“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri



Yüklə 0,54 Mb.
səhifə31/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   27   28   29   30   31   32   33   34   ...   57
referat 3390

Problemli vəziyyət о zaman yaranır ki, idarəolunan obyektlərin və tabeçilikdə olan idarəedici komponentlərin fəaliyyətində verilmiş parametrlərdən ciddi kənarlaşmalar aşkar olunur, qarşıya qoyulmuş məqsədlərə nail oluna biləcəyinə şübhələr yaranır, fəaliyyətin məqsədlərində və parametrlərində dəyişikliklərin aparılmasına zərurət meydana çıxır. İnformasiya baxımından problemli vəziyyət ilkin, faktiki materiallara əsaslanmalıdır, çünki informasiyanın işlənməsinin hər bir səviyyəsində bu informasiya dəyişdirilmiş, şərh edilmiş olur ki, nəticədə qərar qəbulu anında həmin informasiya həqiqətdə olduğundan fərqli kimi başa düşülə bilər. Bu isə öz növbəsində problemin həllinin gecikdirilməsinə səbəb ola bilər,
Münaqişəli vəziyyətlərdə idarəetmə və digər münasibətlərin iştirakçıları arasında onların özləri tərəfindən həll oluna bilməyən ziddiyyətlər yaranmış olur ki, bu da xüsusi məlumatların əldə olunmasını və bu məqsədlə xüsusi forma və metodlardan istifadə olunmasını nəzərdə tutur. Belə informasiya münaqişənin səbəblərinin aşkar edilməsi, təhlili və qiymətləndirilməsi üçün obyektiv yanaşmanı, müstəqil ekspert rəylərini, münaqişə tərəflərinin mövqelərinin və fİkirlərinin dəqiq bilinməsini, qüvvədə olan hüquqi normaların tətbiq olunmasının əsaslandırılmış olmasını təmin etməlidir. Münaqişəli vəziyyətlərin həlli zamanı ən vacib məsələ münaqişənin səbəblərinin aradan qaldırılması, onun pozitiv məcraya yönəldilməsi, kompromislərin əldə olunması, münaqişənin aradan qaldırıldığına və gələcəkdə təkrarlanmayacağına zəmanətlərin yaradılmasından ibarətdir.
Ekstremal (fövqəladə) vəziyyətlər bir qayda olaraq təbii fəlakətlər, qəzalar, kütləvi ixtisaslar, mütəşəkkil cinəyatkarlıq hadisələri nəticəsində yaranır və bu zaman dövlət orqanları, vəzifəli şəxslər baş verən proseslərin yüksək dinamikliyi və informasiyanın məhdudluğu şəraitində fəaliyyət göstərməli olurlar. Bu halda da mümkün olduqca daha çox etibarlı informasiya əldə etməyə çalışmaq lazımdır, çünki yalnız beləliklə daha dəqiq və vəziyyətə uyğun qərarlar qəbul etmək olar.
İdarəetmə informasiyasının bütün mənbələri dövlət idarəetməsi üçün mühüm əhəmiyyətə malikdir. Buna görə də uyğun səlahiyyətlərin reallaşdırılmasını təmin etmək üçün hər bir dövlət orqanında və hər bir dövlət vəzifəsi üzrə yuxandan aşağı, aşağıdan yuxan və üfüqi (koordinasiya) istiqamətdə hərəkət edən informasiyaların lazımi qaydada cəmləşdirilməsi məqsədəuyğundur.
Eyni zamanda bütün idarəetmə informasiyaları hansı mənbələrdən əldə olunmasından və daşıyıcısının kimliyindən asılı olmayaraq aşağıdakı kimi bir sıra tələblərə cavab verməlidir:

  1. İdarəetmə informasiyası aktual olmalıdır. Bu о deməkdir ki, toplanmış informasiya təzə olmalı, toplanması və ötürülməsinin operativliyi, yeniliyi ilə fərqlənməli, günün vəzifələrinə uyğun olmalı və onların həllinə kömək etməlidir. Çox vaxt məhz aktuallıq informasiyanın imkanlarını müəyyənləşdirir;

  2. İnformasiya etibarlı olmalıdır. İnformasiyanın etibarlılığı onun faktları, hadisələri və xüsusilə də onların səbəbləri və qarşılıqlı əlaqələrini əhatə və əks etdirmək bacarığı ilə müəyyənləşdirilir. Belə informasiyanın əldə olunması çox mürəkkəb zehni və analitik proses olub mütəxəssislərin cəlb olunmasını və müasir elmi proseduralardan və texnologiyalardan istifadə olunmasını tələb edir;

  3. İnformasiya kifayətedici olmalıdır. Bu о deməkdir ki, informasiya sistemli şəkildə əlaqəli olan bir. sıra məsələlər üzrə əldə edilməli, araşdırılan prosesi, xüsusilə onun daxili mənbələrini, hərəkətverici qüvvələrini və xarici determinantlarını dərindən və hərtərəfli açıqlamalı, bütövlükdə prosesi xarakterizə etməli və bu prosesin mümkün ola biləcək yeni vəziyyətlərini proqnozlaşdırmağa və modelləşdirməyə imkan verməlidir;

  4. İnformasiya əlçatan olmalıdır. İnformasiyanın əlçatanlığı onun açıqlığı, aşkarlığı və zəruri həcmdə operativ qaydada əldə olunmaq imkanının olması ilə bağlıdır. Çox vaxt informasiya mövcud olur, lakin qapalı olur və vəzifəli şəxslərin dar bir dairəsi tərəfindən istifadə olunur. Bu halda həmin informasiyanın faydalı iş əmsalı (faydalılığı) çox aşağı olur;

  5. İnformasiya oxunaqlı (autentik) olmalıdır. Bu, informasiyanın mətn və sözlə ifadəsinin insanlar üçün anlaşıqlı formada verilməsini, onların dil sahəsindəki təfəkkürünə uyğunluğunu nəzərdə tutur. İnformasiyanın müxtəlif xarici sözlərlə və dar ixtisaslaşdırılmış, az istifadə olunan terminlərlə doldurulması onun başa düşülməsini və praktiki istifadəsini çətinləşdirir.

Dövlət hakimiyyət orqanlarında istifadə olunan informasiyanı müxtəlif əsaslara və əlamətlərə görə təsnifləşdirmək mümkündür. Məsələn, informasiyanın rəsmi və qeyri-rəsmi, dövlət və regional əhəmiyyətli şaquli və üfüqi, məzmununa və məqsədli təyinatına görə, mümkün sosial nəticələrinə görə, əlçatanlıq səviyyəsinə görə, zamana görə (keçmiş haqqında, real vaxt rejimində, gələcək haqqında proqnozlar) kimi təsnifləşdirmək olar. Dövlət idarəetməsində informasiya ya onun aktuallığı, etibarlılığı, operativliliyi, kifayət edənliyi və uyğun qərarların qəbulunda adekvatlığı nöqteyi nəzərindən də baxılır.
İdarəetmə sistemində idarə edən və idarə olunan yarım sistemlər arasında, onların daxili ünsürləri arasında daim informasiya mübadiləsi baş verir. Ona görə də bu informasiyalar idarə olunan obyekt haqqında informasiyalara və idarəetmə subyektinin obyektə idarəedici təsiri ilə əlaqədar olan informasiyalara, başqa sözlə, idarəetmə komandalarından ibarət olan informasiyalara ayrılır.
İdarəetmə fəaliyyətində informasiyalar daxilolma xarakterinə və mənbələrinə görə fərqlənirlər. Daxilolma xarakterinə görə informasiyalar sistemləşdirilmiş (mərkəzləşdirilmiş qaydada təsdiq edilmiş, statistik hesabat, məzmunu əvvəlcədən məlum olan informasiyalar) və sistemləşdirilməmiş (gözlənilməz proses və hadisələrlə əlaqədar olan təsadüfi, epizodik) informasiyalardan ibarətdir. informasiyalar daxilolma mənbələrinə görə məlumat (idarələrə, müəssisələrə aid olan direktiv, qanunvericilik və müxtəlif hüquqi informasiyalar), elmi-texniki, iqtisadi informasiyalar (texniki-iqtisadi təhlil və planlaşdırma normativləri və məlumatlan, maliyyə, əmək haqqı, uçot və hesabat informasiya növləri və.s.) və xəbər (idarəetmə prosesinin gedişində meydana çıxan operativ, ilkin) informasiyadır. Məlumat informasiyası şərti-sabit, xəbər informasiyası və dəyişən xarakter daşıyır.
İnformasiyalar öyrənilərkən, təhlil edilərkən, habelə onlardan idarəçilik qərarları üçün istifadə olunarkən bütün informasiya əlaqələri və axınları nəzərdən keçirilir. Burada həmçinin şifahi, yazılı, qrafik və s. informasiya qeydiyyat formaları da nəzərə almır.
İnformasiyanın tərkibinə informasiya mənbələri, idarəetmə vəzifələri, metodları, funksiyaları, mərhələləri, səviyyəsi və iş üslubu təsir göstərir. İdarəçilik informasiyalarını məhz bu baxımdan da müəyyən təsnifata ayırmaq olar. Məsələn, mənbəyinə görə informasiyalar direktiv (yuxarı orqanların qərarları, əmrləri, sərəncamları), plan (idarəetmə-təsərrüfat fəaliyyətini səciyyələndirən cari, operativ və perspektiv planlar), hesabat (idarələrin, müəssisələrin fəaliyyətini səciyyələndirən hesabat göstəriciləri), normativ (maddi, əmək, maliyyə resursları və.s. üzrə norma və normativlər); sorğu (tarif şəbəkələri, maaşları, nəqliyyat tarifləri, materialların topdansatış qiymətləri və.s. üzrə), elmi-texniki (yeni idarəetmə metodları, mütərəqqi texnologiya və.s. haqqında), uçot (istehsal fəaliyyəti haqqında mühasibat, statistik və operativ məlumatlar), nəzarət formalarında olur. İnformasiyanı operativ, cari və perspektiv informasiyalar kimi də fərqləndirmək olar.
İnformasiyaların təsnifatı yalnız bunlarla məhdudlaşmır. Belə ki, informasiyalar idarəetmə funksiyalarına görə texnoloji, istehsal, texniki, iq­tisadi, sosial, təşkilati informasiyalara ayrılır. İnformasiyalar resursların növlərinə görə kadr (işçilərin sayı, tərkibi), maddi, texniki (əsas fondların vəziyyəti haqqında) maliyyə informasiyalarından ibarətdir. İnformasiyalar idarəetmə səviyyəsinə görə (aşağı və yuxan səviyyələrdəki rəhbər orqanlar) istifadə olunan məlumatlara ayrılır. Həmçinin fəaliyyət göstərmə müddətinə (daimi, şərti, dəyişən), meydana gəlmə yerinə (xarici, daxili, ilkin, törəmə), informasiyaların verilməsi vasitələrinə (teleqram, telefonoqram, teletayp, diktofon, elektron poçt, şəxsi söhbət, telefon), informasiya daşıyıcılarına (sənədlər, bloklar, maqnit lenti, maqnit diski), informasiyaların dövri olaraq (saatlıq, növbəlik, gündəlik, ongünlük, aylıq, rüblük, illik) daxil olmasına görə də informasiyalar bir-birindən fərqlənir. informasiyaların belə təsnifatı müəyyən dərəcədə şərti xarakter daşısa da, onların obyektiv əsaslan vardır və bu da informasiya sistemlərinin təşkili ilə bilavasitə əlaqədardır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin