~ baki-2006 İmiihmi sı\lı Hamlet (>u)C' h ■ 4A



Yüklə 422,57 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü422,57 Kb.
#35778
1   2   3   4   5   6   7
G.D.Mopassan-Hekay-r-Novellalar

Heç vaxt. Mən buraya əliboş geri qayıtmaq üçün gəlməmi­şəm. Bu gün sizə nə olub?

O donquldandı:

  • özün bilən yaxşıdır.

Biz sakitcə dayandıq.

Bu işıqlı, cansıxıcı payız axşamının sükutunu heç nə pozma­dığına görə, təxminən yarım saatdan sonra pıçıltı ilə soruşdum:



  • Heyvanın məhz buradan keçəcəyinə əminsinizmi?

Elə bil mən Erveni dişlədim. Dik atıldı və ağzını qulağıma yapış­dırıb cavab verdi:

  • Tamamilə eminəm.

Yenidən susduq.

Deyəsən bir azca mürgülədim. Birdən ərim əlimi sıxdı, səsi dəyişdi və fısıltı ilə dilləndi:



  • Görürsenmi onu? Ağacm altındadır.

Nə qədər baxdımsa, heç nə görə bilmədim. Erve gözünü gözü­mün içinə zilləyərək, tüfəngi sakitcə çiyninə keçirdi. Mən əlimi tətiyə aparmaq istəyirdim ki, gözlənilmədən, bizdən otuz metr aralı, ay işığında aydın seçilən bir adam göründü, o, təqibdən qaçmaqla yaxasım qurtarmağa çalışan adam kimi, - əyilə-eyilə, tələsik addım­larla uzaqlaşırdı.

Mən heyrətimdən qışqırdım və geri dönməyə macal tapmamış gözümün qabağından alov qalxdı, güllə səsindən qulağım tutuldu və mən gördüm ki, həmin adam güllə dəymiş canavar kimi yerə sərildi.

Dəhşətdən ağlımı itirərək, qışqırıb fəryad qopartdım, quduzlaş­mış Ervenin əlləri boğazımdan yapışdı. O, əvvəlcə məni yerə yıxdı, sonra göyə qaldırdı və havada yelləyə-yelləyə, otluğa sərilmiş meyitin yanma qaçdı və var gücü ilə məni onun üstünə çırpdı. Elə bil mənim başımı əzmək istəyirdi.

Mən hiss etdim ki, məhv oluram: o məni öldürməyə hazırla­şırdı. O, ayağını yuxarı qaldırıb çəkməsinin dabanı ilə məni vurmaq istədi və elə bu an, gözlənilmədən, mən özümə gələnə qədər, kimsə ondan yapışıb yerə sərdi.

Mən dərhal sıçrayıb ayağa qalxdım. Mənim qulluqçum Pakita Ervenin sinəsinə çökmüşdü. Quduz pişik kimi özündən çıxmış halda, sir-sifəti əsə-əsə, Ervenin saqqalını yolur, bığını dartışdırır və üzü­nün dərisini cırıq-cırıq edirdi. Sonra birdən başqa duyğu onun qəl­bində baş qaldırdı və sıçrayıb meyitin üstünə yıxıldı, onu bağrına basdı, gözlərindən, ağzından öpdü, dodaqları ilə ölünün dodaqlarını araladı, elə bil onun nəfəsini axtardı, məhəbbətin ən ali nəvazişinə qerq etdi.

Ərim ayağa qalxaraq, ona tamaşa edirdi. O, hər şeyi başa düşdü və mənim ayaqlanma düşərək dilləndi:

- Bağışla məni, əzizim, mən bu qızın oynaşma seni qısqan­mışam, gözətçi məni çaşdırıb.

Mən isə canlı bir qadının ölünü qərq etdiyi dəhşətli öpüşlərə baxır, onun hıçqırıqlarım dinləyir, ümidsiz məhəbbətin coşqunlu­ğuna tamaşa edirdim.

Elə bu andan başa düşdüm ki, ərimə mütləq xəyanət edəcəyəm.

BAT ACA ÇƏLLƏK



Adolf Tavern 'yeyə

Enrovil karvansarasının sahibi Şiko balaca faytonunu Maqluar qamın fermasının qarşısında saxladı. Şiko qırx yaşlarında, yekə­qarın, qırnı:/ısifot bır adam idi, bir az da kolokbaz idi.

O, atı hasarın dirəyinə bağlayıb, iıəyəto ghdi. Qarının malika nəsi onun mülkündən o yana başlanırdı. Şiko çoxdandı gözünü qarının torpağına dikmişdi. O. dəfələrlə bu torpağı almaq üçiin söz açırdı, lakin hə: dəfə də Maqiuar qarı qəli etiraz edib deyirdi:


  • Mən burada doğulmuşam, burada da öləcəyəm.

Qan qapının ağzuıda oturub kartof soyurdu. D. anq, üz-gözü qırışmış, beli bükülmüş, yetmiş iki yaşında oisa da, cavan qız kimi idi. Şiko mehribanlıqla əlini qarının kürəyinə vurub, onun yanında, kətilin üstündə əyləşdi.

• • Hə, ana, kefin necədir, canınız sazdırnıı?



  • Pis deyil, Prosoeı kirvə, sən necəsən?

  • Eh, bir az sümiikiərım sızıldayır, qalan hər şey yaxşıdır.

Çox gözəl!

Qarı daha dinmədi. Şiko da dinməzcə onun nccə işləməsinə tamaşa edirdi. Qarı əyri, cadarlamnış, xərçəng qısqacları kimi quru barmaqları ilə kartofu səbətdən çıxarıb, horləyo-zərloyə o biri əlində tutduğu bıçaqla soyur, qabıq şərid kimi uzanıb axırda qırılırdı. Soyul­muş kartofları su dolu vedrəyə atırdı. Dövrəsində üç sırtıq toyuq fır-fır fırlanırdı. Onlar qarıya yaxınlaşır, kartof qabıqlarım qarının ətəyindən qapıb götürür, qaçırdılar.

Şiko bir az narahat idi, o nə iso demək istəyirdi, çəkinirdi, tərəddüd ediıdi. Nəhayət, ürəklənib dedi:

Maqhıar ana, deyin görək...



  • Buyurun, mən sizi eşidirəm.

• Deməli, b.ı fermanı mənə satının) ıstəmiısiniz?

  • Yox, satmıram, gözünüzü çəkin. Demişəm satmıram, vəs • salam. Daha hu barədə danışmayın.

  • Bilirsiaizmi, mən bir iş fikirləşmişəm, hər ikiınize sərfəlidir. O nə işdir?

Bu. məsələ belədir, oz fermanı mənə su: irsim/. umıı a ferma yerıə sizin olur. Başa düşmədiniz? Yaxşı qulaq asm.

:rı əlindəki işim yarımçıq qoydu, oynaq gözlərini qıvıb. mey­xana salıibırsin üzünə zillədi Şiko sözünə daşam etdi:

İndicə başa salaram. Deməli, mən >i/ə h.-r ay yüz əlli frank verirəm Eş < nizmi: haray faytonuma minib bura gəlirəm, iz şuluq • > 'j ekü verirəm. Yossalar . ha>q.ı 1k\ nə dəyişmir. Siz 07 cv inizdə qalırsınız, nə mənimlə işiniz olur, nə də mənə borclu olur­sun.7. Siz pulu məndən alınanı/. vəsvıl.ım Necədir, xoşunuza eəli:1 O gülümsünə-gülümsünə qarıya baxırdı. Qarı burad.; is., hiylə olduğundan şübhələnərək onu başdan-ayağacan ü soruşdu:

Yaxşı, bu mənim xeyirim, bəs sizin xeyiriniz nədir, fermada ı sı/ nə g. •riır.irsünüz '

Şiko dedi.

Bu bar• si. • n.uahal olmayın Mlah Sizə nə qədər ömür veribsə o qədər dəyaş.ıy ıvaqsmı/ \mmagərəknı ’.arius idarəsindən ıııənə b • kağız xıvə'.ını/ kı. sizdən sonra ferma mənə qalacaq. Sı/m . din yoxdı B iki qohum-q ızvar. onl ükqız-

d.rmırsır 17. !!■• necədir, ürəyinizə yam ' Nə qədər ömrünüz var. əmlakını/ özxıü/ımdär Mən də >ı/ə hər ay yüz ıluq eku vcnrərı Məncə, sizin üçün sərfəlidir.

Qarı bayaqkı kimi çaşıb qalmişJı. həm də narahat ıdı. amma tamah ona üstün gəldi. Dedi.

Mən etiraz dəmirəm \mma gərək bu ba d ı-ya

ləşəm. Cıələn həi’.ə gəliıı. ;*it üə söhbət edər k. Sizə qəticavab vməıəu Şiko çıxıb gekli özündən elə razı ıdı ki. elə bil dünyanın % sını alnı.şdı

Maqluar qannı fikir götürdü. Gecəni de yata bilmədi. Sonra .i »rd qızılıuı .;lı ;.;am kimi .;cjı:ı.; fubəciiı M;b]ı,.|[ iıoriər c ’.i (• üiss edirdi ki, burada nə isə bu kələk var. umma hər ay alacağı :.ı/ ckünü. havası yerdən ətəyinə töküləcək sikkələrin cingiltisini eşi­dir. ağzı sulanırdı

Axırda qarı notarius idarəsinə gedib əhvalatı danışdı. Ona məs-

vc di si. Şikonun təklifini qəbul etsin. \mma ya/ suluq Otuz ekünün əvəzinə əlli cku tələb etmək lazımdır, çonki fermanın dəyəri ən azı altmış min frankdır. Notarius deyirdi:

I4*ı Ci»


  • Əgər siz on beş il yaşasanız, o sizə cəmisi qırx beş min frank vermiş olacaq.

Hər ay yüz suluq elli ekü ala biləcəyini eşidəndə qarı sevinirdi, amma ehtiyat da edirdi, qorxurdu ki, kələk işlədilmiş ola, gözlə­nilməz hadisə baş verə, ona görə de axşama qədər notarius idarə­sində qalıb sorğu-sual elədi. Axırda göstəriş verdi İd, müqaviləni hazırlasınlar, evə qayıdanda başı gicəllənirdi, elə bil dörd dolça tezə sidr içmişdi.

Şiko cavab almaq üçün gələndə qarı bir xeyli məzə verməyə başladı, dedi ki, razı deyil, amma əslində qorxurdu ki, Şiko yüz suluq əlli ekü verməyə razı olmaya. Şiko çox yalvardıqdan sonra qan öz şərtini dedi:

Şiko gözlənilməz bu şərti eşidəndə hirsindən dik atıldı, sonra qəti etiraz elədi.

Qan onu yumşaltmaq üçün ömrünün axınna lap az qalmasından danışmağa başladı:



  • Menim çox olsa beş-altı il ömrüm qalıb. İndi yetmiş iki yaşım var, canım da saz deyil. Keçən həftə elə bildim ki, ölürəm, mədəm doğranırdı. Özümü güc-bəla ilə çarpayıma çatdırdım.

Şiko isə yumşalmırdı:

  • Yaxşı, yaxşı kələkbaz qarı, canınız polad kimi möhkəmdir! Heç olmasa yüz on il yaşayacaqsınız. Hələ mənim kimilərin çoxunu o dünyaya yola salacaqsınız.

Bütün günü mübahisə etdilər. Qarı güzəştə getmək istəmirdi. Axırda Şiko əlli ekü verməyə razı oldu.

Ertəsi gün müqaviləyə qol çəkdilər. Maqluar qan on ekü çaxır pulu da tələb elədi.

Üç il keçdi. Qan gündən-günə cavanlaşırdı, sanki keçən illərin onun ömrünə dəxli yox İmiş. Şiko dilxor olmuşdu, elə bilirdi ki, yüz ildir qanya pul verir, onu aldadıblar, soyublar, müflis ediblər. Hərdən faytonuna minib qanya baş çəkməyə gəlirdi. Onun bu səfəri, taxı­lın yetişib biçilən vaxtının çatıb-çatmadığmı yoxlamaq üçün iyul ayında tarlaya baş çekən kəndlinin səfərinə oxşayırdı. Hər dəfə gələndə qan ona bic-bic baxırdı. Elə bil gizli bir oyunda udduğu üçün ürəyində sevinirdi. Şiko tez qayıdıb faytonuna minir, dodaqaltı deyinirdi:


  • Bəs nə vaxt gəbərəcəksən, ay ifritə?!

Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə istəyirdi onu boğub Öldürsün...

Şiko baş sındırır, çıxış yolu axtarırdı. Nəhayət, günlərin birində, ilk dəfə öz təklifini bildirməyə gələndə elədiyi kimi əllərini ovuşdura- ovuşdura qarıya yanaşdı. Bir az ordan-burdan danışandan sonra dedi:



  • Bura bax, anacan, Eprevİlə yolunuz düşəndə niyə gəlib meyxa­namda nahar eləmirsiniz? Camaat arasında söhbət gəzir, deyirlər guya, bizim aramız dəyib, men pərt oluram. Bilirsiniz ki, bizdə nahar eləsə­niz, sizdən pul alası deyiləm. Mən belə xırda şeylərə fikir vermirəm. Nə vaxt ürəyiniz istədi gəlin, utanıb eləməyin, mən çox şad olaram.

Maqluar qan təklifi unutmadı. İki gündən sonra nökəri Seles- tinin sürdüyü təkatlı faytonla bazara gedəndə birbaş Şiko kirvənin meyxanasına gəldi. Çəkinib eləmədən atı tövləyə saldı. Sonra vəd edilmiş naharı istədi.

Meyxana sahibi əl-ayağa düşüb, ona əsil xanımlara layiq xidmət göstərdi; toyuq əti, kolbasa, qızardılmış qoyun əti və duza qoyulmuş kələm gətirdi. Amma qarı heç nə yemədi, uşaqlıqdan 02 rejimini bilirdi, azacıq şorba və bir tikə yağ-çörəklə dolanırdı.

Qanı qaralan Şiko israr edirdi. Qan heç bir şey İçməmişdi, hətta qəhvəni də rədd eləmişdi,

Şiko soruşdu:



  • Bəlkə bir qədəh şərab içəsiniz?

  • Hə! Buna sözüm yoxdur, olar.

Şiko səsi gəldikcə ucadan çığırdı:

  • Rozali, şərab gətir, ən yaxşısından, sürfın filendis şərabından gətir.

Xidmətçi uzun bir şərab şüşəsi gətirdi. Şüşə kağızdan düzəl­dilmiş “üzüm yarpağına” bükülmüşdü.

Şiko iki balaca qədəh doldurdu:



  • Dadına baxm, anacan, əla şərabdır.

Qarı aram-aram içməyə başladı. O, ləzzət almaq üçün xırda qur­tumlarla içirdi. Qədəh boşalanda qan ağzım marçıldadıb dedi:

  • Doğrudan da gözəl şərabdır.

O, sözünü qurtarmamış Şiko qədəhi bir də doldurdu. Qarı istədi etiraz eləsin, amma gec idi. O yenə aramla içməyə başladı.

Şiko istəyirdi üçüncü qədəhi içirtsin, amma qarı etiraz elədi. Şiko israr edirdi:



  • Axı bu lap süd kimidir. Gördünüz nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içinəm, heç nə olmur. Şəkər kimidir. Nə mədəyə əziyyət verir, nə də baş ağrıdır: adamın dilinin üstündə yağ kimi əriyib gedir, Bundan faydalı İçki tapılmaz!

Qarının yenə də tamahı çəkirdi, ona görə də güzəştə getdi. Üçüncü qədəhin də yarısını içdi.

Şiko əliaçıqlıq edirdi, özündən çıxmışdı:



  • Yaxşı, indi ki bu şərab xoşunuza gəlir, ondan sizə bir çəllək verərəm, bilərsiniz ki, biz doğrudan da dostuq.

Qarı etiraz eləmədi, azacıq keflənmişdi, çıxıb evlərinə getdi.

Ertəsi gün Şiko Maqluar qarının yanına gəldi. Faytonundan dəmir çənbərli kiçik bir çəllək düşürtdü. Sonra İstədi ki, qan dadma baxıb şərabın dünənki şərabdan olduğunu təsdiq eləsin. Hərəsi üç qədəh içdilər. Şiko getməyə hazırlaşanda dedi:



  • Qurtaranda xəbər eləyin, hələ vanmdır, utanıb eləməyin. Mən xəsis deyiləm. Şərabı nə qədər tez içib qurtarsanız, bir o qədər mənim ürəyimə yatar.

Şiko faytonuna minib getdi.

Dörd gündən sonra yenə gəldi. Qan qapının ağzında oturmuşdu. Şorbaya tökmək üçün çörək doğrayırdı.

Şiko qanya yanaşıb salam verdi. Lap yaxınlıqda durub danışırdı ki, qannın ağzından iy gəlib-gəlmədiyini bilsin. Qarıdan şərab iyi gəlirdi. Şİkonunkefı kökəldi:


  • Belkə, məni bir qədəh şəraba qonaq edəsiniz?

Onlar iki, ya üç dəfə qədəh-qədəhə vurdular.

Tezliklə ətrafa səs yayıldı ki, Maqluar qan evdə tək içib sərxoş olur. Onu gah mətbəxdə, gah da həyətində kefli tapırdılar, bəzən də yaxın yol-rizdə yıxılıb qalırdı, camaat onu sürüyə-sürüyə evinə gətir­məli olurdu.

Şiko daha ona qonaq gəlmirdi, Elə ki qan barədə söhbet düşürdü, o qəmli-qəmli deyinirdi:


  • Bu yaşda içkiyə belə qurşanmaq bədbəxtlikdir. Adam qoca­landa canı da zəifləyir, tçki qannm axırma çıxmasa yaxşıdır.

Doğrudan da, içki qannın axırına çıxdı. Sonrakı qış, milad bay­ramına az qalmış o, bərk keflənmiş, qarın altında qalıb ölmüşdü.

Onun fermasına yiyələnmiş Şiko kirvə deyirdi:



  • Bu səfeh qan İçməsəydi, hələ bir on il də yaşaya bilərdi.

ŞEYTAN

Kəndli ayaq üstə, həkimlə üzbəüz durmuşdu. Xəstə qarı çarpa­yısında uzanmışdı. O halsızdı, sakit-sakit qarşısındakı iki kişiyə baxırdı. Bilirdi ki, öləcək, amma heç əl-ayağa düşmürdü, özü bilirdi ki, vaxtı bitib, doxsan iki yaşı var.

Qapı və pəncərə də açıq idi. İçəri dolan qızmar İyul günəşi evin dörd kəndli nəslinin yöndəmsiz çəkmələri altında tapdanmış çala- çuxur, gil döşəməsini yandırırdı. İsti nəfəsli meh çöldən otun, taxı­lın, günorta istisindən ütülmüş yarpaqların iyini gətirirdi. Cırcıra­malar gücləri gəldikcə cmldaşaraq, aləmi başlarına götürmüşdü. Elə bil bir dəstə uşaq bazardan təzə aldıqları “cığcığları” həvəslə cırıldadırdılar.


  • Yox, Onore, siz ananızı bu vəziyyətdə qoyub gedə bilməz­siniz. Onun ömrü lap lap az qalıb.

Qanı qaralmış kəndli sözünün üstündə dururdu:

  • Axı mən taxılı çöldə qoya bilmərəm, vaxt keçir. Hava da yax­şıdır, elə deyilmi, ana?

Can versə de hələ normand xəsisliyi canından çıxmamış qan gözü ilə oğluna razılıq verdi ki, gedib taxılı yığsın, özü do ölə bilər.

Amma həkim hirslənir, təpiyini yerə vururdu:



  • Siz qansız adamsınız, eşidirsinizmi, mən icazə vermirəm, vəs­salam! Əgər taxılı mütləq bu gün yığmalısıruzsa, cəhənnəm olsun! Heç olmasa Rape qannı tapıb gətirin, ananızın yanında qalsın. Men tələb edirəm, eşitdinizmi! Əgər sözümə qulaq asmasanız, özünüz xəstələnəndə yaxm gəlməyəcəyəm. Sahibsiz it kimi gəbərəcək­siniz, eşidirsinizmi?

Uzun, anq kəndli ləng-ləng gözlərini döyürdü. O, həkimdən qor­xur, amma bir qərara da gələ bilmir, xərcini hesablayır, tərəddüd edir, mızıldayırdı:

  • Rape qarı keşik çəkmək üçün nə qədər pul alır?

Həkim qışqırdı:

  • Mən nə bitim? Keşikdə olacağı vaxtdan asılıdır, öz aranızda razılaşarsınız. Lənət şeytana! Bir saatdan sonra qarı burada olmalıdır, eşidirsinizmi?

Nəhayət, oğul razılaşdı:

  • Gedirəm, gedirəm, cənab hekim, hirslənməyin.

Hekİm çıxıb gedərkən onu bir də hədələdi:

  • Bura baxın, yadınızdan çıxmasın, mən hirslənəndə heç kəsi tanıyan deyiləm:

Hekim geden kimi oğul anasına tərəf çevrildi və məyus bir səslə dedi.

  • İndi ki, kişi belə İstəyir, gedim Rapeni çağırım, mən gəlincə gözlə.

O da çıxıb getdi.

Rape qarının peşəsi paltar ütüləmək idi. O, kəndin ve ətraf kənd­lərin ölüləri və can verənlərinə də xidmət göstərirdi. Qarı öz müştə­rilərini kəfənə salıb ağzını tikdikdən sonra yenidən öz işinə - dirilə­rin paltarını ütüləməyə başlayırdı. O, bir il saxlanılmış alma kimi qırışmışdı, qəddar və paxıl adamdı. Həm də yaman xəsisdi. Qəddi ikiqat əyilmişdi, elə bil dəmir ütü öz ağırlığı ilə onu əyib həmişəlik ikiqat eləmişdi. Qarının ölümə sirli bir rəğbəti vardı, onu vəhşi bir ehtirasla izləyirdi. O, yalnız gözü qarşısında ölmüş adamlardan, şahidi olduğu müxtəlif növ ölülərdən danışırdı. Ovçu öz macəralarından danışdığı kimi o da bir-birinə oxşar ölüm səhnələrini təsvir edirdi.

Onore Bontan gələndə qan kənd adamlarının paltannı boyamaq üçün mavi su hazırlayırdı.

Onore salamlaşdı:



Qan üzünü ona tərəf çevirdi:

  • Pis deyil, pis deyil, siz necəsiniz?

-Mən babatam, amma anamın işi xarabdır,

  • Ananın?

  • Hə, anamın!

  • Nə otub anana?

  • Can verir!

Qan əllərini sudan çıxartdı. Mavi su damcıları qolundan süzü­lüb bannaqlannm ucundan qaba damcılayırdı. O, sirli bir maraqla soruşdu:

  • Yəni halı o qədər pisdir?

  • Hekim dedi ki, sabaha qalmaz.

  • Deməli, doğrudan da, vəziyyəti xarabdır! - Onore tərəddüd edirdi. İstəyirdi öz təklifini demək üçün söhbəti bir az uzatsın. Amma başqa bir söz tapa bilmədiyinə görə birbaş məqsədə keçdi:

  • Anam ölüncə yanında qalsan, məndən nə qədər alarsan? Özü­nüz bilirsiniz ki, men varlı deyiləm. Heç qulluqçu saxlamağa da imkanım yoxdur. Elə anam da onun üçün əldən düşdü, çox işlədi, çox yoruldu! Doxsan iki yaşı olsa da on adamın işini görürdü, İndi işlər tökülüb qalıb!

Rape ciddi səslə dilləndi:

  • İki qiyməti var: varlılar üçün gündüzlər qırx su, gecələr isə üç frankdır. Başqaları üçün gündüz iyinni su, gecə isə qırx sudur. Siz- den gündüz iyirmi, gecə qırx su alaram.

Kəndli fikrə getdi. O, anasmı yaxşı tanıyırdı. Bilirdi ki, dözüm­lüdür, canı bərkdir. Həkim nə deyir desin, qarı hələ səkkiz gün də yaşaya bilər.

Onore qətiyyətlə dedi:



  • Yox, yaxşısı budur, mənə bir məbləğ deyin, ölənə qədər nə qədər alarsınız, onu deyin. İkimizdən birimizin bəxti gətirər. Hekim deyir ki, tez öləcək. Əgər belə olsa, sizə xeyir olar, mənə zərər. Əgər sabaha qədər, yaxud daha çox yaşasa, mən udaram, siz uduzarsınız!

Qarı təəccüblə ona baxırdı. O indiyə qədər belə məsələdə riskə getməmişdi. Tərəddüd edirdi. Amma bəxtinin gətirəcəyinə də ümidi vardı. Sonra şübhəyə düşdü, fikirləşdi ki, onu aldatmaq istəyirlər.

  • Ananıza baş çəkməmiş, bir söz deyə bilmərəm.

  • Yaxşı, gedək, özünüz baxın.

Qarı əlini silib onun arxasınca getdi. Yolda heç biri dinib danış­mırdı. Kəndli elə iri addımlarla yeriyirdi ki, elə bil hər addımda bir arxın üstündən tullanırdı, qarı da onun arxasınca qaçmalı olurdu.

İstidən halsızlaşıb çöldə uzanmış İnəklər başlarım ağır-ağır qaldırıb yanlarından keçən bu iki nəfərə baxır, astadan böyürüb, sanki təzə ot istəyirdilər.

Onore Bontan evlərinə yaxınlaşanda mızıldadı:


  • İndi bəlkə də, ölüb.

Səsindən duyulurdu ki, o özü bu ölümü arzulayır.

Amma qarı ölməmişdi. Çarpayıda arxası üstə uzanmışdı. Az qala sümükləri görünən əllərini bənövşəyi yorğanının üstündən sinəsinə qoymuşdu. Bu əllər qəribə bir heyvancığaza oxşayırdı; elə bil sinə­sində cüt xərçəng yatmışdı. Yeldən, yorğunluqdan az qala bir əsr­dən bəri işləməkdən qırışmış, bükülmüşdü.

Rape qan çarpayıya yaxınlaşıb xəstəni nəzərdən keçirdi. Nəb­zini yoxladı, elini sinəsinə qoyub nəfəsini yoxladı, səsinə qulaq asdı, dayanıb bir az da baxdıqdan sonra Onorenin arxasınca çölə çıxdı. O inanmışdı. Xəstə sabaha qalmazdı.

Onore soruşdu:



  • Hə, necədir?

Rape qan cavab verdi:

  • Hələ iki gün çəkər, bəlkə də üç gün. Sizdən altı frank alaram, hər iş menim boynuma.

Kəndli qışqırdı:

  • Altı frank! Altı frank! Dəli olmusunuz nədir? Mən sizə deyi­rəm beş-altı saatdan artıq yaşamaz!

Onlar çox mübahisə elədilər, ikisi də özündən çıxmışdı. Axırda Onore gördü ki, qan çıxıb getmək istəyir, vaxt keçir, taxıl da qalıb çöldə, əlacsızlıqdan razılaşdı.

  • Yaxşı, danışdıq, altı frank verirəm, hər iş Sİzin boynunuza, cənazə qaldırılınca buradasınız.

  • Razılaşdıq, altı frank.

Onore iri addımlarla tarlaya, biçilib yerə sərilmiş, qızmar güne­şin altında quruyan taxılını yığmağa getdi. Keşikçi qarı otağa qayıtdı. O lazım olan şeyləri gətirmişdi. Ölülərin və can verənlərin yanmda qan bekar qalmırdı, ya özü üçün işləyir, ya da dəvət olunduğu evdə başqa işlərə də kömək edib əlavə pul alırdı.

O qəfildən soruşdu:



  • Keşiş yanınıza gəlibmi, Bontan qarı?

Qan başını tərpədib “yox” dedi. Rape dindar adamdı, həyəcanla ayağa qalxdı.

  • Aman Allah, belə iş olar? Mən gedirəm keşişi çağınm.

Rape tələsik ruhani evinə yollandı. Elə bərk gedirdi, küçədəki

uşaqlar onu görüb fikirləşirdilər ki, nə isə bir bədbəxtlik üz verib.

Keşiş tələsik əbasım çiyninə salıb o saat yola düzəldi. Kilsə xorundan olan kiçik bir uşaq isə onun arxasınca gedir, zəng çalıb istidən yanan bu sakit çöldən Allah adamının keçdiyini xəbər verirdi. Tarlada işləyənlər uzaqdan keşişin ağ əbasım görüb, iri şlyapalarını əllərinə alır, dinməz durur, onun gözdən itməsini gözləyirdilər.

Dərzləri toplayan qadınlar qədlərini düzəldib xaç çevirirdilər. Qara rəngli toyuqlar hürküb qanadlarını çırpa-çırpa çəpər boyu qaçır, bir dəlik tapıb gözdən itirdilər. Kola bağlanmış bir toyuq əbanı görüb qorxuya düşdü, ayağındakı ipi darta-darta kolun başına fırlandı, uca­dan qaqqıldadı.

Kilsə xorunun qırmızı paltarlı uşağı irəlidə, başına dördkünc papaq qoymuş keşiş isə boynunu büküb dua oxuya-oxuya arxada gedirdi.

Rape qan isə gedə-gedə səcdə edirmiş kimi ikiqat əyilib, əllə­rini kilsə adəti ilə cütləmişdi, lap arxada qalmışdı.

Onore uzaqdan onlan gördü və yanındakılardan soruşdu:


  • Görəsən, keşiş hara gedir belə?

  • Sənin ananın yanma Allah kəlamı apanr, lənət şeytana!

Onore heç təəccüblənmədi də:

  • Hə, yəqin elədir, ola bilər!

Sonra öz işinə qurşandı.

Bontan qarı günahlarını etiraf etdi, xeyir-dua aldı, sonra keşiş qarılan isti daxmada tək qoyub getdi.

Rape gözlərini can verən qarıya zilləyib durmuşdu, fikirləşirdi, görəsən, çox çəkməz ki.

Axşam düşürdü, içəriyə serin külək dolur, Epinalm iki sancaqla divara bərkidilmiş şəklini yellədirdi. Pəncərənin saralmış, milçək zibilindən xal-xal olmuş xırdaca ağ pərdələri çırpmır, elə bil qarı­nın ruhu kimi çıxıb getməyə, göylərə uçmağa çalışırdı.

Qan isə gözləri açıq, sakit uzanmışdı, gecikmiş ölümü laqeyd­liklə gözləyirdi. Nəfəsi qurumuş boğazında xışıtdayırdı. Az sonra nəfəsi kəsiləcək, dünyada bir qadm azalacaq, heç ağlayan da olma­yacaq. Qaranlıq düşəndə Onore qayıtdı. Çarpayıya yaxınlaşıb gördü ki, anası hələ sağdır, soruşdu:


  • İşlər necədir?

Əvvəllər anası xəstə olanda da Onore bu cür hal-əhval tuturdu,

Rape qarı evlərinə qayıdanda Onore ona tapşırdı:



  • Səhər saat beşdə gəlməlisiniz, gecikməyin.

Qarı dedi:

  • Yaxşı, səhər saat beşdə gələrəm.

Qan səhər açılanda gəldi. Onore işə yollanmazdan əvvəl özü bişirdiyi şorbanı içirdi.

Rape qarı soruşdu:



  • Hə, nə oldu, ananız canım tapşırdı?

Onore gözlərində qəribə bir hiylə cavab verdi:

  • Vəziyyəti bir az yaxşılaşıb.

O çıxıb getdi.

Rapc narahatlıqla can verən qarıya yaxınlaşdı. Xəstənin halı dəyi­şilməmişdi, əvvəlki kimi gözləri açıq, yumulmuş əlləri yorğanın üstündə, sakit-sakit uzanmışdı.

Keşikçi qan başa düşdü ki, bu vəziyyət iki gün, dörd gün, bəlkə, səkkiz gün davam edə bilər. Xəsis qan narahat oldu. Sonra onu aldat­mış Onoreyə və ölmək bilməyən bu qarıya bərk acığı tutdu.

Rape gözləyə-gözləyə öz işini görür, gözlərini Bontan qarının qmşmış üzündən çəkmirdi.

Onore səhər yeməyi üçün evə gəldi. Kefi kök idi, yeməkdən sonra çıxıb getdi. O, öz məhsulunu toplayırdı, yəqin ki, başqa işləri də yaxşı gedirdi.

Rape qarı özündən çıxırdı, fikirləşirdi ki, keçən vaxtın hər dəqi­qəsi onun itirilmiş vaxtı, oğurlanmış puludur. Rape qəzəblənmişdi, istəyirdi bu kaftarın, səfeh qarının, inadkarın boğazından yapışsın, azacıq sıxıb vaxtını ve pulunu oğurlayan bu zəif nəfəsi birdəfəlik kəssin.

O, işin gerisindən qorxurdu, bir az da Fıkirləşəndən sonra çarpa­yıya yaxınlaşdı və soruşdu:


  • Şeytanı hələ görməmisiniz ki?

Bontan qan mızıldadı:

  • Yox.

Rape söhbətə başladı, qarının halsız, ölümcül ürəyinə vəlvələ salmaq üçün cürbəcür əhvalatlar danışdı.

O söyləyirdi ki, adam ölməmişdən bir neçə dəqiqə əvvəl Şey­tan gəlir. Şeytanın elində süpiirgə, başında qazança olur, özü də bərk-bərk qışqırır. Şeytanı gördün-qurtardı, deməli, bir-iki dəqiqə ömrün qalıb. Sonra o, bu il ölməzdən əvvəl Şeytanı görmüş qanları saydı; Jozefın Luazel, ölali Ratye, Soft Padano, Scrafın Qrospys.

Bontan qarı narahat olmağa başladı, axır ki, tərpəndi, əllərini tərpətdi, başını çevirib otağm küncünə baxmaq istədi.

Birdən Rape çarpayının yanından yoxa çıxdı. O, şkafdan bir mələfə götürüb ona büründü, üç əyri qıçı xırda buynuza oxşayan qazançanı başma keçirtdi, sağ əlinə süpürgə aldı, sol əlinə dəmir vedrəni götürdü ki, yuxarıdan otağın ortasına atıb bərk səs salsın,

Doğrudan da, vedrə torpaq döşəməyə düşüb gurultulu bir səs çıxardı. Rape qan stulun üstünə çıxdı, çarpayının ayaq tərəfindəki pərdəni çəkib qanmn gözləri qarşısında durdu. Əl-qolunu oynadıb, başma qoyduğu qazançanı çənəsinə kimi endirib içindən boğuq, dəh­şətli səslər çıxardı, əlindəki süpürgə ilə qarını hədələyib kukla tama­şasındakı cinlər kimi atılıb düşdü, can verən qarını vahiməyə saldı.

Qan özünü itirdi, gözləri kəlləsinə çıxdı, qeyri-adı bir qüvvə ilə Özünü yığışdırdı, qalxıb qaçmaq istədi, hətta sinəsi, çiyinləri də yor­ğanın altından çıxmışdı, sonra dərindən nəfəs alıb yerinə yıxıldı. Hər şey bitdi.

Rape sakit-sakit şeyləri yerbəyer elədi. Süpürgəni şkafın kün­cünə söykədi, mələfəni şkafın içinə, qazançanı sobanın üstünə, ved­rəni taxçaya qoydu, stulu da divara söykədi. Sonra adətincə, ölünün geniş açılmış gözlərini örtdü, çarpayının üstünə bir qab qoyub içə­risinə müqəddəs su tökdü, kürsünün üstündən şümşad ağacını suya saldı, diz çöküb ölülər üçün oxunan duaları əzbərdən söyləməyə başladı.

Axşam düşəndə Onore qayıtdı, qan dua oxuyurdu. Onore həmin dəqiqə hesablayıb gördü ki, qarı iyirmi su artıq qazanıb. Axı o cəmisi üç gün, bir gecə keşik çəkmişdi; cəmisi beş frank eləyirdi, amma altı frank almalı idi.




AT BELİNDƏ

Bütün ailə ərin azacıq maaşı ilə dolanır, kasıb güzəran keçirirdi. Evlənəndən bəri iki uşaqları olmuşdu. İlk gündən əsas bəla köhnə, hörmətli ailənin adını qorumaq, təvazökar, ləyaqətli bir Ömür sür­mək idi.

Ektor dö Kribelən kənddə atasının malikanəsində böyümüş, təh­silini qoca bir keşişdən almışdı. Ailəsi varlı deyildi, abır-həya ilə dolanır, birtəhər günlərini keçirirdilər.

İyirmi yaşında ikən ona iş axtardılar. Ektor min beş yüz frank maaşla dənizçilik nazirliyində məmur işləməyə başladı.

Həyatın kəskin mübarizəsinə hazırlığı olmayan, həyatı dumanlı görən, çıxış yolu tapmaq və müqavimət göstərməyi bacarmayan Ektor, çox əziyyət çəkdi. Əvvəlcədən xüsusi bacanq, ayrı-ayrı fəndlər öyrədilməmiş, mübarizədə aciz, silahsız, əliboş adamlar kimi çaşıb qalmışdı.

Qulluğunun əvvəlki üç ili çox pis keçdi, O özü kimi kasıb, köhnə ailə dostları ilə tapışmışdı. Hamısı Sen Jermen məhəlləsinin adlı-sanlı, sonralar kasıblamış küçələrində yaşayır və öz aralarında əlaqə saxlayırdılar.

Müasir həyata nabələd, təvazökar və məğrur olan bu kasıb aris­tokratlar, sakit görünən binaların yuxan mərtəbələrində yaşayır­dılar. Bu evlərdə kirayənişinlər yuxarıdan aşağı təbəqələnir, amma birinci mərtəbədə olduğu kimi altıncı mərtəbədə də puldan korluq çəkirdilər.

Əvvəllər cah-calal içərisində yaşamış, sonradan müflisləşmiş ailələr, indi ancaq öz rütbələri ilə adlarının qeydinə qalırdılar. Ektor dö Kribelən həmin ailələrdən birində gənc, özü kimi alicənab və kasıb bir qıza rast gəldi, evləndilər.

Dörd ildə onların iki uşaqları oldu. Dörd il ərzində həyat sürmüş bu gənc ailə, yalnız bazar günləri Şan-Elizeyə gəzməyə çıxardı. Hərdənbir qışda, dostlarından birinin verdiyi pulsuz biletlə teatra gedərdilər.

Bir gün yazqabağı, müdiri gənc qulluqçunun vəzifəsini böyütdü ve o, gözlənilməz bir mükafat - üç yüz frank pul aldı.

Pulu gətirərkən Ektor arvadına dedi:


  • Anriyet, əzizim, gərək özümüzə fikir verək. Məsələn, uşaq­ları əyləndirmək üçün bir iş görək.

Uzun mübahisədən sonra gəzintiyə çıxıb çəmənlikdə nahar etməyi qərara aldılar.

  • Doğrudan da, bir dəfə gəzintiyə çıxsaq günah olmaz ki, - deyə Ektor həyəcanla danışdı. - Sənə, uşaqlara və xidmətçi qıza bir fayton tutarıq. Mən isə atla gedərəm, ləzzət verəcək.

Bütün həftəni qarşıdakı gəzintidən danışdılar.

Hər axşam işdən qayıdanda Ektor böyük oğlunu dizinin üstündə oturdur, onu dizi ilə atıb tuta-tuta deyirdi:



  • Bax, gələn bazar, gəzintidə atan belə çapacaq.

Uşaq da bütün günü stullan minib sürüyə-sürüyə otaqda dola­nıb qışqırırdı:

  • Atam belə çapacaq.

Qulluqçu qızın özü de ağasının faytonun yam ilə at üstə gedə­cəyini gözünün qabağına gətirib ona heyran-heyran baxırdı. Həmişə yemək vaxtı qız, ağasmın necə at oynatması, subay vaxtı gösterdiyi qoçaqlıqlar haqda söhbətlərinə qulaq asırdı.

O, çox gözəl təlim keçmişdi, elə ki, atın belinə qalxdı, heç nədən qorxmaz, heç nədən!

O, əllərini ovuşdura-ovuşdura arvadına deyirdi:


  • Əgər menə bir az xam at versəydilər, ürəyimdən olardı. Görər­din ata necə qalxıram. Əgər istəyirsənsə, meşədən qayıdanda Şan- Elize ile gedək. Bizə baxanlar heyran qalacaq. Nazirlikdən rast gələn olsa daha yaxşı, müdirlərin yanında hörmət qazanmaq üçün bundan yaxşı fürsət olmaz.

Təyin olunmuş gün fayton və at eyni vaxtda qapının ağzına gəti­rildi. Həmin saat Ektor öz miniyini yoxlamaq üçün aşağı endi. O, şalvarına ayaqlıq tikdirmiş, əvvəlcədən yüyən almışdı.

Atm ayaqlarını bir-bir qaldırıb yoxladı, boynunu, sağrısını sığal­ladı, barmağı ilə qayışları çəkib yoxladı, atın ağzmı açıb dişlərinə baxdı və onu bəzi xırda-para sınaqlardan keçirdi.

Hamı faytonda yerini tutdu. O, üzəngiləri və yüyəni yoxladı, üzənginin birinə ayağını qoyub özünü atın üstünə saldı. Heyvan yükün altında oynaqlayıb az qaldı üstiindəkini yıxsın.

Ektor onu sakit etmeye çalışdı.



  • Dayan, dostum, çox gözəl, bax belə.

At sakitləşdikdə Ektor, öz müvazinətini saxladı və soruşdu:

  • Hazırsınızmı?

Hamı cavab verdi:

  • Bəli.

O əmr elədi:

  • İrəli!

Atlar uzaqlaşdı.

Bütün nəzərlər Ektora dikilmişdi. O, ingilislər kimi at belində özünü dartmışdı, hər addımda qalxıb-enirdi. Hər dəfə yenidən yəhə­rin üstünə düşdükdə göyə qalxacaqmış kimi yenidən yuxarı atılırdı. Hərdən atın yalmanma yatmaq istəyirdi, Gözlərini qarşıya zillə­mişdi, yanaqları saralmış, sir-sifəti keyləşmişdi.

Arvadı uşaqların birini, qulluqçu isə o birisini dizləri üstündə tutub tez-tez Ektoru göstərirdilər:


  • Atanıza baxın, bircə atanıza baxın!

Şənlikdən ağlım itirmiş balacalar, tez-tez cır səslə qışqırırdılar. At səsdən hürküb götürüldü. Atın başını yığmağa çalışanda, Ekto- run papağı yerə düşüb diyirləndi. Faytonçu düşüb papağı götürməli oldu və onu yiyəsinə qaytardıqda, atlı uzaqdan arvadını səslədi:

  • Uşaqları qışqırmağa qoyma, at məni qaçırdar!

Bağlamalarda gətirdikləri yeməyi Vezine meşəsində, otun

üstündə yedilər.

Faytonçu faytona qoşulmuş üç ata qulluq edirdi. Ektor isə tez- tez qalxıb Öz atma baş çekir, boynunu sığallaya-sığallaya ona çörək, pirojna ve qənd yedirirdi.

O lovğalanırdı:



  • Belə atı hər adam minə bilməzdi. Əvvəlcə bir az məni silkə­lədi, amma gördünmü nə tez ələ aldım, indi sahibini tanıyıb, daha şıltaqlıq eləməz.

Qərara aldıqları kimi Şan-Elize ilə qayıtdılar.

Prospektdə faytonlar qaynaşırdı. Gəzməyə çıxanlar səkiləri elə doldurmuşdular ki, elə bil qara bir lent Qələbə tağından Konkord meydanına qədər uzanıb gedirdi. Qızmar günəş aləmi qızdırır, fay­tonların bəzəklərini, qoşqu qayışlarının polad haşiyələrini, qapıla­rın cəftələrini parıldadırdı.

Bu, insan, at və araba dəstəsini cuşa gətirən gəzmək həvəsi, həyat sərməstliyi idi. Obelisk aşağıda, qızıl duman içərisindən göyə ucalırdı.

Qələbə tağını yenicə keçmişdilər ki, Ektorun atı yenidən coşdu. O, faytonların arası ilə sürətlə qaçırdı. Ektor çox çalışdı, amma atın başım saxlaya bilmədi.

Fayton artıq uzaqda idi, çox geridə qalmışdı. Sənaye sarayının qarşısında at özünü meydanda görüb sağa döndü və dördnala çap­mağa başladı.

Əyni dÖşlüklü qoca bir arvad sakit addımlarla küçəni keçirdi. Qan çapa-çapa gələn atlının yolunun tən ortasında idi. Atın başmı yığa bilməyən Ektor var gücü ilə qışqırmağa başladı:



  • Ey, qaç, ey, yoldan çıx!

Bəlkə də, qan kar idi, at da sürət qatarı kimi onun üstünü alıb, sinəsi ilə vurana qədər sakit-sakit addımlayırdı. O, üç dəfə başı üstə diyirləndikdən sonra on addım kənarda düşüb qaldı.

Hər tərəfdən qışqırdılar:



  • Tutun onu!

Özünü itirmiş Ektor atın yalmanına yatıb bağınrdı:

  • Kömək edin!

Güclü bır təkan onu atm üstündən top kimi irəli atdı və o, yolu kəsmiş polisin qolları üstünə düşdü.

Bircə dəqiqədə el-qol ölçən, hay-küylü bir dəstə adam onu araya aldı. Yaxası girdəmedallı, uzunbığlı qoca bir cənab özündən çıx­mışdı. O deyirdi:



  • Qəribə işdir, belə fərsizsən, yıxıl qal evdə. At sürə bilmirsən, daha yola çıxıb camaatı niyə qırırsan?!

DÖrd kişi qarını gətirdi. O, ölüyə oxşayırdı. Rəngi saralmış, pal­tarı tozdan bozarmış, papağı aşağıya sürüşmüşdü.

  • Qadını həkimin yanına aparın, siz isə menimlə polis idarəsinə gedək, - deyə qoca cənab əmr verdi.

Ektor iki polisin arasında yola düşdü. Üçüncü bir polis nəfəri onun atını apardı.

Camaat da onların arxasınca gedirdi, fayton gəlib çatdı.

Arvadı irəli atıldı, qulluqçu başını itirmişdi, uşaqlar qışqırırdılar.

O, arvadını başa saldı ki, indicə qayıdacaq, bir qarını at vurub yıxıb, elə bir şey deyil. Arvad-uşaq karıxmış halda uzaqlaşdı.

Polis rəisinin yanında izahat az çəkdi. Ö, özünü Ektor Qribelən olduğunu, dənizçilik nazirliyində işlədiyini dedi, sonra xəstədən xəbər gözlədilər. Xəstənin ehvalmı öyrənməyə göndərilmiş polis nəfəri qayıtdı. Qan huşa gəlmişdi, amma dediyinə görə mədəsi bərk incidirdi. Simon adlı altmış beş yaşlı qoca bir qulluqçudur.

Qanmn ölmədiyini eşitdikdə Ektor sevindi, onu özü müalicə etdirəcəyinə söz verdi və həkimin yanına qaçdı.

Qapının ağzında səsli-küylü bir dəstə dayanmışdı. Qoca qul­luqçu bir kresloya sərilib şikayətlənirdi. Qollan taqətsiz idi, sir- sifəti kobudlaşmışdı. İki həkim onu hələ də müayinə edirdi. Sınan yeri yox idİ, amma daxili zədədən qorxurdular,

Ektor soruşdu:



  • Bərk ağnyır?

  • Ah, əlbəttə.

  • Haranız ağnyır?

  • Elə bil mədəmə od tökülüb.

Həkimlərdən biri Ektora yanaşdı:

  • Cənab, hadisənin səbəbkarı sizsiniz?

  • Bəli, cənab.

  • Bu qadını sağlamlıq evinə göndərmək lazımdır, mən elə bir ev tanıyıram, günü altı franka qəbul edirlər. İstəyirsinizmi düzəldim?

Ektor sevincək təşəkkür etdi ve arxayın-arxayın evinə qayıtdı.

Arvadı gözyaşı içində onu gözləyirdi. O, arvadını sakitləşdirdi:



  • Heç nə yoxdur, Simon qan daha yaxşıdır, üç gündən sonra çıxıb gedəcək, mən onu sağlamlıq evinə göndərmişəm, heç nə yoxdur!

Ertəsi gün işdən çıxarkən o, Simon qanmn əhvalını soruşmağa getdi. Xəstə şorba içirdi.

  • Necəsiniz? - deyə soruşdu.

Qarı cavab verdi:

  • Ah, cənab, heç nə dəyişmir, deyəsən, öləcəyəm. Heç yaxşı­laşmıram.

Həkim də dedi ki, gözləmək lazımdır, xəstəlik çevrilə bilər.

O üç gün gözlədi, sonra gəldi. Rəngi açılmış, gözləri işıqlaşmış qarı, onu görən kimi inildəməyə başladı.



  • Daha tərpənə bilmirəm, zavallı cənab, daha bacarmıram. Ömrü­mün axırına qədər tərpənə bilməyəcəyəm.

Ektorun sümükləri gizildədi. O, həkimdən soruşdu. Həkim əllə­rini oynatdı:

-Nə etmək olar, cənab, mən özüm de baş çıxarmıram. Onu qal­dırmaq istəyəndə bağırır. Kreslonun yerini dəyişdikdə elə bağırır ki, adamın tükü ürpəşir. Onun dediklərinə inanmalıyam, cənab, mənim ki, daxildən xəbərim yoxdur. Durub gəzdiyini görməyincə, yalan danışdığım söyləməyə haqqım yoxdur.

Qarı gözlərini qıyıb sakitcə qulaq asırdı. Səkkiz gün keçdi, sonra on beş gün, daha sonra bir ay keçdi. Simon qan kreslosundan tərpənmirdi. O, səhərdən axşamacan yeyir, kökəlir, başqa xəstə­lərlə söhbət edib şən-şən gülürdü. Arxayın-arxayın bir yerdə otur­mağa adət etmişdi. Elə bil elli iidə pilləkənləri qalxıb-enərkən, döşəkləri söküb-çtrparkən, mərtəbədən-mərtəbəyə kömür daşıyar­kən, ev süpürərkən, paltar təmizlərkən çəkdiyi zəhmətin əvəzində indi istirahət edirdi.

Ektor hər gün gəlir, hər dəfə de onu sakit, eyni açıq, amma şika­yətlənən görürdü.



  • Daha tərpənə bilmirəm, zavallı cənab, daha bacarmıram.

Hər axşam, xanım dö Kribelən dərdli-dərdli soruşurdu:

  • Simon qarı necədir?

O da hər dəfə ümidsiz-ümidsiz cavab verirdi:

  • Əvvəlki kimidir, heç nə dəyişməyib!

Xərcə dözə bilmədikləri üçün qulluqçunu qovdular. Daha çox qənaət etdilər, mükafat xəstəyə xərcləndi.

Axırda Ektor dörd məşhur həkim getirtdi və onlar qarının ətra­fına toplaşdılar. Həkimlər onu yoxladılar, hərtərəfli müayinə etdilər. Xəstə hiyləgər gözləri ilə onların hərəkətlərini izləyirdi,



  • Onu yeritmək lazımdır, - deyə həkimlərdən biri dilləndi.

Qan qışqırdı:

  • Yox, yox, bacarmaram, əziz cənablar, mən bacarmaram.

Onlar qarını tutub ayağa qaldırdılar, onu bir-neçə addım sürü­dülər. Lakin xəstə qışqıra-qışqıra onların əlindən çıxıb özünü döşə­mənin üstünə sərdi. Elə dəhşətlə bağırırdı ki, həkimlər elləri əsə- əsə onu yenidən öz yerində əyləşdirməyə məcbur oldular.

Onlar fikirlərini söyləyib, belə qərara gəldilər ki, qan daha işləyə bilməz.

Ektor bu xəbəri evdə söyləyəndə arvadı taqətsiz halda özünü kürsüyə salıb astadan dedi:


  • Onu evə gətirsəydik, daha yaxşı olardı, bizə bir az ucuz düşərdi,

Ektor diksindi:

  • Bura, bizəmi, doğrumu deyirsən?

İndi hər şeylə razılaşmağa hazır olan xanım gözləri yaşlı cavab verdi:

  • Nə edək, əzizim. Başqa əlacımız yoxdur.




MARTINA

Əhvalat bir dəfə bazar günü ibadətindən sonra baş vermişdi. Benua kilsədən çıxıb evlərinə gedirdi. Birdən irəlidə madmazel Martinanı gördü. O da evlərinə qayıdırdı.

Atası qızın yanında idi, varlı kəndlilər kimi lovğa-lovğa yeri­yirdi. Kişinin əynində boz pencək, başında enlİqanad şlyapa vardı. Həftədə bircə gün geydiyi korset qızın belini sıxır, qamətini şux- landırırdı. Onun kürəyi enli, əndamı ətli görünürdü. Yeriyəndə bir az dingildəyirdi də,

“İveto” adlanan moda evindən alınmış güllü papağı saçını yuxan yığmışdı. Ətli, təravətli boynunda gündən yanmış qızılı cığalar oynaşırdı.

Benua qızı ancaq arxa tərəfdən görürdüsə de, ona elə gəlirdi ki, üzünü həmişəkindən yaxşı görür.

Birdən öz-özünə dedi: “Lənət şeytana, bu Martina entiqe qız imiş”. Heyran-heyran qızın yerişinə tamaşa edir, ehtirasdan qulağı cıngildəyirdi. Qızın üzünü görməyə ehtiyac duymurdu. Gözlərini onun bədəninə zilləyib Öz-Özünə təkrar edirdi: “Lənət şeytana, əntiqə qızdır”.

Madmazel Martina sağa buruldu, atası Jan Martinin “Martinyer” adlanan fermasına tərəf dönərkən çevrilib arxaya baxdı. Benuanın çaşqın sifətini görüb salam verdi:


  • Salam, Benua.

Benua:

  • Salam, madmazel Martina, salam Martin əmi, - deyib keçib getdi.

Evə qayıdanda nahar süfrəsi hazır idi. Anası ilə üzbəüz, xid­mətçi və çobanla yanaşı oturdu. Xidmətçi qız isə sidr içkisi çıxar­maq üçün zirzəmiyə düşmüşdü.

Bir-iki qaşıq şorba içib boşqabı kənara itələdi. Anası soruşdu:



  • Xəstəsən, nədir?

  • Yox, ürəyim bulanır, ona görə iştaham yoxdur, - deyə cavab verdi.

Sonra süfrə başındakılara baxa-baxa fikrə getdi. Hərdən çörək­dən bir loğma qoparıb ağzma atır, uzun-uzadı gövşəyirdi. Martina gözləri önündən çəkilmirdi: “Doğrudan, gözəl qızdır”. İşə bax ki, indiyə qədər fikir verməyib. İndi qəfildən qız onu bir hala salıbdır ki, iştahı da kəsilib.

O, et xörəyinə el də vurmadı.

Anası dilləndi:

- Yaxşı, Benua, zorla da olsa bir az ye. Qoyun ətidir, ye canına qüvvə olsun. İştah olmayanda gərək birtəhər yeyəsən.

O, bir-iki tikə udub, qabını yenə kənara itələdi. Doğrudan da, boğazı tıxanmışdı.

Axşamüstü gəzintiyə çıxdı. Naxırçım evlərinə buraxdı, qayı­danda inəkləri özü gətirəcəyinə söz verdi.

Bazar günü olduğundan çöl-bayır boş idi. Yoncalıqda təkəm­seyrək, yeməkdən qamı şişmiş inəklər günün altında tənbəl-tənbəl gəzinirdi. Qoşqudan açılmış kotanlar şumun qırağına səpələnmişdi. Şumlanıb səpinə hazırlanmış tarla ot-ələflə sarı haşiyəyə alınmışdı.

Çöldə quru külək əsib, axşamın sərin keçəcəyini xəbər verdi. Benua ot dərzinin üstündə oturub başını havaya vermək istəyirmiş kimi papağım çıxarıb dizinin üstünə qoydu. Sonra köksünü ötürüb uca səslə ətrafdakı sükutu pozdu: “Yox, gözəl olmağına gözəl qızdır”.

O, gecə yatanda da, səhər yuxudan oyananda da qız haqda fikir­ləşirdi. Benuanm əhvalı dəyişmişdi. Heç özü də bilmirdi nə olub. Qəmgin deyildi, bir narazılığı da yox idi. Elə bil məngənəyə düş­müşdü, ürəyinə nə isə yükləmişdilər. Fikir onu rahat buraxmır, ürəyi həyəcanla döyünürdü. Bağlı otaqda qalmış iri milçək uçur, vızıldayır, qanadlarının səsi ilo adamı bezikdirir, cana gətirir. Bəzən milçək dayanır, vızıltısı yaddan çıxır. Sonra yenə uçur, yenə adamı bezikdirir. Milçəyi nə tuta bilirsən, nə qovur, nə öldürür, nə də bir yerdə saxlaya bilirsən. Qonduğu yerdə bircə an dayanıb yenə uçur, vızıldayır.

Martinamn fikri də bağlı otaqda qalmış milçək kimi Benuaya rahatlıq vermirdi.

Qızı yenə görmək istədi. Martinlərin qapısının ağzında fırlandı. Axır ki, gördü. Qız, alma ağaclarına bağlanmış İpin üstünə paltar sərirdi.


Hava isti idi. Qızıtı əynində gödək çit tuman vardı, köynəyinin altından da heç nə geyməmişdi, qollarını qaldırıb dəsmalları sərəndə köynəyi dartınıb dolğun döşlərini tərpədirdi.

Benua hasarın qırağında keyləşib qalmışdı. Qız gedəndən sonra da bir saat yerindən tərpənmədi. Evə qayıdanda əvvəlkindən də hal­sız idi.

Bir ay qızı fikrindən çıxara bilmədi. Qızın adı çəkiləndə həyə­candan titrəyirdi. İştahı tamam pozulmuşdu. Gecələr bədənini tər basır, yuxusu ərşə çəkilirdi.

Bazar günləri ibadət vaxtı gözünü qızdan çəkmirdi. Qız bunu duydu, oğlanın baxışlarından təsirlənib üzünə güldü.

Bir axşam, küçədə qız ilə üz-üze gəldi. Qız onun gəldiyini görüb dayandı. Benua düz onun üstünə getdi. Qorxudan və həyəcandan nəfəsi tengimişdi, amma qızla danışmağı qərara almışdı. Dili dolaşa- dolaşa sözə başladı:


  • Bilirsinizmi, Martİna, bu işi belə qoymaq olmaz.

Qız kinayə edirmiş kimi soruşdu:

  • Nəyi belə qoymaq olmaz, Benua?

  • Bütün günü sizi fikirləşirəm.

Qız əllərini yambızlan üstünə qoydu:

  • Mən ki sizi məcbur etmirəm.

O mızıldadı:

  • Yox, siz məcbur edirsiniz; mənim yuxum, iştahım, rahatlığım, hər şeyim əldən gedib.

Qız lap asta səslə soruşdu:

  • Sizi bu dərddən qurtarmaq üçün nə lazımdır?

Benua donub qaldı, qolları yanma düşdü, gözləri halqalandı, ağzını açıb durdu.

Qız onun qarnına bir dürtmə vurub, şən-şən qaçıb uzaqlaşdı.

Həmən gündən onlar, çəpər arxasında, xəlvət küçələrdə görüş­məyə başladılar. Bəzən axşamlar çöldə görüşür, qayıdanda isə oğlan atları, qız isə inəkləri sürüb həyətlərinə gətirirdi. Benua duyurdu ki, bütün hissləri, bütün varlığı onu qıza tərəf sürükləyir. O istəyirdi qızı bağıma basıb saxlasın, sıxıb əzsin, öz varlığında gəzdirsin. Hər- den coşur, həyəcanlanır, ikisi bir varlıq olsa da, həmişə bir yerdə olmadıqlarına əsəbiləşirdi.

Kənddə söz-söhbət başlamışdı. Hamı deyirdi ki, elə bir-biri üçün yaranıblar. Oğlan qızdan evlənməyə razılıq almışdı. Qız “hə” vermişdi.

İkisi də valideynlərinə söz açmaq üçün imkan gözləyirdi.

Sonra qəfildən qız yoxa çıxdı, görüşə gəlmədi. Benua evlərinin ətrafında fırlananda da qızı görə bilmirdi. Ancaq bazar günləri iba­dət vaxtı gözucu baxa bilirdi. Bir bazar günü ibadətdən sonra keşiş elan elədi ki, Viktuar-Adelayd Martina ilə Jozefin-İzİdor Vallip nişanlanıblar.

Benua hiss elədi ki, elləri keyləşib, elə bil qanı bədənindən çəki­lirdi. Qulaqlan guruldayır, heç nə eşidə bilmirdi. Bir azdan hiss etdi ki, gözünün yaşı ibadət kitabının üstünə süzülür.

Benua bir ay evdən çölə çıxmadı. Sonra yenə işləməyə başladı.

Amma Benuamn yarası sağalmamışdı, qızı yadından çıxara bil­mirdi. Onların evinin yanından keçən küçələrlə də getmirdi ki, həyətdəki ağacları görəndə gecə-gündüz çəkdiyi əzab təzələnər. Qız ətraf kəndlərdə ən varlı fermer sayılan Vallinə ərə getmişdi. Benua Vallinlə uşaq vaxtından yoldaş olsa da, indi salamı kəsmişdi.

Bir axşam Benua bələdiyyə idarəsinin qarşısında eşitdi ki, Martina hamilədir. O qəhərlənməkdənsə sevindi. İndi hər şey bit­mişdi. Qız ərə getdiyi gündən indi daha yad olmuşdu. Fikirləşirdi ki, elə belə yaxşıdır.

Aylar gəlib keçdi. Benua kənd içində gəzinəndə hərdən Mar- tinanı görürdü. Qız onu görəndə qızarır, başım aşağı salıb addım­larını yeyinlədirdi, Benua da onunla göz-gözə gəlməmək üçün yolunu dəyişirdi.

Amma hərdən qorxuya düşürdü ki, günlərin birində Martina ilə üz-üzə çıxıb danışmalı olar. Əvvəllər əllərini əlində tutııb üz- gÖzünü öpdüyü vaxt dediyi sözlərdən sonra indi ona nə deməliydi? Hələ də çəpər arxasındakı görüşləri unuda bilmirdi. Hər halda o, əhd-peymandan sonra yaxşı iş görməmişdi.

Benuamn dərdi yavaş-yavaş dağılmış, yüngül bir qüssə qal­mışdı. Günlərin bir günündə, o ilk dəfə yolunu qızın yaşadığı evin qarşısından saldı. Uzaqdan evin damına baxırdı. Deməli, yenə ora­dadır! Orada başqa birisi ilə yaşayır! Alma ağacları çiçək açmışdı. Xoruzlar pəyənin üstündə banlayırdılar. Ev boş görünürdü, adamlar çölə, yay işinə getmişdilər. O, çəpərin qırağında dayanıb heyətə baxdı. İt damın qarşısında yatmışdı. Həyətdəki üç buzov bir-birinin arxasında tənbəl addımlarla gölməçəyə tərəf gedirdilər. Qapının qabağında bir hind xoruzu özünü şişirdib, səhnəyə çıxmış müğənni kimi toyuqların qarşısında fırlanırdı. Benua hasara söykənib durdu, hiss etdi ki, gözləri yaşla dolur. Elə bu vaxt bir qışqırıq eşitdi. Evdə kimsə ucadan qışqırıb köməyə çağırırdı. O çaşıb qalmışdı, söy­kəndiyi payadan yapışıb qulaq asırdı. Uzun, ürəkparçalayan bir qış­qırıq onun qulaqlarını, ürəyini, bütün bədənini lərzəyə saldı. Qışqı­ran Martina idi. O irəli atıldı, otluğu keçib qapını açdı. Martina yerdə uzanmışdı, rəngi qaçmışdı, gözləri halqalanmışdı, doğuş ağrısından qıvrılıb-açılırdı.

Benua donub qalmışdı, rəngi ağarmış, bədəni titrəyirdi. O mızıl­dandı:



  • Mən buradayam, mən buradayam, Martina.

Martina tengnəfəs dilləndi:

  • Meni tək qoyma, getmə, Benua.

Ö nə deməli, nə etməli olduğunu bilmədən Martinaya baxırdı. Qadın yenidən qışqırmağa başladı.

  • Ah! Uf! Parçalanıram! Ah! Benua?

Martina ağrıdan çapalayırdı. Qəfildən Benua ona kömək etmək, sakitləşdirmək, ağrısını yoxa çıxarmaq fikrinə düşdü. Aşağı əyilib qadını qucağına alıb yerdən qaldırdı, gətirib çarpayının üstünə qoydu. Martina inildəyir, Benua isə onu soyundurur, köynəyini, donunu, alt paltarını çıxarırdı. Qadın qışqırmamaq üçün elini ağzına tıxa- yırdı. Benua doğan inəklərə, qoyunlara, madyanlara kömək etdiyi kimi Martinaya da kömək elədi və uşağı tutdu. Körpə inildəyirdi.

Benua uşağı sildi, ocağın qabağından bir əsgi götürüb bükdü, masanın üstünə yığılmış ütülənəsi paltarın üstünə qoyub, Marti- nanın yanma qayıtdı.

O, qadını çarpayıdan düşürdü, ağı dəyişib onu yenidən çarpa­yıya qoydu.

Martina mizıldayırdı: “Sağ ol, Benua. Sən ürəyitəmiz adamsan” Sonra nəyəsə təəssüf edirmiş kimi, bir az ağladı,

İndi Benua onu sevmirdi, daha heç sevmirdi. Hər şey qurtar­mışdı. Nə üçün? Neyə görə? Özü də bilmirdi. İndicə baş vermiş hadisə onu Martinadan elə soyutmuşdu ki, onillik ayrılıq adamı belə soyuda bilməzdi.

Qadın zəif, üzgün səslə soruşdu:



  • Nəyim olub?

O sakit səslə cavab verdi:

  • Qızdır, sağlam bir qızdır.

Yenə susdular. Bir az sonra körpənin anası halsız-halsız dilləndi:

  • Göstər onu mənə, Benua.

O gedib uşağı götürdü, əlində müqəddəs bir şey tutubmuş kimi, anasına göstərdiyi vaxt qapı açıldı və İzidor Vallin qapıda göründü.

Əvvəl o heç nə anlamadı, sonra qəfildən işin nə yerdə olduğunu başa düşdü.

Özünü İtirmiş Benua mızıldayırdı:


  • Yoldan keçirdim, elə-belə yoldan keçirdim, birdən eşitdim ki, qışqırır, mən də gəldim... bu da senin uşağın, Vallin.

Martinamn əri gözüyaşlı bir addım irəli çıxdı. Benuanın təqdim elədiyi xırdaca varlığı əlinə aldı, öpdü, bir-İki dəfə dərindən nəfəs alıb körpəni çarpayının üstünə qoydu, her iki əlini Benuaya uzadıb dedi:

  • Vur bura, əl ver, Benua. İndi görürsənmi bizim aramızda hər şey həll olunub. İstəyirsən, gəl dost olaq. Biz mehriban dostlar olarıq!..

Benua cavab verdi:

  • Mən razı, doğrudan, gəl dost olaq.


Yüklə 422,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin