“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri



Yüklə 0,54 Mb.
səhifə36/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   32   33   34   35   36   37   38   39   ...   57
referat 3390

hüquqi təsir funksiyası - tənzimləyici və sərəncamverici səlahiyyətlərin icra olunması, vəzifə borcunun yerinə yetirilməsi zamanı dövlətin və ya dövlət orqanının adından çıxış edərək dövlət səlahiyyətlərinin həyata keçirilməsi;

  • hüquqi yaradıcılıq funksiyası - normativ-hüquqi aktların hazırlanması və qəbul edilməsi, qanun layihələrinin hazırlanması, əmr və sərəncamların yazılışı, onların qəbul edilməsi və icra olunmasına nəzarət, tapşırıqların verilməsi və s.;

  • tənzimləyici funksiya - cəmiyyətin bütün təbəqələrində dövlət siyasətinin düzgün anlaşılmasına nail olmaq üçün müvafiq tədbirlər görülməsi, fiziki və hüquqi şəxslərə hüquqi təsir vasitələrindən istifadə edilməsi, müxtəlif maraqlar arasında konsensus əldə edilməsi;

  • təşkilati funksiya - dövlət orqanlarının öz səlahiyyətlərini həyata keçirməsinin təşkilati və maddi-texniki cəhətdən təmin edilməsi, əməliyyatların, müxtəlif iclasların, konfransların, brifinqlərin keçirilməsi, yoxlama və ekspertizaların aparılması və s.;

  • hüquq-müdafiə funksiyası - vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə müvafiq tədbirlər görülməsi, onların dövlət qarşısında məsuliyyətə cəlb edilməsi, dövlətin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin təmin olması.

    Göründüyü kimi, hər bir məmur öz gündəlik fəaliyyətində bir sıra inzibati-idarəçi xarakterli funksiyaları yerinə yetirir, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində, nəzarətin təşkilində, dövlət qulluğu ilə bağlı məsələlərin planlaşdırılması və proqnozlaşdırılması, uçot və əlaqələndirmə işlərinin nizama salınmasında, bir sözlə, dövlətin idarə olunması prosesində bilavasitə iştirak edir və müəyyən mənada bu prosesin “məhsuldar qüvvəsi” rolunda çıxış edir.
    Beləliklə, aydın olur ki, dövlət qulluğunda çalışanlar ölkənin inkişafı naminə siyasi liderlərin bəyan etdikləri strateji proqramların həyata keçirilməsinin təminatçılarıdırlar.
    Dövlət qulluğunun əsas vəzifələri, prinsipləri və idarəetnıə orqanları. Bürokratiya nəzəriyyəsində dövlət qulluğunun mahiyyəti və sosial təyinatına, həyata keçirdiyi funksiyalara uyğun olaraq onun fəaliyyətinin əsas vəzifələri və prinsipləri müəyyən edilmişdir. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:

    • ölkə Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;

    • dövlət orqanlarının səlahiyyətləri hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

    • dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.

    Göründüyü kimi, demokratik dəyərlər üzərində qurulmuş idarəçiliyin dövlət qulluğu institutu öz əsas vəzifələrini dövlətə, cəmiyyətə, vətəndaşlara, bir sözlə tərəqqiyə xidmət etməkdə görür.
    Dövlət qulluğunun əsas vəzifələri ilə qarşılıqlı əlaqədə olan prinsiplər aşağıdakılardır:
  • 1   ...   32   33   34   35   36   37   38   39   ...   57




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin