidir;

i=0-yolun uzunluq mailliyidir.

F=0.01..0.02-diyirlənmə müqavimət əmsalı

La=5m-minik avtomobillərinin statiki uzunluğudur.

L0=5...10m –ehtiyat ara məsafəsidir.

Magistralın yolunun hər iki istiqaməti üzrə yolun buraxma qabiliyyətinin qiymətlərini bilərək istiqamətlər üzrə yüklənmə dərəcəsinin qiymətlərini aşağıdakı düsturla hesablaya bilərik:

Zi=

Ngət i-hərəkət intensivliyinin gətirilmiş qiymətləri, ədəd/saat.

Müəyyən yol istiqamətində magistralın hərəkət hissəsi daha çox yüklənmişdir.

İndi magistralın düz və əks istiqamətlərində yolun yüklənmə dərəcəsinin xətti qrafikini quraraq dar yerləri aşkar etmək olar. Magistral istiqamətində ,istərsədə əksinə Zi-nin qiymətləri bütün magistral boyunca 0,7-dən böyükdür. Bu o deməkdir ki, normal hərəkət şəraitinin yaradılması üçün bütün magistral boyunca hərəkət zolaqlarının sayı artırılmalıdır. Bu külli miqdarda əsaslı vəsait qoyuluşu tələb etdiyindən heç olmasa hərəkət intensivliyinin qiymətlərinin yolun buraxma qabiliyyətinin qiymətləri həddindən 1,5 dəfə çox olan zi=1,4-dən çox olan hallarda bu yol sahələrində rekonstruksiya işlərinin görülməsi vacibdir.



Mübahisəli nöqtələrinin sayının və təhlükəlilik dərəcəsinin azaldılması

Yol ayrıcları və nəqliyyat meydanları küçə-yol şəbəkəsinin elementləri hesab olunurlar. Magistral şəbəkəsinin ən təhlükəli məntəqələri nəqliyyat düyünləridir. YNH ocaqları, əsasən, bu düyünlərdə təsadüf edilir. Ən sadə düyün 2 küçənin düz bucaq altında kəsişməsindən alınan yol ayrıcıdır. İkidən çox küçələrin kəsişməsindən yaranan yol ayrıclarında nəqliyyat və piyadaların hərəkətinin təşkili, svetoforların tətbiqi çətinləşir, ləngimələr və təhlükəlilik səviyyəsi artır. Bəzi hallarda belə düyünlərdə, bir sıra çatışmazlıqların olmasına və çox sahə tələb etməsinə baxmayaraq, öz- özünə nizamlanan dairəvi düyünlər tətbiq edilir.

Nəqliyyat-planlaşdırma xarakteristikalarından aılı olaraq belə düyünlərin aşağıdakı növlərini ayırırlar:

- nizamlanmayan düyünlər;

- məcburi nizamlanan düyünlər;

- öz-özünə nizamlanan düyünlər;

- müxtəlif səviyyələrdə nəqliyyat açılmaları.

Bir sıra hallarda qarışıq nəqliyyat düyünlərinə də rast gəlmək olar. Məsələn, svetoforla nizamlanan dairəvi kəsişmələr və ya müxtəlif səviyyələrdə dairəvi kəsişmələr və s.



Yol ayrıclarında mübahisəli nöqtələrin sayını azaltmaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:


Yüklə 314,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin