qanunçuluq (Konstitusiyanın aliliyi) prinsipi. Bu prinsipdən irəli gələn vəzifə ondan ibarətdir ki, dövlət qulluğu sistemi bütövlükdə qanunlar əsasında fəaliyyət göstərir və hər bir dövlət qulluqçusu öz vəzifə səlahiyyətlərini yerinə yetirdikdə ölkə Konstitusiyasının və digər qanunvericilik aktlarının müvafiq maddə və müddəalarını rəhbər tutmalı, qanunun tələblərinə tam əməl etməlidir;
səlahiyyət hüdudlarının müəyyən edilməsi prinsipi. Bu prinsip qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının tutduqları vəzifələrə uyğun səlahiyyət hüdudlarını müəyyən edir;
nəzarət prinsipi. Bu prinsip dövlət orqanlarında məmurların vəzifə səlahiyyətlərini yerinə yetirilməsinə nəzarət mexanizminin tətbiqini və hesabatların verilməsini təmin edir;
hakimiyyətin vahidliyi prinsipi. Bu prinsip tələb edir ki, dövlət hakimiyyəti sistemi vahid olduğundan dövlət qulluğu sistemi də vahid təşkilati və hüquqi əsaslarla tənzimlənsin və inkişaf etdirilsin;
iyerarxiya və subordinasiya prinsipi. Yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsini tələb edir;
sivil qarşılıqlı münasibətlər prinsipi. Bu prinsip vətəndaşlar tərəfindən dövlət qulluqçularının qanuni tələblərinin icra edilməsi və qanuni hərəkətlərinin müdafiə edilməsini nəzərdə tutur;
şəffaflıq prinsipi. Dövlət qulluğuna girmə və dövlət orqanlarında qulluq keçmənin cəmiyyət üçün şəffaf olmasını tələb edir;
müsabiqə prinsipi. Vətəndaşların dövlət qulluğuna müsabiqə yolu ilə girınəsinə və ən layiqli namizədlərin seçilməsinə imkan yaradır;