~ baki-2006 İmiihmi sı\lı Hamlet (>u)C' h ■ 4A



Yüklə 422,57 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü422,57 Kb.
#35778
1   2   3   4   5   6   7
G.D.Mopassan-Hekay-r-Novellalar

* * *

Bir il sonra qızmar bazar günlərində meşədəki əhvalat Anrinin yadına düşdü. Əslində, həmin əhvalatı o heç unutmurdu, amma bu derə elə aydın, el e ürək yanğısı ilə xatırladı ki, dözə bilməyib tək- tənha həmin guşəyə getdi.

Ora çatanda mat qaldı. Qız orada idi. Həmin yerdə, otun üstündə oturmuşdu, qəmgin idi. Əri, sarıbaş oğlan onun yanında yuxuya gedib heyvan kimi xoruldayırdı, keçen il geydiyi uzunqol köynəyi də əynində idi.

Anrini görəndə qızın rəngi elə qaçdı ki, az qala ürəyi gedə­cəkdi. Sonra onlar aralarında heç nə olmayıbmış kimi, söhbet elə­məyə başladılar.

Oğlan deyirdi ki, bu yeri çox sevir, hərdən bazar günləri burada istirahət edir, keçmiş gözəl dəqiqələri xatırlayır. Bu sözləri eşidəndə qız gözlərini oğlanın gözlərinə zilləyib xeyli baxdı, sonra dedi:


  • Mən bu yeri hər axşam yadıma salıram.

  • Gedək, əzizim, - deyə əri oyanıb əsnəyə-əsnəyə söhbəti kosdi, - Məncə, qayıtmaq vaxtıdır.

EYBƏCƏRLƏR ANASI

Mən bu yaxınlarda, çimərlikdə, bütün varlıların sevimlisi, kübar mühitində yaxşı tanınan, hamını valeh edib hörmət qazanan cavan, zərif, gözəl-göyçək bir parisli xanımı görəndə o iyrənc, murdar hadisə və o mənfur qadın yadıma düşdü.

Söyləmək istədiyim əhvalat çoxdan olmuşdur, amma də hadi­sədir ki, onu heç cür unutmaq olmur.

Dostlarımdan biri məni öz kiçik əyalət şəhərlərinə qonaq çağır­mışdı. O öz şəhərlərinin bütün görkəmli yerlərini mənə göstərdi. Məni hər yerə apardı; öz gözəlliyi ilə şöhrət qazanmış bütün mən­zərəli yerlərə tamaşa etdik, qədim qəsrlərə, emalatxanalara, xara­balıqlara, kilsəyə getdik, qedimdənqalma şəbəkəli, naxışlı qapılara, abidələrə, nəhəng gövdəli qəribə ağaclara, müqəddəs Andrcy palı­dına, rokbuaz qaraçöhrəsinə — həmişəcavan ağacına baxdıq.

Mən bütün bu tamaşa edilməli yerlərə, dostumun xatirinə hey­ranlıq və valehliklə baxandan sonra o, kədərlə dedi ki, daha sənə göstərilməli yer qalmadı. Mən yük altından çıxmış kimi nəfəsimi dərib yüngülləşdim və fikirləşdim ki, şükür, indi ağacların kölgə­sində uzanıb dincələ bilərik. Amma dostum gözlənilmədən qışqırdı:


  • Az qala yadımdan çıxmışdı, bizdə bir “eybəcərlər anası” da var, onu mütləq sənə göstərməliyəm.

  • “Eybəcərlər anası” nədir? - deyə soruşdum.

  • Çox iyrənc arvaddır, əsil iblisdir. Bu murdar arvad, hər il olduqca eybəcər, iyrənc adamı dəhşətə gətirən əcaib uşaqlar doğur və onları panoptikumlara - qəribə şeylər saxlayan adamlara satır. Bu əclaflar isə həmin arvadın yeni bir eybəcər dünyaya gətirib- gətirmədiyini bilmək üçün vaxtaşırı ona baş çekir, əgər doğulmuş uşaq xoşlarına gəlsə, götürüb aparır və anasına renta verir, hər ay pul göndərirlər.

İndi həmin arvadın düz on bir eybəcər uşağı var, özü də onların hesabına əməlli-başlı varlanıb.

Görürəm, mənə inanmırsan, elə bilirsən zarafat eləyirəm və dediklərimin hamısını özümdən uydururam. Qətiyyən yox. Mən

sənə olan şeyi, lap gerçək bir əhvalat danışıram. Gedək o arvadı sənə göstərim öz gözlərinlə gor, sonra onun nə yolla eybəcər uşaq­lar doğduğunu sənə söylərəm.

Dostum məni şəhərin kənanna apardı.

Bu arvad lap yolun kənarında gözəl bir evdə yaşayırdı. Hər şey göz oxşayırdı, səliqə-sahman vardı, bağça ətirli çiçəklərlə dolu idi. Heç nə demək olmazdı, axı bura mərhum bir notariusun evi idi.

Qulluqçu qız bizi kiçik bir kənd evindəki qonaq otağma apardı və bu yaramaz arvad bizim görüşümüzə gəldi.

Onun qırx yaşı olardı. İribədənti, irisümüklü, amma yaraşıqlı, möhkəm, güclü, bir sözlə, əsil ətli-qanlı, sağlam, inəyə oxşar bir kəndli qadını idi.

O bilirdi ki, hamının ondan zəhləsi gedir, ona görə də yanma gələnlərin hamısını qəzəbli bir hərarətlə qarşılayırdı.

Bizi görən kimi:


  • Sizə nə lazımdır? - deyə soruşdu.

Dostum cavab verdi:

  • Deyirlər, sizin kiçik uşağınız çox adi uşaqdır və qardaşlarına qətiyyən oxşamır. Mən bunu qəti bilmək istəyirəm, öz gözlərimlə görmək istəyirəm ki, görüm deyilənlər düzdürmü?

O bizi qaşlarının altından süzdü və cavab verdi:

  • Yox, yox, cənab, sizə düz deməyiblər, əksinə, bu uşaq lap eybəcərdir, qabaqkı larin hamısından lap dəhşətlidir. Allah məni qar­ğıyıb, bəxtim gətirmir, neyləyim? Hamısı bir-birinə oxşayır, hamısı elədir, elə bil it nəfəsi dəyib. Bilmirəm, mən bədbəxtə, mən yazığa niyə Allahın qəzəbi keçib, axı niyə?

O tez-tez, hiyləgərliklə gözünü yerə dikərək danışırdı və özünü hürkmüş vəhşi heyvan kimi aparırdı.

O, səsinin sərtliyini azaltmağa çalışır və özünü ağlamsınmış kimi göstərirdi, amma adama qəribə gələn də bu idi ki, bu cür yeknəsəq, kişi səsinə oxşar zil səslər elə bil yalnız canavar kimi ulamaq və azğın hərəkətlər üçün yaranmış bu yekəpər, heyvərə, irisümüklü, nahamvar arvaddan çıxırdı.

Dostum ona dedi:


  • Sizin balacaya baxmaq olmazını?

Mənə elə gəldi ki, arvad qızardı. Ola bilsin, mən səhv edirəm. Bir az dayandı və çox sərt halda soruşdu:

  • Nəyinizə lazımdır?

Başını qaldırıb bizi iti və kəskin baxışlarla süzdü. Dostum sözünə davam etdi:

  • Siz nə üçün uşağı bizə göstərmək istəmirsiniz? Axı siz uşağı çox adama göstərirsiniz, özünüz bilirsiniz ki, kimi deyirəm.

Arvad diksindi və səsinə, hərəkətlərinə, qəzəbinə sərbəstlik verərək üstümüzə bağırdı:

  • Deyin görüm, buraya nə üçün gəlibsiniz, hə? Məni ələ salmaq istəyirsiniz? Mənim uşaqlarım heyvana oxşadığına görə ona bax­maq istəyirsiniz? Siz onu görməyəcəksiniz, qulağınızın dibini görsə­niz, onu da görərsiniz! Rədd olun burdan, cəhənnəm olun! Zəli kimi nə yapışıbsınız məndən?!

Əlini belinə qoyub üstümüzə şığıdı. Onun bağırtısını eşidən kimi qonşu otaqdan həm naləyə, həm də moyultuya bənzər bir səs eşi­dildi. Bu səs səfeh bir varlığın şikayət dolu səsinə oxşayırdı. Mən sarsıldım və biz dal-dalı geri çəkildik.

Dostum onu hədələdi:



  • Yaxşı, iblis, (camaat ona İblis deyirdi) özünü gözlə, bir vaxt bunların əvəzini səndən çıxacaqlar.

Arvad qəzəbindən tir-tir əsdi, özündən çıxdı və yumruğunu hərləyib bağırdı:

  • Cəhənnəm olun, yırtıcılar, mən nəyin əvəzini verməliyəm, hə? Rədd olun!

O az qaldı ki, bizim boğazımızdan yapışsın, Tələsik ondan ara­landıq. Lap pərt olmuşduq.

Dostum qapıdan çıxan kimi soruşdu:



  • Gördün? Hə, gördün? Xoşuna gəldi?

Mən:

  • İndi danış görüm, bu zibil kimdir? - deyə soruşdum.

Əsən səıin küləyin sakit dəniz kimi dalğalandırdığı boy atmış taxıl zəmilərinin arasından keçən geniş, ağımsov yolla gedə-gedə dostum həmin qadın haqqmda bu əhvalatı danışdı.

Bu arvad əvvəllər fermada qulluqçu işləyirdi, çox ehtiyatlı, təm­kinli və işlək bir qız idi. Onu oğlanlarla bir yerdə görən olmamışdı, heç kəsin gözünə onun kişiləri görəndə suyuJduğu dəyməmişdi,

O da, başqa qulluqçu qızlar kimi biçin vaxtı, dərzlərin arasmda, axşamüstü, göyün üzünü qara buludlar bürüyüb şaqqıldamağa hazırlaşan vaxtı, havadan təndirdən qalxan od kimi isti yağdığı ve günün altında yanıb qaralmış oğlanlarla qızların bədənindən tər su kimi axdığı vaxtda günah işləmişdi.

Bir azdan hiss etmişdi ki, uşağa qalıb, həya və xəcalətdən az qalmışdı yerə girsin.

Bu biabırçılığın üstünü örtmək, başqalarından gizlətmək lazımdı, ona görə qamma taxta qoydu, kəndirlə möhkəm sarıyıb sıxdı. Qarnındakı uşaq böyüdükcə kəndiri daha möhkəm çəkir, taxtaları daha möhkəm sıxır, bütün ağn və əziyyətlərə mərdanəliklə dözür, həmişə gülümsünür ve özünü elə aparırdı ki, guya heç nə yoxdur, əvvəlki kimi yüngül və cəlddir.

O, qarnını möhkəm sarıya-sarıya öz uşağını hələ ana bətnində şikəst etmişdi, onu əzmiş və eybəcərləşdirmişdi. Uşağın başı yastı­lanmış, gözləri pırtlayıb irəli çıxmışdı. Qolları və qılçaları üzüm tənəyi kimi uzanıb əyrim-üyrüm olmuşdu, barmaqları hörümçək əlləri kimi idi.

Uşağm qamı bapbalaca, qoz kimi dəyirmi idi.

Arvad payız günü, səhər tezdən, elə taxılların arasmda doğdu. Alaq vuran qızlar onun başına yığılıb kömək eləmək istəyəndə, onun bədənindən çıxan eybəcər və əcaib məxluqu görüb, dəhşət içində qışqırıb qaçmışdılar. Dərhal hər yerə xəbər yayılmışdı ki, bu qız şeytan doğmuşdur. Elə o vaxtdan bu arvadın adını İblis qoydular.

Qızı qovdular başqa yerə. O, sədəqə ilə dolanmağa, bəlkə də kim bilir, gizlicə kişilərlə görüşməkdən əldə etdiyi qazancla dolanmağa başladı. Bir də şeytandan və cəhənnəmdən qorxmayan o qədər kişi var ki! Qız da ətli-canlı ve gözəgəlimli idi.

O özünü və əcaib uşağım saxlayıb böyüdürdü. Amma hiss olu­nurdu ki, uşağa nifrət edir, həm də dəhşətli dərəcədə nifrət edir, əgər baş verə biləcək işi əvvəlcədən duyan keşiş ona hədə-qorxu gəlməsəydi və onu məhkəmə ilə qorxutmasaydı, kim bilir, bəlkə də, uşağı çoxdan boğub öldürmüşdü.

Ancaq bir dəfə buradan ötən oyunbazlar eşitdilər ki, bu yerlərdə çox əcaib bir uşaq böyüyür və qərara aldılar ki, həmin uşağa bax­sınlar, əgər onların istəklərinə uyğun gəlsə, alıb özləri ilə apar­sınlar. Uşaq xoşlarına gəldi və arvada beş yüz frank nağd pul verib, eybəcəri aldılar.

Arvad əvvəlcə utandı və öz uşağını göstərmək istəmədi, amma sonra başa düşdü ki, uşağm əvəzinə pul almaq olar və bu adamlar doğrudan da müştəridirlər, başladı çənə-boğaz eləməyə, uşağın eybəcərliklərini sadalayıb, bir kəndli inadı ilə hər qəpikdən ötrü höcətləşib malının qiymətini artımı ağa.

O qorxurdu ki, onu aldadarlar, ona görə müştəriləri məcbur etdi ki, kağıza qol çəksinlər. Belə şərtləşdilər ki, eybəcər uşağın əvə­zinə verilən nəğd puldan başqa hər il dörd yüz frank da göndər­sinlər. Elə bil eybəcər uşağı satın almırdılar, onu öz yanlarında qul­luğa götürürdülər.

Bu gözlənilməz qazanc arvadın ağlını başından aldı və o çox gəlir əldə etmək, varlı burjualar kimi rentaya sahib olmaq məqsədi ilə yeni eybəcərlər doğmaq həvəsinə düşdü.

Arvad doğub-törəyən olduğuna görə tez-tez uşaq dünyaya gətirməyə başladı, həm də bu uşaqları istədiyi şəklə salmağa, onları hələ ana bətnində olarkən taxtalarla gah yandan, gah ortadan sarı­yıb eybəcərləşdirməyə; bir-birinə oxşamayan, müxtəlif şəkilli əcaib­lər yaratmağa başladı.

Onun uşaqlarının bəzisi upuzun doğulub kərtənkələyə bənzə­yirdi, bəzisi isə göpgödək olub xərçəngi xatırladırdı. Uşaqların ölən­ləri də olurdu, onda arvad yaman kədərlənirdi.

Məhkəmə işçiləri bu dəhşətin qabağını almaq istədilər, amma bir şeyə nail ola bilməyəcəklərini başa düşüb geri çəkildilər, arvad­dan el çekdilər və arvad eybəcərlər doğmağında davam etdi.

Hal-hazırda onun bu cür on bir eybəcər uşağı var, onlar ildə analarına nə az, nə çox, düz dörd-beş min frank gəlir gətirirlər. Uşa­ğm birini hələ aparmayıblar. Bu uşaq anasının bizə göstərmək istə­mədiyi həmin uşaq idi. Amma bu uşaq otıun yanında çox qalmaya­caq. Oyunbazların hamısı bu arvadı tanıyır, gec-tez gələcəklər, təzə bır eybəcərin olduğunu öyrənib aparacaqlar.

Arvad uşaq həddindən artıq eybəcər olanda qiymət üstündə çox çənə-boğaz edib, baha qiymətə satmağa çalışır.

Dostum susdu. Bu iyrəndikdən ürəyim bulanırdı, qəzəbimdən titrəyirdim və onu əlimin altında olanda boğub öldürmədiyimin peş­mançılığını çəkirdim.



  • Bəs uşaqların atası kimdir? - deyə soruşdum.

  • Məlum deyil. Deyəsən o, ya da onlar bir balaca həya edirlər. Gizlənirlər. Bəlkə də arvad öz gəlirini onlarla bölüşdürür.

Bu əhvalat yadımdan çoxdan çıxmışdı. Amma bu yaxınlarda dəbdə olan çimərliklərin birində, gözəl-göyçək, zərif, hamının hörmət etdiyi, kişilərin qarşısında baş əydiyi nazlı-qəmzəli bir xanım gördüm.

Mən bu kurortun həkimi olan dostumla qol-qola çimərlikdə gəzirdim. On dəqiqədən sonra qumun üstündə oynayan üç uşaq gör­düm, Dayələri də yanlarında idi,

Qumun üstünə balaca qoltuq ağacları atılmışdı. Mən həyəcan­landım. Gördüm ki, uşaqların üçü də şikəstdir, qozbeldirlər, ayaq­lan əyridir, bir sözlə eybəcərdirlər.

Doktor uşaqlan mənə göstərib:



  • Bax bunlar, indicə gördüyün qəşəng xanımın uşaqlandır, - dedi.

Mənim ürəyim ağrıdı, ona və onun uşaqlarına yazığım gəldi.

  • Yazıq arvad, - heyifsiləndim, - belə dərdi olanm görəsən qaşqabağı açıhrmı?

Dostum mənə:

  • Əzizim, ona yazığın gəlməsin, - dedi, - yazıq, bu bədbəxt uşaqlardır. Anaları hamilə olanda axıracan belinin incəliyini saxla­maq istəmiş və uşaqlar bu günə düşmüşdür. Arvad hamilə vaxtı həmişə korset bağlamışdır, korset sıxıb bu bədbəxtləri şikəst etmiş­dir. Bu xanım çox gözəl bilir ki, öz həyatını təhlükəyə atır, ancaq bundan qorxmur. Ona axıracan gözəlliyini itirməmək və kişilərin xoşuna gəlmək lazımdır.

Və mənim yadıma başqa bir qadm, öz eybəcər uşaqlarım satan “İblis” düşdü.


HƏSİRÇİ QADIN

Markiz de Bcrtran ov mövsümünün açılışı münasibəti ilə evində süfrə açmışdı. Axıra yaxın İdi. On bir ovçu, səkkiz gənc qadm və bu yerlərin həkimi, üstü müxtəlif meyvə və çiçəklərlə dolu böyük masanın arxasında əyləşmişdilər.

Məhəbbətdən söz düşdü. Böyük bir mübahisə başladı. Həqi­qətən sevməyin bir, yaxud bir neçə dəfə mümkün olduğunu bilmək üçün həmişə qızışan mübahisə indi də davam edirdi. Ömründə yal­nız bircə dəfə ciddi sevmiş adamları misal gətirdilər. Tez-tez və ehtirasla sevmiş adamları da nümunə göstərdilər. Kişilər inad edir­dilər ki, xəstəlik kimi eşq də bir şəxsi bir neçə dəfə yaxalaya bilər. Əgər qarşıya hər hansı bir maneə çıxarsa, ehtiras insanı məhv edə bilər. Bu barədə mübahisə uzanası olmadı. Qadınlar sözə başla­dılar. Onların fikri nəticə çıxarmaqdan çox poeziyaya meyil edirdi. Söyləyirdilər ki, məhəbbət, əsil məhəbbət, ilahi məhəbbət öz qurba­nına yalnız bir dəfə qismət olur. O, ildırım kimi bir şeydir, toxun­duğu ürək boşalır, qovrulur, xarabazara çevrilir. Orada yenidən heç bir güclü hiss, hətta heç bir arzu baş qaldıra bilməz.

Markiz dəfələrlə sevmiş olduğu üçün bu fikirlə ciddi mübarizə aparırdı.

- Mən sizə deyirəm ki, bir neçə dəfə, həm də ürəkdən sevmək mümkündür. Siz məhəbbət naminə özünü öldürmüş adamları misal gətirirsiniz. Guya ki, ikinci bir məhəbbət mümkün deyilmiş. Mən sizi inandırıram, əgər onlar səfehlik edib özlərini öldürməsəydilər, sağala bilərdilər, ölüm onların bütün imkanlarım əllərindən alır. Onlar yenidən, həmişəlik, ölənə qədər sevə bilərdilər. Badəpərəst- lər kimi sevənlər də var: kim ki, içib - içəcək, kim ki, sevib - sevə­cək, Burada məsələ ehtiras məsələsidir.

Kəndə gəlmiş parisli qoca həkimi münsif seçdilər. Xahiş etdilər ki, öz fikrini desin. Onun elə bir sözü yox idi:



  • Markizin dediyi kimi, burada əsas məsələ ehtirasdır. Mən elə bir məhəbbət tanıyıram ki, əlli beş il sönməyib. O, bircə gün də cİsa ara verməmiş, yalnız ölümlə sona çatmışdır.

Xanım Markiz əl çaldı:

  • Gör nə gözəldir! Belə sevmək ən böyük xoşbəxtlikdir! Əlli beş il belə qızğın və güclü məhəbbətə qovuşaraq yaşamaq səadət­dir! Bircə görün qadının belə sevə bildiyi kişi nə qədər xoşbəxt və Allah vermiş adam olub!

Həkim gülümsədi:

  • Doğrudan da, xanım, siz səhv etmirsiniz. Sevilən şəxs bir kişi idi. Siz onu tanıyırsınız. Qəsəbənin əczaçısı cənab Şukedır. Qadını da tanıyırsınız, O hər il qalaya gəlib, kürsülərin həsirini təmir edən həsirçi qarı idi. Mən indi sizə her şeyi yaxşıca İzah edərəm.

Qadınların marağı yoxa çıxdı. Onların bezikmiş sifətindən bu sözlər oxunurdu: “Boş sözdür! Yalnız alicənab və məşhur adamlar eşqə düşə bilərlər, onlardan başqa heç kəs”.

  • Üç ay olar, məni həmin qarının yanına çağırmışdılar. O, ölüm yatağında idi. Bir az əvvəl arıq yabının çəkdiyi arabasında qayı­dıbmış. Bu araba həm də onun evi idi. Onun gözətçiləri və dostları - iki böyük qara it həmişə arabanın arxasınca gəzərdi.

Keşiş artıq orada idi. Qan bizə öz vərəsələri haqda danışmaq və vəsiyyət etmək istəyirdi, özünün son arzularının mənasını anlat­maq üçün bütün həyatını bizə danışdı. Mən bundan da qəribə, bun­dan da təsirli heç ne təsəvvür edə bilmirəm.

Onun atası da, anası da həsirçi İdilər. İndiyə qədər öz evləri olmayıb.

Uşaq vaxtı o, bit-birə ilə dolu cır-cındır içərisində dilənçi kimi veyllənərdi. Onlar kəndlərin girəcəyində bir xəndək kənarında daya­nardılar. Arabanı açıb atı otlamağa buraxardılar. İt çənəsini pəncə­ləri üzərinə qoyub yuxulayardı. Qızcığaz çəmənlikdə eşələnər, ata- anası isə yol kənarındakı qarağac kollarının kölgəsində tələm- tələsik köhnə kürsüləri təmir edərdilər, Bu ailədə heç kəs bir-birilə danışmazdı. Yalnız qısaca, kəndə girib evlərin arası ilə “kürsülərə həsir arxalıq salırıq”, - deyə qışqıra-qışqıra kimin kəndə gedəcəyini məsləhətləşirdilər. Sonra İsə üz-üzə, yaxud yan-yana oturub samanı eşməyə başlayırdılar. Uşaq çox uzağa getdikdə, yaxud kəndin dəcel- lərindən birinə yaxınlaşmaq İstədikdə atasının qəzəbli səsi onu çağı­rırdı; “Rədd ol bu yana, həyasız!” Onun eşitdiyi yeganə şirin sözlər bunlar idi.

Qız bir az böyüyəndən sonra onu təmir olunmuş kürsülərin pul­larını yığmağa göndərirdilər. O, yavaş-yavaş kənd uşaqları ilə tanışlıq etməyə çalışırdı. Lakin bu dəfə yeni dostlarının valideynləri acıqlı-acıqlı öz uşaqlarını çağırırdılar: “Çəkil həyətə! Bu nədir, dilənçilərlə oynayırsan!” Hərdən balaca oğlanlar onu daşa basır­dılar. Qadınlar ona qəpik-quruş bağışlayırdılar. Qız isa pulu ehti­yatla gizləyib saxlayırdı.

Bir gün, on bir yaşında ikən qız buradan keçirmiş. O, qəbiristan­lığın yanında ağlayan balaca Şukcyə rast gəlir. Yoldaşları oğlanın İki Har pulunu oğurlayıblarmış. Balaca meşşanın göz yaşları qıza bərk təsir edir. Zavallı qız elə bilirdi ki, belə uşaqlar həmişə şən olurlar. Qız yaxınlaşıb oğlanın göz yaşlarının səbəbini öyrənir, sonra topladığı pulun hamısını onun ovcuna tökür. Yeddi su pul toplamışdı. Şuke gözünün yaşım silə-silə pulu qəbul edir. Sevincdən havalan­mış qız onu qucaqlayır. Şukenin başı pullara qarışdığından heç nə demir. Özünün itələnmədiyini və döyülmədiyini görən qız onu var gücü ilə bir də qucaqlayıb bərk-bərk Öpür. Sonra qaçıb uzaqlaşır.

Zavallı qızcığaz nə düşünürmüş? Həmin körpəyə özünün dilənçi vannı bağışladığına görəmi bağlanmışdı? Bəlkə də, ilk öpüşünü ona verdiyi üçün? Sirr böyüklər üçün də, kiçiklər üçün də eynidir. Qız bir neçə ay qəbiristanlığın yanına getməyi, oğlanı görməyi arzu­layır, Onu yenidən görmək arzusu ilə valideynlərindən oğurlamağa başlayır. Bir su oradan, bir su buradan çırpışdırır, gah topladığı həsir pulundan, gah da ərzaq almaq üçün verilən puldan kəsirmiş.

Yenidən həmin kəndə qayıtdıqda onun cibində iki frank pulu vardı. Lakin tərtəmiz geyinmiş balaca əczaçiya yalnız çöldən, ata­sının dükanında baxa bilir. O, aynaya çəkilmiş qırmızı bakal və bağırsaq qurdu şəklinin arasından görünürdü.

Qız oğlana daha da bərk vurulur. Pəncərəyə düzülmüş rəngli sula­rın, parıldayan kristalların təsiri onun başını gicəlləndirir, ürəyini döyündürür.

Qız xəyalında Şukenin silinməz xatirəsini saxlayır. Bir il sonra ona məktəbin arxasında, yoldaşları ilə daş-daş oynadığı vaxt rast


gəlir. Özünü oğlanın üstünə atır. Onu qolları arasında sıxıb cle öpür ki, uşaq qorxusundan bağırmağa başlayır. Qız Şukeni sakitləşdir­mək üçün pulları ona verir. Üç frank iyirmi su, əsil xəzinə idi. Oğlan gözlərini bərəldib pula baxırmış.

O, pulu götürür və qızın istədiyi qədər onu öpüb sığallamasına icazə verir.

Dörd il qız topladığı pulları onun ovcuna tökür. Şuke isə öpüş­lərin əvəzinə pulu cibinə qoyur. O bir dəfə otuz su, ikinci dəfə iki frank, başqa bir dəfə cəmisi on iki su gətiribmiş. Qız həmin gün xəcalətindən ağlamışdı, axı nə edə bilərdi, il pis gəlmişdi. Axınncı defe qız beş franklıq böyük, dəyirmi bir pul gətiribmiş. Şuke razı­lıqla gülümsəyir.

Qız onun fikri ile yaşayırdı. Şuke isə onun qayıtmasını səbir­sizliklə gözlər, gəldikdə ise qarşısına qaçardı. Qızcığaz az qalardı sevincdən ürəyi partlasın.

Sonra oğlan yoxa çıxır, Onu kollecə qoyublarmış, Qız məha­rətlə soraqlaşıb onun yerini öyrənir. O hiylə İşlədib ata-anasının həmişə keçdiyi yolu dəyişdirmişdi. Tətil vaxtı həmin yerdən keç­mək lazım idi. Qız yalnız bir il kələk işlətdikdən sonra məqsədinə nail olmuşdu. İki il idi ki, oğlanı görmürdü. Görəndə güclə tanıdı. Şuke çox dəyişmişdi. Böyümüşdü. Gözəlləşmişdi. Qızıl düyməli kollec formasında gümrah görünürdü. O Özünü görməməzliyə vurub, lovğa-lovğa qızın yanından keçib gedir.

Qız iki gün ağlayır. Elə həmin gündən də əzab çəkməyə başlayır.

O hər il qayıdıb gələrdi. Şukenin qarşısından o yan-bu yana keçər, salam verməyə cürət etməzdi. Şuke isə heç gözlərinin ucu ile də olsa ona baxmazdı. Qız onu dəlicəsinə sevirmiş. O mənə deyirdi: “Cənab həkim, o mənim gördüyüm yeganə kişidir. Başqalarının var­lığı heç ağlıma da gəlməyib”.

Ata-anası öldükdən sonra qız onların sənətini işlədfrdi. Bİr itin əvəzinə iki it saxlayırdı. İtlər elə vahiməli İdilər ki, heç kəs cürət edib yaxınlaşa bilməzdi. Bir gün o, həsrətini çəkdiyi kendə qayı­dıbmış. Şukeni cavan bir qadınla qol-qola dükandan çıxanda görüb. Yəqin arvadı olub. O evlənibmiş.

Elə həmin axşam qız özünü bələdiyyə idarəsi meydanındakı hovuza atır. Eve gec qayıdan bir kefli onu hovuzdan çıxarıb əcza- xanaya gətirir, Şuke ona yardım etmək üçün gecə paltarında aşağı düşür. Özünü tanımamazhğa vuraraq onu soyundurub ovxalayır. Sonra ciddi səslə deyir: “Siz dəli olmusunuz! Belə axmaqlıq nəyə gərəkmiş!”

Onu müalicə etmək üçün bu kifayət edir. Şuke onunla danış­mışdı. Qız indi uzun müddət xoşbəxt ola bilərdi. Qız çox çalışıb zəhmət haqqı vermək İstəsə də, Şuke öz köməyinin əvəzində heç nə almır.

Onun bütün həyatı beləcə keçib gedir. Şukeni düşünə-düşünə həsirini toxuyarmış. Hər il gəlib ona pəncərədən baxarmış. Son- ralar gəlib oradan lazımsız xırda dərmanlar almağa başlayır. Bu yolla o, Şukeni daha yaxından görə bilir, onunla danışır, yenə də pul verə bilirmiş.

Əvvəldən sizə dediyim kimi həsirçi qadın bu yaz öldü. Bu qəmli əhvalatı söylədikdən sonra məndən xahiş etmişdi ki, bütün ömrü boyu topladığı pulu belə ehtirasla sevdiyi şəxsə yetirim. O yalnız Şuke üçün işləyirmiş. Çox pul toplaya bilmək üçün tez-tez ac da qalırmış. Şukenin gələcəkdə onu düşünəcəyinə ümid edirmiş. Heç olmasa öləndə bircə dəfə yadma salacaq.

O mənə iki min üç yüz iyirmi frank pul verdi. İyirmi yeddi frankı dəfn işləri üçün keşişə verdim. Qalanını isə o, son nəfəsini çəkəndə götürüb qapıdan çıxdım.

Ertəsi gün Şukelerin evine yollandım. Onlar səhər yeməyini qurtarmaq üzrə idilər. Üz-üzə oturmuşdular. Hər ikisi kök və qır­mızı idilər. Dərman İyi verirdilər. Gümrah və şən görünürdülər.

Mənə yer göstərdilər. Bir qab kırş təklif etdilər. İçdim. Həyə­canlı bir səslə sözə başladım. İnanırdım ki, indicə ağlayacaqlar.

Özünün bir dilənçi, həsirçi, veyl tərəfindən sevilmiş olduğunu eşidəndə Şuke özündən çıxdı. Elə bil həmin qadın onun şöhrətini, hörmətini, qeyrətini, həyatından da əziz bir şeyini oğurlamışdı.

Ondan da çox qəzəblənmiş arvadı: “O həyasız! O həyasız! O həyasız!..” - deyə təkrar edir, başqa bir söz tapa bilmirdi.

Şuke ayağa qalxmışdı. İri addımlarla otaqda gəzinirdi. Başın­dakı yunan papağı bir qulağının üstündə sallanırdı. O mızıldayırdı:

- Başa düşürsünüzmü, həkim? Kişi üçün bu en dəhşətli hallardan biridir! Nə edəsən? Uf! Əgər bunu sağlığında bilsəydim,

jandarm idarəsindən tələb edib onu həbsxanaya atdırardım. Özü də sizi inandırıram ki, oradan heç vaxt çıxa bilməzdi!

Mənim Allah xatirinə yerinə yetirdiyim bu vəzifənin belə nəticə verdiyinə mat qalmışdım. Nə deməli olduğumu heç özüm də bilmir- dim. Lakin hər halda vəzifəmi başa vurmalı idim. Sözümə davam etdim;


  • O məndən xahiş edib ki, ömrü boyu topladığı iki min üç yüz frank pulu sizə çatdırım. Görürəm ki, indicə söylədiklərim sizə çox pis təsir göstərdi. Bəlkə, bu pulları kasıblara paylamaq daha yaxşı olardı?

Onlarm hər ikisi, ər də, arvad da təəccüblə mənə baxdılar.

Pulu cibimdən çıxardım. Əsil dilənçi pulu idi. Yaxında-uzaqda toplanmış hər cür pul vardı. Qızıl, xırda qəpik-quruş bir-birinə qarış­mışdı.

Mən soruşdum:


  • Nə qərara gəlirsiniz?

Cənab Şuke birinci dilləndi:

  • İndi ki bu həmin qadının son arzusudur... Zənnimcə, etiraz etmək çətin olar.

Şuke hələ de təəccüblə menə baxırdı. O dedi:

  • Biz bu pullarla uşaqlarımıza lazım olan şeylər ala bilərik.

Mən quru bir tərzlə dedim:

  • Kefiniz necə buyurur.

O davam edirdi:

  • İndi ki o qadın belə istəyib, pulu verin mənə. Biz onu səmə­rəli bir işə sərf etməyə imkan taparıq.

Mən pulu qoyub, xudahafizləşib evdən çıxdım.

Ertəsi gün Şuke yanıma gəldi və məndən soruşdu.



  • O... həmin qadın öz arabasını burada qoyub. Siz onunla nə etmək fikrindəsiniz?

  • Heç nə, əgər istəyirsinizsə, götürə bilərsiniz.

  • Çox gözəl, çox yaxşı oldu. Ondan Öz bostançım üçün daxma düzəldəcəyəm.

O sevincək uzaqlaşdı. Mən onu hayladım:

  • Həmin qadın özünün qoca yabısını da, iki itini də burada qoyub. Onları da götürürsünüzmü?

O dayanıb çiyinlərini çəkdi:

  • Yox, əlbəttə yox! Axı nəyimə lazımdır. Onlardan özünüz istədiyiniz kimi istifadə edə bilərsiniz.

O gülürdü. Əlini menə uzatdı. Mən onun əlini sıxdım. Nə edə bilərdim? Bir kəndin həkimi ilə əczaçısı düşmən ola bilməzlər.

İtləri öz heyətimdə saxladını. Keşiş isə yabını öz geniş həyətinə buraxdı. Araba Şukenin daxması oldu. Həmin pullarla beş demir yolu istiqraz vərəqəsi aldı.

Mənim heyatımda rast gəldiyim yeganə dərin məhəbbət budur.

Həkim sözünü bitirdi.

Gözləri yaşla dolmuş xanım Markiz köksünü ötürdü:


  • Doğrudan da əsil məhəbbət yalnız qadınlara məxsusdur.




EHTİRAS

Qabarmadan səthi qırçınlanan sakit dəniz parıldayırdı və bütün Qavr əhli bəndin üstündə dayanaraq, körfəzə daxil olan gəmilərə tamaşa edirdi.

Körfəzə yaxınlaşan gəmilərin sayı-hesabı yox idi. Bu gəmilərin bir qismi - iri gəmilər - tüstüyə bürünmüşdü. Yelkənli gəmiləri isə balaca yedəkçilər arxalarmca sürüyürdü. Onların yelkənsiz dorları qabığı soyulmuş düyünsüz ağaca bənzəyirdi.

Üfüqün hər tərəfindən baş alıb gələn gəmilər bəndin dar ağzına yaxınlaşır və bənd bu nəhəngləri bir andaca udurdu. Gəmilər kəsik- kəsik nəfəs alırmış kimi köks ötürür, qışqırır, ah çəkir və tez-tez topa-topa buxar buraxırdı.

İki cavan zabit adamla dolu olan sahildə gəzinir, salam verir, salam alır, bəzən de tanış-bilişləri ilə söhbət eləmək üçün ayaq sax­layıb dayanırdılar.

Birdən onlardan biri, ucaboylu Pol de Anrisel dostu Jan Renol- dinin əlini sıxıb pıçıldadı:



  • Bax, görürsənmi, xanım Puansonu, diqqətlə bax, səni inan­dırıram ki, gözü səndə qalıb.

Xanım gəmi sahibi olan varlı ərinin qoluna girib gedirdi. Onun yaşı qırxa yaxın olardı, amma çox gözəl idi, bir az kök idi, amma bu köklük ona yaraşırdı, ona iyirmidən artıq yaş vermək olmazdı. İri qara gözləri vardı, görkəmi məğrur idi, yerişindən-duruşundan alicə­nablıq tökülürdü, elə buna görə də dostları bu xanımı məleykə hesab edir, adını “məleykə” qoymuşdular. O çox təmiz qadındı, indiyə qədər adma söz deyilməmişdi. Onu ən hörmətli və sadə qadın hesab edirdilər, onu nümunə göstərirdilər, onun təmizliyi haqqında o qədər ehtiramla danışırdılar ki, kişilərdən heç biri ona yaxınlaşmağı ağıl­larına belə gətirə bilmirdi.

Amma düz bir ay idi ki, Pol de Anrisel dostu Renoİdini inandır­mağa çalışırdı ki, xanım Puanso gözünü ondan çekmir, onu mehri­ban baxışlarla süzür,



  • İnana bilərsən, mən səhv eləmirəm, - deyə təkid edirdi. - Mən her şeyi görürəm: o səni çılğın ehtirasla sevir, ömründə heç kəsi

sevməyən, ilk dəfə aşiq olan namuslu, pak, əxlaqlı bir qadıtı kimi sevir. Qırx yaş namuslu qadın üçün çox dəhşətli bir yaşdır. Onlar bunu hiss edəndə ağıllarını itirir və çox böyük səfeh işlər görürlər. Mənim əzizim, bu arvadı məhəbbət dəli eyləyib, o yaralı quş kimi göydən yerə düşür, özü də sənin ağuşuna düşəcəkdir, Bax, odur, bir bax...

Onlara doğru yamnda on iki, on beş yaşlarında iki qız olan qamətli bir qadın gəlirdi. Zabiti görən kimi gözlənilmədən rəngi qaçıb ağappaq oldu, O, gözlərini zabitin üzündən çekmədi ehti­raslı baxışlarını ona zillədi. O təkcə zabiti görürdü. Elə bil ətrafında heç kəs yox idi, nə əri vardı, ne qızları, ne də camaat. Xanım cavan­ların salamına gözünü Renoldinin üzündən çəkmədən cavab verdi, bu baxışlar o qeder odlu, ehtiraslı idi ki, Renoldinin qəlbinə şübhə düşdü.

Dostu isə elə hey deyirdi:

- Mən buna əmin idim. İndi inandın? Bu xanım hələ çox ləzzətli tikədir, vallah, düz sözümdür!

Jan Renoldi qeybətdən, söz-söhbətdən qaçan adamdı. Arvad­ların dalmca düşüb məhəbbət macəraları axtarmaqdan xoşu gəlmə­diyindən, sakitcə dolanmağı və cavan bir adam kimi əlinə keçən qızlarla oturub-durmağı kübar xanımları ilə yaxınlaşmaqdan üstün tuturdu. Yüksək cəmiyyətdə yaşayıb, yaxşı tərbiyə almış xanımlar həmişə özünə qarşı diqqətli olmağı, onların nazı ile oynamağı və başqa sentimentallıqları tələb edirdilər ki, Renoldinin bunlardan zəhləsi gedirdi. O bilirdi ki, bu xanımlarla əlaqə nə qədər ötəri də olsa, zəhlətökəndir, bağlandılarmı, əl çəkmirlər, Renoldi isə heç kəsə bağlanmaq istəmirdi. O bu xanımlar haqqında belə fikirləşirdi: “Bir aydan sonra ondan doyacağam, bundan sonra altı ay nəzakət xətrinə dözməli olacağam”. Bunlardan başqa beş-altı aydan sonra ayrı­landa, həmin arvadın açacağı oyunlar, eyhamlar, dava-qalmaqallar onu qorxudurdu.

Ona görə də xanım Puanso ilə görüşmemeye çalışırdı. Amma bir neçə gecə, qonaqlıqda onunla yanaşı düşdü, gördü ki, qonşusu alovlu baxışlarım onun üzündən, gözlərindən çekmir, hətta bu baxışlann qəlbinə belə nüfuz etdiyini hiss etdi. Onların elləri təsadüfən bir- birine toxundu ve dərhal ovuclar sıxıldı. Bu artıq hər şeyin başlan­ğıcı idi.

O özü də istəmədən yenə onunla görüşdü. O başa düşdü ki, sevilir, bu xanımın əzablarından və çılğın məhəbbətindən bır az qürurlandı və yumşaldı. O, xanıma pərəstiş eləməyə başladı və çalışdı ki, onların münasibəti bundan o yana keçməsin, aralarında yalnız mehribanlıq olsun. O inanırdı ki, axıra qədər hisslərini cilov­laya biləcək və onların əlaqəsi bununla da qurtaracaq.

Bir dəfə xanım elə-belə, təklikdə söhbət eləmək üçün zabitlə görüş teyin etdi. Amma gözlənilmədən özünü pis hiss etdi və oğla­nın qucağına yıxıldı, beləliklə də, oğlan istər-istəməz onun aşnasına çevrildi.

Bu qayda ilə aradan altı ay keçdi. Xanım oğlanı cİiovlanması mümkün olmayan ehtirasla, bütün varlığı ilə sevməyində davam etdi. Bu azğınlaşmış məhəbbətin əlində əsir olan xanım heç nə haqda fikirləşmir, heç nə düşünmürdü, bütün varlığını, qəlbini, ruhunu, bədənini, hörmətini, təmiz adını, dolanmasını, vaxtilə qədim­lərdə ən qiymətli şeyləri oda atıb qurban verdikləri kimi qəlbinin atəşini də atıb yandırırdı.

Amma oğlan çoxdan bu qadından usanmışdı. O, təəssüflə əvvəlki işlərini, gözəl bir zabitin çox asanlıqla qızlara sahib olduğu günləri xatırlayırdı. Lakin indi onun əli-qolu bağlı di, ondan yapış­mışdılar, onu buraxmırdılar və o Özünü əsir hesab edirdi. Xanım elə təkrar eləyirdi:



  • Mən hər şeyimi sənə qurban verdim, daha nə istəyirsən?

Onun ürəyindən keçirdi ki, desin:

  • Axı mən səndən heç nə istəməmişdim, xahiş edirəm, nə verib- sənsə, hamısını geri al.

Xanım Pııanso heç nədən: onu görə biləcəklərindən, biabır elə­yəcəklərindən, adının ləkələnəcəyindən, bir sözlə, məhv ola bilə­cəyindən belə qorxmadan hər gecə onun yanına gəlir, azğınlaşmış ehtirası ilə getdikcə daha da çılğınlaşırdı. O, oğlanın boynuna sarı­lır, qollarının arasına alıb buraxmır, oğlanın zəhləsi getsə də, dodaq­larını onun dodaqlarına sıxıb atəşin öpüşlərə qərq edir, dəqiqələrlə əl çəkmir, elə bu vəziyyətdə donub qalırdı.

Oğlan yorğun halda dillənirdi:



  • Yaxşı, ağlını başına yığ.

Arvad isə onun ayaqlanna döşənir, uzun müddət qılçalarından yapışır, “səni sevirəm”, - deyə onun baldırlarını riqqətlə oxşayırdı. Nəhayət, oğlan özündən çıxır və onu ayağa qaldırmaq istəyirdi,

  • Yaxşı, qalx otur, söhbət eləyək.

  • Mənə dəymə! - deyə qadın pıçıldayır və cezv olmuş halda onun ayaqlarım qucaqlayıb otururdu.

Zabit dostu de Anriselə deyirdi ki:

  • Bilirsənmi, mən onu döyəcəyəm. İstəmirəm, başa düşür­sənmi, istəmirəm, ondan ayrılmaq lazımdır, özü də dərhal, tezliklə.

  • Sonra da sakitləşib soruşurdu:

  • Məsləhətin nədir?

  • Əlaqəni kəs.

Renoldi çiynini çəkib etiraz edirdi:

  • Demək asandır. Sən elə bilirsən ki, öz qayğısı ile seni təngə gətirən, lütfkarlığı ile səni bezdirən, səni nəzakəti ile yorub əldən salan, gccə-gündüz əlləşib yalnız sənin xoşuna gəlməyə çalışan və sənin istəmədiyinə baxmayaraq bütün varlığını senə təslim edən bir qadının elindən yaxa qurtarmaq asandır?

Nəhayət, günlərin bir günündə, səhərçağı məlum oldu ki, Renol- dinin xidmət etdiyi polk başqa yerə köçür, Renoldi şadhğmdan oynamağa başladı. Onun canı qurtarırdı, özü də haysız-küysüz, dava-qalmaqalsız. Canı qurtarırdı. İkicə ay da dözmək lazım idi. Bundan sonra hər şey qurtarırdı.

Axşam xanım həmişəkindən də həyəcanlı halda onun yanma gəldi. O da bu dəhşətli xəbəri eşitmişdi. Şlyapasını çıxartmadan, əsəbi halda, titrək əlləri İlə onun əlindən yapışdı, gözünü gözünün içinə zillədi və titrək səslə, ancaq qətiyyətlə dedi:



  • Bilirsən, sən gedəcəksən. Bu xəbəri eşidəndə özümü itirdim, amma azacıq sonra nə edəcəyimi qərarlaşdırdım və fikrimdən dönən deyiləm. Mən səni nə qədər dərin məhəbbətlə sevdiyimi sübut etmək üçiin böyük bir addım atacağam. Bu addımı ancaq sevən qadınlar ata bilərlər. Mən de seninlə gedəcəyəm. Səndən ötrü eri­mi, uşaqlarımı, evimi atacağam da, özümü məhv edəcəyəm. Amma xoşbəxtəm. Mənə elə gəlir ki, mən özümü yenidən sənə təslim edi­rəm. Bax, bu mənim sonuncu və en böyük qurbanımdır. Mən əbədi olaraq səninəm!

Renoldinin kürəyindən soyuq tər axmağa başladı, ürəyini quduz bir qəzəb və nifrət bürüdü. Ancaq özünü elə aldı, sakitcə, şirin söz­lərlə onun təklifini rədd etdi və arvadı başa salmağa, inandırmağa çalışdı ki, belə hərəkət etmək ağılsızlıqdır.

Xanım Puanso öz qara gözlərini onun gözlərinə zilləyərək, dodaqlarında istehzalı bir təbəssüm, sakitcə, axıracan ona qulaq asdı. O, susan kimi soruşdu:



  • Səndəmi qadım ələ keçirəndən sonra fürsət düşən kimi atan əclaflardan olacaqsan?

Onun rəngi ağardı ve arvadı dilə tutub məsələləri şərh etməyə başladı. O, belə hərəkət etsələr, onları nələr gözlədiyini söylədi. Söylədi ki, ölənə qədər onları təqib edəcəklər, həyatları məhv ola­caq, yüksək cəmiyyətin qapılan üzlərinə bağlanacaq. Arvad isə inadından əl çəkmirdi:

  • Əgər bir-birimizi seviriksə, bunların nə mənası var?

Birdən oğlan əsəbiləşdi:

  • Başa düşmürsənmi, istəmirəm, eşidirsənmi, istəmirəm, sənə də qadağan edirəm!

Çoxdan bəri yığılıb qalan hirsini, acığım arvadın üstünə töküb ürəyini boşaltdı:

  • Bəsdir! Qır-saqqız olub boynumdan yapışdığın bəs deyil, bir səni özümlə də aparacağam? Qarşında baş əyib təşəkkür edirəm.

Arvad heç nə demədi, rəngi ölü rəngi kimi ağardı, sifətində güclə sezilən əsəbi titrəyiş göründü, elə bil bütün əsəbləri, əzələləri gəril­di ve xudahafizləşmədən çıxıb getdi.

Elə həmin gecə özünü zəhərlədi. Düz bir befte ölü kimi qaldı və ondan ellərini üzdülər. Şəhərdə qeybət, söz-söhbət başladı, onu qınayanlar da oldu, yazığı gələnlər də. Bəziləri onun öz ehtirasının qarşısını ala bilməməsinə görə tərəfini saxladılar, çünki son həddə çatdırılan və buna görə də cəsarətli addımlara səbəb olan duyğular başqa hallarda məzəmmət edilirsə, ölüm ayağında bağışlanır. Özünü Öldürən arvadların, necə deyərlər, zinahq etdiklərinə görə işlədikləri günahlarından keçirlər. Azacıq sonra hamı xanım Puanso ilə görüş­məkdən boyun qaçırdığına görə leytenant Renoldini bir ağızdan qına­yıb məzəmmət etdi.

Söhbət yaymışdılar ki, leytenant ona xəyanət edirmiş, onu atıb, hətta onu döyürmüş. Polkovnik xanıma yazığı gəldiyinə görə Öz zabitinə bu işlər barədə eyham da vurmuşdu. Pol de Anrisei dostu­nun yanma gəlib:


  • Ancaq, əzizim, - dedi, - arvadı özünü öldürməyə qədər gəti­rib çıxartmaq olmaz, vallah, bu əclaflıqdır.

Leytenant ona əclaf deyən dostunun səsinin kəsdi. Onlar duelə çıxdılar, Renoldi yaralandı və uzun müddət yorğan-döşəyə düşdü. Hamı bundan razı qaldı.

Bu xəbər xanım Puansoya çatdı ve elə zənn etdi ki, leytenant ona gorə duelə çıxıb. Arvadın qəlbində Renoldiyə qarşı olan məhəb­bət daha da şiddətləndi. Ancaq xanım yorğan-döşəkdə olduğuna görə polk yola düşənə qədər leytenantla görüşə bilmədi.

Renoldi artıq üç ay idi ki, Lillidə yaşayırdı və bir gün səhər tezdən keçmiş məşuqəsinin cavan bacısı onun yanına gəldi.

Keçirdiyi iztirablara və əzablara dözə bilməyən xanım Puanso can verirdi. Onun sağalmağına heç bir ümid yox idi. Xanım göz­lərini əbədi qapayıb ölməzdən əwəl təkcə bircə dəfə onu görmək istəyirdi.

Aradan xeyli vaxt keçmişdi və oğlanın hirsi soyumuş, arvaddan usandığı unudulmuşdu, ona görə kövrəlib yumşaldı və Qavra getdi.

Arvad deyəsən can verirdi. Onları tək qoydular və burada, can verənin yatağı qarşısında, xanımın ölümünə günahkar olduğuna görə, oğlanın qəlbini kədər bürüdü, hıçqırıq onu boğdu, ağlaya-ağlaya arvadı ehtiraslı və incə öpüşlərə qərq etdi. O, əvvəllər xanımı heç vaxt bu cür ehtirasla öpməmişdi. O kəkələdir



  • Yox, yox, sən ölməyəcəksən, sağalacaqsan, biz bir-birimizi sevəcəyik, özü de əbədi bir məhəbbətlə...

  • Düzmü deyirsən? Sən məni sevirsənmi? - arvad da pıçıl­dayırdı.

Renoldi arvaddan əlini üzüb ümidsizləşdiyinə görə and içdi, onu sağalana qədər gözləyəcəyinə söz verdi, ürəyi güclə döyünən arvada yazığı gəldiyindən onun arıqlamış əllərindən öpdü. Ertəsi günü öz qarnizonuna qayıtdı.

Altı həftədən sonra xanım Puanso onun yanına gəldi. Arvad o qədər qocalmışdı ki, tanımaq olmurdu, amma oğlanı əvvəlkindən də şiddətli bir ehtirasla sevirdi.

O özünü itirdi və xanımı qəbul etdi. Sonra onlar qanuni er- arvad kimi bir yerdə yaşamağa başladılar. Vaxtile xanım Puansonu atdığına görə leytenanta qəzəbi tutan həmin polkovnik onların bir yerdə yaşamasını görəndə özündən çıxdı və belə hərəkətin alaya nümunə göstərməli olan zabitə yaraşmadığı qənaətinə gəldi. Polkov­nik öz zabitinə xəbərdarlıq etdi, sonralar ona qarşı sərt münasibət bəslədi, axırda Renoldi istefa verməyə məcbur oldu. Onlar sev­gililərin klassik dəniz hesab etdikləri Aralıq dənizinin sahilindəki bir malikanədə yaşamağa başladılar.

Aradan üç il də keçdi. Arvadın başı tamam ağardı. Əsarətə boyun eyən Renoldi sakitləşdi və bu sönməz məhəbbətin quluna çevrildi.

O, artıq hər şeyin qurtardığını və özünün məhv olduğunu yəqin- ləmişdi. Hər şeydən: gələcəkdə irəliləyəcəyindən, bir vəzifəyə keçəcəyindən, hər cür şadlıq ve kədərdən belə əlini üzmüşdü.

Bir gün səhər ona bir kağız verdilər. Kağızda yazılmışdı: “Jozef Puanso. Gəmi sahibi, Qavr”, Bu onun əri idi, bəli, eri! O öz arva­dım inadından döndərməyin mümkün olmayacağına başa düşdü­yündən indiyə qədər susmuşdu. Görəsən indi ona nə lazım idi?

Cənab Puanso evə gəlməkdən imtina edərək, bağda gözləyirdi. O, nəzakətlə baş əydi, hətta xiyabanlardan birində skamyanın üstündə oturmaqdan imtina etdi, tələsmədən ətraflı söhbətə başladı:

- Cənab, mən buraya sizi məzəmmət eləməyə gəlməmişəm, çünki əhvalatın necə baş verdiyini çox yaxşı bilirəm. Mənim başıma- bizim başımıza... bir sözlə... amansız tale oyun açdı. Əgər vəziyyət dəyişməsəydi, mən heç vaxt sizi narahat edib sakitliyinizi pozmaz­dım. Mənim iki qızım var. Qızların böyüyü bir oğlanı sevir, oğlan da onu. Ancaq oğlanın valideynləri qızın anasının vəziyyətinə görə bu məsələyə qəti etiraz edirlər. Cənab, mənim qəlbimdə nə nifrət var, nə də qəzəb, mən öz uşaqlarımı dəlicəsinə sevirəm. Ona görə sizin yanınıza gəlmişəm və xahiş edirəm ki, menim arvadımı geri qaytarın, qoy o mənim evimə... daha doğrusu, öz evinə qayıtsın, elə bilirəm indi özü do bu işə etiraz etməz. Mən də uşaqların, ancaq uşaqların xatirinə Özümü elə apararam ki, guya hər şeyi unutmuşam,

Renoldinın qəlbi şiddətlə döyündü və o, ölüm cəzasma məh­kum edilmiş bir adamın gözlənilmədən azad olduğunu eşidəndə sevindiyi kimi sevindi.

O kəkəledi:

-Bəli... beli... elədir, cənab, elədir. Men özüm də... inanın mənə... şübhəsiz - insaf da bunu deyir... tamamilə haqlısınız...

Renoldi istədi kişinin əlini sıxsın, qolları arasına alsın və hər iki üzündən öpsün.

O, sözünə davam etdi:


  • Keçin İçəri. Qonaq otağında oturun, mən onu çağıraram.

Bu dəfə cənab Puanso skamyaların birində oturdu.

Renoldi pilləkənləri qaça-qaça çıxdı, qapının ağzmda ayaq sax­layıb nəfəsini dərdi və arvadın yanına sakitləşmiş halda girdi:



  • Səni aşağıda gözləyirlər, - dedi, - qızlarından xəbər gəti­riblər, nəsə demək istəyirlər.

Arvad ayağa qalxdı:

  • Mənim qızlarımdan? Onlara nə olub? De görüm, nə olub? Ölüb eləməyiblər ki?

Renoldi cavab verdi:

  • Yox, heç nə olmayıb, ancaq də vəziyyət əmələ gəlib ki, onlara ancaq sən kömək edə bilərsən.

Xanım Puanso onun sözünün dalına qulaq asmayaraq, pilləkən­ləri tələsik aşağı düşdü.

Renoldi həddindən artıq həyəcanlanmış halda səndələ çökdü və işin sonunu gözləməyə başladı.

Gözlədi, lap çox gözlədi. Sonra o aşağıdan qəzəbli səslər eşitdi və aşağı düşməyi qərara aldı.

Özündən çıxmış xanım Puanso durub getmək istəyirdi, əri isə onun ətəyindən yapışıb buraxmırdı. Tez-tez:



  • Başa düş, - deyirdi, - sən bizim qızları məhv edirsən, öz qızlarım, bizim qızları!

Arvad qətiyyətlə deyirdi:

  • Yox, mən sənin yanına qayıdan deyiləm.

Özünü itirmiş Renoldiyə hər şey aydın oldu, irəli keçib kişidən soruşdu:

  • Nccə? Geri qayıtmaq istəmir?

Xanım Puanso üzünü Renoldiyə çevirdi, qanuni ərinin yanında ona “sen” deməkdən utanaraq, “siz” deyə müraciət etdi:

  • Bİlirsinizmi, bu mənə nə təklif eləyir? O, təklif eləyir ki, geri qayıdım, onun evinə gedim!

Xanım az qala qarşısında diz çöküb ona yalvaran ərinə hədsiz bir həqarətlə baxaraq, gülümsündü.

İşi belə görən Renoldi canı boğazına yığılan və son qəpiyini qumara qoyan bir adam qətiyyəti ilə yazıq qızların, özünün ve nəha­yət, kişinin xeyrinə danışmağa başladı. O, sözünə ara verdi, yeni dəlil axtarmaq məqsədi ilə susanda, bütün sübut və dəlillərini deyib qurtarmış cənab Puanso keçmiş vərdişi üzrə arvadına “sən” deyə müraciət edib xeyli kekələdi.



  • Deyilənə qulaq as, qızların gələcəyini fikirləş.

Xanım hər iki kişini dərin bir nifrətlə süzüb, pilləkənə doğru qaçdı və yolboyu qışqırdı:

  • Sizin ikiniz də əclafsınız!

Onlar ikilikdə qalanda bir-birinin üzünə baxdılar. İkisi də eyni dərəcədə pərt olmuş, dərdə-qəmə batmışdı. Cənab Puanso şlya­pasım yerdən götürdü, dizinin tozunu çırpdı, onu qapının ağzına qədər ötürən Renoldi ilə xudahafizləşərək tam məyus halda dedi:

  • Biz İkimiz de çox bədbəxt adamıq, cənab!

Ve ağır addımlarla uzaqlaşdı.



ATILMIŞ UŞAQ

  • Əzizim, belə havada gedib kəndi gəzmək lap ağılsızlıqdır! İki aydır qəribə-qəribə fikirlərə düşürsən. Yerli-yersiz meni dəniz kəna­rına aparırsan. Evləndiyimiz qırx beş ildən bəri heç belə xəyalpər­vər olmamısan. Səyahət üçün Fekan kimi qəmli bir şəhəri seçdin. Özün de ki, adi günlərdə yerindən tərpənməyən adam, indi ilin ən isti vaxtında çölləri gəzmək istəyirsən. D’Aprövaldan xahiş elə qoy səninlə getsin, o ki, hər şıltaqlığına dözür. Mən istirahət edəcəyəm.

Xanım do Kadur öz köhnə dostuna tərəf çevrildi;

-Mənimlə gedərsinizmi, D’Apröval?

O gülümsəyərək köhnə adəti ilə baş əydi;


  • Siz hara buyursanız, gedəcəyəm, xanım, - dedi.

  • Yaxşı, gedin, özünüzü gündə yandırın, - deyə cənab dö Kadur bir-iki saat öz çarpayısında uzanmaq üçün Otel-dö-Bənə qayıtdı.

Köhnə dostlar yola düşdülər. Xanım dö Kadur dostunun əlınİ sıxaraq astaca dedi;

-Nəhayət!.. Nəhayət!..

D’Apröval pıçıldadı:


  • Siz dəlisiniz, vallah, dəli olmusunuz. Bircə fikir verin, nədə risk edirsiniz. Əgər o adam...

Xanım do Kadur diksindi:

  • Ah! Anri ondan danışarkən “o adam” demə...

O, ciddi bir səslə davam etdi:

  • Yaxşı. Əgər bizim oğlumuz şübhələnsə, hər şeyi duysa, hər iki­mizi tutub saxlayar. Qırx İldir onu görməmiş keçinmisiniz. Bu gün sizə nə olub?

Onlar denizdən şəhərə gedən uzun yolla, Etrota təpəsinə qalx­maq üçün sağa döndülər. Ağ, tozlu yol qızmar günəş şüaları altında uzanıb gedirdi,

istinin təsirindən yavaş-yavaş, xırda addımlarla gedirdilər. Xanım dö Kadur qolunu dostunun qoluna keçirib, fikirli gözlərini irəliyə dikmişdi.



O dedi:

  • Deməli, siz də onu heç görməmisiniz?

  • Xeyr, görməmişəm.

  • Heç belə şey olar?

  • Əzizim, gəl bu mübahisəni yenidən başlamayaq. Sizin əriniz olduğu kimi, menim də arvadım, uşaqlarım var. Hər ikimiz bu fikir­dən qorxmaqda haqlıyıq.

Xanım dö Kadur cavab vermədi. Özünün uzaq keçmişindəki gəncliyini, qəmgin əhvalatları xatırlayırdı.

Başqa qızlar kimi onu da ərə vermişdilər. Öz nişanlısını - diplo­matı tanımırdısa da, sonralar bütün başqa qadınlar kimi ailə həya­tına adət etdi.

Lakin iş belə gətirdi ki, eyni tale ilə evlənmiş bir gənc, cənab D’Aprövai, onu dərin ehtirasla sevdi. Əri cənab dö Kadur Hindis­tanda uzunmüddətli hərbi qulluqda olduğu vaxt qadın təslim oldu. Özü də sevdiyi halda tərəddüd edə bilərdimi? Etiraz edə bilərdimi? Güzəştə getməmək üçün qüvvəsi çatardımı? Yox, doğrudan da, yox! Çox çətin olardı, Gənc qadm əzab çəkərdi. Həyat yaman insaf­sızdır, yaman hiyləgərdir! Baş vermiş fəlakətdən qurtarmaq olarmı? Həyatın hökmündən qaçmaq olarmı?

O şəxs ki, qadındır, təkdir, tərk edilmişdir, mehribanlıq görmür, uşaqsızdır, daxilində baş qaldıran daimi bir ehtirasdan həmişə qaça bilərmi? Bu Ömrün axırına qədər zülmətdə yaşamaq üçün güneş işı­ğından qaçmaq olardı.

Xanım dö Kadur bütün olmuşları, onun öpüşlərini, təbəssümlərini, otağa daxil olarkən qapı ağzında dayanıb ona baxmasını yadına salırdı.

Çox tez qurtaran bu gözəl günlər - xoşbəxt günlər idi!

Nəhayət, o hiss etdi ki, hamilədir! Dəhşətli fikirlər ona rahatlıq vermədi.

Ah! O, uzun müddət Cənub səyahəti, o əzablar, o qorxular! Ara­lıq dənizi sahilindəki dörd tərəfi hasarlı bağın içərisindəki tənha, kiçik imarət, - hamısı gözləri qarşısından keçirdi.

Portağal ağacının altında uzanıb yaşıl yarpaqlar arasından görü­nən yupyumru, san, qırmızı meyvələrə baxdığı uzun günlər yadına düşürdü. Hərdən o, hasann üstündən təmiz havasını udduğu, xırda dalğalarının şırıltısını eşitdiyi dənizi görmək istəyirdi. Tez-tez xəyalına daldığı, günəşin altında bərq vuran, sinəsi ağ yelkənli denizə qədər getmək istəyirdi. Amma evdən çölə çıxa bilməzdi. Onu bu halda, görkəmini dəyişmiş, hamiləliyi lap uzaqdan nəzərə çaıpdığı bir vəziyyətdə görə bilərdilər.

Xanım çox əziyyət çəkmişdi: gözləmə günləri! Son əzabverici günlər! Qoxular, iztirablar! Sonra isə dəhşətli gecə!

Həmin gecə o inləyir, qışqırırdı. Tez-tez əlini öpən sevgilisinin saralmış sifətini, həkimin tüksüz üzünü, gözətçi qadının ağ papağını hələ də görürdü.

Uşağın səsi, bu inilti, insanın tələffüz etdiyi bu ilk səs, ananın qəlbini ele döyündürdü ki!..

Ertəsi gün! Ertəsi gün isə oğlunu gördüyü, onu bağrına basa bildiyi yeganə gün oldu! Həmin gündən sonra körpəni bircə dəfə uzaqdan da olsa görə bilməmişdi!

O vaxtdan bəri həyat onun üçün körpənin xəyalı dolanan bir boşluqdan başqa heç nə deyildi! O vaxtdan bəri körpəsini, öz oğlunu görə bilməmişdi. Uşağı götürüb gizlicə aparmışdılar. Ana, ancaq onu bilirdi ki, oğlunu bir Normandiya kəndlisi böyüdüb. Uşaq özü də böyüyüb bir kəndli olub, evlənib və adım bilmədiyi atası onu var-dövlət sahibi edib.

Qırx ildə o, dəfələrlə oğlunu görmək, onu bağrına basmaq üçün çıxıb getmək istəmişdi! Heç təsəvvürünə belə gətirmirdi ki, oğlu böyümüş olar. Həmişə, bircə gün qucağında tutub bağrına basdığı xırdaca insan haqda fikirləşirdi.

Dəfələrlə xanım sevgilisinə demişdi:



  • Mən daha dözə bilmirəm, onun yanına getmək istəyirəm.

Hər dəfə D’Apröval onu saxlayırdı. Xanım özünü ələ ala bil­məyəcək, o da başa düşüb dava sala bilərdi. Beləliklə, qadın məhv olardı.

Xanım dö Kadur soruşdu:



  • O necədir?

  • Bilmirəm. Həmin gündən mən də onu görməmişəm,

  • Heç elə iş olar? Oğlun ola, heç tanımayasan. Ondan qorxasan, onu bir biabırçılıq kimi özündən kənar edəsən - dəhşətdir!

Onlar istidən yana-yana sonsuz yoxuşu qalxırdılar.

Xanım dö Kadur davam edirdi:



  • Elə bunun Özü bir cəza deyilmi? Menim başqa uşağım olma­yıb. Onu görmək arzusu qırx ildir məni rahat buraxmır. Daha təred- düd edə bilməzdim. Siz kişilər bunu başa düşməzsiniz. Təsəvvür edin ki, mən İndicə öləcəyəm. Deməli, onu görə bilməyəcəyəm! Heç buna dözmək olar? Bu qədər vaxtı necə gözləmişəm? Bütün həyatım boyu onu düşünmüşəm. Hər səhər yuxudan ayılanda, ina­nın ki, hər səhər mənim birinci fikrim o olub, mənim balam olub.

Görəsən o, necədir? Ah, mən onun yanında günahkaram. Heç qorxmağın yeri idimi? Gərək hər şeyi ataydım, onun yanma gedəy­dim, onu tərbiyə edəydim, onu sevəydim. Əlbəttə, bu cür daha xoş­bəxt olardım. Mən bunu bacarmadım. Qorxaq oldum. Nə qədər iztirab çəkdim!.. Ah, bu zavallı, atılmış körpələr öz analarına nifrət etməlidirlər!

O, hönkürtüdən təngnəfes oldu, dayandı. Hava çox isti olduğun­dan bütün ətraf sakit və kimsəsiz idi. Yalnız yolun hər iki tərəfin­dəki san və seyrək otlann arasından çəyirtkələrin cır səsləri eşidilirdi.

D’Apröval dedi:


  • Bir az əyləşin.

Xanım xəndəyin kənarına qədər gəldi, əlləri ilə üzünü örtüb yerə oturdu. Çal saçları hər iki tərəfdən üzünə tökülmüşdü, ürək yanğısı ilə ağlayırdı.

D’Apröval qadmın qarşısında ayaq üstə dayanıb, narahatlıqla ona deməli olduğunu fikirləşirdi. Nəhayət, dilləndi:



  • Sakit olun!.. Bir az cəsarətli olun.

Xanım ayağa qalxaraq dedi:

  • Yaxşı, mən özümü saxlayaram!

Sonra gözlərini silərək asta addımlarla yola düzəldi. Yol uzanıb gedir, içində bir neçə ev gizlənmiş kiçik bir meşədən keçirdi.

Onlar zindanı cingildədən dəmirçi çəkicinin səsini eşidirdilər. Yolun sağ tərəfində, qarşısında araba saxlanmış balaca bir koma və çardağın altında at nallayan iki adam gördülər.

Cənab D’Apröval onlara yaxınlaşıb ucadan soruşdu:


  • Pyer Benediktin ferması hansı tərəfdədir?

Dəmirçilərdən biri dedi:

  • Sol tərəfdəki balaca qəhvəxana ilə üzbəüz küçə ilə düz gedəcəksiniz. Poretin fermasından sonra üçüncü həyət. Doqqazın yanında balaca küknar ağacı da var. Düz getsəniz taparsınız.

Onlar sola döndülər. Xanım dö Kadur indi qıçlarını sürüyə-sürüyə çox ləng gedirdi. Ürəyi elə bərk döyünürdü ki, güclə nəfəs alırdı.

Hər addımda o, Allahı çağırırdı:



  • Aman Allah, İlahi!

Dözülməz bir həyəcan onun boğazını qovuşdurmuşdu. Ayaq üstə diz aşığı çıxarılmış adam kimi dururdu. Həyəcandan rəngi sapsan saralmışdı.

D’Apröval da həyəcanlanmış və rəngi saralmışdı, ona baxıb dedi:



  • Əgər özünüzü yaxşı apara bilməsəniz, biabır olacağıq. Çalışın özünüzü ələ alasınız.

Xanım mızıldadı:

  • Elə bilirsən bacarıram. Mənim körpəm! Onu görəcəyimi təsəv­vür edəndə!..

Onlar ferma həyətlərinin arası ilə iki cərgə fıstıq ağacının köl­gəsində, kiçik kənd yolu ilə İrəliləyirdilər.

Nəhayət, qarşısında küknar ağacı olan doqqaza çatdılar.

D’Apröval dedi:


  • Buradır.

Xanım lal-dinməz dayanıb baxmağa başladı.

Həyət böyük idi, ətrafda əkilmiş alma ağacları, damma küləş yığılmış kiçik binaya qədər uzanıb gedirdi. Qarşıda tövlə, anbar, pəyə və toyuq damı yerləşirdi. Böyük bir talvarın altında yük ara­bası, əl arabası, minik arabası düzülmüşdü. Ağacların altında dörd buzov otlayırdı. Həyətin hər tərəfində qara toyuqlar dənləyirdilər.

Səs-səmir eşidilmirdi. Evin qapısı açıq idi, amma heç kəs görün­mürdü.

Onlar heyətə girdilər. İri armud ağacının altma diyirlənmiş çəl­ləkdən qara bir it çıxıb qəzəblə hürməyə başladı.

Evin divan boyu taxtadan qayrılmış dayaq üstünə dörd arı pətəyi qoyulmuşdu.

Cənab D’Apröval evin qarşısında dayanıb qışqırdı:



  • Ay ev yiyəsi!

Qapıda, on yaşlarında, balaca bir qız göründü. Əyninə yun köy­nək, uzun tuman geymişdi, ayaqları yalın və çirkli idi, utancaq uşağa oxşayırdı,

O, qapının ağzmı kəsib dayanmışdı.

-Nə istəyirsiniz? - deyə qız soruşdu.


  • Atan evdədirmi?

  • Xeyr.

  • Hara gedib?

  • Bilmirəm.

  • Bəs anan?

  • Anam inək sağmağa gedib.

  • Tez qayıdar?

  • Bilmirəm!

Birdən yaşlı xanım, onu buradan zorla aparacaqlarından qorxur­muş kimi, tələsik dedi:

  • Mən onu görməmiş buradan gedən deyiləm.

  • Biz onu gözləyəcəyik, əzizim.

Onlar geri çevrilərkən əllərində iki tənəkə vedrə evə sarı gələn bir qadm gördülər. Hərdən günəşin şüaları vedrələrin üstündə əks edərək ağ, gözqamaşdırıcı işıq saçırdı.

Qadının sağ qıçı axsayırdı, cılız bədəm yağışların yuyub, güne­şin qurutduğu, rəngi qaçmış, toxunma paltarının içində itmişdi. O, çirkli, yazıq bir qulluqçuya oxşayırdı.



  • Anam gəlir, - deyə uşaq dilləndi.

Qadın evə çatanda yad adamlara pis və şübhəli bir nəzər salıb, onları görmürmüş kimi içəri keçdi.

O, batmış ovurdları, saralmış və yaraşıqsız sifəti, kəndlilərə xas olan ağac kimi ifadəsiz görkəmi ilə daha yaşlı görünürdü.

D’Apöval onu səslədi:


  • Xan m, gəldik xahiş edək ki, içmək üçün bizə bir stəkan süd satasınız.

Qadın vedrə!eri evə qoyandan sonra qapıda göründü və don­quldandı:

  • Mən süc! satan deyiləm.

  • Biz bərk susamışıq. Görürsünüz ki, xanım qocadır, özü də yaman yorulub. İçməyə heç bir şeyiniz yoxdur?

Kəndli qadın narahat və sönük baxışla onları bir də nəzərdən keçirdi.

Nəhayət, ürəklənib dedi:



  • İndi ki gəlmisiniz, sizə süd verərəm.

O öz daxmasına girdi.

Uşaq evdən iki stul gətirib alma ağacının dibinə qoydu, anası isə iki qab köpüklü süd gətirib qonaqlara verdi. Sonra nəzarət edir­miş kimi onların qarşısında durub diqqətlə baxmağa başladı.



  • Siz Fekandansınızmı? - deyə soruşdu.

  • Bəli, biz Fekana istirahət üçün gəlmişik, - deyə D’AprÖval cavab verdi. O bir qədər susduqdan sonra soruşdu:

  • Bİzə toyuq sata bilərsinizmi?

Qadın bir az fikirləşib cavab verdi:

  • Bəli, sata bilərəm, sizə yəqin ki, çolpa lazımdır.

  • Bəli, çolpa istəyirik.

  • Bazardan neçəyə alırsınız?

D’AprÖval qiyməti bilmirdi, dostuna tərəf çevrildi:

  • Əzizim, siz çolpam neçəyə alırsınız?

Xanım dö Kadur gözləri yaşlı mızıldadı:

  • Dörd franka, yaxud dörd frank yarıma.

Fermaçı qadın təəccüblə qadına yanakı bir nəzər salıb soruşdu:

  • Bu qadm xəstədir? Nİyə belə kövrəlib?

D’AprÖval nə cavab verəcəyini bilmirdi. Nəhayət, dili dolaşa- dolaşa dedi:

-Xeyr... xeyr... yolda qol saatını itirib, çox gözəl saat idi, ona görə belə narahatdır. Əgər saatı tapan olsa, bizə xəbər verərsiniz. Benediktin arvadı cavab vermədi.

Birdən o dilləndi:


  • Budur, ərim gəlir!

O, darvaza ilə üzbəüz olduğundan ərinin gəldiyini əvvəlcə özü görmüşdü.

D’AprÖval diksindi. Xanım dö Kadur isə özünü itimıiş halda çev­rilmək istəyəndə az qaldı stuldan yıxılsın.

Onların on addımında ikiqat əyilmiş bir kişi tövşüyə-tövşüyə bir inəyi arxasınca çəkirdi.

O qonaqlara fikir vermədən dedi:



  • Ay sənə çər dəysin!

Fermer inəklə birlikdə pəyəyə girdi.

Qannın göz yaşları qəflətən çəkilmişdi. O təəccübdən keyıyib dinməzcə dayanmışdı: bu onun oğlu İdi, onun oğlu!

Eyni fikirdən boğazı qurumuş cənab D’AprÖval titrək səslə soruşdu:


  • Bu, yəqin ki, cənab Benediktdir?

Fermer qadm şübhə ilə soruşdu:

  • Sizə onun adım kim dedi?

  • Orada, böyük yolun kənarında dəmirçidən öyrəndik, - deyə o cavab verdi.

Sonra hamı gözünü pəyənin qapısına zilləyib susdu. Qapı divarda açılmış qara bir bacaya oxşayırdı. İçəridə heç nə görünmürdü, amma yerə tökülmüş samanın xışıltısı eşidilirdi.

Benedikt alnının tərini silə-silə çölə çıxdı və əyilib qalxa-qalxa iri addımlarla evə tərəf qayıtdı.

O, əvvəlki kimi yad adamları görmürmüş kimi onların yanından keçərək arvadını səslədi:


  • Mən susamışam, gəl bir qab sidri çıxart ver.

Sonra o cve girdi. Arvadı parisliləri tək qoyub zirzəmiyə endi.

Xanım dö Kadur taqətsiz halda:



  • Gedək buradan, Anri, - dedi, - gedək buradan.

D’Apröval onun qolundan tutub ayağa qaldırdı, stolun üstünə

beş frank pul atdı, qadının səndələdiyini görüb onu bərk-bərk tutub yola düzəldi.

Onlar darvazadan çıxan kimi xanım dö Kadur hönkürməyə baş­ladı, sonra kədərdən qəhərlənmiş səslə inildədi:


  • Oh! Oh! Siz ancaq bunumu bacarmışdınız?

Rəngi ağarmış D’Apröval sərt səslə cavab verdi:

  • Mən bütün bacardığımı etdim. Onun ferması səksən min frank dəyerindədir. Belə bir vərəsəni hər meşşan uşağı ala bilmir.

Onlar dinib-danışmadan geri döndülər. Xanım dö Kadur hey ağlayırdı, gözünün yaşı sısqa bulaq kimi axır, yanağına süzülürdü.

Nəhayət, göz yaşları qurudu. Onlar Fekana çatdılar.

Cənab dö Kadur nahar üçün onları gözləyirdi. O, gəzintidən qayı­danları görən kimi gülməyə başladı və ucadan dedi:


  • Çox gözəl, arvadımı gün vurub, mənim lap ürəyimdən olub. Doğrudan, daha inanıram ki, o ağlını itirib!

Onların heç biri cavab vermədi.

Cənab do Kadur əllərini ovuşdura-ovuşdura soruşdu:



  • Heç olmasa, yaxşı gəzə bildinizmi?

D’Apröval cavab verdi:

  • Əla, əzizim, lap əla!

QADIN ETİRAFI

Əziz dost, siz məndən həyatımın ən parlaq xatirələrindən birini söyləməyi xahiş etmişdiniz. İndi mən qocalmışam, heç kimim yox­dur, nə uşağım var, nə də qohum-əqrəbam, ona görə də sizin qarşı­nızda hər şeyi boynuma ala bilərəm. Ancaq söz verin ki, menim adımı heç kəsə deməyəcəksiniz.

Siz özünüz yaxşı bilirsiniz ki, mənə aşiq olanlar çox idi, elə mən özüm də tez-tez aşiq olurdum. Mən indi, əwəlkı gözəlliyimdən heç bir əsər-əlamət qalmadığı vaxtda, deyə bilərəm ki, cavanlığımda çox gözəl idim. Məhəbbət mənim heyatımın canı idi, insan havasız yaşaya bilmədiyi kimi mən də məhəbbətsiz bircə gün də yaşaya bilməzdim. Mən bircə gün nəvazişsiz yaşamaqdan ölümü üstün tutur­dum və mənim haqqımda düşünən adamın olmamasını hiss etsəm, elə o gün ölərdim. Qadınlar deyirlər ki, ömürlərində ancaq bircə dəfə dərin ehtirasla sevə bilirlər, amma mən dəfələrlə dəlicəsinə aşiq olmuşam və təsəvvürümə gətirə bilmirdim ki, mənim ehti­rasımın sonu ola bilər, həm də həmişə mənim ehtirasım odunu qur­taran soba kimi, öz-özünə, təbii şəkildə sönürdü.

Bu gün mən sizə günahkar olmadığım, lakin sonrakı işlərlə bağlı olan başıma gələn ilk əhvalatlardan birini danışacağam. O, murdar Pekli əczaçının dəhşətli intiqamı özümün də xəbərim olmadan işti­rak etdiyim müdhiş hadisəni yadıma saldı.

Məni qədim Breton nəslindən olan varlı qraf Erve de Kerə əre verdiklərindən bircə il keçmişdi və mən ərimi, heç şübhəsiz, sevmir­dim. Mənim başa düşdüyümə görə əsil məhəbbət həm azad olma­lıdır, həm də eyni zamanda müqavimətlərlə rastlaşmalıdır. Kilsə və qanunların təsdiq etdiyi məhəbbətə məgər məhəbbət demək olarmı? Ər qarşısında arvadlıq borcunu yerinə yetirmək xatirinə gösterilən məhəbbətə heç məhəbbət demək olarmı? Oynaş öpüşü ilə ər öpü­şünü dünyada eyniləşdirmək olmaz.

Ərim ucaboylu, qəşəng, boy-buxunlu əsil zadəgan idi. Ancaq ağılsızdı. Həddindən artıq açıq danışan, sözü düz üzə deyən, köntöy bir adam idi. Hiss olunurdu ki, onun beynini ata-anası öz ata-anala­rından hazır şəkildə götürdükləri fikirlər və mühakimələrlə doldu­rublar. O, başqalarının da müsteqil fikri ola biləcəyini heç ağlına belə gətirmədən özünün həddindən artıq məhdud mühakimələrini heç bır şübhə və tərəddüd etmədən asanlıqla, dərhal söyləyirdi. Hiss olunurdu ki, qraf məhdud adam idi və qapı-pəncərəsi açıq olan evin havasını təmizləyən külək kimi insan zehnini zənginləşdirən, onu təzələyən ideyalar onun üçün anlaşılmazdır.

Bizim yaşadığımız qəsr sakit bir yerdə yerləşmişdi. Bura ətrafı uca ağaclarla əhatə olunmuş hüznlü böyük bir bina idi. Ağacların gövdəsini basan mamırlar qocaların ağarmış saqqalına oxşayırdı. Meşəyə dönmüş parkın ətrafında "canavar dərəsi” adlandırılan dərin xəndəklər qazılmışdı. Parkın lap sonunda isə İçini qamış və su otları basmış iki balaca göl vardı. Mənim ərim həmin gölləri birləşdirən çayın sahilində ördək ovlamaq üçün balaca bir pusqu daxması tikməyi əmr etdi.

Evdəki nökərlərdən başqa ərimə tamamilə sadiq olan heyvan kimi qanmaz bir gözətçimiz və menə can-dildən bağlı olan, demək olar kİ, mənə sirdaşlıq eləyən bir qulluqçumuz vardı. Beş il əvvəl onu İspaniyadan gətirmişdim. Bu, ata-anasının atıb getdikləri bir uşaq idi. O, qaragözlü, qarayanız, meşə kimi qalın və həmişə pırpız olan qarasaçlı, bır sözlə qaraçıya oxşayan bir qızdı. Onun on beş yaşı vardı, amma üzdən lap iyirmi yaş da vermək olardı.

Payız girdi. Biz gah qonşuların parkında, gah da öz parkımızda ova çıxırdıq. Elə bu vaxtlar bizim qəsrə tez-tez gələn cavan baron S. mənim diqqətimi cəlb etdi. Sonra o bizdən ayağını kəsdi və mən onu tamamilə unutdum, ancaq hiss etdim ki, ərimin menə olan müna­sibəti tamam dəyişmişdir.

Dinib-danışmır, həmişə fikirli-fikirli gəzir və məni öpmürdü. Mən tək qalmaq və dincəlmək üçün özümə ayrıca yataq otağı düzəlt­mişdim. Ərim mənim yanıma gəlmirdi. Ancaq gecələr qapımın ağzında ayaq səsləri eşidirdim. Kimsə barmağının ucunda qapıya yaxınlaşır, bir neçə dəqiqə sakitcə dayanır və sonra gəldiyi kimi də səssizcə uzaqlaşırdı.

Mənim yataq otağım aşağı mərtəbədə idi və mənə elə gəlirdi ki, gecələr kimsə qəsrin ətrafında dolaşır.

Mən bunu ərimə dedim ve bir neçə saniyə diqqətlə üzümə baxdı və:

- Bizim keşikçidir! - deyə cavab verdi.

Bir dəfə, nahardan sonra həddindən artıq kefi kök olan, əslində ise o özünü şad göstərməyə çalışırdı, Erve məndən soruşdu:



  • Gəlsənə, bir üç saatlığa daxmaya gedək. Hər axşam mənim toyuqlarımı yeməyə gələn tülkünü de vurarıq.

Mən təəccübləndim ve fikrə getdim. Amma onun çox qəribə bir baxışla, həm də İnadkarlıqla üzümə baxdığını görüb:

  • Əlbəttə, gedərəm, əzizim, - deyə cavab verdim.

Onu da deyim ki, mən canavar və qaban ovlamaqda kişilərdən heç də geri qalmırdım. Ona görə də ərimin daxmaya getmək təklifi çox yerinə düşmüşdü.

Ərim özünü çox qəribə aparırdı: bütün gecəni həyəcanlandı, gah yerindən sıçrayıb dik qalxır, gah sakitcə qayıdıb otururdu. Saat ona yaxın mənə:



  • Hazırsanmı? - dedi.

Mən qalxdım. Tüfəngimi özü gətirdiyindən:

  • Güllə ilə, yoxsa saçma ilə doldurum? - deyə soruşdum.

O təəccübləndi, sonra cavab verdi:

  • Səni inandırıram ki, elə təkcə saçma da kifayət eləyər. - Bir dəqiqədən sonra isə çox soyuqqanlıqla əlavə etdi: - Siz öz təmkin və soyuqqanlı lığınızla fəxr eləyə bilərsiniz.

Mən güldüm:

  • Mən? Nəyə görə? Tülkü vurmağa gedəndə adama soyuqqan- tılıq lazımdır? Bu sizin ağlınıza hardan gəldi, mənim əzizim?

Nəhayət, biz səssiz-səmirsiz daxmaya yaxınlaşdıq. Evdə hamı yatırdı. Damına döşənmiş şiferi parıldayan bu hüznlü qədim qəsrin üzərinə yumurlanmış ay sarımtıl işıq çiləyirdi. Qəsrin hər iki tərə­findəki qoşa qülləsi ay işığım əks etdirirdi, bu hüznlü, işıqlı, həzin ve ətirli gecənin sakitliyini heç nə pozmurdu, ətrafa ölü sükut çök­müşdü. Hava durğun idi, nə qurbağalar quruldaşır, nə də bayquşlar ulayırdı, elə bil hər şey vahiməli bir durğunluğa qərq olmuşdu.

Biz parka, ağacların kölgəsinə gəldiyimiz zaman bumuma çürümüş yarpaqların təzə, ətirli qoxusu doldu. Ərim dinmirdi, ancaq bir ovçu ehtirası ile hər şeyi dinləyir, qoxulayır, hər şeyə qulaq kəsilib göz qoyurdu.

Biz göllərin yanına gəlib çıxdıq.

Suda bitən qamışlar azca da olsa, tərpənmirdi, külək onları sığal­lamırdı, amma hərdənbir suda xəfif bır titrəyiş baş verirdi, suyun ortasında balaca bir nöqtə əmələ gəlir, sonra onun ətrafında dairə- ciklər görünür və bu dairəciklər qırışlar kimi işıldayıb arası kəsil­mədən genişlənirdi.

Biz pusquda durmaq üçün daxmaya yaxınlaşanda ərim məni qabağa saldı, sonra tələsmədən tüfəngini doldurdu, çaxmağın şaq­qıltısı mənə çox qəribə bir təsir buraxdı. O, mənim titrədiyimi hiss etdi:


  • Bəlkə elə bu sınaq səndən ötrü kifayətdir? Əgər elə isə gedin! - dedi.

Mən həddindən artıq heyrətləndim və:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin