Harri Alisə
Bazar günü idi. Qodervilin ətrafındakı bütün yollar şəhərciyə axışan kəndlilər və onların arvadları ilə dolu idi. Kişilər sakit addımlarla gedir, uzun, əyri qıçlarını hər atanda ağır işlərin eybəcərləşdirdiyi bədənlərini irəli eyirdilər. Kotana güc gəlməkdən sol çiyinləri dik qalmış, bədənləri elə bil sorulmuşdu. Onlar biçində hər dərzdən ötrü dizlərini yerə qoyur, kəndin ağır işlərini səbirlə görürlər. Yaxalıqlarına və qollarına ağ sapla naxışlar salınmış krax- mallı göy köynəkləri təzəcə laklanmış kimi parıldayırdı. Sahibinin əyri sümüklərinin üstünü örtmüş, hava ilə dolmuş bu köynəklər, yanlarından bir baş, iki qol ve İki qıç sallanan hava şarına oxşayırdı.
Kəndlilər kimi inəyin, kimi öküzün İpindən çekib aparırdı. Arvadları isə heyvanın arxasınca gəlir, onu tələsdirmək üçün yarpaqları təmizlənməmiş yaşıl çubuqla döyəcləyirdilər. Qollanna keçirdikləri böyük səbətlərin bir tərəfindən toyuqlar, başqa tərəfindən ördəklər boğazlarını uzadıb boylanırdı. Arvadlar ərlərinə nisbətən xırda addımlarla və cəld yeriyirdilər. Hamısı quru və şax bədənli idi. Büründükləri balaca şalları bərk çəkib uclarını quru sinələrində sancaqlamışdılar. Başlarına ağ örtük sarımış, üstündən də papaq qoymuşdular.
Yoldan yortma qaçan bir yabının çəkdiyi minik arabası keçdi. Yanaşı oturmuş iki kişi arabanın içindən məzəli-məzəli silkələnirdilər. Dibdə oturmuş bir arvad isə çox yırğalanmasın deyə arabanın cağından yapışmışdı.
Qodervil meydanında böyük bir izdiham vardı. Heyvanlar insanlara qanşmışdı. Bu qarışıqlığın üstündə öküzlərin buynuzlan, varlı kəndlilərin uzun tüklü, hündür papaqları, kəndli arvadlarının baş örtükləri tərpənişirdi. Burada bağırtı, cingiltili ciyiltili səslər bir- birinə qarışıb, sonsuz və vəhşi bir hay-küy əmələ gətirmişdi. Hərdən kefi gəlmiş bir kəndlinin sağlam sinəsindən qopan şən qəhqəhəsi, evin hasarına bağlanmış inəyin uzun böyürtüsü də eşidilirdi.
Elə bil ki, pəyədəsən. Süd, peyin, saman və tər iyi bir-birinə qarışmışdı. Çöl adamlarının adət etdiyi bu insan və heyvan qarışıqlığı, ürəkbulandırıcı, acı bir iy verirdi.
Breotedən olan Hoşökom kirvə Qodervile yenicə gəlmişdi. O, meydana tərəf təzəcə üz tutmuşdu ki, yerdə gözünə balaca bir ip qırığı sataşdı. Əsil normandiyalı kimi qənaətcil olan Hoşökom kirvə fikirləşdi ki, gərək ola bilən şeyi yerdə qoymaq olmaz. Yeldən əzab çəksə də, hıqqana-hıqqana aşağı əyilib tapdığı bir parça davamsız ipi götürdü. İpi səliqə ilə dolamaq istəyirdi ki, öz evinin qapısı ağzında dayanıb ona tamaşa edən Malanden kirvəni gördü. Əvvəllər onların arasında bir şallaq əhvalatı olmuşdu. Hər ikisi kinli adam olduğundan küsülü qalmışdılar. Hoşökom kirvə, düşmənin onu belə bir vəziyyətdə, palçığın içində bir parça ip axtardığı vaxtda gördüyü üçün utanan kimi oldu. O, tapdığını cəld köynəyinin altmda, soııra isə şalvarının cibində gizlətdi, özünü elə göstərdi ki, guya hələ yenə də nə isə axtarır. Sonra çıxıb bazara getdi. O, başmı qabağa uzatmışdı, bədəni isə ağrıdan ikiqat otmuşdu.
Kişi, alış-verişdən cuşa gəlmiş, hay-küylü və ləng tərpənən camaatın İçində gözdən itdi. Kəndlilər əlləri ilə inəkləri yoxlayır, çıxıb gedir, qayıdıb gəlir, vurnuxurdular. Həmişə aldanmaqdan qorxur, satıcmı gözdən qoymur, onun kələyinin üstünü açmağa, heyvanın eybiri tapmağa çalışırdılar.
Arvad’ar böyük səbətlərini ayaqlarının yanma qoyub, içindəki quşları çıxarıb ayaq-ayağa bağlamışdılar.
Onlar təklifləri dinləyir, laqeydliklə üz-gözlərini turşudub dedikləri q.ymətin üst indo dururdular. Bəzisi də təklif olunmuş qiymətlə razılaşıb, uzaqlaşıb gedən müştərini səsləyirdi:
- Razıyam, Antim kirvə, gəl apar.
Sonra meydan yavaş-yavaş boşaldı. Uzaqda yaşayanlar günorta ibadətinin zəngi çalınanda meyxanalara dağılışdılar.
Jurdcn kirvənin böyük yeməkxanası müştərilərlə dolu idi. Meyxananın həyəti toz-torpaqdan saralmış, yamaqlı, görkəmsiz, araba, fayton, furqon, minik arabaları ilə dolu idi. Bəzilərinin qolları insan əli kimi göyə açılmış, bəzilərinin isə bumu yerdə, arxası havada qalmışdı. Sol tərəfdə əyləşmiş müştərilərlə üzbəüz gur yanan ocaq sağ sırada oturanların kürəklərini qızdırırdı. Toyuq, göyərçin, qoyun budları keçirilmiş şişlər odun üstündə fırlanırdı. Ocaqdan qızardılmış ətin və quşlann dərisindən süzülən yağın ləzzətli iyi qalxır, şənliyi artırır, ağızları sulandırırdı.
Kənd əhlinin çoxu toqqalarının altını Jurden kirvənin yeməkxanasında bərkidirdi. Jurden pula həris adamdı. Kələklə bir az qəpik- quruş toplaya bilmişdi.
Boşqablar da san sidr dolçalan kimi hey dolub-boşalırdı, hər kəs işindən, öz alıb-satdığından danışırdı. Məhsul barədə sorğu-sual gedirdi. Yaşıllıq üçün hava yaxşı idi; amma taxılın vəziyyəti çox da yaxşı deyildi.
Birdən həyətdə, evin qarşısında təbil guruldadı. Hamı cəld ayağa qalxdı. Bəzilərinin heç vecinə de gəlmədi. Ağzı dolu camaat ellərini silə-silə qapıya və pəncərələrə yüyürdü.
Təbil çalınıb qurtarandan sonra carçı aramla, hər cümlədə fasilə verə-verə bağırmağa başladı:
Qodcrvil sakinlərinə, xüsusən bazara gəlmiş camaata bildirilir ki, bu səhər saat doqquz ilə on arasında Bezevil yolunda qara meşindən pul kisəsi itirilmişdir. İçində beş yüz frank pul və gərəkli kağızlar var. Xahiş olunur ki, onu tapan kimi bələdiyyə idarəsinə, yaxud Manevİldən olan cənab Fortuni Ulbrekə verəsiniz. İyirmi frank mükafat təyin olunub.
Carçı çıxıb getdi. Təbilin kar gumbultusu və carçının zəifləmiş səsi bir dəfə də uzaqdan eşidildi.
Tezə əhvalatdan söhbət düşdü. Ulbrek kirvənin öz pul kisəsini tapıb-tapmayacağını müzakirə etdilər.
Hamı yeyib qurtardı.
Qəhvə təzəcə içilib qurtarmışdı ki, polis idarəsinin briqadiri qapının ağzında göründü.
O soruşdu:
Breoteli cənab Hoşökom buradadırmı?
Masanın o başında oturmuş Hoşökom kirvə dilləndi:
Briqadir dedi:
Cənab Hoşökom, zəhmət çekib menimlə bələdiyyə idarəsinə gedərsinizmi? Cənab vali sizinlə danışmaq istəyir.
Təəccüblənmiş kəndli, balaca stəkanını başına çəkib narahat- narahat ayağa qalxdv. Beli səhərkindən də əyri idi, çünki hər dəfə istirahət edəndən sonra ilk addım atmaq onun üçün bərk əziyyətli olur. O:
Mən buradayam, mən buradayam, - deyə-deyə yola düzəldi.
Kişi briqadirin arxasınca getdi.
Vali kresloda əyləşib onu gözləyirdi. Ətraf mahalın notariusu kök ciddi və ağır səslə danışan bir kişi İdi.
O dilləndi:
Cənab Hoşökom, bu səhər sizi Bezcvil yolunda manevilli cənab Ulbrekin itirdiyi pul kisəsini götürəndə görü ələr.
Üstünə atılmış şərdən qorxuya düşdü, özü də nə üçün qorxduğunu anlamayaraq, bələdiyyə rəisinə baxdı.
Mən, mən onun pul kisəsini götürmüşəm?
Bəli, siz özünüz,
Vicdanıma and olsun, heç üzünü görməmişəm.
Sizi görüblər.
Kim görüb?
Cənab Malanden.
Qoca indi başa düşdü, əhvalatı yadına salıb hirsindən qızardı:
Deməli, məni o əclaf görüb! O məni bax, bu ipi götürəndə görüb, buyurun, cənab rəis.
Kişi cibinin küncünü eşələyib, oradan ip parçasını çıxartdı.
Vali inamsızlıqla başmı yırğalayırdı:
Cənab Hoşökom, siz məni inandıra bilməzsiniz ki, cənab Malanden bu ipi pul kisəsi zənn edib. O, ədalətli adamdır.
Cənab vali, Allah şahiddir ki, mən həqiqəti deyirəm, Allahın həqiqətin., Mən Allahın yanında üzüqara deyiləm.
Valı davam etdi:
Pul kisəsi’ıi tapandan sonra siz hələ uzun müddət palçığın içini axtarmış mız ki, bəlkə pul tökülmüş ola.
Zavallı qoca xəcalətindən və qorxudan tövşüyürdü.
Şər atmaqdan ötrü!.. Namuslu bir adama qara yaxmaqdan ötrü belə yalan danışarlarım? Heç danışarlarım?
Kişi çox and-aman elədi, amma ona inanmadılar.
Cənab Malandeni çağırıb onunla üzləşdirdilər. Şahid dediyini təkrar edib, sözünün üstündə durdu. Onlar bir saat söyüşdülər. Şahidin xahişilə Hoşökom kirvənin ciblərini axtardılar. Heç nə tapa bilmədilər.
Nəhayət, qanı qaralmış vali onu buraxdı və xəbərdar etdi ki, indicə prokurorun yanma gedib qərar verməsini xahiş edəcək.
Təzə xəbər tez şəhərə yayılmışdı. Qoca bələdiyyə idarəsindən çıxanda onu araya aldılar. Bəziləri acıqlı-acıqlı, bəziləri isə kinayə ilə kişini sorğu-suala tutdular, lakin heç kəs onu təhqir etmədi. Qoca ip əhvalatım danışmağa başladı. İnanan olmadı. Hamı gülüşdü.
Yolboyu hamı onu sorğu-suala tuturdu. Kişi tanışlarını saxlayır, əhvalatı, öz narazılığını uzun-uzadı danışırdı. O tez-tez ciblərini çevirib göstərir, heç neyi olmadığını sübut etmək istəyirdi.
Ona deyirdilər:
Keç get, qoca fırıldaqçı!
Qoca hirslənir, özündən çıxır, yanırdı. Nə edəcəyini bilmirdi. Elə hey ip əhvalatını təkrar edirdi.
Axşam düşdü. Çıxıb getmək lazım idi. Hoşökom üç nəfər qonşusu ilə yola düzəldi. Gedərkən onlara ip parçasım tapdığı yeri göstərdi. Bütün yol uzunu qonşularına öz macərasından danışırdı.
Axşam o, olub-keçəni hamıya danışmaq üçün kəndi dolaşdı. Bircə nəfər də onun səsinə səs verib inandığını bildirmədi.
Zavallı bütün gecəni xəstə yatdı.
Ertəsi gün gündüz saat birdə İmmovilli Breton kirvənin xidmətçisi Marius Pomel pul kisəsini içindəkilərlə birlikdə manevİlli Uİbrek kirvəyə qaytarmışdı.
Bu adam deyirmiş ki, pul kisəsini doğrudan da yoldan tapıbmış, lakin savadı olmadığından oxuya bilməyib, onu evə gətirib ağasına vermişdi.
Təzə xeber ətrafa yayıldı. Hoşökom kirvə də məsələdən xəbər tutdu.
O tez küçəyə çıxıb, əhvalatı tamam əvvəldən axıra kimi danışa- danışa kəndi dolaşmağa başladı. Kişi lap özündən çıxmışdı. O deyirdi:
Başqa heç nə vecimə deyildi. Başa düşürsünüzmü, məni yandıran böhtan idi. Heç bir şey adamı böhtan kimi yandıra bilməz.
Sonrakı bazar kişi bütün günü başına gəlmiş macəradan danışırdı. O, əhvalatı yoldan keçənlərə, meyxanada içənlərə, kilsədən çıxanlara söyləyirdi. Lap yoldan keçən tanımadığı adamları saxlayıb, onlara da danışırdı.
Qoca indi sakit idi. Lakin nə isə onu hələ de narahat edirdi. Heç özü də bilmirdi ki, bu narahatlığı nədəndir. Qulaq asanlar elə bil onu əle salmaq istəyirdilər. Təslim olana oxşamırdılar. Kişiyə elə gəlirdi ki, onun arxasınca nə isə danışırdılar.
Sonrakı həftənin çərşənbə axşamı, o özünü Qodervil bazarına yetirdi. Kİşi yalnız başına gələnləri söyləməkdən ötrü bazara gəlmişdi.
Qapısının ağzında dayanmış Malanden onu görəndə gülməyə başladı. Niyə axı?
Qoca, Kriketolu bir fcrmaçmı yanladı, lakin müsahibi onu söhbətini başa vurmağa imkan vermədi. Qarnının çökəyinə bir dürtmə vurub üstünə qışqırdı:
Çəkil görüm, qoca fırıldaqçı! - Sonra isə arxasım ona çevirdi.
Mat qalmış Hoşökom kirvənin narahatlığı ikiqat artdı. Axı nə
üçün ona “qoca fırıldaqçı” deyirdilər?
Qoca, Jurdenin meyxanasında masa arxasında əyləşən kimi, əhvalatı izah etməyə başladı,
Montcvilli bir alverçi onun üstünə qışqırdı:
Bəsdir, bəsdir qoca peşəkar, sənin ip məsələndən xəbərimiz var!
Hoşökom mızıldandı:
İndi ki, onun pul kisəsi tapılıb!
Montevilli alverçi dedi:
Kəs səsini, kişi, kim tapıb, kim qaytarıb. Görməmişəm, bilmirəm. Heç səni tanımıram da.
Qocanın nəfəsi təngidi. Nəhayət, o başa düşdü ki, camaat elə bilir qoca pul kisəsini bir tanışın, yaxın adamın vasitəsilə qaytarıb.
O, etiraz etmədi. Əyləşənlərin hamısı gülüşməyə başladılar.
Qoca çörəyini yeyə bilmədi. Onu lağa qoyanların arasından keçib çölə çıxdı.
Üz-gözdən salınmış Hoşökom xəcalətindən evə qayıtdı. Qəzəbdən və həyadan boğazı qurumuşdu. Əgər günahkar olsaydı, heç bu qədər əzab çəkməzdi. Hiyləgər Normand kəndlisidir. Bəlkə, deyilənləri etmiş olsaydı, bir az lovğalanardı da. Bilirdi ki, hiyləgərliyi məlum olduğuna görə günahsızlığını sübut etmək mümkün deyil. Haqsız şübhə onu əldən salmışdı.
Kişi əhvalatı yenidən nağıl etməyə başladı. Söhbətini gündən- günə uzadır, hər dəfə yeni dəlillər əlavə edirdi. O, yeni qüvvə ilə Özünü təmizə çıxarmaq istəyir, daha təntənəli andlar içirdi. Bütün bunları tək olarkən fikirləşib tapır; həmişə ip əhvalatını götür-qoy edirdi.
Qocaya inam yox idi. Onun müdafiəsi ağlasığmaz idi, əleyhinə deyilənlər heqiqetə daha çox uyğun gəlirdi. Kişinin arxasınca deyir- dilər:
O, hunu hiss edir, qanı qaralır, nahaq yerə ora-bura çırpınırdı.
Kişi göz qabağındaca əriyib gedirdi.
İndi lağlağıçılar əylənmək üçün müharibədən gəlmiş əsgərə döyüş xatirələrini danışdıran kimi, ona “ip” əhvalatını danışdırırdılar.
Əldən düşmüş qoca ağlını itirdi. Dekabrın axırlarına yaxın o yorğan-döşəyə düşdü.
Kişi yanvarın ilk günlərindən birində öldü. Can verərkən günahsız olduğunu sübut etmək üçün hey deyirdi:
Balaca bir ip idi, lap balaca, buyurun, budur, cənab vali!
BOYUNBAĞI
Bu, taleyin İstehzası ilə bəzen məmur ailələrində dünyaya gələn ən zərif və gözəl qızlardan biri idi. Onun cehizi yox idi, gələcəyə ümid bəsləyib yaxşı bir şey gözləmirdi, bilirdi ki, yüksək cəmiyyətdən çıxmış varlı bir adamın onu sevib özünə arvad etməsinə heç bir ehtimal yoxdur, ona görə də xalq maarif nazirliyində işləyən kiçik bir məmurun təklifini qəbul edib ona ərə getmişdi.
Bahalı paltara pulu olmadığından sadə geyinirdi, pariya1 kimi özünü bədbəxt hesab edərdi, çünki qadın üçün hansı zümrədən, hansı nəsildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik, suyuşirinlik və füsunkarlıq ona özünü əsil-nəcabətli lərdən və kübar nəslinə məxsus olanlardan üstün tutmağa haqq verir. Yoxsul qızların özlərinə xas olan davranış qaydaları, derin zəkaya, incə zövqə sahib olmaları - onlarm ən varlı xanımlarla eyniləşdirən yeganə mənsəb dərəcəsidir.
Hiss edirdi ki, Allah onu naz-ncmət içində üzmək, zər-zibaya bürünmək üçün yaratmışdır, amma heç nəyi yox idi, ona görə də əzab çəkirdi. O, evinin bomboş olmasından, divarların çılpaqlığından üstü sürtülmüş nimdaş stullardan, əzilib didik-didik olmuş pəncərə pərdələrindən xəcalət çəkirdi. Bəlkə də, başqa kasıb qadınlar onun evindəki yoxsulluğun fərqinə varmazdılar, amma o özü bunları aydmca görüb, içəridən qovrulur və hiddətlənirdi.
Elə onların kasıb evlərini silib-süpürən bretoniyalı qulluqçu qızm sifətini görmək kifayət idi ki, qəlbini acı təəssüf və əlçatmaz arzular doldursun. Şərq parçalan ilə bəzənmiş, hündür, qədim bürünc qəndillərin işığına qərq olmuş sakit qonaq otaqları və burada buxarının istisindən xumarlanaraq yumşaq səndəllərdə mürgüləyən ipək corablı əzəmətli nökərlər onun tez-tez yuxusuna girirdi. O, yuxusunda qədim və qalın pərdələrə bürünmüş geniş salonlan görürdü. Görürdü ki, bu salonlarda çox incə və zərif şəkildə işlənmiş stolların üstündə nadir tapılan qiymətli oyuncaqlar düzülmüşdür. Onun gözəl qonaq otaqları var və bu otaqlarda, saat beşdə,
' Pariya - hindlilərilə hər hansı ictimai və dini hüquqdan məhrum edilmiş adam adicə bir baxışı ile qadınlara zövq verən məşhur və şöhrətli adamları, yaxm dostu olan kişiləri çaya qonaq edir. Qonaq otağı işvəkar- casına ətirlənmişdir.
Üstünə üç gündən qalma çirkli süfrə salınmış stol arxasında, əri ile üzbəüz oturanda və əri şorba qabının qapağım açıb sevinclə: “Aha, kələm şorbasıdır! Bundan yaxşı yemək yoxdur! ” - deyəndə o, ləziz xörəkləri, parıltılı gümüş qabları, üstünə əfsanəvi meşələrin cəngəlliklərində yaşayan sehrli quşlann və keçmiş qəhrəmanların şəkli çəkilmiş gəbələrlə bəzənmiş divarları gözünün qabağında canlandırır, zərif çini qablarda gətirilən ləzzətli xörəkləri arzulayır, qızıl balığın çəhrayı tikəsini, yaxud qarabağır quşunun qanadım çəngəl- bıçaqla dograya-dograya qonşusunun əyilib qulağına pıçıltı ilə deyilən sözləri müəmmalı bir təbəssümlə dinləməyin həsrətini çekirdi.
Onun heç nəyi yoxdu. Nə pal-paltarı vardı, nə də qiymətli daş- qaşı. Amma belə şeylərdən ötrü ürəyi gedirdi və başa düşürdü ki, Allah onu məhz geyinib-kecinmək üçün yaradıb. O elə istəyirdi ki, adamların xoşuna gəlsin, kişilərin gözü onda qalsın, məclisə çıxanda kişilərin ağlım başından alsın və arvadlar paxıllıqdan yanıb- yaxılsınlar.
Hərdənbir, vaxtı ilə bir monastırda tərbiyə aldıqları varlı rəfiqəsinin yanına gedərdi, hər dəfə də oradan qayıdanda halı xarab olardı və özünə söz verərdi ki, bir daha onlara getməyəcək. Bütün günü axşamacan dərdindən, öz halına acıdığından, qüssə və məyusluqdan ağlayırdı.
Bİr dəfə axşam əri İşdən kefi çox kök qayıtdı və ona İri bir zərf verdi:
Al, - dedi, - sənə sürpriz hazırlamışam.
Arvad dərhal zərfi açdı, içindən bir kağız çıxartdı, kağızda bu sözlər yazılmışdı:
"Xalq maarif naziri və xanım Jorj Ramponno cənab ve xanım Luazeldən xahiş edirlər ki, yanvarın 18-də, bazar ertəsi, nazirlik- dəki məclisə təşrif gətirsinlər”.
Əri gözləyirdi ki, arvadı bu xəbərdən şadlanacaq, ancaq onun gözlədiyinin əksinə arvad məyusluqdan dəvətnaməni stolun üstünə atdı:
Özün de, bu mənim nəyimə lazımdır?
Necə yəni nəyimə lazımdır, əzizim, mən elə bilirdim ki, sen çox razı qalacaqsan. Sən heç yana getmirsən, bundan gözəl təsadüf olarmı? Mən bu dəvətnaməni çox çətinliklə əldə etmişəm. Çox adam bu məclisə getmək İstəyir, amma hamını ora dəvət etmirlər, kiçik məmurları belə yerlərə az-az çağırırlar. Sən orada böyük adamların hamısını görəcəksən.
O, ərinə qəzəblə baxır və əsəbiliklə deyirdi:
Mən ora nə ile gedəcəyəm? Əynimə geyməyə bir şeyim yoxdur!
Bu heç ərinin ağlına gəlməmişdi. Ona görə mızıldandı:
Elə həmin paltarı, teatra gedəndə geydiyin donu geyinərsən, zətmimcə, çox yaxşı dondur.
O gördü ki, arvadı ağlayır. Özünü itirdi və kədərli halda susdu. İki iri yaş damlası arvadın yanaqlarından süzülüb, ağzının yanlarından aşağı yuvarlanırdı. O, kəkələyə-kəkeleyə dilləndi:
Sənə nə oldu? Nə, nə oldu?
Arvad özünü zorlayıb dərdini boğdu və yanaqlanndakı yaşı silərək sakitcə cavab verdi:
Heç nə. Mənİm elə yerlərə getmək üçün geyməyə layiqli paltarım yoxdur, deməli, həmin məclisə gedə bilməyəcəyəm. Apar dəvətnaməni arvadının geyməyə məndən yaxşı paltarı olan iş yoldaşlarından birinə ver.
Kişi ümidsizlik içində arvadını dilə tutdu:
Bura bax, Matilda, çox da baha olmayan bir donu neçəyə almaq olar, hə, elə bir parçadan ki, sonra da geyinmək mümkün olsun?
Matilda bır xeyli susdu, xəyalında haqq-hesab çəkdi və qənaətcil ərini hürküdüb qorxutmamaq üçün elə bir qiymət fikirləşdi ki, kişi eşidəndə içini çəkib paltar almaq fikrindən təmiz daşınmasın.
Nəhayət, arvad tutula-tutula dilləndi:
Düzünü deyə bilmərəm, amma mənə ele gəlir ki, dörd yüz frank bəs eləyər.
Kişinin rəngi ağardı. O, yay aylarında, hər bazar günü Nanter ətrafına torağay ovuna gedəndə dostları ilə birlikdə ova çıxmaq üçün tüfəng almaqdan Ötrü düz arvadının dediyi qədər, yəni dörd yüz frank pul yığmışdı.
Yaxşı. Mən sənə dörd yüz frank verərəm. Amma çalış ele don al ki, yaraşıqlı olsun.
Məclisin vaxtı yaxınlaşırdı. Xanım Luazel təzə don almış olsa da, özünə yer tapmır, fikirləşir, kədərlənir və narahat olurdu. Nccə oldusa, bir axşam eri onun halını başa düşdü:
Bura bax, sənə nə olub? Axır günlor özünü çox qəribə aparırsan?
Ona görə ki, - deyə xanım Luazel ərinə cavab verdi, - mənim heç nəyim yoxdur, nə bir üzüyüm var, nə də bir muncuğum, onlarsız paltar lap yaraşıqsız görünür. Daş-qaşsız adamın əyninə paltar da yaraşmır. Ele yaxşısı budur ki, men məclisə getməyim.
Əri etiraz elədi:
Sən donunun yaxasma gül taxarsan. Qış vaxtı belə şey tapıb yaxaya taxmaq bir az da zəriflik hesab olunur. On franka iki, hətta üç əla qızılgül almaq olar.
Matilda razılaşmaq istəmədi:
Yox, istəmirəm. Bu, adamı alçaltmaqdır. Bər-bəzəkli arvadların arasında dilənçi kökündə görünmək ölümdən pisdir.
Birdən kişi çıxış yolu tapdı:
Sənin heç ağlın yoxdur! Xanım Forestycnin yanma get, ondan xahiş ele ki, daş-qaşlarından birini sənə əmanət versin, sözünü yerə salmaz, axı siz çox dostsunuz.
Xanım Luazel sevincdən qışqırdı:
Düz deyirsən, bu heç mənim ağlıma gəlməyib.
Ertəsi günü o, xanım Forcstyenin yanına getdi ve öz dərdini olduğu kimi rəfiqəsinə danışdı.
Xanım Forestye aynalı şkafa yaxınlaşdı, oradan böyük bir mücrü çıxartdı, gətirib xanım Luazelə göstərdi, qapağım açıb dedi:
Hansını istəyirsən seç, əzizim.
Xanım Luazel əvvəlcə mücrüdəki bilərziyi, sonra mirvarini, daha sonra Venesiya ustalarının düzəltdiyi daş-qaşlı qızıl xaçı gördü. Zinət şeylərini götürüb bir-bir boynuna taxdı, güzgünün qabağında dayandı, onlan geri qaytarmaq, daş-qaşdan ayrılmaq istəmədi. Güzgünün qabağında özünə baxıb tez-tez soruşdu:
Bunlardan başqa bir şeyin yoxdurmu?
Niyə yoxdur, axtar tap. Axı mən bilmirəm sənin nə xoşuna gəlir?
Birdən onun əlinə qara atlas qutudakı əla brilyant boyunbağı keçdi. Bu boyunbağını öz boynunda görməyi elə çılğıncasına arzuladı ki, az qaldı ürəyi dayansın. Əlləri əsə-əsə boyunbağını götürdü, enli yaxahqh paltarının üstündən sinəsinə tutdu, özünə heyran oldu və güzgünün qabağında donub qaldı. Sonra qısıla-qısıla soruşdu:
__ Sən mənə bunu verə bilərsənmi, ancaq bunu? əlbəttə, verərəm.
Xanım Luazel rəfiqəsinin boynuna atıldı, hərarətlə onu öpdü və qiymətli boyunbağım götürüb qaça-qaça otaqdan çıxdı.
Nəhayət, məclisin vaxtı çatdı. Bal günü hamının gözü xanım t ıazeldə qaldı. O hamıdan gözəl idi, zərif, qəşəng, şən görünən bu mtn sevincindən məst olmuşdu. Kişilər ondan gözünü çəkmir, onunla rnaı'acllaIlır’ onun kim oduğunu soruşur və çalışırdılar ki, onunla tanış olsunlar. Xüsusi tapşırıq şöbəsinin məmurları yalnız onunla als oyuamaq istəyirdilər. Hətta nazirin özü də onunla maraqlandı.
O böyük bir həvəs və ehtirasla, sevincdən başı gicellənə-gicəl- ı nə hər şeyi unudaraq, öz gözəlliyinin təntənəsindən nəşələnərək, a ləbə sindən məst olmuş halda, kişilərin təzim və pərəstişlərin- onların qəlbində özünə qarşı oyatdığı ehtiras və arzulardan ^hjaiıaraq, həmişə qadın qəlbini riqqətə gətirən tam qələbə çalmaq duyğusu ilə, e(e bil xoşbəxtlik dumanına bürünərək rəqs edirdi.
Onlar səhər saat dörddə məclisdən getdilər. Xanım Luazelin əri ecƏyarı olanda, arvadları salonda şənlik edən özü kimi üç məmurla birlikdə balaca boş bir otaqda mürgülədi.
O arvadının çiyninə hər gün geyilən və İndi onun əynindəki yara- ıqlı paltara heç cür yaraşmayan nimdaş bir bürüncək saldı. Xanım Luazel hunu hiss etdi və çiyinlərinə bahalı xəz dəri salan başqa varlı adınların gözünə görünməmək üçün qaçmaq istədi.
4 Luazel arvadım saxladı:
- Hara qaçırsan, sənə soyuq dəyər, gözlə, bu saat fayton tapım.
Xanım Luazel ərinə fikir vermədən pilləkənlə aşağı qaçdı. Yaxınlıqda fayton tapılmadı. Onlar küçə ilə gedə-gedə yanlarından ötən faytonlara əl qaldırdılar və faytonçuları səslədilər. Axırda hər şeydən əlləri üzüldü və soyuqdan donmuş halda çayın sahilinə endilər. Həhayət, sahildə sökük-salxaq bir gecə faytonu tapdılar. Bu cür f tonlar Parisdə ancaq gecələr gözə dəyir, elə bil onlar gündüz öz gəmlərindən xəcalət çəkirlər, küçəyə çıxmırlar.
® Faytona mindilər, Martir küçəsindəki evlərinə gəldilər və dinməz-söyləməz yuxarı qaxdılar. Arvad üçün elə bil daha hər şey sona çatmışdı. Kişi isə saat onda nazirliyə işə gedəcəyi haqda düşünürdü.
Xanım Luazel güzgü qabağında bürüncəyini çiynindən atdı və istədi ki, Öz gözəlliyinə, ber-bəzəyinə bir də tamaşa eləsin. Birdən qışqırdı. Boyunbağı boynunda yox idi.
Paltarlarının yarısım soyunmuş əri soruşdu:
Yenə sənə nə oldu?
Mənə... mənə nə oldu?.. Xanım Forestyenin boyunbağısı itibdir.
Kişi Özünü itirmiş halda yerindən dik atıldı:
Nə? Nə olub, deyirsən? Ola bilməz!
Onlar paltarların qırçınlarım, bürüncəyin büküləcəklərini, cibləri axtardılar ve heç nə tapa bilmədilər.
Yadına sal, gör biz baldan çıxanda boyunbağı boynunday- dımı? - deyə kişi soruşdu.
Bəli. Mən nazirliyin pilləkənlərindən enəndə əlimlə yoxladım, boynumda idi.
Əgər boyunbağını küçədə itirsəydin, onun səsini eşidərdik. Yəqin faytonda düşüb.
Deyəsən elədir. Sən faytonun nömrəsini yadında saxlamısan?
Yox. Sən də faytonun nömrəsinə baxmamısan?
Yox.
Onlar bu hadisədən ölmüş kimi, xeyli bir-birinin üzünə baxa- baxa qaldılar. Sonra Luazel paltarını geydi.
Gedim, - dedi, - piyada gəldiyimiz yerləri axtarım, bəlkə boyunbağım tapdım.
O getdi. Xanım Luazel isə elə beləcə, əynindəki paltarı soyunmadan, işığı yandırmadan, uzanmağa belə taqəti olmadan, ölü kimi yerindəcə donub qaldı.
Ərİ səhər saat yeddidə, əliboş geri qayıtdı.
Sonra polis idarəsinə getdi, redaksiyada oldu, itən şey haqqında elan verdi, faytonların dayanacağını yoxladı, bir sözlə, ümidi gələn yerlərin hamısını yoxladı,
Arvad İsə başına gələn gözlənilməz fəlakətdən keyləşmiş halda bütün günü evdə oturub gözlədi.
Luazel axşam, bət-bənizi qaçmış halda, evə qayıtdı. O heç nə öyrənə bilmədi, bircə günün içində arıqlamışdı.
Rəfiqənə yaz ki, boyunbağının zəncirini qırmışam, vermişəm zərgər düzəltsin. Bəlkə bir az vaxt qazana bilək, sonra da görək başımıza ne çarə qılırıq.
Ərinin diktəsi ilə arvad məktub yazdı.
Bir həftədən sonra onlar hər şeydən ellərini üzdülər və bu bircə həftənin ərzində düz beş yaş qocalmış Luazel:
Boyunbağının əvəzini verməliyik, - dedi.
Ertəsi günü boyunbağının qabını götürdülər, üstündəki yazıya baxıb zərgəri tapdılar, zərgər köhnə dəftərçədəki adları yoxladı və:
Boyunbağını mən satmamışam, - dedi, - mən ancaq qabı satmışam.
İş belə olduqda onlar bir-biri ile məsləhətləşə-məsləhətləşə, boyunbağının əlamətlərini yadlarına salmağa çalışaraq, eyni ilə ona oxşar yeni bir boyunbağı tapmaq ümidi ilə dərd və həyəcandan özlərini itirmiş halda zərgər dükanlarını bir-bir gəzməyə başladılar.
Pale-Royal küçəsindəki dükanların birində eyni ilə onların axtardığı boyunbağıya oxşar bir boyunbağı tapdılar. Boyunbağının qiyməti qırx min frank idi. Onlara isə otuz altı min franka satmağa razı oldular.
Onlar zərgərdən xahiş elədilər ki, boyunbağını üç gün saxlasın və belə bir şərt kəsdilər ki, əgər fevralın axmnadək itən boyunbağı tapılsa, bu boyunbağını frankı otuz dörd min franka geri alsınlar.
Luazeün atasmdanqalma on səkkiz min frankı vardı. Qalanını isə borc almağı qərarlaşdırdı.
Və birindən min frank, o birindən beş yüz frank, burdan yüz, ordan beş yüz frank almaqla, bir-bir hamıdan borc pul yığdı. Borc aldığı adamlara qəbz verir, öhdəsinə iflasedici şərtlər götürür, sələmçilərlə, cürbəcür borc verənlərlə tanış olur, onların yanına gedirdi, O, ömrünün axırına qədər qul kimi olacağını başa düşə-düşə, qarşıda onu gözləyən ehtiyacın, qayğıların, gələcəkdə çəkəcəyi maddi çətinliklərin, mənəvi əziyyətlərin ağırlıqları altında indidən əzilərək, aldığı borc putlan qaytara bilib-bilməyəcəyini fikirləşmədən veksellərə qol çəkdi və topladığı pulları götürərək təzə boyunbağının dalınca getdi, otuz altı min frankı zərgərin daxılının üstünə qoydu.
Xanım Luazel boyunbağını geri qaytaranda rəfiqəsi narazılıqla dilləndi:
Nə yaman gec qaytardın, belkə özümə lazım olaydı.
Xamm Luazel qorxurdu ki, rəfiqəsi qabı açıb əmanəti yoxlayacaq, amma o boyunbağına heç gözünün ucu ilə də baxmadı. Əgər o görsəydi ki, boyunbağını dəyişiblər, görəsən nə düşünərdi, nə fikirləşərdi?
Bəlkə də onu oğru hesab edərdi?
c>0 86
Xanım Luazel yoxsulların dəhşətli həyat keçirdiklərini bilirdi. Elə ona görə də öz taleyi ilə çox mərdanəliklə barışdı. Bu dəhşətli borcu qaytarmaq lazım idi və o bu borcu mütləq qaytaracaqdı. Qulluqçunu azad etdilər, evi dəyişdirdilər, lap yuxarıda, taxtapuşun altında balaca bir daxma kirayələdilər.
O, ev işlərinin hamısını özü görməyə başladı. Zəhləsi getsə də, axşama qədər mətbəxdə eşələndi, qab-qacaq yudu, yağlı qazanın dibini təmizləyəndə çəhrayı dırnaqlarını sındırdı, özü paltar yudu, tuman-köynəyi, dəsmalı yaxalayıb kəndirə sərdi. Hər səhər tezdən həyətə düşüb küçəyə zibil apardı, pilləkənlərin başındakı meydançalarda dayanıb nəfəsini dərə-dərə su daşıdı. Bütün yoxsul ailələrdən olan arvadların geydiyi köhnə, nimdaş paltarlardan geydi, əlində zənbil bazara qaçdı, çörəkçiyə girdi, qəssab dükanına, göy satanların yanına getdi, güc-bəla ilə əldə etdikləri dilənçi payı kimi az olan gəlirlərindən bircə su saldırmaq üçün alverçilərlə dalaşdı, çığır- bağır saldı, çene-boğaz elədi, qısdırıb qəpik-qəpik pul yığdı.
Hər ay vekselin birini ödəmək, təzəsini almaq, bir başqasının möhlətini uzatmaq lazım idi. Əri bir alverçinin haqq-hesabını qaydaya salmaq üçün gecələr işləyir, bəzən də səhərə qədər yatmayıb səhifəsi beş suya əlyazmalarının üzünü köçürürdü.
Düz on il bu cür yaşadılar. On ildən sonra hər şeyi, hətta insaf- sızcasma artan sələmləri belə ödəyib qurtardılar.
Xanım Luazel yaman qocaldı. Özü də yoxsul ailələrin arvadları kimi kobudlaşdı, sərt və əsəbi oldu, arıqladı və elə bil çiyin sümükləri iriləndi. Fikri dağınıq halda gəzməyə başladı. Donunun bir yanı əyilmişdi, elləri qıpqırmızı idi, bağıra-bağıra danışırdı. Döşəməni isti su ilə özü yuyurdu, amma bəzən, əri işdə olanda, pəncərə qabağında oturub keçən günləri, bala getdiyi həmin axşamı və o gecə hamını heyran qoyduğunu, özünün füsunkarlığını yadına salırdı.
Görəsən, boyunbağını itirməsəydi nə olardı? Eh, kim bilir, nə baş verərdi? Həyat nə qədər qəribə və gözlənilməz işlərlə doludur! İnsanı bircə anda xilas, ya da məhv etmək nə qədər asan imiş!
Bir dəfə, düz bir həftə evdə gecəli-gündüzlü işlədikdən sonra bazar günü; bir azca dincəlib nəfəs almaq məqsədi ilə xanım Luazel Yelisey çölünə getdi və birdən uşağının əlindən yapışıb gedən bir xanım gözünə dəydi. Bu, xanım Forestye idi. O, əvvəlki kimi qalmışdı, gözəl və cazibədar idi.
Xanım Luazel bir anlığa özünü itirdi, bilmədi onunla danışsın, ya yox? Sonra fikirləşdi ki, niyə danışmasın? İndi hər şeyi açıb nemək olar. Borclar qaytarılıb və hər iş öz qaydasındadır, niyə danışmasın?
O, rəfiqəsinə yaxınlaşdı:
Salam, Janna.
Xanım... bağışlayın... mən bilmirəm... siz məni kiminləsə dolaşıq salmısmız...
Yox. Mən Matilda Luazeləm.
Rəfiqəsi ah çəkdi:
Mənim yazıq Matildam, sən nə yaman dəyişibsən?!
Elədir. Səndən ayrılandan sonra mənim başım çox bəlalar çəkdi. Yaman xərcə düşdük, özü də hamısı sənin ucbatından.
Mənim ucbatımdan? Bu necə ola bilər?
Mən nazirliyə bala gedəndə verdiyin brilyant boyunbağı yadındadıran?
Yadımdadır. Nə olsun ki?
Məsələ belədir: mən onu itirmişdim.
Necə? Sən ki, onu mənə qaytardın?
Mən sənə başqasını, lap sən verdiyinə oxşayan boyunbağını qaytardım. Düz on İl borclarımızı ödəməli olduq. Bilirsənmi, yaman əziyyət çəkdik. Axı bizim heç nəyimiz yox idi. İndi şükür Allaha, borclan qaytarmışıq, elə bil çiynimizdən ağır yük götürülüb.
Xanım Forestye də bil yerindəcə mıxlanıb qaldı:
Deyirsən, mənim boyunbağımın əvəzinə təzəsini aldınız?
Bəli. Sən heç nə başa düşmədin? Boyunbağılar bir-birinə yaman oxşayırdı.
Xanım Luazel şadyanalıq və üreyıaçıqlıqla gülümsündü.
Xanım Forestye isə həyəcanla rəfiqəsinin əlindən yapışdı:
Ay mənim yazıq Matildam! Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi! Onun qiyməti ən çoxu beşcə yüz frank olardı.
QƏBİRBAZLAR
Beş dost təzəcə nahar edib qurtarmışdılar. Beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi hələ subaydı. Dostlar hər ay görüşür, gənclik İllərini yada salırdılar. Nahardan sonra gecə saat ikiyə qədər söhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birlikdə vaxtları xoş keçirdi, bir yerə toplaşdıqları axşamlar) ömürlərinin ən yaxşı çağı hesab edirdilər. Hər şeydən danışırdılar, parisliləri maraqlandıran, əyləndirən hər şeydən.
Bütün başqa salonların əksəriyyətində olduğu kimi, onlar da səhər qəzetlərindəki yazılardan başlayıb, söhbəti uzadırdılar.
Aralarındakı ən məzəli adam Jozef de Bardon İdi. O subaydı. Sözün əsil mənasında parisli idi, macəranı sevirdi. Jozefə əxlaqsız, pozğun demək olmazdı. Qırx yaşı ancaq olardı.
O, əsil cəmiyyət adamı idi, xeyirxahlıqda tayı-bərabəri tapılmazdı, dahi olmasa da, ağıllı idi, çox dərin biliyi olmasa da, hər sahədən məlumatı vardı, adam arif olmasa da, çox şeyi duyurdu. O gördüyü, eşitdiyi, şahidi olduğu hadisələri, öz macəralarını məzəli, bəzən də fəlsəfi roman dili ilə danışırdı, bütün şəhərdə ağıllı bir adam kimi şöhrət qazanmışdı. Bütün məclislərdə masabəyi o idi. Hər dəfə yeni bir əhvalat danışmalı idi, buna hamı öyrəşmişdi. Ətraftndakılann xahişini gözləmədən özü danışmağa başlayırdı.
Harada olsa özünü öz evindəki kimi hiss edirdi. Masaya dirsəklənir, rahat-rahat papiros çekirdi. Boş qabının yanında yarımçıq şampan qədəhi olurdu, papiros tüstüsü ilə dolu və ətirli qəhvə məclislərində özünü sərbəst aparırdı. Bəzi adamlar öz evlərində, dindar minbərdə, balıq suda özlərini sərbəst aparırlar, o isə hər yerdə sərbəst idi.
Jozef qullablarına ara verib dedi:
Bir az əvvəl başıma qəribə bir macəra gəlib.
Az qala hamı bir səslə dedi:
Danışın!
Məmnuniyyətlə. Bilirsiniz ki, mən Parisdə çox gəzirəm, bəzək- düzək həvəskarları gəzə-gəzə vitrinlərə baxan kimi mən də bütün günü adamlara, yoldan keçənlərə, baş veren hadisələrə baxıram.
Sentyabrın ortalarında hava çox yaxşı idi. Bir gün günortadan sonra evdən çıxdım, heç özüm də bilmirdim ki, hara getməliyəm. Adam həmişə fikrində saxlayır ki, qəşəng qadınlardan birinə baş çəkmək olar. Fikirləşirsən, xəyalən onları müqayisə edirsən, hansının daha cazibədar, daha yaraşıqlı olduğunu götür-qoy edirsən, axırda gününün necə keçməsindən asılı olaraq bir qərara gəlirsən. Amma günəşli günlərdə, hava isti olanda çox vaxt adam heç kəsə qonaq getmək istəmir.
Gün çıxmışdı, hava çox isti idi. Damağıma bir siqar qoyub veyil- veyil bulvarda gəzmirdim. Sonra ağlıma gəldi ki, gəzə-gəzə gedim Monmartr qəbiristanlığına, bir az da orada gəzinim.
Qəbiristanlıqdan xoşum gəlir, orada istirahət edirəm. Mclanxo- lik bir əhval-ruhiyyədə oluram - buna ehtiyacım var. Həm də qəbiristanlıqda gözəl dostlarımız var, onları daha görə bilmirik, hərdən onlara baş çəkirəm.
Dostları ilə paylaş: |