“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri



Yüklə 0,54 Mb.
səhifə35/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   31   32   33   34   35   36   37   38   ...   57
referat 3390

Mövzu: 9. Dövlət qulluğu
Plan:
9.1. Dövlət qulluğunun mahiyyəti və sosial təyinatı.
9.2. Peşəkar dövlət qulluğu sisteminin formalaşdırılması.
9.3. Müasir Azərbaycanda dövlət qulluğu institutu.


9.1. Dövlət qulluğunun mahiyyəti və sosial təyinatı
Dövlət qulluğu dövlətin hüquqi institutu kimi. Müasir dövrdə sosiologiya və politologiya elmlərində, eləcə də dövlət idarəçiliyi nəzəriyyəsində dövlət qulluğu ilə bağlı məsələlər dərindən təhlil edilir, dövlətin bu institutunun səmərəli fəaliyyət göstərməsi üçün elmi axtarışlar aparılır.
Qərbi Avropa ölkələrində bir neçə onilliklərdir ki, dövlət qulluğu ilə bağlı məsələlər “bürokratiya nəzəriyyəsi”adlı xüsusi elm sahəsində araşdırılır və öyrənilir. Qərbdə inzibatçılıq elminin baniləri kimi XIX əsrin sonu - XX əsrin əvvəllərində klassik əsərlərini yaratmış alman sosioloqu Maks Veber və amerikalı alim, sonradan ABŞ Prezidenti seçilmiş Vudro Vilson tanınırlar.
İnzibatçılıqla bilavasitə bağlı olan elm sahələrinin inkişafı müasir demokratik dövlətlərin diqqətindən yayınmır. Hesab edilir ki, nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsini nəzərə alaraq sivil, bütün hakimiyyət atributlarına malik dövlətin qurulması tələbinin yerinə yetirilməsi üçün dövlət qulluğunun nəzəri-konseptual əsaslan yaradılmalıdır.
“Dövlət qulluğu” anlayışına ictimai elmdə müxtəlif yanaşmalar mövcuddur. Bunlardan aşağıdakı iki yanaşmaya daha çox üstünlük verilir:

  • əmək fəaliyyətinin xüsusi bir növü kimi;

  • dövlətin hüquqi institutu kimi.

Bu baxımdan dövlət qulluğu nədir sualına cavab olaraq iki tərif verilə bilər:

        1. Dövlət qulluğu - dövlət funksiyalarının dövlət aparatı və dövlət müəssisələri işçiləri tərəfindən həyata keçirilən və iş müqabilində dövlət müavinəti alınan əmək fəaliyyətinin bir növüdür.

        2. Dövlət qulluğu - dövlət qulluqçularının hüquqi vəziyyətini, işə girmək şərtlərini və qaydalarını müəyyənləşdirən, vəzifə məsuliyyətini əks etdirən hüquqi normaların məcmusudur. Bu baxımdan dövlət qulluğu özünü dövlətin hüquqi institutu kimi biruzə verir.

Dövlət qulluqçularının, xüsusilə də dövlət aparatında işləyən məmurların hüquqi vəziyyəti bir qayda olaraq inzibati hüquq normalan ilə tənzimlənir. Ona görə də dövlət qulluğu anlayışının seçimində üstünlük onun daha çox dövlətin hüquqi institutu kimi tanınmasına verilir. Bu fikri təsdiqləyən ən təsirli amil odur ki, hər hansı bir dövlətin bütün strukturlarının və orqanlarının fəaliyyəti qanunlar üzərində qurulur. Təbii ki, dövlət qulluğu institutu yalnız müvafiq hüquqi baza üzərində fəaliyyət göstərə bilər və bu institutun cəmiyyət üçün səmərəli olması mükəmməl qanunvericiliyin yaradılması ilə bilavasitə bağlıdır.
Bir çox qərb ölkələrində “dövlət qulluğu” anlayışı yerinə “ictimai qulluq” (public service) yaxud “mülki qulluq” (civil service) anlayışları işlədilir.
İctimai elmdə dövlət qulluğu anlayışından geniş dar mənada istifadə edilir.

  • Geniş mənada dövlət qulluğu özündə bütün dövlət və bələdiyyə orqanlarında çalışan işçiləri birləşdirir. Belə yanaşmada aydın olur ki, ölkə ərazisində yerləşən, özəl sektora daxil olmayan zavod, fabrik, məktəb, poçt, polis və s. müəssisə və idarələrin işçiləri, bir sözlə, dövlət büdcəsindən maliyyələşən bütün işçilər dövlət qulluqçularıdırlar.

  • Dar mənada dövlət qulluğuna mərkəzi və yerli hakimiyyət səviyyələrində çalışan dövlət orqanlarının işçiləri - dövlət aparatının əməkdaşları daxildir.

Bilavasitə dövlət aparatında işləyənləri digər dövlət qulluqçularından fərqləndirmək üçün “məmur” terminindən istifadə olunur. Bu halda aydın olur ki, bütün məmurlar eyni zamanda dövlət qulluqçularıdırlar, ancaq bütün dövlət qulluqçuları heç də məmur deyildirlər.
Bürokratiya nəzəriyyəsində “dövlət aparatı” anlayışı da iki mənada işlədilir:

  • struktur mənasında (dövlət orqanlarının və aparatın struktur bölmələri nəzərə alınır);

  • kadr təminatı mənasında (işçilərin cəmləşməsi nəzərdə tutulur).

Bu baxımdan “dövlət aparatı” anlayışına da iki tərif vermək olar:

        1. Dövlət aparatı - dövlətin hakimiyyət funksiyalarını həyata keçirən icraçı (inzibati) orqanların məcmusudur;

        2. Dövlət aparatı - dövlətin icra və sərəncamverici fəaliyyətini həyata keçirən, dövlət müəssisələrində (orqanlarında) işləyən insanların (məmurların) məcmusudur.

Yuxanda göstərilənləri nəzərə alaraq, ümumiləşdirilmiş şəkildə “dövlət qulluğu” anlayışının aşağıdakı tərifmi vermək olar:
Dövlət qulluğu - ölkə Konstitusiyasına və müvafiq qanunvericiliyə uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Dövlət qulluğunun funksiyaları. Hər bir dövlət öz idarəçilik missiyasını dövlət qulluğu institutu, məmurlar vasitəsilə həyata keçirir. Bu baxımdan, dövlət qulluğu bir növ dövlətlə cəmiyyət arasında vasitəçi rolunu oynayır. Məmurlar öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən müxtəlif təbəqələrdən olan insanlarla ünsiyyətə girir, onların qanuni tələblərinin icra olunmasına səy göstərir, müvafiq tapşırıqlar verir və tədbirlər görürlər.
Demokratik dəyərlər üzərində qurulmuş dövlətin başlıca məqsədi və sosial təyinatı məhz vətəndaşlara diqqət və qayğı göstərmək, onlara iş və layiqli yaşayış şəraiti yaratmaqla cəmiyyətin bütün təbəqələrinin həyat səviyyəsinin (və həyat keyfiyyətinin) daim yüksəldilməsindən ibarətdir. Bu şərəfli işin praktik həlli bilavasitə dövlət qulluğu institutunun üzərinə düşür. Dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi konkret olaraq dövlət qulluğunun aşağıdakı funksiyalarında öz əksini tapır:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin