“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Mövzu: 8. Dövlət idarəetməsində informasiya



Yüklə 0,54 Mb.
səhifə29/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   25   26   27   28   29   30   31   32   ...   57
referat 3390

Mövzu: 8. Dövlət idarəetməsində informasiya
Plan:
8.1. Dövlət idarəetməsinin informasiya təminatının mahiyyəti və məzmunu.
8.2. Dövlət idarəetmə qərarlarının qəbulunun informasiya tələbləri.
8.3. Dövlət idarəçiliyində informasiyanın təşkili xüsusiyyətləri.
8.4. Dövlət idarəçiliyində yeni informasiya texnologiyalrı


8.1. Dövlət idarəetməsinin informasiya təminatının mahiyyəti və məzmunu

Əgər dövlət qulluqçusu dövlət idarəetməsinin əsası, hakimiyyətin nüfuzudursa, onda informasiya onun gücüdür. Müasir cəmiyyətdə informasiya artıq hakimiyyətin mühüm mənbələrindən biri hesab olunur. informasiya təminatının səviyyəsi, onun müasir texnoloji və telekommunikasiya sistemləri ilə təchiz olunma dərəcəsi dövlət idarəetməsinin səmərəliliyinə əsaslı təsir göstərir.


İnformasiya uyğun predmet, hadisə, proses, münasibətlər və.s. haqqında toplanmış və istifadə olunmaq üçün yararlı formada sistemləşdirilmiş müəyyən məlumatların, verilənlərin, faktların, xüsusiyyətlərin toplusundan ibarət olub, dövlət idarəetməsinin əsasını təşkil edir. Elmi kateqoriya kimi idarəetmə proseslərində informasiyanı bir sıra əlamətlərlə (xüsusiyyətlərlə) xarakterizə etmək olar: nisbi sərbəstlik (müstəqillik); təkrar istifadə imkanının olması; informasiyanı ötürən və ya qəbul edən subyektdə qorunub saxlanılması; işlənilməyə, inteqrasiya olunmağa, təkrarlanan, paralel informasiyaların çıxarılması hesabına həcminin sıxılmasına yararlılığı; kompüterdə işlənilə bilməsi; sistemliliyi və.s.
Dövlət idarəetməsinin informasiya təminatının məqsədi toplanılmış ilkin məlumatlar əsasında işlənilmiş və aqreqasiya olunmuş elə informasiya əldə etməkdir ki, bunlar idarəetmə qərarlarının qəbulu üçün əsas rolunu oynaya bilsin. Bu məqsədlərə nail olmaq aşağıdakı kimi bir sıra məsələlərin həll olunmasını tələb edir: ilkin informasiyanın toplanılması, saxlanılması, dövlət orqanının bölmələri və onların işçiləri arasında bölüşdürülməsi, işlənilmək üçün hazırlanması, informasiyanın işlənilməsi, idarəetmə orqanına təqdim edilməsi, təhlili, onun dövriyyəsi zamanı birbaşa və əks əlaqələrin təmin edilməsi və.s. informasiya axınlarının müasir vəziyyətində bu məsələlərin səmərəli həlli çox çətin bir iş olub vaxt, güc, vəsait və xüsusi strukturların (sistemlərin) yaradılmasını, ən yeni texnika və texnologiyaların tətbiq olunmasını tələb edir.
Bu gün artıq hamılıqla etiraf olunur ki, informasiya ictimai və şəxsi həyat fəaliyyətinin təşkili və tənzimlənməsinin ən mühüm vasitələrindən biri, əldə olunmuş biliklərin möhkəmləndirilməsi və yayılması formalarından biri, idarəetmənin təsirli aləti və onun əsasıdır. “informasiya cəmiyyətinə” doğru hərəkət istənilən problemlərin həllində informasiyanın rolunu daha da gücləndirir. Lakin “informasiya cəmiyyəti” həm də tamamilə yeni idarəetmə metodları və modellərinin tətbiq olunmasını tələb edir ki, bu da idarəetmə fəaliyyətinin yalnız məzmununda və xarakterində deyil, həm də strukturunda ciddi dəyişikliklərə gətirib çıxarır. İnformasiya cəmiyyətin əsas resursuna, uyğun olaraq, informasiya təminatı dövlətin və cəmiyyətin fəaliyyətinin səmərəliliyinin zəruri şərti kimi idarəetmə fəaliyyətinin tərkib hissəsinə çevrilir. İnformasiya resursları (sənədlər, kitabxanalar, arxivlər, fondlar, verilənlər bankı və digər informasiya sistemlərində saxlanılan sənədlər) informasiya sistemlərinin əsasmı təşkil edir. İnformasiya resurslarının dövlət hakimiyyət orqanlarının tələbatlarına uyğunluğu müasir informasiya sistemlərinin səmərəliliyini əhəmiyyətli dərəcədə müəyyən edir. Əgər informasiya sistemlərinin təyinatı dövlət hakimiyyət orqanlarına və vəzifəli şəxslərə əsaslandırılmış səmərəli qərarlar qəbul etmək üçün informasiya verməkdən ibarətdirsə, onda informasiya resursları idarəetmə qərarlarının hazırlanması və qəbulu üçün lazım olan verilənləri təqdim edir ki, bunlar da texnoloji proseslərin köməyi ilə lazımi informasiyaya çevrilir. Dövlətin informasiya resursları onun milli sərvətidir və onların miqdarı, keyfiyyəti, istifadə səviyyəsi müasir dövrdə dövlətin inkişaf səviyyəsini və onun dünya birliyindəki statusunu müəyyənləşdirən əsas amilə çevrilir, dövlətin siyasətinə və mövqeyinə təsir göstərir.
Bu gün informasiya istənilən təşkilatın, о cümlədən dövlət idarəetmə orqanlarının sosial, iqtisadi, texniki, texnoloji inkişafının ən mühüm resursu kimi çıxış edir. İnformasiya təminatı istənilən dövlət hakimiyyət və idarəetmə orqanlarının fəaliyyəti üçün о qədər vacib şərtə çevrilir ki, artıq onların informasiya statusu haqqında danışmaq lazım gəlir. Etibarlı informasiya təminatı sisteminin olmaması dövlət idarəetməsinin məqsədləri və vəzifələri ilə bir araya sığmayan təsadüfi, əsassız, səhv qərarların mənbəyi kimi çıxış edir. Burada heç də hər şey informasiyanın natamam, etibarsız və ya operativ olmaması ilə bağlı deyildir. İnformasiyanın pis istifadə olunmasının əsas səbəblərindən biri ümumdövlət səviyyəsində real informasiya təminatı sisteminin yaxşı təşkil olunmaması ilə bağlıdır. Tədqiqatçıların qeyd etdiyi kimi, informasiya ilə iş müasir rəhbərlərin vaxtının 50-90 faizini tutur. Lakin bu iş müasir təşkilatlarda bəzən sistemsiz və hətta idarəolunmaz xarakter daşıyır. Belə ki, dövlət idarəetmə orqanları gün ərzində çox böyük həcmdə müxtəlif informasiyaları alır, işləyir və göndərirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərir ki, informasiya ilə dəqiq iş sisteminin olmaması, təşkilatın fəaliyyətinin informasiya təminatı mexanizminin olmaması səbəbindən təşkilata daxil olan informasiyanın 60%-ə qədəri istifadəsiz qalır.
Beləliklə informasiyanın kəmiyyəti ilə keyfiyyəti arasında ziddiyyətlərin mövcudluğu problemi meydana çıxır. Bir tərəfdən daim informasiya bolluğu mövcud olur ki, bu informasiyaya nə baxmaq, nə mənimsəmək, nə də təhlil etmək mümkün deyildir. Digər tərəfdən isə yaxşı proqnozlar və ya idarəetmə qərarlarının variantlarını hazırlamaq üçün zəruri və kifayət edəcək qədər informasiya həmişə çatışmır. Bu ziddiyyətin aradan qaldırılması təşkilatın fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlıdır. Təşkilatın bir sistem kimi səmərəli fəaliyyət göstərməsi üçün informasiya təminatı idarəetmə fəaliyyətinin bütün növlərinin tərkib hissəsi olmalı, idarəetmə qərarlarının qəbulunun əsasına çevrilməlidir. Bu gün informasiya təminatının idarəetmə fəaliyyətinin, о cümlədən dövlət idarəetmə orqanlarının fəaliyyətinin tərkibinə daxil edilməsi məsələsi həmişəkindən daha çox aktualdır. İnformasiyalaşdırma şəraitində dövlət idarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyi strateji baxımdan getdikcə daha çox idarəetmə prosesinin informasiya təminatı ilə və onun idarəetmə fəaliyyətinə nə dərəcədə inteqrasiya olunması ilə müəyyənləşdirilir. İdarəetmənin informasiya təminatının məqsədi yalnız informasiyanın toplanılması, saxlanılması, işlənilməsi və yeniləşdirilməsindən deyil, həm də informasiya massivlərinin yaradılmasından, zəruri və kifayətedici informasiyanın seçilməsindən, onların axın istiqamətlərinin müəyyənləşdirilməsindən, idarəetmə qərarları üçün informasiyanın vaxtında təmin edilməsindən, informasiyanın təhlükəsizliyi üçün şəraitin yaradılmasından ibarət olmalıdır ki, bu da dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsinə kömək edə bilər.
Mahiyyət etibarı ilə bütün idarəetmə prosesləri insanların həyat fəaliyyətinin müxtəlif formalarının dərk olunması və dəyişdirilməsi ilə bağlı sosial informasiyanın axtarılması, qeydiyyatı, təhlili, qiymətləndirilməsi və yayılmasından başqa bir şey deyildir. Lakin ən vacib olan budur ki, idarəetmədə, xüsusilə dövlət idarəetməsində bütün informasiyadan deyil, yalnız dövlət idarəedici təsirlərin formalaşması və reallaşdırılması üçün zəruri informasiyadan istifadə olunur. Dövlət idarəetmə sferasında dövr edən informasiya çox müxtəlif olub özünəməxsus təbiətə və xüsusi formalara malikdir. Hətta “dövlət informasiyası” kimi yeni termin də yaranmışdır ki, bu da xarici-siyasi, iqtisadi, sosial-siyasi, ekoloji vəziyyəti, dövlətdə və cəmiyyətdə reallaşdırılan bu və ya digər proseslərin şərhini nəzərdə tutur. Dövlət informasiyası müstəqil dəyərə malik olub normativ sənədlərin, idarəetmə qərarları və hərəkətlərinin əsası kimi çıxış edir. Bu informasiya özünəməxsus fəaliyyət və inkişaf qanunauyğunluqlarına, dövlət siyasətinə qabaqlayıcı təsir imkanlarına malik olub inzibati-siyasi qərarların, müxtəlif sosial qrupların və ayrı - ayrı vətəndaşların davranışının bu və ya digər variantının seçilməsinin səbəbləri kimi çıxış edir. Bu informasiyaya idarəetmə informasiyası da deyilir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin